Azerlit Ədəbiyyat Portalı

Azerlit Ədəbiyyat Portalı Klassik Azərbaycan Ədəbiyyatı

Yenə bu şəhərdə üz-üzə gəldikNeyləyək, ayrıca şəhərimiz yox.Bəlkə də, biz xoşbəxt ola bilərdik,Bəlkə də, xoşbəxtik, xəbə...
16/12/2019

Yenə bu şəhərdə üz-üzə gəldik
Neyləyək, ayrıca şəhərimiz yox.
Bəlkə də, biz xoşbəxt ola bilərdik,
Bəlkə də, xoşbəxtik, xəbərimiz yox.

Aradan nə qədər il keçib görən, -
Tanıya bilmədim, məni bağışla.
Mən elə bilirdim, sənsiz ölərəm,
Mən sənsiz ölmədim, məni bağışla!

"Ölmədim" deyirəm, nə bilim axı, -
Bəlkə də, mən sənsiz ölmüşəm elə,
Qəbirsiz-kəfənsiz ölmüşəm elə..

Dünən 15 dekabrda sevimli şairimiz Ramiz Rövşənin ad günü idi. Təbrik edirik!

Yenə bu şəhərdə üz-üzə gəldik Neyləyək, ayrıca şəhərimiz yox. Bəlkə də, biz xoşbəxt ola bilərdik, Bəlkə də, xoşbəxtik, xəbərimiz yox. Aradan nə qədər il keçi...

18/02/2018

Könlüm düşdü bu sevdaya,
Gəl gör məni eşq neylədi!
Başımı verdim qavqaya,
Gəl gör məni eşq neylədi!
Gah əsərəm yellər kimi,
Gah tozaram yollar kimi,
Gah axaram sellər kim,
Gəl gör məni eşq neylədi!

16/02/2018

Əldə mey, üzdə gülüş gəldi nigarım bu gecə,
P*s nəzərdən uzaq, ol çeşmi-xumarım bu gecə.
Yar üzü meylə qızarmış, meyi etmiş üzü al,
Nə məharət eləmiş saqiyi-yarım bu gecə!
Mən bilirdim ki, kimə lütfi və ya nifrəti var,
Almasaydı əgər o, səbrü qərarım bu gecə.
Üzünü yad eləyib gözlərimə axdı qanı,
Batinü zahir olub güllü baharım bu gecə.
Qaşla üz, ayla günəş misli çıxıb bir yerdə,
Nə qiyamət eləyir laləzarım bu gecə.
Kuyinə düşmək üçün sinəmi yırtmış könlüm,
O çəmənzarı dilər bülbüli-zarım bu gecə.
Kakilindən hələ mən bircə dügün açmamışam,
Tökülür, Qüdsi, qələmdən nəki varım bu gecə.

Abbasqulu Ağa Bakıxanov (Qüdsi)

16/02/2018

Bu cahan mülkində mən sən yarə möhtac olmuşam,
Hər zaman ol yar ilə didarə möhtac olmuşam.

Bülbüli-məstəm, şəha, bimarü zarəm ruzü şəb,
Arizuyi-gül ğəmindən xarə möhtac olmuşam.

Girmişəm bazari-eşqə, bir xiridar istərəm,
İstəmən sudü ziyan, girdarə möhtac olmuşam.

Eşq içində valehü sərməstü heyranəm, vəli
Gör necə Mənsur təki mən darə möhtac olmuşam.

Söz içində bu Xətayinin cahan möhtacıdır,
Bir necə Mənsur təki mən darə möhtac olmuşam.

Söz içində bu Xətayinin cahan möhtacıdır,
Bir nəfəs səndən, şəha göftarə möhtac olmuşam.

Şah İsmayıl Xətai

Mənim qərarimi əldən o məhliqalər alıbYaralı könlümə bir möhnəti-bəlalər alıbŞikəstə könlüm tək sındırıblar balü-pərimƏl...
26/01/2018

Mənim qərarimi əldən o məhliqalər alıb
Yaralı könlümə bir möhnəti-bəlalər alıb

Şikəstə könlüm tək sındırıblar balü-pərim
Əlimdə səngü cəfanı o bifəfalər alıb

Tökübdü xali siyah üstünə qəra zülfün
Xəzinə dövrəsinə getmə əjdahələr alıb

Mərizi eşqinəm ey məh mənə əlac eylə
Mərizilər gəlib hamı səndən dəvalər alıb

Zəkati hüsnüvü ver biqərar olub Seyyid
Əlində hər nəyi varsa gözü qəralar alıb

Seyyid Əzim Şirvani

• Facebook : https://goo.gl/UpkW2Q • Instagram : https://goo.gl/S0vJwZ • About Hajibaba Huseynov : https://goo.gl/TJg3VC • About Mugham : https://goo.gl/aF1N...

27/12/2017

ÖRTÜLDÜM QAPI KİMİ

Bu dünyanın üzünə
örtüldüm qapı kimi.
Gecəsinə, gündüzünə,
Nəğməsinə, sözünə,
Qızların ala gözünə
örtüldüm qapı kimi.

Anam, daha məndən nigaran olma,
Əlim cibimdədi, ağlım başımda.
Dörd yandan dərd gəlsə, ölərəm, amma
Kimsə xəbər tutmaz gözüm yaşından.
Kiridim, anam, kiridim,
Kiridim, tamam kiridim,
Bu qıfılım, bu kilidim,
örtüldüm qapı kimi.

Yoldan ötən, bu qapıda ləngimə,
qurdalanıb eşələnmə cibində.
Bu qapıya düşən açar tapılmaz,
balıq qarnındadı, dərya dibində.
Dəryalara baş vurası halım yox,
Balıqlara yem olası halım yox,
Bir qapıyam, damım yox, divarım yox,
yoldan ötən, bu qapıda ləngimə!..

…Qapılar vardı ki,
yerə diz qoyub,
Qıfılına, kilidinə üz qoyub
Öpmək istəyirdim, öpə bilmədim.
Qapılar vardı ki,
qıcıb dişimi,
Yumruğumu, təpiyimi, başımı
Çırpmaq istəyirdim, çırpa bilmədim.
Kiridim, anam, kiridim,
Kiridim, tamam kiridim,
Bu qıfılım, bu kilidim,
örtüldüm qapı kimi…

Ramiz Rövşən

Oxuyur: Firdovsi Atakishiyev

https://www.facebook.com/994fm/videos/150670438909708/

27/12/2017

Yaxşı məclisdə, könül, söhbət məhəbbətdən düşər,
Dostluğa, qardaşlığa sonsuz sədaqətdən düşər.

Darda meydandan qaçan, ağ gündə cövlan eyləyən,
Hər kim olsa, el içində, məncə hörmətdən düşər.

Kim ki, aləmdə “təkəm mən, məndən olmaz” söyləsə,
Şübhəsiz gözdən düşər, bir sözlə şöhrətdən düşər.

Olsa da məddahı minlərlə, nə qəm tezdən də tez,
Xalqına bağlanmayan sənət təravətdən düşər.

Gör nə xoşbəxtsən, Süleyman, ta yüz ildən sonra da,
Məclisində söz bu al bayraqlı millətdən düşər.

Süleyman Rüstəm (1906 – 1989)

Aliağa Şixlinski yoldaşi Nigar xanima."Menim"Ey sevdiyim,ey dilruba,Səbrim qərarımsan mənim.Səd mərhaba, səd mərhabaNə t...
09/11/2017

Aliağa Şixlinski yoldaşi Nigar xanima.
"Menim"
Ey sevdiyim,ey dilruba,
Səbrim qərarımsan mənim.
Səd mərhaba, səd mərhaba
Nə türfə yarımsan mənim.

Görən səni ey nazənin,
Deyər: pəh-pəh səd afərin!
Dünyada mislin yox yəqin,
Əcəb dildarımsan mənim!

Gözəl zahirdə surətin,
Gözəl batin,təbiətin.
Gözəl hər işdə qeyrətin,
Namusum,arımsan mənim.

Mənim baharda bülbülüm,
Mənim qızılca sünbülüm.
Gülşənlərdə zərif gülüm,
Bağlarda barımsan mənim.

Səni ziyarət eylərəm,
Sənə ibadət eylərəm.
Həm çox sədaqət eylərəm.
Çün sən Nigarımsan mənim.

Mən aşiqin adı Əli,
Verdin bu dərsi bilməli.
Eşqindən olmuşam dəli,
Sən ahu zarımsan mənim.

ƏlvidaGörüşdük nə çətin, ayrıldıq, ayrıldıq nə asan,Hardasan, həyatım, varmısan, varmısan, yoxmusan?Mən səni izlədim, gü...
29/09/2017

Əlvida

Görüşdük nə çətin, ayrıldıq, ayrıldıq nə asan,
Hardasan, həyatım, varmısan, varmısan, yoxmusan?
Mən səni izlədim, günah tək gizlədim, gizlədim.
Hər səhər, hər axşam, hər gündüz, hər gecə gözlədim.

Əlvida o günlər, ulduzlu gecələr, əlvida,
Ömrümdən nə qaldı, nə qaldı vəfasız dünyada?
Əlvida o günlər, ulduzlu gecələr, əlvida,
Ömrümdən nə qaldı, nə qaldı vəfasız dünyada?

Görüşdük nə çətin, ayrıldıq, ayrıldıq nə asan,
Hardasan, həyatım, varmısan, varmısan, yoxmusan?
Mən səni izlədim, günah tək gizlədim, gizlədim.
Hər səhər, hər axşam, hər gündüz, hər gecə gözlədim.

Əlvida o günlər, ulduzlu gecələr, əlvida,
Ömrümdən nə qaldı, nə qaldı, nə qaldı vəfasız dünyada?

Sözlər: Anar
İfa: Rafiq Babayev
Musiqi: Emin Sabitoğlu

Rafiq Babayev - Elvida (www.fb.com/AzeriHits)

Payız gəldiGözlərim hər axşam axtarır səni,Ürəyim yollardan qayıtmır evə,Sənsiz dalğalar da tanımır məni,Neyləyim ürəyim...
29/09/2017

Payız gəldi

Gözlərim hər axşam axtarır səni,
Ürəyim yollardan qayıtmır evə,
Sənsiz dalğalar da tanımır məni,
Neyləyim ürəyim heç yatmır evə.

Payız gəldi, uçdu getdi quşlar,
Sən də getdin, bax yağdı yağışlar.
Payız gəldi, uçdu getdi quşlar,
Sən də getdin, bax yağdı yağışlar.
Payız gəldi, qərib oldu dəniz,
Bu dənizin gözü yaşlı sənsiz.
Bu dənizin gözü yaşlı sənsiz.

Küçələr, döngələr izindən qalır,
Yarpaq pıçıltısı sənin səsindi,
İşıqlar zil qara gözündən qalır,
Bu şirin xatirə mənim bəsimdi.

Payız gəldi, uçdu getdi quşlar,
Sən də getdin, bax yağdı yağışlar.
Payız gəldi, uçdu getdi quşlar,
Sən də getdin, bax yağdı yağışlar.
Payız gəldi, qərib oldu dəniz,
Bu dənizin gözü yaşlı sənsiz.
Bu dənizin gözü yaşlı sənsiz.

Özümü aldadır hər axşam-səhər,
Elə bu havanı oxuyuram mən,
Vallah səndən ötrü çox darıxmışam,
Başqa nə gəlir ki axı əlimdən?

Payız gəldi, uçdu getdi quşlar,
Sən də getdin, bax yağdı yağışlar.
Payız gəldi, uçdu getdi quşlar,
Sən də getdin, bax yağdı yağışlar.
Payız gəldi, qərib oldu dəniz,
Bu dənizin gözü yaşlı sənsiz.
Bu dənizin gözü yaşlı sənsiz.

Dostlarım bilirlər nələr çəkirəm,
Hər axşam könlümü alırlar mənim,
Hər dəfə qapımı döyən zaman qəm,
Dostlarım həmdəmim olurlar mənim.

Payız gəldi, uçdu getdi quşlar,
Sən də getdin, bax yağdı yağışlar.
Payız gəldi, uçdu getdi quşlar,
Sən də getdin, bax yağdı yağışlar.
Payız gəldi, qərib oldu dəniz,
Bu dənizin gözü yaşlı sənsiz.
Bu dənizin gözü yaşlı sənsiz...

Sözlər: Fikrət Qoca.
Musiqi: Emin Sabitoğlu,
İfaçı: Hüseyn Həsənov, Tofiq Ağayev
"Bağlı qapı qarşısında" k/f-dən.

Bəstəkar Emin Sabitoğlu, Söz: Fikrət Qoca, İfaçı: Hüseyn Bakılı (Həsənov) http://www.facebook.com/EminSabitoghlu Sözlər: Gözlərim hər axşam axtarır səni, Ürə...

Bu gün dahi Azərbaycan bəstəkarı Üzeyir Hacibəyovun doğum günü və Milli Musiqi günüdür.
18/09/2017

Bu gün dahi Azərbaycan bəstəkarı Üzeyir Hacibəyovun doğum günü və Milli Musiqi günüdür.

Uzeyir bey Abdul Hussein oglu Hajibeyov (Üzeyir bəy Əbdülhüseyn oğlu Hacıbəyov; Узеир Абдул-Гусейн оглы Гаджибеков; September 18, 1885, Agjabadi November 23,...

Address

Elmlar Akademiyası. M. Street
Baku

Alerts

Be the first to know and let us send you an email when Azerlit Ədəbiyyat Portalı posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category