Azərbaycan Gənclər Fondu / Azerbaijan Youth Foundation

Azərbaycan Gənclər Fondu / Azerbaijan Youth Foundation Azərbaycan Respublikasının Gənclər Fondu / Youth Foundation of the Republic of Azerbaijan
www.youthfoundation.az

06/08/2026

“Müasir Şəhərlər və Texnologiya” düşərgəsinin 3-cü gününə birlikdə nəzər salaq! 👀

  düşərgəsi həm öyrədici, həm də yüksək motivasiya ilə davam edir.Düşərgənin üçünü gününə təmiz havada idmanla başlayan ...
06/08/2026

düşərgəsi həm öyrədici, həm də yüksək motivasiya ilə davam edir.

Düşərgənin üçünü gününə təmiz havada idmanla başlayan gənclər ardınca “Şəhərsalmada yeni baxış: Təcrübə, innovasiya və inklüzivlik” mövzusunda panel müzakirəsində iştirak edərək müasir şəhərsalma təcrübəsi, eləcə də inklüziv və əlçatan şəhər mühitinin formalaşdırılması istiqamətində təqdimatlarla tanış olublar.

Günün davamında Azərbaycan Respublikasının siyasi və dövlət xadimi, diplomat, alim və tarix elmləri doktoru Həsən Həsənov ilə gənclərin görüşü baş tutub.

Günün ikinci yarısında gənclər Airsoft strategiya oyunu ilə çeviklik və komanda ruhunu bir arada yaşayıblar.

Dolu-dolu keçən günə isə gənclər canlı ifalar və DJ-in çıxışı ilə dinamik şəkildə yekun vurublar.

06/08/2026

Yay Fest’in düşərgəsində robotlar, innovativ texnologiyalar və yeni ideyalarla tanış olan gənclər texnologiya dünyasına daha yaxından nəzər saldılar. 🦾

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, "Gənclərin İnkişaf və Karyera Mərkəzi" və "Gənc Könüllülər" İctimai...
06/08/2026

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, "Gənclərin İnkişaf və Karyera Mərkəzi" və "Gənc Könüllülər" İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən "Səyyar Gənclər Xidməti" layihəsi uğurla davam edir.

Layihənin cari il üzrə 7-ci dayanacağı Qobustan rayonu olub. Burada gənclər onlar üçün yaradılmış xüsusi zonalarda imkanlardan faydalanıb, müxtəlif təlim və sərgilərdə iştirak edərək öz bilik və bacarıqlarını inkişaf etdirib, ərazidə təşkil olunan oyunlarla isə asudə vaxtlarını faydalı keçiriblər.

05/08/2026

“Müasir Şəhərlər və Texnologiya” düşərgəsinin 2-ci gününün ən yaddaqalan məqamlarını əks etdirən icmal videoçarxını təqdim edirik. 🎥

05/08/2026

Qədim tarixin izi, zəfərin qüruru, gələcəyə olan inamla irəli! 🇦🇿

  düşərgəsinin 2-ci gününə enerjili və yüksək motivasiya ilə başlayan iştirakçılar ardınca “Qayıdışdan gələcəyə: Təhlükə...
05/08/2026

düşərgəsinin 2-ci gününə enerjili və yüksək motivasiya ilə başlayan iştirakçılar ardınca “Qayıdışdan gələcəyə: Təhlükəsizlik və davamlı inkişaf” mövzusunda görüşdə iştirak edərək mina təhlükəsi, humanitar minatəmizləmə fəaliyyəti, təhlükəsiz qayıdışın təmin olunması istiqamətində görülən işlər və maarifləndirmə kampaniyalarının əhəmiyyəti barədə peşəkarlarla fikir mübadiləsi aparıblar.

“AI for Digital City” mövzusunda baş tutan panel görüşdə süni intellektin gələcəyin şəhərlərinin planlaşdırılması və idarə olunmasındakı rolu, rəqəmsal transformasiya ətrafında maraqlı məlumatlar əldə etdikdən sonra memarlıq sahəsinin tanınmış mütəxəssisləri ilə görüşüblər.

Həm maarifləndirici, həm də maraqlı keçən günün sonuna isə DJ-in dinamik çıxışları rəngarəng anlar qatıb.

04/08/2026

“Müasir Şəhərlər və Texnologiya” düşərgəsinin yeni tanışlıqlarla dolu ilk gününün icmal videoçarxını bölüşürük. 🤩

Yay Fest 2026-nın “Müasir Şəhərlər və Texnologiya” düşərgəsinin açılışı baş tutub.🤩Açılışı nitqi ilə çıxış edən Azərbayc...
04/08/2026

Yay Fest 2026-nın “Müasir Şəhərlər və Texnologiya” düşərgəsinin açılışı baş tutub.🤩

Açılışı nitqi ilə çıxış edən Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktorunun müavini Ceyhun Hüseynov və “Böyük Qayıdış” Gənclər Təşkilatının sədri Ayxan Allahverdiyev düşərgənin gənclərin texnoloji bilik və bacarıqlarının inkişafına və yaradıcı düşüncə tərzinin formalaşmasına verdiyi töhfədən bəhs edib, rəqəmsal texnologiyaların və innovasiyaların gələcəyin şəhərlərinin inkişafındakı əhəmiyyəti, eləcə də gənclərin bu prosesdə fəal rolunun vacibliyini vurğulayıblar.

Çıxışlardan sonra “Azərbaycan Mədəniyyəti” sosial şəbəkə platformasının üzvləri və xanəndə qrupunun ifasında səsləndirilən milli musiqi nümunələri və rəqs çıxışları tədbirə xüsusi ab-hava qatıb. 🎶

Yay Fest’in "Müasir Şəhərlər və Texnologiya" düşərgəsində yeni dostluqların qurulacağı, yeni təcrübələrin qazanılacağı v...
04/08/2026

Yay Fest’in "Müasir Şəhərlər və Texnologiya" düşərgəsində yeni dostluqların qurulacağı, yeni təcrübələrin qazanılacağı və unudulmaz xatirələrin yaranacağı günlərə ilk addım atıldı! 🏕️

İştirakçılar düşərgə ərazisinə daxil olaraq çadır ərazisində yerləşməyə başlayıblar.

Address

Zərifə Əliyeva 93
Baku
AZ1000

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+994124989590

Alerts

Be the first to know and let us send you an email when Azərbaycan Gənclər Fondu / Azerbaijan Youth Foundation posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Azərbaycan Gənclər Fondu / Azerbaijan Youth Foundation:

Shortcuts

Share