11/08/2026
🇦🇿 ARDNF-də "Yay Təcrübə Proqramı" çərçivəsində iştirakçılar üçün peşəkar və şəxsi inkişafa yönəlmiş təlimlər davam edir. Əməkdaşlarımız tərəfindən keçirilən bu təlimlər iştirakçıların həm nəzəri biliklərini təkmilləşdirməsinə, həm də karyera yüksəlişi üçün zəmin yaradan praktiki bacarıqlar əldə etməsinə xidmət edir.
“Emosional Zəka: Özünüdərk, Özünüidarə və Sosial Bacarıqlar" mövzusuna həsr olunan təlimdə iştirakçılar emosional reaksiyalardan təsirlənmədən təzyiq altında düzgün qərarvermə, konstruktiv rəyi peşəkar şəkildə qəbul etmə və aktiv dinləmə barədə praktiki biliklər əldə ediblər. Bundan başqa, komanda daxilində münaqişələrin idarə olunması və çətin danışıqlarda effektiv ünsiyyət qurma mexanizmləri də təlimin əsas mövzuları arasında yer alıb.
"Şəxsi Brendinq və Peşəkar İnkişaf" təlimi isə iştirakçıların peşəkar imicini formalaşdırmaq, rəqabətli əmək bazarında fərqlənmə strategiyalarını müəyyənləşdirmək və uzunmüddətli karyera trayektoriyasını planlaşdırmaq istiqamətlərinə yönəlib. Təlim çərçivəsində təcrübəçilərə öz güclü tərəflərini düzgün təqdim etmə, peşəkar şəbəkə qurma və effektiv ünsiyyət vasitələrindən istifadə etmə üsulları öyrədilib.
🇬🇧 At SOFAZ, professional and personal development-focused training sessions continue as part of the “Summer Internship Program”. Led by our employees, these sessions are designed to strengthen interns’ theoretical knowledge while equipping them with practical skills that can support their future career development.
The “Emotional Intelligence: Self-Awareness, Regulation and Social Capability” training equipped interns with practical insights into making sound decisions under pressure without being driven by emotional reactions, receiving constructive feedback professionally, and practicing active listening. The session also explored effective approaches to managing team conflicts and communicating effectively in challenging negotiations.
The “Personal Branding and Professional Development” training focused on building a strong professional image, identifying strategies to stand out in a competitive job market, and planning a long-term career path. Interns also learned how to effectively present their strengths, build professional networks, and make use of effective communication tools and techniques.