Xile

Xile Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Xile, Public & Government Service, EMIRCAN, Baku.

26/05/2022

25.05.2022

Kimin yadındadır ? 🙁🙁
04/05/2022

Kimin yadındadır ? 🙁🙁

24/12/2021
Murtuza Muxtarov 1857-ci ildə Bakının Əmircan kəndində arabaçı ailəsində anadan olub. Uşaqlıqdan qardaşı Bala Əhmədlə bi...
28/07/2017

Murtuza Muxtarov 1857-ci ildə Bakının Əmircan kəndində arabaçı ailəsində anadan olub. Uşaqlıqdan qardaşı Bala Əhmədlə birgə araba karvanı ilə Bakıdan Tiflisə kirayə yük daşıyırmış. 1874-cü ildə arabasını satan Murtuza Balaxanı Zabrat kəndləri ətrafında salınan mədənlərin birində fəhləliyə başlayır. Martov adlı bir sahibkar M.Muxtarovdakı iradəni görüb ona mexaniki alət və cihazların sirrini öyrədir, qısa bir zamanda onu usta təyin edir. Bir müddətdən sonra mədən emalatx**asını da ona satır. Murtuza Muxtarov yarım mexanikiləşdirilmiş"Molt" dəzgahında bir neçə dəyişiliklər edir. Sahibkar qocaldığından Zabratdakı qazma avadanlığı, emalatx**asını da satır. O zaman bütün Əmircan əhalisi pul yığaraq ona kömək edirlər. Murtuza gecə gündüz çalışır, xilasetmə ustası kimi ad çıxarır. Mühəndislərə maaş verib öz savadını və texniki biliyini əsrin tələbinə uyğun artırır. Çertyoj çəkib s*x qurmağı öyrənir. Sənədləri imzalayanda nadir hallarda familyasını bütöv yazardı, adətən qısaca olaraq üç hərfdən ibarət "Mux" imzasını atardı.Muxtarovun adı daha çox Bakıda neft çıxarılma texnologiyasının inkişafı ilə bağlıdır. Ali texniki təhsili olmasa da neft maqnatları içərisində neft yataqlarının sirrini və qazma işlərini onun kimi dərindən bilən ikinci bir sahibkar çətin ki tapılardı.

1890-cı ildə yaratdığı "Podrat qazma" kontoru Bakının Balaxanı, Suraxanı, Ramana və Sabunçu neft rayonlarında neft quyularının qazılmasında böyük rol oynamışdır. Bu sahələrdəki quyuların əksəriyyəti onun "Podrat qazma" kontoru tərəfindən qazılmışdır.

Bundan əlavə özünün xüsusi mədənləri də var idi. Elektrik qatarı ilə Bakıdan Buzovnaya gedərkən Sabunçudan sonra birinci dayanacaq onun adı ilə "Muxtarovka" adlanır. Bu dayanacağın ətrafındaki bütün neft quyuları vaxtı ilə ona məxsus idi. 1895-ci ildə (dünyada ilk dəfə) metal ştanqlarla zərbə qazma dəzgahını quraşdırmış və bunu üçün də dövlətdən müəllif hüququ almışdır. O, bu vaxt ixtirasını "Bakı qazma sistemi" adlandırmışdı. Onun bir sıra ixtiraları da var idi. M. Muxtarov XIX əsrin axırlarında Bibiheybətdə qazma avadanlığı müəssiəsini işə salmışdı, bu müəssisə həmin dövürdə ilk neft avadanlığı müəssiəsi sayılırdı. O, zavodun yaxınlığında fəhlə və qulluqçular üçün üçmərtəbəli yaşayış binaları tikdirir və bununla da yeni-yeni işçi qüvvəsini ətrafına toplayaraq həm də, əlavə gəlir mənbəyi yaradırdı. Neft milyonçusu 1917-ci ildə ilk dəfə taxtayonan dəzgah da ixtira etmişdir. Dəzgah hal-hazırda Sankt-Peterburuq şəhərindəki "Dağ mədən" İnstitutunda saxlanılır.

M. Muxtarov öz zavodunun buraxdığı dəzgah və avadanlığı xarici ölkələrə satırdı. Xaricdən, xüsusi ilə də Amerikadan çoxlu avadanlıq alırdı. İnqlabdan sonra da xaricdən Bakıya onun adına avadanlıq göndərilirdi.

O da Bakının bir sıra milyonçuları kimi adi fəhlədən nəft milyonçusu səviyyəsinə yüksəlmişdir. Uzun müddət malakeşlik etdikdən sonra araba ilə neft daşımış, xırda podratçılıqla məşğul olmuşdur. Qara qızıl fontanları nəhayət onun da üzünə gülərək, əlini milyonlara çatdırmışdır.

Təkcə Bakıda yox, Maykop və Qroznı neft mədən sahibləri ilə də müqavilə bağlıyıb quyu qazırdı; zavod və mədənlər, konstruktor büroları ilə texniki və işgüzar əlaqələri vardı, tez-tez Şimali Qafqaza gedirdi.

M. Muxtarov bizə əzəmətli binalar miras qoyub getmişdir. Bakı şəhərində, onun ətraf kəndlərində, Rusiyanın şəhərlərində və Avropanın bəzi ölkələrində hazıradək hifz olunub qalmış bir çox binalar onun adı ilə bağlıdır. 1910-cu ildə Əmircan kəndində tikdirdiyi məscid binası indiyədək öz memarlıq quruluşu və əzəməti ilə göz oxşayır.

1913-cü ildə Şimali QRES-də Şüvəlanda Mayak, Abşeronda 17 bina, Əmircan kəndində məktəb, Mərdəkanın Pirhəsən adlanan yerində Axund Mirzə Abu Turabın qəbri üstündə günbəz, Vladiqafqaz şəhərində məscid, Kislovodskda, İtaliyanın Florensiya şəhərində mövcüd olan gözəl, yaraşıqlı binalar M. Muxtarovun pulu ilə tikilmişdir.

Muxtarov Bakının demək olar ki, bütün xeyriyyə cəmiyyətlərində yaxından iştirak edir və maddi köməyini əsirgəmirdi.

Bütün bunlar neft milyonçusu kimi tanınan Murtuza Muxtarovun Azərbaycan xalqına göstərdiyi təmənnasız xidmətlərin sadəcə bir hissəsidir. Onun xatirəsini əziz tutub yad etmək, yaratdıqlarını, qurduqlarını qorumaq gələcək milyonçulara bir örnək, həyat dərsi olmalıdır.M. Muxtarovun ilk ailə həyatı çox faciəli olmuşdur. Onun ilk dəfə Qönçənaz adında bir xanım olmuş, ondan 2 qızı dünyaya gəlmişdi. Murtuza Muxtarov səfərdə olarkən uşaqlar xəstələnir, onlar vaxtında müalicə edilmədiyinə görə qızların hər ikisi xəstəlikdən tələf olurlar. Neftxuda səfərdən qayıdıb bu bədbəxtliyə tab gətirə bilmir və Qönçənazı evdən qovur. M. Muxtarov Vladiqafqaza səfəri zamanı orada Liza xanım Tuqanova ilə evlənir. Liza xanım Vladiqafqazlı general Tuqanovun ortancıl qızı olub. Onların aralarında yaş fərqi çox idi və öz övladları olmasa da, bir çox uşaqlara qəyyumluq etmiş, oxudub savad vermişdilər.

Muxtarovun ölümündən sonra həyat yoldaşı Liza xanım bir müddət sarayın qonşuluğunda yerləşən evlərdən birinin zirzəmisində yaşayır. Xaricə qaçmaq məqsədi ilə saxta olsa da bir Türk paşasına ərə gedib Türkiyəyə qaçır və zənn edir ki, xilas oldu, amma onun məşəqqətli həyatı sonradan başlayır. Bəzi mənbələrdə qeyd edilir ki, Liza xanım 1950-ci illərdə Parisdə vəfat edir, amma onun məzarının yerləşdiyi yer barədə heç bir məlumat yoxdur, çünki Liza xanım xaricə qaçdıqdan sonra yaxınları ilə əlaqə saxlamayıb, hətta məktub da yazmırmışdi.
Azərbaycanın məşhur neft milyonçularından biri olan Murtuza Muxtarovun ölümü də həyatı kimi faciəli və qəhrəmanlıqla sona yetmişdir. 1920- ci ildə XI Qızıl Ordu Bakıya daxil olduqda aprel ayının 15-də Ordunun iki silahlısı bəyin M. Muxtarov küçəsi 6. yaşadığı Səadət sarayındakı evinin qapısını sındırıb zala daxil olurlar, onu təslim olmasını tələb edirlər. O, bolşeviklərin atla evinə daxil olmasını özünə təhqir hesab edir. Buna dözməyib tüfəngi götürüb 1 gülləni Anasov adlı bir bolşevikə vurub öldürür., 2- ci gülləni isə özünə vurur. Onu Əmircanda tikdirdiyi məscidin həyətində dəfn edirlər. Liza xanımı isə qulluqçular padvalda gizlədirlər. Sonralar Liza xanım Türkiyəyə-İstanbula, ordanda isə Berlinə köçür və ömrünün axırına kimi 1971-ci ilə qədər orada yaşayır.

Səttar Bəhlulzadə 15 dekabr 1909-cu ildə Bakının Əmircan kəndində anadan olub. 1927-ci ildə rəssamlıq məktəbinə, 1931-ci...
25/07/2017

Səttar Bəhlulzadə 15 dekabr 1909-cu ildə Bakının Əmircan kəndində anadan olub. 1927-ci ildə rəssamlıq məktəbinə, 1931-ci ildə Azərbaycan Rəssamlıq Məktəbinə, 1933-cü ildə isə Moskva Dövlət Rəssamlıq İnstitutuna daxil olub. 1941-ci ildə V. İ. Surikov adına Moskva Rəssamlıq İnstitutunu bitirib. Məşhur rəssamlar V. A. Favorskinin və Q. M. Şaqalın tələbəsi olub. Yaradıcılığa "Kommunist" qəzetində Əzim Əzimzadənin rəhbərliyi ilə başlayıb. 1931-1933-cü illərdə o dövrə uyğun məzmunlu ilk karikaturaları çap edilib.

Səttar Bəhlulzadə iki Qırmızı Əmək Bayrağı ordeni və medallarla təltif olunmuşdur.

Əsərləri R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyində və Azərbaycan Dövlət Şəkil Qalereyasında, eləcə də Moskva və s. şəhərlərin muzeylərində saxlanılır.

Bəhlulzadə 14 oktyabr 1974-cü ildə Moskvada vəfat etmişdir. Əmircan kəndində dəfn olunmuş, qəbri üstündə ona abidə ucaldılmışdır.

Abbasqulu ağa Bakıxanov 1794-cü il iyunun 21-də Bakı şəhəri yaxınlığında Əmircan (köhnə adı Xilə) kəndində Bakı xanları ...
22/07/2017

Abbasqulu ağa Bakıxanov 1794-cü il iyunun 21-də Bakı şəhəri yaxınlığında Əmircan (köhnə adı Xilə) kəndində Bakı xanları nəslindən olan II Mirzə Məhəmməd xanın ailəsində anadan olub. Səkkiz yaşına qədər Bakıda yaşayıb, uşaqlığının ilk dövrünü Abşeronun Əmircan, Maştağa, Balaxanı, Ramana kəndlərində keçirib.

Atası xanlıq taxtı uğrunda mübarizədə öz əmisi oğlu Hüseynqulu x**a uduzduqdan sonra məcburiyyət qarşısında qalaraq ailəsi ilə birlikdə Qubaya, vaxtı ilə yaxın qohumu olan Fətəli xanın bağışladığı Amsar kəndinə köçməli olub. 1819-cu ildə Abbasqulu ağa general Yermolovun dəvəti ilə Tiflisə gələrək Qafqaz Baş Hərbi İdarəsində şərq dilləri tərcüməçisi vəzifəsinə təyin olunub.

Azərbaycan elmi tarixində özünəməxsus yer tutan Abbasqulu ağa Bakıxanov "Qanuni-Qüdsi", "Əsrarül-mələküt", "Təhzibül-əxlaq", "Eynül-mizan", "Gülüstani-İrəm" kimi əsərləri ilə böyük şöhrət qazanıb. Dil, coğrafiya, tarix, astronomiya, məntiq, psixologiya və digər elmlərə aid əsərləri onun hərtərəfli bir alim olduğunu göstərir.

Həmçinin Amerikanın kəşfindən və bu qitədən bəhs edən “Kəşfül-qəraib” və dövrümüzə gəlib çatmayan “Ümumi coğrafiya” əsərlərinin müəllifidir. Bakıxanov pedaqoji məsələlərlə də məşğul olub, uşaqların və gənclərin tərbiyəsi ilə əlaqədar mülahizələrini "Təhzibül-əxlaq" əsərində qələmə alıb. O, dərin əxlaqi-fəlsəfi məzmuna malik olan bu əsərində cəmiyyət haqqındakı fikirlərini bir sistem şəklində şərh edərək, gənclər arasında nəcib əxlaq normalarını təbliğ edib.

Alimin ən dəyərli əsəri isə, heç şübhəsiz uzun illər boyu apardığı ciddi tədqiqatlar nəticəsində ərsəyə gəlmiş "Gülüstani-İrəm" əsəridir. Bu əsərlə o eyni zamanda Azərbaycan tarixşünaslığının əsasını qoyub. Azərbaycan və Dağıstan xalqlarının tarixindən bəhs edən "Gülüstani-İrəm" faktlarla olduqca zəngindir. Müəllif əsəri yazarkən bir sıra arxeoloji tədqiqatlar aparmış, tarixi abidələrdən, köhnə binaların qalıqlarından, sikkələrdən, padşahların və xanların fərmanlarından, milli əfsanələrdən, dini kitablardan, "Avesta"dan, yaşlı nəslin nağıl və rəvayətlərindən, səyyahların yol qeydlərindən, gürcü və ləzgi salnamələrindən, çoxlu şərq mənbələrindən, qədim yunan, qədim Roma, Azərbaycan, Rus alimlərinin əsərlərindən istifadə etmişdir.

Əsərin müqəddiməsində Azərbaycanın və Dağıstanın qısa coğrafi təsviri verilir, qədim yunan, ərəb və rus mənbələrinə istinad edilərək bu ölkələrin xalqlarının mənşəyi, dili və dinləri haqqında maraqlı məlumatlar yer alır. "Gülüstani-İrəm" əsəri özündə Nuhun tufanı, Yəcuc və Məcuc, skiflər, massagetlər, xəzərlər, Sasani hökmdarlarının Azərbaycandakı hakimiyyəti, İslam dövlətinin yaranması, ərəb qoşunlarının Azərbaycana gəlməsi, həmin dövrlərdə Şirvan və Dağıstanda baş verən hadisələr, monqol istilası, hülakülərin və teymurilərin hakimiyyəti, Səfəvi dövlətinin yaranması, Şirvanşahlar sülaləsi, "Gülüstan" adlı yerdə Rusiya və İran arasında sülh müqaviləsinin bağlanmasına qədər olan geniş bir tarixi dövrü əhatə edir. Bakıxanov 1828-ci ildə Türkmənçay müqaviləsinin imzalanması mərasimində tərcüməçi kimi iştirak edib. Qüdsi təxəllüsü ilə şeirlər yazıb.

Görkəmli alim 1847-ci ildə Məkkədən Mədinəyə gedərkən vəba xəstəliyindən vəfat edib və Vadiyi-Fatimə adlanan yerdə dəfn olunub.

Ilk sekil gelsin
21/07/2017

Ilk sekil gelsin

burani taniyan var
06/09/2013

burani taniyan var

http://www.youtube.com/watch?v=2G9nM31uUv0
04/07/2013

http://www.youtube.com/watch?v=2G9nM31uUv0

Məzmun Film dahi Azərbaycan rəssamı Səttar Bəhlulzadənin həyat və yaradıcılığından bəhs edir. Burada onun 3 həyat dövrü - uşaqlıq, gənclik və ahıl dövrləri ə...

05/06/2013

Ашурбейли С. Очерк истории средневекового Баку. Баку, 1964, с.26

Address

EMIRCAN
Baku
123

Telephone

0517896697

Website

Alerts

Be the first to know and let us send you an email when Xile posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share