Canlı Sistemlərin Tədqiqi İnstitutu

Canlı Sistemlərin Tədqiqi İnstitutu Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Canlı Sistemlərin Tədqiqi İnstitutu

İnstitutumuzun alimləri Quba və Xaçmaz rayonlarında ekspedisiyada iştirak ediblərETN Canlı Sistemlərin Tədqiqi İnstitutu...
02/09/2026

İnstitutumuzun alimləri Quba və Xaçmaz rayonlarında ekspedisiyada iştirak ediblər

ETN Canlı Sistemlərin Tədqiqi İnstitutunun əməkdaşları – “Müasir Mikroskopiya və Görüntüləmə” laboratoriyasının müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Elyanə Tahirova və “Molekulyar Analiz” laboratoriyasının müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Türkan Qurbanova 25-31 avqust 2026-cı il tarixlərində Quba və Xaçmaz rayonlarında ekspedisiyada iştirak ediblər.

Ekspedisiyanın əsas məqsədi tədqiq olunan ərazilərin biomüxtəlifliyinin genetik strukturunun və səviyyəsinin müəyyənləşdirilməsi, məlumat bazasının yaradılması üçün müxtəlif taksonomik qruplara aid bəzi onurğasız və onurğalı heyvan növlərinin yayılma areallarının öyrənilməsi və onların dəqiq identifikasiyasının aparılması olub.

Tədqiqatlar Quba və Xaçmaz rayonlarının müxtəlif kəndlərini əhatə edib. Ekspedisiya çərçivəsində həm quru ekosistemlərində, həm də müxtəlif su hövzələrində - göllər, çaylar, axmazlar, kanallar və digər su obyektlərində bioloji materialların toplanması həyata keçirilib.

Toplanmış materiallar müvafiq metodiki tələblərə uyğun şəkildə fiksə edilərək sonrakı molekulyar və mikroskopik analizlərin aparılması məqsədilə institutun aidiyyəti laboratoriyalarına çatdırılıb.



İnstitumuzun mütəxəssisləri Qarabağ iqtisadi rayonunda ekspedisiyada olublar25 – 31 avqust 2026-ci il tarixlərində, ETN ...
02/09/2026

İnstitumuzun mütəxəssisləri Qarabağ iqtisadi rayonunda ekspedisiyada olublar

25 – 31 avqust 2026-ci il tarixlərində, ETN Canlı Sistemlərin Tədqiqi İnstitutu PHŞ-nin “Müasir mikroskopiya və götüntüləmə laboratoriyası”nın elmi işçisi Rəfiqə Qazi, “Eksperimental zoologiya laboratoriyası”nın elmi işçisi Ləman Dadaşova və “Onurğasızların biomüxtəlifliyi və ekologiyası laboratoriyası”nın kiçik elmi işçisi Aynurə Abbasova Qarabağ iqtisadi rayonuna daxil olan Xankəndi və Xocalı rayonlarında yerləşən arıxanalarda ekspedisiyada olublar. Ekspedisiya çərçivəsində arıxanalarda monitorinq və vizual müayinə işləri aparılıb, arı ailələrinin və arıxanaların ümumi vəziyyəti qiymətləndirilib. Müayinə zamanı bal arılarının sağlamlığına və məhsuldarlıq göstəricilərinə mənfi təsir göstərə bilən müxtəlif zərərvericilər aşkar edilib, onların identifikasiyası və laborator şəraitdə ətraflı tədqiqi məqsədilə müvafiq nümunələr toplanaraq laboratoriyaya çatdırılıb.



Canlı Sistemlərin Tədqiqi İnstitutunun alimi elm üçün iki yeni otbiçən növü təsvir edibARETN Canlı Sistemlərin Tədqiqi İ...
24/08/2026

Canlı Sistemlərin Tədqiqi İnstitutunun alimi elm üçün iki yeni otbiçən növü təsvir edib

ARETN Canlı Sistemlərin Tədqiqi İnstitutunun “Onurğasızların Biomüxtəlifliyi və Ekologiyası” laboratoriyasının baş elmi işçisi, biologiya elmləri doktoru Natalya Sneqovaya Moskva Dövlət Universiteti muzeyində Kəlbəcər və Lerik rayonu ərazilərindən topladığı materiallar əsasında elm üçün iki yeni otbiçən (Opiliones) növü təsvir edib.

Tədqiqatın nəticələri taksonomiya sahəsində dünyanın nüfuzlu beynəlxalq jurnallarından olan "Zootaxa" jurnalında dərc olunub (Zootaxa 5757 (6): 577–582).

Bu növlər Phalangiidae fəsiləsinə aiddir: Opilio zuvandicus Snegovaya, 2026 və Opilio zangezuricus Snegovaya, 2026

https://www.mapress.com/zt/article/view/zootaxa.5757.6.6



“Biomüxtəlifliyin aktual problemləri: müasir baxışlar və tədqiqatlar” mövzusunda II Respublika Elmi-Praktiki Konfrans ke...
24/08/2026

“Biomüxtəlifliyin aktual problemləri: müasir baxışlar və tədqiqatlar” mövzusunda II Respublika Elmi-Praktiki Konfrans keçiriləcək

18-19 noyabr 2026-cı il tarixlərində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Canlı Sistemlərin Tədqiqi İnstitutu PHŞ-in təşkilatçılığı ilə “Biomüxtəlifliyin aktual problemləri: müasir baxışlar və tədqiqatlar” mövzusunda II Respublika Elmi-Praktiki Konfrans keçiriləcək. Konfransın keçirilməsinin əsas məqsədi biomüxtəlifliyin qorunması, bərpası və davamlı idarə olunması sahəsində aparılan fundamental və tətbiqi tədqiqatların nəticələrinin müzakirəsi, iqlim dəyişiklikləri və antropogen amillərin ekosistemlərə, heyvanlara və insan sağlamlığına təsirinin qiymətləndirilməsi, eləcə də biomüxtəlifliyin öyrənilməsində müasir molekulyar, parazitoloji və riyazi modelləşdirmə yanaşmalarının tətbiqini təşviq etməklə elmi əməkdaşlığın genişləndirilməsidir.
Sədr:

B.ü.f.d., dosent İradə Xəlilova (Azərbaycan)

Məsul katib:

B.e.d., dosent Elşad Əhmədov (Azərbaycan)

Konfransın təşkilat komitəsi

B.ü.f.d., dosent Sara Əliyeva (Azərbaycan)

Əşrəf Ağayev (Azərbaycan)

Ləman Hüseynova (Azərbaycan)

Aysel Məmmədova (Azərbaycan)

Konfransın elmi komitəsi

f-r.e.d., professor Əhməd Hacıyev (Azərbaycan)

B.e.d., dosent Arif Mehdiyev (Azərbaycan)

Prof.Dr., Naim Sağlam (Türkiyə)

A.e.d., dosent Ələddin Eyvazov (Azərbaycan)

B.e.d., prof. Serge Utevsky (Ukrayna)

B.e.d., dosent Asif Manafov (Azərbaycan)

T.e.d., dosent Rəşad Şolan (Azərbaycan)

B.e.d., dosent Natalya Sneqovaya (Azərbaycan)

Dr. Roland Dobosz (Polşa)

B.ü.f.d., dosent Amalya Həsənova (Azərbaycan)

B.ü.f.d., dosent Səbinə Bünyatova (Azərbaycan)

B.ü.f.d., dosent Gülər Hüseynzadə (Azərbaycan)

Dr. Karumampoyil Sakthidasaretn Anoop Das (Hibdistan)

B.ü.f.d., dosent Təvəkkül İsgəndərov (Azərbaycan)

B.ü.f.d. Natavan Kərəmova (Azərbaycan)

B.ü.f.d. Xatirə Səfixanova (Azərbaycan)

B.ü.f.d., dosent Türkan Qurbanova (Azərbaycan)

B.ü.f.d., dosent Elyanə Tahirova (Azərbaycan)

B.ü.f.d., dosent Yeganə Bayramova (Azərbaycan)

Konfransın dili: Azərbaycan, ingilis.

Konfransın proqramına aşağıdakı elmi istiqamətlər daxildir:

1. Biomüxtəlifliyin qorunması, davamlı istifadəsi və ekosistemlərin idarə olunmasında rəqəmsal yanaşmalar
2. İqlim dəyişiklikləri, antropogen təsirlər, adaptasiya və insan-ekosistem qarşılıqlı əlaqələrində süni intellektin tədbiqi
3. Biomüxtəlifliyin öyrənilməsində müasir elmi yanaşmalar: Genetik, parazitoloji, bioinformatika və riyazi modelləşdirmə

Konfransın materialları elmi məqalələr toplusu şəklində çap olunacaqdır.

Təqdim olunacaq məqalələrə tələblər:

Məqalələr konfransın əsas tematik sahələrinə uyğun olmalıdır. Onlar 2-3 səhifə həcmində elektron formada Azərbaycan, ingilis dillərində qəbul ediləcəkdir. Hər bir iştirakçı tək müəllif olduğu yalnız bir və həmmüəllifliklə yalnız ikiyə qədər məqalə təqdim edə bilər.

Məqalənin adı (mərkəzdə, qalın, baş hərflərlə);
Müəllifin adı, soyadı (mərkəzdə, qalın, baş hərflərlə);
Təşkilatın tam adı, müəllif (lər) in elektron poçt ünvanı (mərkəzdə kursivlə);
Ədəbiyyat siyahısı mətndə istifadə edilmə ardıcıllığına uyğun olaraq nömrələnir və mətndə [ ] mötərizədə qeyd edilir;
İstifadə olunmuş ədəbiyyat siyahısı (AAK-nın tələblərinə uyğun tərtib edilir);
Ədəbiyyat siyahısının nömrələnməsində avtomatik nömrələmədən və sözlərin avtomatik sətrdən sətrə keçirilməsindən istifadə etmək olmaz.
Məqalənin mətninin tərtibat qaydaları:

Mətn redaktoru - Microsoft Word;
Format – RTF və ya Doc.
Şrift - Times New Roman;
Şrift ölçüsü – 12 pt;
Sətir aralığı - 1,15;
Abzas - 1,25 sm;
Səhifə parametrləri: sol 3.0 sm, sağ 2.0 sm, yuxarı və aşağı 2.5 sm;
Düsturlar və heyvan növlərinin adları kursivlə yazılmalıdır.
Şəkillər (fotoşəkillər). Bütün şəkillər rəqəmlərlə nömrələnməli (Şəkil 1, Şəkil 2 və s.) və başlıqları olmalıdır. Şəkilin nömrəsi və başlığı şəkilin altında yerləşdirilməlidir. Məqalədə bir şəkil varsa, o nömrələnmir. Şəkil mətndə ona ilk istinad edilən paraqrafdan sonra gəlməlidir. Şəkilin eni mətn zolağının enindən çox olmamalıdır. Şəkil başlığının sonunda nöqtə qoyulur.

Cədvəllər. Bütün cədvəllər rəqəmlərlə nömrələnməli (Cədvəl 1, Cədvəl 2 və s.) və başlıqları olmalıdır. Cədvəlin nömrəsi və başlığı cədvəlin üstündə yerləşdirilməlidir. Məqalədə bir cədvəl varsa, o nömrələnmir. Cədvəl mətndə ona istinad edilən ilk paraqrafdan sonra gəlməlidir. Cədvəlin eni mətn sahəsinin enindən çox olmamalıdır. Cədvəlin başlığı və cədvəldəki mətn 12 pt ölçülü şriftlə yazılır. Başlığın sonunda nöqtə qoyulmur. Mətndə cədvəllərə istinad tələb olunur.

Məqalənin şəkil və ya cədvəllə bitirilməsinə yol verilmir.

Cap üçün təqdim olunmuş məqalələrin müəllifləri onların məzmununa, faktların, sitatların, statistik məlumatların və təqdim olunan digər məlumatların düzgünlüyünə görə məsuliyyət daşıyırlar. Plagiat hallarını aşkar etmək üçün məqalə xüsusi proqramda yoxlanılacaqdır.

Konfransın təşkilat komitəsinə məqalələrin əlyazmaları ilə yanaşı onların müəllifləri haqqında məlumatları əks etdirən qeydiyyat forması da təqdim olunmalıdır.

Nümunə

Qeydiyyat forması

Soyadı, adı, atasının adı, :

Təşkilat:
Vəzifəsi:
Elmi dərəcəsi, elmi adı:
Məqalənin adı:
Ünvanı:
Telefonu:
E-mail:
Təqdimat forması:

Konfransın materiallarında çap olunacaq məqalələrin elektron əlyazmaları və qeydiyyat formaları 10 oktyabr 2026-cı il tarixinə qədər [email protected] elektron poçtuna göndərilməlidir.

Əlaqələndirici şəxs: B.ü.f.d., dosent Sara Əliyeva; tel.: +99412-539-73-53.

Konfransın keçirilmə tarixi: 18-19 noyabr 2026-cı il

Təşkilat komitəsinin ünvanı: Azərbaycan Respulikası Elm və Təhsil Nazirliyi Canlı Sistemlərin Tədqiqi İnstitutu PHŞ, AZ 1004, Bakı ş., Səbail rayonu, A. Abbaszadə küç., 115

Bioherontologiya və İnkişaf laboratoriyasının əməkdaşları İsmayıllı rayonunda ekspedisiyada olub27-31 iyul, 2026-cı il t...
21/08/2026

Bioherontologiya və İnkişaf laboratoriyasının əməkdaşları İsmayıllı rayonunda ekspedisiyada olub

27-31 iyul, 2026-cı il tarixlərində AR ETN Canlı Sistemlərin Tədqiqi İnstitutunun “Bioherontologiya və inkişaf” laboratoriyasının əməkdaşları - b.ü.f.d. Kərəmova Natavan, elmi işçi Abdullayeva Gülsüm və kiçik elmi işçi Qaflanova Aynur İsmayıllı rayonunda ekspedisiyada olublar.

Ekspedisiyanın əsas məqsədi populyativ uzunömürlülük və qocalma proseslərinin tədqiqi, uzunömürlülyə təsir edən faktorların araşdırılması və uzunömürlülük indeksinin təyini olub. Nəzərdə tutulan elmi tədqiqatları həyata keçirmək üçün İsmayıllı rayonunda yaşayan uzunömürlülərin sayı, yaşadıqları ünvanlar təyin edildikdən sonra uzunömürlü populyasiyalar seçilib və müayinə xarakterli tədqiqatlar aparılıb.

Tədqiqatlar zamanı ilk öncə fizioloji yaş verifikasiya edilib, sonra həmin şəxslərə psixoloji və koqnitiv testlər tətbiq edilərək əsas vegetativ göstəricilər ölçülüb və EKQ yazılıb.

Belə ki, ekspedisiya müddətində İvanovka, Diyallı, Sədyan, Molla İsaqlı,Vəng, Təzəkənd, Tircan, Mican, Culiyan, Talıstan və s. kəndlərdə, eləcə də İsmayıllı şəhərində yaşayan hər iki cinsdən 42 nəfər uzunömürlü (fizioloji yaşı 90 və daha çox olan) könüllülük prinsipi əsasında tədqiqatlarda iştirak ediblər.

Tədqiqatlar zamanı ən yaşlı uzunömürlünün 105 yaşlı olduğu məlum olub və uzunömürlülər içərisində qadınların sayı üstünlük təşkil edib. Hazırda elmi tədqiqatların nəticələrinin statistik təhlili davam edir.



AR ETN Canlı Sistemlərin Tədqiqi İnstitutu PHŞ və Polşa Respublikası Yuxarı Sileziya Muzeyi, Bitom arasında memorandum i...
21/08/2026

AR ETN Canlı Sistemlərin Tədqiqi İnstitutu PHŞ və Polşa Respublikası Yuxarı Sileziya Muzeyi, Bitom arasında memorandum imzalanıb

4 avqust 2026-cı il tarixində, AR ETN Canlı Sistemlərin Tədqiqi İnstitutu PHŞ və Polşa Respublikası Yuxarı Sileziya Muzeyi, Bitom arasında qarşılıqlı anlaşma memorandumu imzalanıb. Anlaşma memorandumunu Canlı Sistemlərin Tədqiqi İnstitutu PHŞ-nin direktoru v.i.e., direktor müavini, b.ü.f.d., dosent İradə Xəlilova və Yuxarı Sileziya Muzeyinin direktoru İvona Mohl imzalayıb.

Memorandum akademik heyətin tədqiqat fəaliyyətlərinə cəlb olunması, qurumlar arasında mübadilənin təşviq edilməsi, tədqiqat üçün tərəfdaş qurumdan doktorantların qəbulu, elmi tədqiqat məsələlərinə dair simpozium, konfrans, kursların təşkili, birgə nəşrlərin mübadiləsi kimi əməkdaşlıq sahələri məsələlərini əhatə edir. Mövcud elmi əməkdaşlıq çərçivəsində 06.08.-19.08.2026-cı il tarixlərində, Yuxarı Sileziya Muzeyi Təbiət Tarixi şöbəsinin rəhbəri Dr. Roland Doboş, muzeyin əməkdaşları - Dr. Voyjek Şepanski və Lukas Matuşevski Azərbaycanda elmi ezamiyyədə olub. Onlar Canlı Sistemlərin Tədqiqi İnstitutu PHŞ-nin Onurğasızların Biomüxtəlifliyi və Ekologiyası laboratoriyasının əməkdaşları - laboratoriya müdiri, b.ü.f.d. Gülər Hüseynzadə və b.e.d. Natalya Sneqovaya ilə birgə beynəlxalq ekspedisiyada iştirak ediblər.

Qeyd edək ki, Azərbaycanın müxtəlif regionlarında aparılan tədqiqatların əsas məqsədi yerli alimlərlə birgə əməkdaşlıq çərçivəsində ölkənin entomofaunasını, xüsusilə də Neyropterida (Megaloptera, Raphidioptera, Neuroptera), Diptera (Asilidae daxil olmaqla) və Lepidoptera (Noctuidae, Geometridae və s. dəstələri üzrə fauna növlərinin tədqiqi, yeni növlərin təsvir edilməsi və filogenetik analizlərin həyata keçirilməsidir. Görüş zamanı alimlər Qafqazın, xüsusilə də Azərbaycan entomofaunasının olduqca zəngin olduğunu vurğulayaraq, gələcəkdə bu ərazilərdə elm üçün yeni fauna növlərinin aşkarlanması ehtimalının yüksək olduğunu bildiriblər. Əldə edilən nəticələr Azərbaycanın biomüxtəlifliyinin zənginləşdirilməsinə, birgə elmi məqalələrin yazılmasına xidmət edəcəkdir.



AR ETN Canlı Sistemlərin Tədqiqi İnstitutu PHŞ ilə Özbəkistan Respublikası Elmlər Akademiyasının Xarəzm Məmun Akademiyas...
20/08/2026

AR ETN Canlı Sistemlərin Tədqiqi İnstitutu PHŞ ilə Özbəkistan Respublikası Elmlər Akademiyasının Xarəzm Məmun Akademiyası arasında Qarşılıqlı Anlaşma Memorandumu imzalanıb
31 iyul 2026-cı il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Canlı Sistemlərin Tədqiqi İnstitutunun direktor vəzifəsini icra edən, biologiya üzrə fəlsəfə doktoru, dosent İradə Xəlilova və Özbəkistan Respublikası Elmlər Akademiyasının Xarəzm Məmun Akademiyasının direktoru, professor Abdullayev İkram İskəndəroviç tərəfindən Qarşılıqlı Anlaşma Memorandumu imzalanıb.
Sənəd iki elmi müəssisə arasında qarşılıqlı maraq doğuran sahələrdə elmi əməkdaşlığın genişləndirilməsi, birgə tədqiqatların həyata keçirilməsi və elmi-tədqiqat fəaliyyətinə marağın artırılması məqsədi daşıyır.
Memorandum çərçivəsində tərəflər akademik heyət, tədqiqatçılar və doktorantlar arasında mübadilənin təşviq edilməsi, birgə elmi tədqiqat layihələrinin hazırlanması və həyata keçirilməsi, simpozium, konfrans, kurs və görüşlərin təşkili, eləcə də birgə elmi nəşrlərin hazırlanması istiqamətlərində əməkdaşlıq etməyi nəzərdə tuturlar.
İmzalanmış Memorandum Azərbaycan və Özbəkistanın elmi müəssisələri arasında elmi əlaqələrin daha da inkişaf etdirilməsi, təcrübə və bilik mübadiləsinin genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.



Əməkdaşlarımız Masallı rayonunda elmi ekspedisiyada olublarARETN Canlı Sistemlərin Tədqiqi İnstitutunun əməkdaşları — Mo...
18/08/2026

Əməkdaşlarımız Masallı rayonunda elmi ekspedisiyada olublar

ARETN Canlı Sistemlərin Tədqiqi İnstitutunun əməkdaşları — Molekulyar Analiz laboratoriyasının müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Türkan Qurbanova və Müasir Mikroskopiya və Görüntüləmə laboratoriyasının müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Elyanə Tahirova 10–14 avqust 2026-cı il tarixlərində Masallı rayonunda elmi ekspedisiyada iştirak ediblər.
Ekspedisiyanın əsas məqsədi DNT bankının formalaşdırılması, həmçinin rəqəmsal bazanın yaradılması məqsədi ilə fauna nümunələrinin və mümkün patogen materiallarının toplanması olub.
Tədqiqatlar Masallı rayonunun müxtəlif kəndlərini əhatə edib. Ekspedisiya çərçivəsində həm quru ekosistemlərində, həm də müxtəlif su hövzələrində — göllər, çaylar, axmazlar, kanallar və digər su obyektlərində bioloji materialların toplanması həyata keçirilib.
Toplanmış materiallar müvafiq metodiki tələblərə uyğun şəkildə fiksə edilərək sonrakı molekulyar və mikroskopik analizlərin aparılması məqsədilə institutun aidiyyəti laboratoriyalarına çatdırılıb.


Xızıda Levantin gürzəsinin yayılma arealının yüksəklik sərhədləri araşdırılıbARETN Canlı Sistemlərin Tədqiqi İnstitutunu...
12/08/2026

Xızıda Levantin gürzəsinin yayılma arealının yüksəklik sərhədləri araşdırılıb

ARETN Canlı Sistemlərin Tədqiqi İnstitutunun Onurğalıların Biomüxtəlifliyi və Ekologiyası laboratoriyasının müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Təvəkkül İsgəndərov 4–7 avqust 2026-cı il tarixlərində Xızı rayonunda ezamiyyətdə olub.

Ezamiyyət çərçivəsində dağüstü bozqır landşaftlarında, dəniz səviyyəsindən 700–1100 metr yüksəklikdə yerləşən ərazilərdə herpetofauna üzrə monitorinq aparılıb. Tədqiqatların əsas məqsədi Levantin gürzəsinin Azərbaycandakı yayılma arealının hipsometrik yuxarı sərhədlərinin müəyyənləşdirilməsi, eləcə də iyul–avqust aylarında arid dağüstü bozqır ekosistemlərində sürünənlərin gündüz fəallığının öyrənilməsi olub.

Monitorinq zamanı Dizəvər kəndinin yuxarı hissəsində, dəniz səviyyəsindən 980 metr yüksəklikdə yerləşən bozqır təpəlik ərazidə bədən uzunluğu təxminən 1400 mm olan Levantin gürzəsi qeydə alınıb. Aparılan müşahidə bu növün Azərbaycan ərazisində, xüsusilə Böyük Qafqazın dağətəyi və dağlıq zonalarında yayılmasının yüksəklik sərhədlərinin öyrənilməsi baxımından əhəmiyyətli nəticə hesab olunur. Qeyd olunan ərazi Levantin gürzəsinin Azərbaycan üzrə yayılma arealının Böyük Qafqazdakı ən yüksək yüksəkliklərindən biri kimi qiymətləndirilə bilər.

Əldə olunan nəticələr Levantin gürzəsinin yayılma arealının yüksəklik üzrə xüsusiyyətlərinin, eləcə də Böyük Qafqazın arid dağüstü ekosistemlərində sürünənlərin ekoloji fəallığının qiymətləndirilməsi baxımından əhəmiyyət daşıyır.



Parazitologiya laboratoriyasının əməkdaşları Mingəçevir və Yevlax rayonlarında elmi ekspedisiyada olublarARETN Canlı Sis...
06/08/2026

Parazitologiya laboratoriyasının əməkdaşları Mingəçevir və Yevlax rayonlarında elmi ekspedisiyada olublar

ARETN Canlı Sistemlərin Tədqiqi İnstitutunun Parazitologiya laboratoriyasının aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Simuzər Mamedova və elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Nuranə Hacıyeva 20–24 iyul 2026-cı il tarixlərində Mingəçevir və Yevlax rayonlarında elmi ekspedisiyada olublar.
Ekspedisiyanın əsas məqsədi Mingəçevir–Yevlax hidroqovşağında məskunlaşan müxtəlif növ su onurğalılarının bağırsaq və qan parazitlərinin növ tərkibinin müəyyənləşdirilməsi məqsədilə çöl tədqiqatları aparmaq və müvafiq elmi materiallar toplamaq olub.
Tədqiqat çərçivəsində həm Kür çayının sahillərində, həm də çaydan müəyyən məsafədə yerləşən antropogen landşaftlarda – meliorativ kanallar, arxlar, müxtəlif su hövzələri və bataqlıq ərazilərində kompleks araşdırmalar həyata keçirilib.
Ekspedisiya zamanı tutulmuş su onurğalılarından laborator analizlər üçün qan və fekal materiallar götürülüb. Tədqiqat prosedurları başa çatdıqdan sonra heyvanlar təbii yaşayış mühitinə buraxılıb.



Address

Bakı ş. , Səbail Rayonu, A. Abbaszadə Küç. , 115
Baku
AZ1004

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00

Telephone

+994125397353

Alerts

Be the first to know and let us send you an email when Canlı Sistemlərin Tədqiqi İnstitutu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Canlı Sistemlərin Tədqiqi İnstitutu:

Shortcuts

Share