02/09/2026
🛡️ Korrupsiya barədə məlumat verən şəxslərin hüquqları qanunla qorunur!
⚖️ Korrupsiya ilə əlaqədar hüquqpozmalar barədə məlumat verən şəxsə və ya onun yaxın qohumuna hədə-qorxu gəlmək, təzyiq göstərmək, maddi və ya mənəvi ziyan vurmaq, təhqir və təhdid etmək, onların şərəf və ləyaqətini alçaltmaq qadağandır.
🚫 Həmçinin məlumat verən işçiyə qisas almaq məqsədilə tənbeh tətbiq edilməsi, əmək müqaviləsinə xitam verilməsi, vəzifədən azad edilməsi, başqa işə keçirilməsi, əməkhaqqından qanunsuz tutulmalar aparılması, vəzifədə irəli çəkilməsinə və ya həvəsləndirilməsinə maneçilik törədilməsi və digər bu kimi tədbirlərin tətbiqi yolverilməzdir.
📌 Məlumat verən şəxs ona qarşı qisas xarakterli tədbirlərin tətbiq edildiyinə dair dəlillər təqdim etdikdə, həmin dəlillərin təkzib edilməsi işəgötürənin üzərinə düşür.