AUL "SABAH" GROUPS

AUL "SABAH" GROUPS Azerbaijan University of Languages, Official page of "SABAH" groups

📕📚   qlobal pandemiya ilə əlaqədar olaraq  -anlara dünyanın 190 universitetinin pulsuz kursları ilə vaxtlarınızı dəyərlə...
22/03/2020

📕📚 qlobal pandemiya ilə əlaqədar olaraq -anlara dünyanın 190 universitetinin pulsuz kursları ilə vaxtlarınızı dəyərləndirə bilərsiniz.

Ətraflı:

Since the end of 2011 over 800 universities have created around 10,000 MOOCs. In the past four months alone, 190 universities have announced 600 such free online courses.

SABAHımız Siz olun!SABAH qrupları 2019/2020-ci tədris ili üçün tələbə seçimi üzrə müsabiqəni açıq elan edir!Müsabiqənin ...
06/05/2019

SABAHımız Siz olun!

SABAH qrupları 2019/2020-ci tədris ili üçün tələbə seçimi üzrə müsabiqəni açıq elan edir!

Müsabiqənin I mərhələsində iştirak etmək üçün elektron ərizə doldurulmalıdır.
Elektron ərizəni doldurmazdan əvvəl müvafiq təlimatla tanış olmağınız xahiş olunur. (http://sabah.edu.az/az/telimat)

2019/2020-ci tədris ili üçün “SABAH qruplarına tələbələrin seçimi Qaydaları” ilə tanış olmağınız tövsiyə olunur. (http://sabah.edu.az/az/qaydalar-2)

Ali təhsil müəssisisəsindən asılı olaraq, tələbələr üçün müəyən olunmuş son qeydiyyat tarixi haqqında məlumat əldə edə və elektron ərizəni doldura bilərsiniz.

(http://sabah.edu.az/…/20192020-ci-tedris-ili-uzre-sabah-qru…)

1. Elektron ərizə “İstifadəçi hesabının yaradılması” və “Elektron ərizənin doldurulması” mərhələlərindən ibarətdir.

17/11/2017

SABAH III Tələbə Debat Forumunun qalibləri bəlli oldu! :)
Noyabrın 16-da Təhsil Nazirliyinin tərəfdaşlığı, SABAH qrupları və DVC-nin (“Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi) təşkilatçılığı ilə 3-cü SABAH Tələbə Debat Forumunun final oyunu, bağlanış və mükafatlandırma mərasimi keçirildi.
Bu ilki SABAH Tələbə Debat Forumunun mövzusu “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının “gənclər arasında sahibkarlıq fəaliyyətinin təşviqi” məqsədlərinə uyğun olaraq “Gənc nəslin sahibkarlıq fəaliyyətinin inkişafında dövlət dəstəyinin rolu” oldu.
Forumun qrup və “play-off” mərhələsi oyunlarında ümumilikdə 7 universiteti təmsil edən 32 komanda mübarizə apardılar. Debat raundlarından uğurla keçən “Alpha” və “Enigma” komandaları finala vəsiqə qazandılar.
Əfsanə Məmmədova (ADİU), İsmayıl Səlimov (ADİU), Anar Məmmədzadə (ADİU), Sevil Hacıyeva (ADİU), Elgün Məmmədov (ADİU), İlqar Ağasıyev (ADİU), Xədicə Veysəlova (ADU), David Poladov (BDU), Fərhad Ağayev (ADİU) forumun ən yaxşı natiqləri Ülviyyə Axundova isə Forumun I ən yaxşı natiqi adına layiq görüldü.
Forumun qalibi isə Azərbaycan Dövlət İqtisad Universitetinin “Alpha” komandası (Pinar Cəbrayılova, Ömər Əzizli, Elgün Məmmədov) oldu!
Debatçılarımızı təbrik edir, göstərdikləri maraqlı oyun üçün təşəkkür edirik! :)

12/09/2017

II kurs tələbələrinin yataqxanaya yerləşməsi haqqında məlumat



2017/2018-ci tədris ilində SABAH qruplarına qəbul olunmuş tələbələrin yataqxanaya yerləşmə tarixi haqqında məlumat müvafiq email ünvanlarına göndərilmişdir.

22/08/2017

II kurs SABAH tələbələrinin yataqxanaya qeydiyyatı

2017/18-ci tədris ilində SABAH qruplarına qəbul olunmuş və yekun qeydiyyat zamanı yataqxanaya ehtiyac barədə seçimi işarələmiş tələbələr 27 avqust 2017-ci il tarixinədək müvafiq qeydiyyat keçidinə daxil olaraq yataqanaya ehtiyac seçimini təsdiqləməlidirlər. Qeydiyyatı tamamlamamış tələbələrin yataqxanaya müraciəti nəzərə alınmayacaqdır.

Müvafiq qeydiyyat keçidi tələbələrin email ünvanlarına göndərilmişdir.

31/07/2017

SABAH qruplarına qəbul olunmuş tələbələrin qeydiyyatı

2017/18-ci tədris ili üçün SABAH qruplarınaqəbul olunmuş tələbələrin elektron qeydiyyatı 1-4 avqust tarixləri arasında aparılacaqdır. Qeydiyyat keçidinin aktivləşməsi haqqında sabah.edu.az saytında məlumat yerləşdiriləcəkdir.

2017/2018-ci tədris ili üçün SABAH qruplarına tələbə qəbulunun nəticələri2017/2018-ci tədris ili üçün SABAH qruplarına t...
29/07/2017

2017/2018-ci tədris ili üçün SABAH qruplarına tələbə qəbulunun nəticələri

2017/2018-ci tədris ili üçün SABAH qruplarına tələbə qəbulu test imtahanı, müsahib nəticəsi, ali təhsil müəssisəsinə qəbul balı və ümumi orta müvəffəqiyyət göstəricisinin uyğun əmsallarına, II semestr nəticələri üzrə akademik borcu olmayan tələbələrin sayına əsasən, hər bir ixtisasın kvotası və müsabiqədə iştirak edən tələbə sayı nəzərə alınmaqla azərbaycan və ingilis bölmələri üzrə qəbul aparılmışdır.

"Rus dili müəllimliyi" (50103) və "Tərcümə" (50203)ixtisasları üzrə tələbə sayı üzrə müsabiqə nəticələrinə əsasən akademik qrupun formalaşdırılması üçün tələbə sayı yetərsay olmadığından, bu ixtisaslar üzrə 2017/18-ci tədris ilində SABAH qrupları yaradılmayacaqdır.

QƏBUL OLUNMUŞ TƏLƏBƏLƏRIN QEYDIYYATI 30 IYUL-2 AVQUST TARIXLƏRI ARASINDA ELEKTRON QAYDADA APARILACAQDIR.

Tələbələr student.sabah.edu.az saytından şəxsi kabinetlərinə daxil olaraq qeydiyyatdan keçməlidirlər. Qeydiyyat zamanı müvafiq ərizə ilə diqqətlə tanış olmağınız və təsdiqləməyiniz mütləqdir. Ərizəni təsdiqləməməmiş tələbələr SABAH qruplarına qəbul olunmuş hesab olunmayacaqdırlar.

Ərizənin təsdiqlənməsi üçün son tarix 2 avqust 2017-ci ildir.

II semestr transkriptlərinin yüklənilməsi üçün son tarix 31 avqust 2017-ci ildir.

http://sabah.edu.az/az/20172018-ci-tedris-ili-ucun-sabah-qruplarina-telebe-qebulunun-neticeleri

2017/2018-ci tədris ili üçün SABAH qruplarına tələbə qəbulu test imtahanı, müsahib nəticəsi, ali təhsil müəssisəsinə qəbul balı və ümumi orta müvəffəqiyyət göstəricisinin uyğun əmsallarına, II semestr nəticələri üzrə akademik borcu olmayan tələbələrin sayına əsasən, hər bir ixtisasın kvotası və müsa...

Address

Baku
AZ1000

Alerts

Be the first to know and let us send you an email when AUL "SABAH" GROUPS posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to AUL "SABAH" GROUPS:

Share