DOST Çağrı Mərkəzi 142

DOST Çağrı Mərkəzi 142 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Çağrı mərkəzinin rəsmi facebook səhifəsi

04/09/2026

“DOST Çağrı Mərkəzi 142” tərəfindən daxili qaydada araşdırılması üçün qeydiyyata alınmış müraciətlərə müəyyən edilmiş müddətlər ərzində baxılır. Operativ qaydada qeydiyyata alınmış müraciətlərin baxılma müddəti 3 iş günü təşkil edir.

Bu müddət ərzində müraciət araşdırılır və nəticə barədə vətəndaşla telefon vasitəsilə əks-əlaqə qurulur və ya SMS bildirişi ilə cavab təqdim olunur.

Seneqalın dövlət qulluğu, əmək və ictimai xidmətlərin islahatı naziri Mamadou Lamine Diantenin başçılıq etdiyi nümayəndə...
03/09/2026

Seneqalın dövlət qulluğu, əmək və ictimai xidmətlərin islahatı naziri Mamadou Lamine Diantenin başçılıq etdiyi nümayəndə heyəti 1 saylı DOST Mərkəzi ilə tanış olub.

Nazir Anar Əliyev konsepsiyasının üstünlükləri barədə nümayəndə heyətinə məlumat verib.

ℹ️ Qonaqlar üçün DOST xidmətləri və ölkəmizin rəqəmsal sosial nailiyyətləri barədə təqdimatlar edilib. Keçirilən ikitərəfli görüşdə iki nazirlik arasında gələcək əməkdaşlıq məsələləri müzakirə edilib.

➡️ https://sosial.gov.az/az/media/xeberler/seneqalli-nazir-dost-merkezi-ile-tanis-olub-9709

Xidmət prosesində ilk növbədə vətəndaşlara zəruri məlumatlar anons vasitəsilə çatdırılır. Daha sonra vətəndaşlar İnterak...
03/09/2026

Xidmət prosesində ilk növbədə vətəndaşlara zəruri məlumatlar anons vasitəsilə çatdırılır. Daha sonra vətəndaşlar İnteraktiv Sosial Bot üzərindən ən çox ünvanlanan müraciətlərlə bağlı həm mətn, həm də təlimatlandırıcı video-çarxlar vasitəsilə operativ məlumat ala bilərlər.

Əlavə sual yarandıqda isə birbaşa canlı əlaqəyə keçid edərək operator xidmətindən yararlanmaq mümkündür.

02/09/2026

İşğaldan azad edilmiş ərazilərdə işləyən mütəxəssislərə hər il 5 təqvim günü müddətində əlavə məzuniyyət verilir. ✅

İcbari tibbi sığorta hesabına özəl tibb müəssisəsində xidmət almaq üçün göndərişin verilməsi qaydası çox sadədir. 🔹İlkin...
01/09/2026

İcbari tibbi sığorta hesabına özəl tibb müəssisəsində xidmət almaq üçün göndərişin verilməsi qaydası çox sadədir.

🔹İlkin müraciət: Vətəndaş icbari tibbi sığortanın tətbiq edildiyi istənilən dövlət tibb müəssisəsinə şəxsiyyət vəsiqəsi ilə müraciət edir.

🔹Göndərişin verilməsi: Xidmətlər Zərfi çərçivəsində vətəndaşın ehtiyacı olduğu tibbi xidmətin dövlət tibb müəssisəsində göstərilməsi mümkün olmadığı halda, vətəndaşa Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi ilə müqaviləsi olan özəl tibb müəssisəsinə göndəriş verilir.

🔹Göndərişin müddəti: Göndərişin etibarlılıq müddəti 10 iş günüdür.

“142” Çağrı Mərkəzi olaraq vətəndaşlara rahat, əlçatan və operativ xidmət göstərmək üçün müxtəlif əlaqə kanalları təqdim...
31/08/2026

“142” Çağrı Mərkəzi olaraq vətəndaşlara rahat, əlçatan və operativ xidmət göstərmək üçün müxtəlif əlaqə kanalları təqdim edirik.Bu kanallar vasitəsilə hər bir vətəndaş özünə ən uyğun formada xidmətlərimizdən asanlıqla faydalana bilər:

🔹Birbaşa Əlaqə — Canlı operator dəstəyi
🔹Onlayn Çat – real vaxt rejimində peşəkar mütəxəssis dəstəyi
🔹Sosial Bot – 24/7 avtomatlaşdırılmış məlumatlandırma xidməti
🔹SMS Xidməti – qısa, aydın və operativ məlumatlandırma
🔹Əks-əlaqə – sorğuların operativ və dolğun cavablandırılması
🔹IVR sistemi – səsli menyu vasitəsilə avtomatlaşdırılmış məlumatlandırma və yönləndirmə xidməti

Bizimlə əlaqə quraraq daha çox məlumat əldə edin və xidmətlərimizdən yararlanın!

31/08/2026

Hamiləliyə, doğuşa və uşağın doğulmasına görə məzuniyyət hansı müddətdə verilir?

Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev və Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev   pro...
28/08/2026

Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev və Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev proqramı çərçivəsində 📍 Qəbələ rayonunda qurulmuş kiçik təsərrüfatlara baxış keçiriblər.

ℹ️ Sosial Xidmətlər Agentliyinin sifarişi əsasında Qəbələdə yaradılmış günərzi qayğı mərkəzində və Qəbələ Uşaq Reabilitasiya Mərkəzində uşaqlara göstərilən xidmətlər də nəzərdən keçirilib.

➡️ https://sosial.gov.az/az/media/xeberler/qebelede-ozunumesgulluq-proqrami-uzre-qurulmus-teserrufatlara-gunerzi-qaygi-ve-reabilitasiya-merkezlerine-baxis-olub-9693

Nazir Anar Əliyev 📍 Qəbələ rayonunda Qəbələ və Oğuz rayonlarının sakinlərini qəbul edib. Qəbuldan əvvəl Anar Əliyev və Q...
28/08/2026

Nazir Anar Əliyev 📍 Qəbələ rayonunda Qəbələ və Oğuz rayonlarının sakinlərini qəbul edib.

Qəbuldan əvvəl Anar Əliyev və Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.

✅ Qəbul zamanı hər bir müraciət araşdırılıb və nəticəsinə uyğun tədbirlər görülüb.

➡️ https://sosial.gov.az/az/media/xeberler/nazir-anar-eliyev-qebelede-vetendaslari-qebul-edib-9692

Vətəndaşlar "142"yə hansı məsələlərlə bağlı müraciət edə bilərlər❓"DOST Çağrı Mərkəzi 142"nin direktoru Bəxtiyar Məmmədo...
28/08/2026

Vətəndaşlar "142"yə hansı məsələlərlə bağlı müraciət edə bilərlər❓

"DOST Çağrı Mərkəzi 142"nin direktoru Bəxtiyar Məmmədov ASAN TV-yə 🎙️ müsahibəsində çağrı mərkəzinin fəaliyyətinə dair sualları cavablandırıb.

🎥 https://www.youtube.com/live/cq3ljud4ZYc

Vətəndaşlar "142"yə hansı məsələlərlə bağlı müraciət edə bilərlər❓

"DOST Çağrı Mərkəzi 142"nin direktoru Bəxtiyar Məmmədov ASAN TV-yə 🎙️ müsahibəsində Çağrı mərkəzinin fəaliyyətinə dair sualları cavablandırıb.

🎥 https://www.youtube.com/live/cq3ljud4ZYc

Address

Kazım Kazımzadə Küçəsi, 560-cı Məhəllə
Baku

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Alerts

Be the first to know and let us send you an email when DOST Çağrı Mərkəzi 142 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share