Azərbaycan Respublikası Hesablama Palatası

Azərbaycan Respublikası Hesablama Palatası Azərbaycan Respublikası Hesablama Palatasının rəsmi facebook səhifəsi

Azərbaycan Respublikası Hesablama Palatasının aparat rəhbəri Tamerlan Yusif-zadənin rəhbərlik etdiyi nümayəndə heyəti Tü...
11/08/2026

Azərbaycan Respublikası Hesablama Palatasının aparat rəhbəri Tamerlan Yusif-zadənin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Hesablama Məhkəməsinin məsafədən audit, böyük verilənlərin (big data) təhlili və süni intellektin tətbiqi təcrübəsinin öyrənilməsi məqsədilə Türkiyənin Ankara şəhərinə səfər edib.
Səfər çərçivəsində Türkiyə Sayıştayının informasiya sistemləri (BVAS və VERA) üzrə son dövrlərdə həyata keçirilmiş işlər barədə təqdimatlar edilib.
Bildirilib ki, audit portfelinə daxil olan qurumların təxminən 90%-dən çoxunun maliyyə məlumatları müvafiq sistem və Maliyyə və Xəzinə Nazirliyinin vahid mühasibatlıq sistemi vasitəsilə Sayıştaya daxil olur və 500-ə yaxın ssenari vasitəsilə emal edilir.
Daha sonra Türkiyə Hesablama Məhkəməsi tərəfindən süni intellektin tətbiqi üzrə yanaşmalar təqdim edilib. Bildirilib ki, bu istiqamətdəki işlər başlanğıc nöqtəsində olmaqla həm ayrı-ayrı qurumlar, həm də makro səviyyədə nəzarətin optimallaşdırılmasına xidmət edəcəkdir.
Sonda Hesablama Palatasının nümayəndə heyəti Türkiyə Hesablama Məhkəməsinin prezidenti Mətin Yenərlə görüşüb. Görüşdə qurumlar arasında əməkdaşlıq məsələləri müzakirə olunub və əlaqələrin inkişafının davam etdirilməsinin zəruriliyi bildirilib, Türkiyə və Azərbaycan ali audit orqanlarının gələcək birgə fəaliyyətlərindən danışılıb.

Ətraflı məlumat üçün keçid edin: https://sai.gov.az/xeberler/575

Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Modern.az saytına müsahibə veribƏtraflı məlumat üç...
30/07/2026

Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Modern.az saytına müsahibə verib

Ətraflı məlumat üçün keçid edin: https://sai.gov.az/xeberler/574

Azərbaycan Respublikası Hesablama Palatasının 2026-cı ilin altı ayı üzrə fəaliyyətinə dair xülasə Hesablama Palatasının ...
24/07/2026

Azərbaycan Respublikası Hesablama Palatasının 2026-cı ilin altı ayı üzrə fəaliyyətinə dair xülasə Hesablama Palatasının rəsmi internet səhifəsinə yerləşdirilib

Ətraflı məlumat üçün keçid edin: https://sai.gov.az/xeberler/573

Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Trend Beynəlxalq İnformasiya Agentliyinə və İctima...
24/07/2026

Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Trend Beynəlxalq İnformasiya Agentliyinə və İctimai Televiziyaya müsahibə verib

Ətraflı məlumat üçün keçid edin: https://sai.gov.az/xeberler/572

Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə növbəti Kollegiya iclası keçirili...
20/07/2026

Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə növbəti Kollegiya iclası keçirilib.
İclasda ilk olaraq Azərbaycan Respublikası Hesablama Palatasının 2026-cı ilin 6 aylıq fəaliyyəti haqqında məlumat müzakirə edilib. Məlumatda Hesablama Palatasının əsas fəaliyyət istiqamətləri üzrə ilk 6 ayda görülmüş işlər əks olunub.
Sonra Hesablama Palatasının 2026-2030-cu illər üzrə Strateji Planının cari il üzrə ilk 6 ayının icra vəziyyəti barədə məlumat verilib. Qeyd olunub ki, müvafiq dövr üzrə nəzərdə tutulan fəaliyyətlərin icrası əsasən təmin edilib.
Daha sonra iclasda yenilənmiş nöqsan təsnifatının tətbiqinin cari vəziyyətindən bəhs olunub.
Eyni zamanda, iclasda "2026–2030-cu illər üzrə Azərbaycan Respublikası Hesablama Palatasının Təlim Strategiyası"nın 2026-cı il üzrə Əməliyyat Planının 2026-cı ilin 6 ayı ərzində icra vəziyyəti də müzakirə olunub.
Müzakirələrin sonunda Hesablama Palatasının sədri tərəfindən kollegiya üzvlərinə və struktur bölmə rəhbərlərinə qurumun strateji sənədlərinin növbəti dövr üzrə nəzərdə tutulmuş fəaliyyətlərinin icrasının vaxtında təmin edilməsi, auditlərin rəsmiləşdirilməsi işinin sürətləndirilməsi, əməkdaşların audit fəaliyyətində rəqəmsal həllərdən istifadəsinin genişləndirilməsi ilə bağlı tapşırıqlar verilib.

Ətraflı məlumat üçün keçid edin: https://sai.gov.az/xeberler/571

Şamaxı şəhərində Azərbaycan Respublikası Hesablama Palatası ilə Türkiyə Respublikası Hesablama Məhkəməsi tərəfindən həya...
06/07/2026

Şamaxı şəhərində Azərbaycan Respublikası Hesablama Palatası ilə Türkiyə Respublikası Hesablama Məhkəməsi tərəfindən həyata keçirilmiş paralel auditlərin nəticələrinə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun və Türkiyə Respublikası Hesablama Məhkəməsinin sədri Metin Yenerin rəhbərlik etdiyi nümayəndə heyətləri iştirak ediblər.
Qonaqları salamlayan Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Metin Yeneri Türkiyə Respublikası Hesablama Məhkəməsinin sədri vəzifəsinə növbəti müddətə seçilməsi münasibətilə təbrik edib, iki ali audit orqanı arasında əməkdaşlığın uğurla inkişaf etdiyini bildirib. O, indiyədək həyata keçirilən birgə fəaliyyətlərin gələcəkdə də davam etdiriləcəyini və əlaqələrin daha da möhkəmləndirilməsi istiqamətində yeni təşəbbüslərin dəstəklənəcəyini vurğulayıb.
Təqdimat zamanı Azərbaycan Respublikası Hesablama Palatası və Türkiyə Respublikası Hesablama Məhkəməsi tərəfindən Preferensial Ticarət Sazişi və ali təhsil müəssisələri üzrə aparılmış paralel auditlərin nəticələri təqdim olunub. Auditlə ticarət və ali təhsil sahələri üzrə müəyyən edilmiş nəticələr, eləcə də irəli sürülən tövsiyələr ətrafında geniş fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, paralel auditlər Azərbaycan Respublikası Hesablama Palatası ilə Türkiyə Respublikası Hesablama Məhkəməsi arasında 2022-ci ildə yenilənmiş Anlaşma Memorandumu çərçivəsində həyata keçirilib.
Səfər çərçivəsində Vüqar Gülməmmədov və Metin Yener arasında keçirilən ikitərəfli görüşdə ali audit orqanları arasında əməkdaşlığın cari vəziyyəti və gələcək birgə fəaliyyət istiqamətləri, xüsusilə dövlət auditinin rəqəmsallaşdırılması üzrə tədbirlər müzakirə olunub.

Ətraflı məlumat üçün keçid edin: https://sai.gov.az/xeberler/569

Azərbaycan Respublikası Hesablama Palatasında dövlət satınalmalarının hesabatlılığının təhlilinin gedişatına dair tədbir...
02/07/2026

Azərbaycan Respublikası Hesablama Palatasında dövlət satınalmalarının hesabatlılığının təhlilinin gedişatına dair tədbir keçirilib.
Tədbirdə Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, Azərbaycan Respublikası Milli Məclisinin komitə sədrləri və deputatları, nazir müavinləri, eləcə də Ali Audit Orqanlarının Beynəlxalq Təşkilatının (INTOSAI) Dövlət Satınalmalarının Auditi üzrə İşçi Qrupunun illik toplantısı çərçivəsində ölkəmizdə səfərdə olan Türkiyə, Özbəkistan və Qazaxıstanın ali audit orqanlarının nümayəndələri iştirak ediblər.
Tədbirdə Hesablama Palatasının sədri Vüqar Gülməmmədov dövlət satınalmalarının hesabatlılığı sahəsində mövcud vəziyyət, bu istiqamətdə aparılmış təhlilin ilkin nəticələri barədə təqdimatla çıxış edib.
Daha sonra dövlət satınalmaları ilə bağlı qanunvericiliyə təklif olunan dəyişikliklər üzrə Hesablama Palatasının tövsiyələrinə dair təqdimat edilib.
Sonda sədr Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamlarına əsasən 3-cü dərəcə dövlət müşaviri ixtisas dərəcəsinin verilməsinə görə aparat rəhbəri Tamerlan Namiq oğlu Yusif-zadəni və şöbə müdiri Yaşar Əli oğlu Əzizovu, “Tərəqqi” medalları ilə təltif edilən sektor müdirləri Lalə Eyvaz qızı Həsənovanı və Ceyhun Yavər oğlu Şıxəliyevi, “Dövlət qulluğunda fərqlənməyə görə” medalları ilə təltif edilən şöbə müdiri Gülnar Cəfərağa qızı Hacıyevanı və şöbə müdirinin müavini Elşad Tofiq oğlu Bəşirovu təbrik edərək təltifləri təqdim edib.

Ətraflı məlumat üçün keçid edin: https://sai.gov.az/xeberler/568

Azərbaycan Respublikası Hesablama Palatasının ev sahibliyi ilə keçirilən INTOSAI-ın Dövlət Satınalmalarının Auditi üzrə ...
02/07/2026

Azərbaycan Respublikası Hesablama Palatasının ev sahibliyi ilə keçirilən INTOSAI-ın Dövlət Satınalmalarının Auditi üzrə İşçi Qrupunun illik toplantısı çərçivəsində dövlət satınalmalarının auditi sahəsində beynəlxalq təcrübələr, müasir çağırışlar və metodoloji yanaşmalar müzakirə olunub.
Toplantı zamanı "Dövlət satınalmalarında müasir meyillər" və "Dövlət satınalmalarının auditində ali audit orqanlarının təcrübələri" mövzularında üzv ali audit orqanlarının nümayəndələri və beynəlxalq ekspertlər tərəfindən təqdimatlar keçirilib.
"Dövlət satınalmalarının auditində ali audit orqanlarının təcrübələri" mövzusunda təşkil olunan ekspert panelində Dünya Bankının mütəxəssisi Barbara Ziolkovska, SIGMA-nın beynəlxalq eksperti Daniel İvarson və Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin nümayəndəsi satınalma sistemlərinin inkişafı, beynəlxalq standartlar və qabaqcıl təcrübələr barədə təqdimatlarla çıxış ediblər.
Plenar sessiya çərçivəsində Hesablama Palatasının Dövlət gəlirlərinin və iqtisadi sahələrin auditi şöbəsinin müdiri dövlət satınalmaları sahəsində auditin təşkili, normativ-hüquqi və metodoloji baza, eləcə də satınalma qanunvericiliyinin inkişaf mərhələləri barədə təqdimat edib.
Hesablama Palatasının Sosial sahələrin auditi şöbəsinin müdir müavini isə dövlət satınalmalarının auditinin keçirilmə ardıcıllığı, audit sübutlarının toplanması mərhələləri, risklərin müəyyənləşdirilməsi və onların satınalma dövrləri üzrə təsnifatı ilə bağlı iştirakçılara ətraflı məlumat verib.
Toplantıda Belarus, Çin, Malayziya, Rusiya və Özbəkistanın ali audit orqanlarının nümayəndələri öz ölkələrində dövlət satınalmalarının auditinin təşkili, tətbiq olunan metodoloji yanaşmalar və əldə olunan nəticələrə dair təqdimatlarla çıxış edərək təcrübələrini iştirakçılarla bölüşüblər.
Beynəlxalq toplantı dövlət satınalmalarının auditi sahəsində peşəkar əməkdaşlığın genişləndirilməsi, qabaqcıl təcrübələrin paylaşılması və ali audit orqanları arasında bilik mübadiləsinin gücləndirilməsi baxımından mühüm platforma kimi qiymətləndirilir.

Ətraflı məlumat üçün keçid edin: https://sai.gov.az/xeberler/567

Azərbaycan Respublikası Hesablama Palatasının ev sahibliyi ilə Bakıda Ali Audit Orqanlarının Beynəlxalq Təşkilatının (IN...
02/07/2026

Azərbaycan Respublikası Hesablama Palatasının ev sahibliyi ilə Bakıda Ali Audit Orqanlarının Beynəlxalq Təşkilatının (INTOSAI) Dövlət Satınalmalarının Auditi üzrə İşçi Qrupunun illik toplantısı keçirilir.
Tədbiri giriş sözü ilə açan Hesablama Palatasının sədri Vüqar Gülməmmədov iştirakçıları salamlayaraq Hesablama Palatasının İşçi Qrupunun fəaliyyətinə verdiyi töhfələrdən bəhs edib. Sədr Bakı şəhərinin artıq ikinci dəfədir ki, bu nüfuzlu beynəlxalq toplantıya ev sahibliyi etməsinin çox qürurverici olduğunu vurğulayıb.
Çıxışı zamanı dövlət satınalmalarının dövlət maliyyəsinin ən strateji xərcləmə alətlərindən biri olduğunu qeyd edən Vüqar Gülməmmədov bildirib ki, satınalma sisteminin səmərəliliyi və şəffaflığı ölkələrin iqtisadi inkişafına, fiskal dayanıqlığına və ictimai rifahın təmin edilməsinə birbaşa təsir göstərir.
Sədr son illərdə ölkəmizdə dövlət satınalmaları sahəsində şəffaflığın artırılması, rəqəmsallaşmanın genişləndirilməsi və qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən islahatlardan danışıb. O, Hesablama Palatası tərəfindən müasir çağırışlar nəzərə alınmaqla dövlət satınalmalarının auditi üzrə hazırlanmış metodiki sənəd barədə məlumat verərək audit prosesində kağız sənədləşmədən rəqəmsal platformalara keçidin sürətləndiyini diqqətə çatdırıb.
Vüqar Gülməmmədov toplantının iştirakçı ölkələrin ali audit orqanları arasında qabaqcıl təcrübələrin paylaşılması, peşəkar əməkdaşlığın genişləndirilməsi və dövlət satınalmalarının auditinin daha da təkmilləşdirilməsi baxımından əhəmiyyətli platforma olacağına əminliyini ifadə edib.
Açılış mərasimində İşçi Qrupun Katibliyini təmsil edən Rusiya Federasiyasının Ali Audit Orqanının auditoru, həmçinin Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri də salamlama nitqi ilə çıxış ediblər.
İllik toplantının gündəliyinə dövlət satınalmaları sahəsində müasir meyillər, ali audit orqanlarının audit təcrübələri, beynəlxalq yanaşmalar və qabaqcıl metodologiyaların müzakirəsi daxil edilib.

Ətraflı məlumat üçün keçid edin: https://sai.gov.az/xeberler/566

Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədov SIGMA proqramının satınalma üzrə ekspertləri Danie...
02/07/2026

Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədov SIGMA proqramının satınalma üzrə ekspertləri Daniel İvarson və Spyros Panagopoulos ilə görüşüb.
Görüş zamanı sədr dövlət maliyyəsinin idarəedilməsi sahəsində ölkəmizdə həyata keçirilən islahatlar, bu istiqamətdə ali audit orqanı kimi Hesablama Palatasının gördüyü işlər barədə qonaqlara ətraflı məlumat verib. Eyni zamanda, Hesablama Palatasının dövlət satınalmalarının auditi sahəsində tətbiq etdiyi yanaşmalar, bu istiqamətdə formalaşdırılmış audit təcrübəsi və həyata keçirilən fəaliyyətlər diqqətə çatdırılıb.
Görüşdə dövlət satınalmalarının tənzimlənməsi ilə bağlı məsələlərin əhəmiyyəti və istiqamətdə hüquqi bazada aparılan yeniliklər və onların audit prosesinə təsiri ilə bağlı fikir mübadiləsi aparılıb. Dövlət satınalmalarının auditi üzrə metodiki sənədlərin təkmilləşdirilməsi, dövlət auditinin rəqəmsallaşdırılması çərçivəsində satınalmaların auditinə dair nəzərdə tutulan fəaliyyətlər barədə məlumat verilib. Bu istiqamətdə beynəlxalq qabaqcıl təcrübənin öyrənilməsi və tətbiqi məqsədilə SIGMA ekspertlərinin peşəkar bilik və təcrübəsindən faydalanmaqda Hesablama Palatasının maraqlı olduğu vurğulanıb.
SIGMA proqramının ekspertləri isə Hesablama Palatasının əməkdaşlıq təşəbbüsünü yüksək qiymətləndirərək, dövlət satınalmalarının auditi sahəsində beynəlxalq təcrübənin, metodoloji yanaşmaların və peşəkar biliklərin paylaşılmasına, həmçinin bu istiqamətdə dəstəyin göstərilməsinə hazır olduqlarını bildiriblər.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Ətraflı məlumat üçün keçid edin: https://sai.gov.az/xeberler/565

Address

Xaqani Küç. 33
Baku
AZ1000

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 18:00

Telephone

+994124933211

Alerts

Be the first to know and let us send you an email when Azərbaycan Respublikası Hesablama Palatası posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Azərbaycan Respublikası Hesablama Palatası:

Shortcuts

Share