The Land of fire - Azerbaijan

The Land of fire - Azerbaijan Bu səhifənin siyasət və dinlə heç bir əlagəsi yoxdu.Xahiş edirik bu mövzularda mübahisə edib mövzudan kənara cıxmayaq :)

Bu sehifede Azərbaycanin təbiəti,tarixi,mədəniyyəti,musiqisi,adət və ənənələri,mətbəxi,tanınmış insanları,nailiyyətləri barədə, hər cür məlumatları Sizlərlə paylaşmaq istəyirik :)
P.S.

11/09/2012

X əsrdən başlayaraq Azərbaycanın Orta əsr musiqi mədəniyyətində geniş inkişaf mərhələsi başlamışdır. Həmin dövrlərdə istifadə olunan simli, nəfəsli və zərb musiqi alətlərinin sayı 60-dan çox olmuşdur. Bu alətlər haqqında geniş məlumatları xalqımızın dahi şairi Nizami Gəncəvinin (XII əsr), XVI əsrdə yaşayıb yaratmış görkəmli şair Məhəmməd Füzulinin, Şərq musiqi mədəniyyətinin yaradıcılarından sayılan Səfiəddin Urməvinin (XIIIəsr), Əbdül Qadir Marağainin (XIV əsr), daha sonra Mir Möhsün Nəvvab Qarabağinin əsərlərindən almaq olar. XV-XVI əsrlərdə yaşayıb-yaratmış iste'dadlı Azərbaycan rəssamları Sultan Məhəmməd, Ağa Mirək, Mirzə Əli, Müzəffər Əli, Mir Səid Əli tərəfindən çəkilmiş miniatür sənət növlərində orta əsrlərdə istifadə edilmiş musiqi alətlərinin çox geniş təsviri verilmişdir.

Əsrlər boyu milli musiqi mədəniyyətimizin inkişafına əvəzsiz xidmət etmiş musiqi alətlərimizin araşdırılaraq öyrənilməsi, onların bərpa edilərək yenidən səsləndirilməsi, bu gün tariximizin araşdırılması baxımından çox əhəmiyyətlidir.

Bakı funikulyoru — Azərbaycanda yeganə funikulyor.Bakı funikulyoru Əliş Ləmbəranskinin təşəbbüsü ilə tikilmişdir. 1960-c...
08/09/2012

Bakı funikulyoru — Azərbaycanda yeganə funikulyor.
Bakı funikulyoru Əliş Ləmbəranskinin təşəbbüsü ilə tikilmişdir. 1960-ci il mayın 5-də istifadəyə verilmişdir. SSRİ zamanında funikulyorun qatarları xüsusi sifarişlə Ukraynanın Xarkov şəhərində hazırlanaraq buraya gətirilmişdir.
2 stansiyası var: "Bəhram Gur" və "Şəhidlər Xiyabanı". Stansiyalar arası məsafə 455 metrdir. Cəmi 2 vaqonu olan bu funikulyorda vaqonlar saniyədə 2,5 metr sürətlə hərəkət edərək bir stansiyadan digərinə 4 dəqiqəyə çatırdı. Vaqonlararası interval 10 dəqiqə, gediş haqqı isə 20 qəpik olmuşdur. Funikulyor saatda orta hesabla 2 min sərnişini daşımaq imkanına malik idi.
Bakı funikulyoru müxtəlif vaxtlarda bir neçə dəfə təmir edilmişdir.
1980-ci illərin sonlarında qəza vəziyyətində olduğu əsas gətirilərək bağlanıb və 2001-ci ilin sonunda yenidən istifadəyə verilmişdir. Bakı funikulyoru 2001 və 2007-ci ildə iki dəfə əsaslı şəkildə təmir edilmişdir. 2007-ci ildəki təmirdən sonra vaqonların hərəkəti zamanı yaranan səs-küy minimuma endirilmişdi. 2011-ci ilin aprelində isə yenidən təmirə dayandırılmışdır. 23 may 2012-ci ildə əsaslı təmir və yenidənqurmadan sonra yenidən istifadəyə verilmişdir. Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva açılış mərasimində iştirak etmişlər
Bildiyimə görə son təmirdən sonra 1 stansiya qalib :)

Mirvari kafesi, 1964- cü ildə,vaxti ilə Bakınin meri olmuş Əliş Ləmbəranski-nin Skandinaviya ölkələrindən gətirdiyi eski...
07/09/2012

Mirvari kafesi, 1964- cü ildə,vaxti ilə Bakınin meri olmuş Əliş Ləmbəranski-nin Skandinaviya ölkələrindən gətirdiyi eskizlərə uyğun tikilib,və qısa zamanda, Bakı bulvarının simvoluna çevrilib :)

07/09/2012
Yer kürəsinin ən böyük gölü - Xəzər dənizi vahid Avroasiya materikinin iki böyük hissəsinin sərhədində, geniş materik de...
07/09/2012

Yer kürəsinin ən böyük gölü - Xəzər dənizi vahid Avroasiya materikinin iki böyük hissəsinin sərhədində, geniş materik depressiyasında yerləşmişdir. O, həm də, bizim planetin ən böyək qapalı su tutarıdır.

Xəzər dənizi haqqında ən qədim məlumatlara Assuriya gil qablarının üzərindəki yazılarda rast gəlinir və o Cənub dənizi adlanır. Yunan tarix və coğrafiyaçısı Hekatey Miletskinin (e.ə.VI əsr) əsərlərində bu dəniz Kaspiy və Hirkan kimi adlanır. Birinci etnonim o zaman dənizin cənub-qərb sahillərində, müasir Azərbaycanın ərazisində yaşamış Kaspi xalqının adı ilə əlaqədardır. İkinci ad dənizin cənub-şərq küncündə yerləşmiş Hirkan ölkəsindən (farsça "canavarlar ölkəsi" deməkdir) yaranmışdır. Hər iki ad Herodot tərəfindən də istifadə olunur (e.ə.V əsr). Daha sonrakı qədim müəlliflər bu adlarla yanaşı Alban (albanlar etnonimi ilə əlaqədardır), Coşqun və Hirkan dənizi adlarını işlədirlər. Qədim rus əlyazmaları abidələrində Xəzər dənizi Göy (Monqol-Türklərdən götürülmşdür), Xarəzm (Amudərya çayının aşağı vadisində yerləşən və ərazisi Xəzər dənizinə qədər uzanan Xarəzm döləti ilə bağlı), Xvalın, Dərbənt və s. kimi adlandırılır. Xəzər ətrafında yaşayan xalqlar da bu dənizə məxtəlif adlar vermişlər, məsələn: ruslar-Xvalın, tatarlar-Ağ Dəniz, türklər-Kiçik Dəniz, çinlilər-Si Hay, yəni qərb dənizi. Venesiya Respublikasının 1474-1477-çi illərdə İrandakı səfiri A.Kontarini onu Bakı dənizi adlandırmışdır. Rusiyada Kaspiy adı XVI əsrin əvvələrində meydana gəlmişdir. Xəzər ətrafında yerləşmiş digər ölkələrdə bu su hövzəsi: Azərbayçanda-Xəzər (Xəzərlər- V-X əsrlərdə dənizin şimal-qərb sahillərində məskunlaşmış türkdilli millətdir), İranda Mazandaran, Qazaxıstanda və Tərkmənistanda Kaspiy dənizi kimi adlandırılmışdır. Bütövlükdə, məxtəlif vaxtlarda, müxtəlif xalqlar Xəzərə 70-ə qədər ad vermişlər.

07/09/2012
Bütün dünyada neft səltənəti kimi tanınan Azərbaycanda “qara qızıl” qədim zamanlardan çıxarılmağa başlanmışdır. Tarixçıl...
07/09/2012

Bütün dünyada neft səltənəti kimi tanınan Azərbaycanda “qara qızıl” qədim zamanlardan çıxarılmağa başlanmışdır. Tarixçılərin araşdırmaları nəticəsində məlum olub ki, hələ bizim eradan əvvəl VII-VI əsrlərdə Abşeron yarımadasında neft çıxarılırmış. Azərbaycanın təbii neft qazını isə dünyada ilk dəfə olaraq 1836-cı ildə akademik Q.İ. Qessi elmi surətdə təhlil etmiş və onun tərkibini müəyyən etmişdir. Professor K.V. Kostrin isə öz əsərlərində göstərir ki, dünyada yaşayış və təsərrüfat işləri üçün təbii qazdan ilk dəfə azərbaycanlılar istifadə etmişlər. Tarixi sənədlərə istinadən mexaniki üsulla dünyada ilk neft quyusu 1847-ci ildə Bibiheybətdə qazılmışdır. Sübut olunmuşdur ki, dənizdə də ilk neft quyusu XVIII əsrdə Abşeron yarımadasında – dənizdən 19 metr aralıda qazılmışdır. Sonralar Xəzər dənizinin qalxması nəticəsində həmin neft kəhrizləri suyun altında qalmışdır. Azərbaycan dünyada təkcə ilk neft-qaz hasilatçısı kimi deyil, həm də ilk neftayırma müəssisələrinə malik bir ölkə kimi də tanınır. 1859-cu ildə Bakıda Dubinin qardaşlarının ilk iri neftayırma zavodları istifadəyə verilir. Hasil və emal olunan neft və neft məhsullarının dünya bazarlarına çıxarılması üçün 1897-ci ildə Bakıdan Batuma birbaşa neft kəməri çəkilir.

YanardağUnikal təbiət abidələrindən biri Məmmədli kəndi ərazisində, dağın ətəyində təbii qazın çıxması nəticəsində alovl...
06/09/2012

Yanardağ
Unikal təbiət abidələrindən biri Məmmədli kəndi ərazisində, dağın ətəyində təbii qazın çıxması nəticəsində alovlanan, tarixi bilinməyən bu təbiət abidəsi el arasında «Yanar dağ» adlanır. Bizim eradan əvvəl yaşamış məşhur tarixçi Heredot Azərbaycana səyahət edərkən «Yanar dağ»da olmuş, onun yaxınlığında yaşayış məskəni olduğunu qeyd etmiş, həmin məskənlərin adını «Qurd yuvası» və «Kirməkinin» kimi göstərmişdir. Hal-hazırda «Yanar dağ»ın ərazisində 3 ədəd yanıb sönmüş təpə vardır ki, bu da yanma nöqtələrinin müxtəlif yerlərdə olduğunu göstərir.
Bu təbiət abidəsinin qorunması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 02 may 2007-ci il tarixli sərəncamı ilə «Yanar dağ»ın ərazisi dövlət tarix-mədəniyyət və təbiət qoruğu elan edilmişdir.

Atəşgah
06/09/2012

Atəşgah

06/09/2012

Address

Baku

Website

Alerts

Be the first to know and let us send you an email when The Land of fire - Azerbaijan posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share