Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin rəsmi Facebook hesabı.

Yeni yaradıcı istiqamətlər üzrə qəbul üçün müraciətlərin qəbul edilməsi 10 sentyabr 2026-cı il tarixinədək uzadıldı!
05/09/2026

Yeni yaradıcı istiqamətlər üzrə qəbul üçün müraciətlərin qəbul edilməsi 10 sentyabr 2026-cı il tarixinədək uzadıldı!

🎻 Sizə gözəl bir xəbərimiz var!Kamança tarixində ilk: Azərbaycanda yeni dövlət standartı qəbul edildi.Ölkəmizdə ilk dəfə...
05/09/2026

🎻 Sizə gözəl bir xəbərimiz var!

Kamança tarixində ilk: Azərbaycanda yeni dövlət standartı qəbul edildi.

Ölkəmizdə ilk dəfə olaraq kamança və kamança ailəsinə aid milli simli musiqi alətləri üçün vahid dövlət standartı müəyyənləşdirilib.

AZS 1005:2026 “Milli simli musiqi alətləri. Kamança və kamança ailəsi. Texniki şərtlər” standartı alətlərin konstruksiyası, əsas ölçüləri, istifadə olunan materiallar, texniki göstəriciləri, markalanması, qablaşdırılması və saxlanmasına dair tələbləri müəyyən edir.

Yeni standart kamançanın hazırlanması və keyfiyyətinin qiymətləndirilməsində vahid yanaşmanın tətbiqinə, milli musiqi alətimizin ənənəvi xüsusiyyətlərinin qorunmasına və gələcək nəsillərə ötürülməsinə xidmət edəcək.

Standart Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən, Mədəniyyət Nazirliyinin bazasında yaradılmış “Azərbaycan xalq çalğı alətləri” standartlaşdırma üzrə Texniki Komitəsinin (AZSTAND/TK 44) təqdimatı əsasında qəbul olunub.

Milli musiqi irsimizin qorunması və inkişafı istiqamətində daha bir mühüm addım. 🇦🇿

Ətraflı: https://competition.gov.az/az/post/1341/olkede-ilk-defe-kamancaya-dair-yeni-dovlet-standarti-qebul-edilib

Azərbaycan ilə bp şirkəti arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunub. Azərbaycan Respublikasının mədəniyyət n...
03/09/2026

Azərbaycan ilə bp şirkəti arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunub.

Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli sentyabrın 2-də bp-nin Xəzər, Mərkəzi Asiya və Türkiyə üzrə regional prezidenti Cio Kristofoli ilə görüşüb.
Qonağı salamlayan nazir Azərbaycan ilə bp arasında uğurlu əməkdaşlığın istiqamətlərindən birinin də mədəniyyət sahəsi olduğunu bildirib. Qeyd olunub ki, şirkətin muzey və sərgilərin təşkili, yaradıcı təşəbbüslərin təşviqi, o cümlədən görkəmli mədəniyyət xadimlərinin irsi ilə bağlı nəşrlərə verdiyi dəstək təqdirəlayiqdir.
Şirkətin regional prezidenti Cio Kristofoli Azərbaycanda mədəniyyət sahəsində müxtəlif layihələrə bundan sonra da dəstək göstərəcəklərini diqqətə çatdırıb.
Söhbət zamanı əlaqələrin daha da genişləndirilməsi, eyni zamanda tarixi filmlərin çəkilişi sahəsində əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.
Mədəniyyət naziri C.Kristofolini Mədəniyyət Nazirliyinin Yaradıcı Mərkəzi ilə tanışlığa, həmçinin bu il oktyabrın 27–29-da Bakıda keçiriləcək VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna dəvət edib.
Görüşdə bp-nin Xəzər, Mərkəzi Asiya və Türkiyə regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli də iştirak edib.

02/09/2026
Mədəniyyət naziri Adil KərimliNaxçıvanda vətəndaşları qəbul edəcək.Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə...
02/09/2026

Mədəniyyət naziri Adil Kərimli
Naxçıvanda vətəndaşları qəbul edəcək.

Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli tərəfindən 2026-cı il sentyabrın 24-də Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyində (ünvan: Naxçıvan şəhəri, Heydər Əliyev prospekti,1) Naxçıvan şəhəri, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz, Şərur rayonlarından olan vətəndaşların qəbulu keçiriləcəkdir.

Vətəndaşlar 2026-cı il sentyabrın 18-dək Nazirliyin [email protected] elektron poçt ünvanı, (012) 493-43-98 telefon nömrəsi vasitəsilə müraciət etməklə qəbula yazıla bilərlər.

02/09/2026

Azərbaycan dili rubrikası: Təhqiqat

29/08/2026

Böyük hərflə başlanan sözlər | “Redaktor” media layihəsi

Mədəniyyət naziri Adil Kərimli Laçın şəhərində vətəndaşların müraciətlərini dinləyib Mərkəzi icra hakimiyyəti orqanları ...
27/08/2026

Mədəniyyət naziri Adil Kərimli Laçın şəhərində vətəndaşların müraciətlərini dinləyib

Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən hər ay şəhər və rayonlarda qəbullar təşkil olunur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən keçirilən qəbullar zamanı vətəndaşların müraciət və təklifləri dinlənilir, müvafiq addımlar atılır.
Mədəniyyət naziri Adil Kərimlinin vətəndaşlarla növbəti görüşü avqustun 27-də Laçın şəhərində keçirilib.
Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin inzibati binasında keçirilən qəbulda Laçın və Kəlbəcər rayonlarından olan vətəndaşlar müraciət və təkliflərini diqqətə çatdırıblar.
Vətəndaşların müraciətləri əsasən əməyin qiymətləndirilməsi, mədəniyyət sahəsinə dair təkliflər, məşğulluq, iş yerinin dəyişdirilməsi, maddi-texniki təchizatın yaxşılaşdırılması və digər məsələlərlə bağlı olub.
Mədəniyyət naziri sakinlər tərəfindən qeyd edilən bütün məsələlərin operativ araşdırılacağını və qanunvericiliyə uyğun həlli istiqamətində işlər görüləcəyini bildirib.
Qəbulda şəhid ailələri və qazilərin də qaldırdıqları məsələlərə xüsusi diqqət yetirilməsi ilə bağlı nazirliyin məsul əməkdaşlarına müvafiq tapşırıqlar verilib.

27/08/2026

26 avqust tarixində doğma Laçınımızda Laçın Şəhəri Günü münasibətilə silsilə tədbirlər keçirildi! 🇦🇿

Şəhər Gününün yekun videoçarxını sizinlə paylaşırıq.



 #5 26 avqust — Laçın Şəhəri Günü çərçivəsində geniş konsert proqramı keçirilib.Həkəri çayının sahilində qurulmuş böyük ...
26/08/2026

#5 26 avqust — Laçın Şəhəri Günü çərçivəsində geniş konsert proqramı keçirilib.

Həkəri çayının sahilində qurulmuş böyük səhnədə təqdim olunan konserti doğma yurda qayıtmış Laçın sakinləri, mədəniyyət nümayəndələri və şəhərin qonaqları izləyiblər.

Tanınmış incəsənət nümayəndələrinin ifasında “Qarabağ”, “Mənim Azərbaycanım”, “Sən qalibsən”, “Laçın”, “Ey, Vətən” və digər mahnılar səsləndirilib.

Bayram konsertində həmçinin Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının ifasında “Uzundərə”, “Vağzalı-Mirzəyi”, “Yallı” və digər milli rəqs nümunələri təqdim olunub.

Vətənpərvərlik ruhlu musiqi və rəqs nömrələri əsasında hazırlanan proqram tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Address

Üzeyir Hacıbəyli, 84
Baku
1000

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+994124933002

Alerts

Be the first to know and let us send you an email when Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi:

Shortcuts

Share