İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti 7/24 Çağrı Mərkəzi: 📞 955

04/09/2026
04/09/2026

📹 Xırdalanın kanalizasiya infrastrukturu yenilənir

02/09/2026

Elan:

Magistral xəttdə baş verən qəzanın aradan qaldırılması işləri ilə əlaqədar Sabunçu rayonu Balaxanı, Ramanı, Zabrat qəsəbələrinin bəzi ərazilərinin içməli su təminatında 03 senttabr tarixi gün ərzində fasilə yaranacaq.
Müvəqqəti narahatlığa görə abonentlərdən üzr istəyirik.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyində (ADSEA) konsaltinq şirkətlərinin və yerli qeyri-hökumət təşkilatlarının nü...
02/09/2026

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyində (ADSEA) konsaltinq şirkətlərinin və yerli qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı ilə su təchizatı və tullantı suları sahəsində həyata keçirilən yeniliklər, rəqəmsal xidmətlər və vətəndaş yönümlü təşəbbüslərə həsr olunmuş seminar keçirilib.

Tədbirdə ADSEA və tabeli qurumların nümayəndələri, müstəqil ekspertlər, konsaltinq şirkətləri və yerli qeyri-hökumət təşkilatlarının təmsilçiləri iştirak ediblər.

Seminarın keçirilməsində əsas məqsəd su xidmətləri sahəsində tətbiq olunan müasir rəqəmsal həllər, elektron xidmətlər və vətəndaşların xidmətlərə çıxış imkanlarının genişləndirilməsi istiqamətində görülən işlər barədə iştirakçıları məlumatlandırmaq, həmçinin qarşılıqlı fikir mübadiləsi aparmaq olub.

Tədbir çərçivəsində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin süni intellekt əsaslı rəqəmsal siması “Aysu” barədə məlumat verilib. “Aysu”nun vətəndaşların su xidmətləri ilə bağlı məlumat əldə etməsinə və rəqəmsal kommunikasiya imkanlarının genişləndirilməsinə yaratdığı imkanlar təqdimat və videoçarx vasitəsilə nümayiş etdirilib.

Həmçinin “ADSEA Su Xidmətləri” QR Bələdçi Portalı barədə məlumat verilib. Qeyd olunub ki, portalın əsas məqsədi vətəndaş və sahibkarların su xidmətləri ilə bağlı zəruri məlumatlara vahid və rahat giriş imkanını təmin etməkdir. Portal vasitəsilə xidmətlər, su şəbəkəsinə qoşulma, tələb olunan sənədlər, xidmət haqları, elektron xidmətlər və ödəniş imkanları barədə məlumatların əldə edilməsi mümkündür.

Seminarda, eyni zamanda, ADSEA-nın elektron xidmətlərinin “myGov” platformasına inteqrasiyası və elektron xidmətlərdən istifadə imkanları barədə məlumat verilib.

Qeyd edək ki, bu cür görüşlərin keçirilməsi su xidmətləri sahəsində həyata keçirilən rəqəmsal yeniliklər barədə məlumatlılığın artırılması, maraqlı tərəflərlə qarşılıqlı əlaqələrin gücləndirilməsi və vətəndaş yönümlü xidmətlərin inkişafı baxımından əhəmiyyət daşıyır.

*Su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulma üzrə ödəniş imkanları genişləndirilib*Su təchizatı və t...
28/08/2026

*Su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulma üzrə ödəniş imkanları genişləndirilib*

Su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulma xidməti üzrə xidmət haqqının ödənilməsinin əlçatanlığının və operativliyinin artırılması məqsədilə ödəniş imkanları genişləndirilib.

Belə ki, vətəndaşların xidmət haqqını daha rahat və çevik şəkildə ödəmələri üçün bütün ödəniş terminalları, eləcə də MPAY mobil tətbiqi vasitəsilə onlayn ödəniş imkanı yaradılıb.

Yeni ödəniş imkanları xidmətin əldə olunması prosesində vətəndaş rahatlığının artırılmasına, ödəniş prosedurunun sadələşdirilməsinə və xidmət üzrə proseslərin daha operativ həyata keçirilməsinə imkan yaradır.

📢 Elan📍 Diametri 200 mm olan içməli su xəttinin diametri 600 mm olan magistral su borusuna qoşulması işləri çərçivəsində...
24/08/2026

📢 Elan

📍 Diametri 200 mm olan içməli su xəttinin diametri 600 mm olan magistral su borusuna qoşulması işləri çərçivəsində 25.08.2026-cı il tarixdə saat 23.00-dan 26.08.2026-cı il gecə saatlarınadək Xətai rayonun bəzi ərazilərinə içməli suyun verilməsində müvəqqəti fasilə yaranacaq.

ℹ️ Müvəqqəti narahatlığa görə abonentlərdən üzr istəyirik.

📞 “955” Çağrı Mərkəzi (7/24)

🌐 www.isst.gov.az

Abonent məlumatlarının CİS əsaslı rəqəmsal transformasiyası davam etdirilirADSEA-da rəqəmsal transformasiyanın sürətlənd...
24/08/2026

Abonent məlumatlarının CİS əsaslı rəqəmsal transformasiyası davam etdirilir

ADSEA-da rəqəmsal transformasiyanın sürətləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində abonent məlumat bazasının təkmilləşdirilməsi, suyun uçotu və digər zəruri məlumatların dəqiqliyinin artırılması, eləcə də data əsaslı qərarvermə potensialının gücləndirilməsi məqsədilə Coğrafi İnformasiya Sistemləri (CİS) texnologiyalarına əsaslanan ADSEA CİS sistemi və inteqrasiya prosesi inkşaf etdirilir.

Hazırda "İri Şəhərlərin Su Təchizatı" QSC üzrə əhali abonentlərinin 79,89 faizi — 1 276 039 abonent, qeyri-əhali abonentlərinin isə 67,41 faizi — 80 241 abonent CİS bazasına inteqrasiya olunub.

Bu inteqrasiya su təchizatı və tullantı suların axıdılması sistemlərinin daha dəqiq idarə edilməsi, monitorinq imkanlarının genişləndirilməsi, su itkilkərinin azaldılması, süni intelekt həllərinin tətbiqi və operativ qərarvermənin təmin olunmasına xidmət edir.

Qeyd edək ki, şəbəkələrdə baş verən qəzalar zamanı operativliyin artırılması məqsədilə qəza hadisələrinin qeydiyyatı və idarə edilməsi kağız daşıyıcılardan elektron mühitə keçirilir. Bu məqsədlə ADSEA tərəfindən rəqəmsal həllərin tətbiqinin genişləndirilməsi və sahə əməkdaşlarının fəaliyyət operativliyinin artırılması üçün müasir texnoloji cihazlardan istifadə edilib.
Yeni texniki avadanlıqlar monitorinq nəticələrinin real vaxt rejimində elektron sistemlərə daxil edilməsinə, CİS platforması ilə inteqrasiyanın sürətləndirilməsinə, məlumatların operativ emalına və sahədə görülən işlərə nəzarətin daha səmərəli həyata keçirilməsinə imkan yaradır.

Rəqəmsal həllərin tətbiqi qəza idarəetmə prosesinin səmərəliliyini artırmaqla yanaşı, qərarvermə mexanizmlərinin daha çevik və dəqiq təşkilinə, eyni zamanda müştəri məmnuniyyətinin artırılmasına xidmət edir.

20/08/2026

Qəzalar aradan qaldırılandan sonra ərazinin bərpası bütün qaydalara uyğun həyata keçirilir

Nərimanov rayonu, Şahin Mustafayev küçəsində (Zəfəran hospital) üzərində fərdi yaşayış eviləri tikildiyinə görə diametri 200 mm olan kanalizasiya sistemində yaranmış qəza səbəbindən nur müddət öncə diametri 300 mm olan 143 paqonometr yeni kanalizasiya xəttlərini tikintisi təmin edilib.

O cümlədən, Nərimanov rayonu, Rəhim Şıxəliyev küçəsində diametri 700 mm olan magistral su xəttinin üzərində fərdi yaşayış evləriniin inşası nəticəsində evlərin altında olan xətdə qəza yarandığından həmin xəttin 300 metrə yaxın hissəsi ləğv olunaraq müxtəlif diametrli yeni şəbəkə qurulub.

250-ə yaxın fərdi yaşayış evinin yeni şəbəkədən qidalandırılması və yeni sayğacların quraşdırılması təmin edilib.

Hər iki ərazinin əvvəlki vəziyyətə qaytarılması, asfalt örtüyünün bərpa edilməsi ilə əlaqədar müvafiq quruma müraciət olunub.

Həmin qurum daxilində struktur dəyişikliyi baş verdiyinə görə müqavilənin yenilənməsi zərurəti yaranıb. Artıq sənədləşmə işləri yekunlaşıb. Müqavilələr yeniləndikdən sonra ərazi əvvəlki vəziyyətinə qaytarılacaq.

İri Şəhərlərin Su Təchizatı

Su qəzası 25 dəqiqə ərzində aradan qaldırıldıSuraxanı rayonu Yeni Günəşli qəsəbəsi D yaşayış massivi 29-cu binanın yaxın...
19/08/2026

Su qəzası 25 dəqiqə ərzində aradan qaldırıldı

Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi D yaşayış massivi 29-cu binanın yaxınlığında 19.08.2026-cı il saat 08.45-də diametri 110 mm olan içməli su xəttində qəza baş verməsi haqqında rayon sukanal idarəsinə məlumat daxil olub. Suraxanı rayon Sukanal İdarəsinin qəza bərpa briqadası operativ olaraq həmin ünvanda 08.55-də işə başlamış saat 09.10-da axıntının qarşısı alınıb, saat 11.45-də su xəttində qəza tam aradan qaldırılıb.

•••

📞 “955” Çağrı Mərkəzi (7/24)

🌐 www.isst.gov.az

Address

Moskva Prospekti 67
Baku
1012

Alerts

Be the first to know and let us send you an email when İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti:

Shortcuts

Share