13/07/2026
11 iyul tarixində Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş beynəlxalq incəsənət, musiqi və rəqs müsabiqəsi keçirilib.
Azərbaycan Rəqs Assosiasiyası və Azərbaycan Gənclər İttifaqının tərəfdaşlığı ilə təşkil olunan mötəbər müsabiqədə Azərbaycan Dövlət Uşaq Filarmoniyasının nəzdində fəaliyyət göstərən Art Studiyanın yetirmələri uğurla iştirak edərək mükafatlı yerlərə layiq görülüblər.
Gənc rəssamların qazandıqları bu uğur onların yaradıcılıq potensialının, əzmkarlığının və müəllimləri Nərmin Mirzəliyeva və Günay Qarayevanın peşəkar əməyinin parlaq göstəricisidir.
Abbasəliyeva Fidan- I yer
Əliyeva Məryəm - II yer