Xanlar Nuru oğlu Fətiyev

Xanlar Nuru oğlu Fətiyev 98 saylı Bərdə-Tərtər seçki dairəsindən VII çağırış Milli Məclisin deputatı

Xanlar Fətiyev Bərdə rayonunda vətəndaş qəbulu keçirib Milli Məclisin deputatı Xanlar Fətiyev seçildiyi 98 saylı Bərdə–T...
03/09/2026

Xanlar Fətiyev Bərdə rayonunda vətəndaş qəbulu keçirib
Milli Məclisin deputatı Xanlar Fətiyev seçildiyi 98 saylı Bərdə–Tərtər seçki dairəsi üzrə vətəndaşlarla növbəti qəbul-görüşünü keçirib. Qəbul Bərdə rayonunun Əlyanlı kəndində və Yeni Azərbaycan Partiyası (YAP) Bərdə rayon təşkilatının inzibati binasında keçirilib.
Qəbul-görüşdə  vətəndaşların müraciətləri dinlənilib, onları narahat edən sosial və məişət məsələləri ilə bağlı müzakirələr aparılıb. Qaldırılan problemlərin bir qisminin yerindəcə həlli üçün müvafiq addımlar atılıb, digər müraciətlər isə nəzarətə götürülüb.
Millət vəkili vətəndaşların müraciəti ilə bağlı Əlyanlı kənd məktəbinə baxış keçirib, problemlərin həlli istiqamətində müəyyən addımlar atılıb.
Qəbul-görüsdə YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya iştirak edib. 
Vətəndaşlar keçirilən qəbul-görüşdən razı qaldıqlarını bildirərək, ölkədə həyata keçirilən genişmiqyaslı sosial-iqtisadi inkişafa görə Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını ifadə ediblər.

Torpaqlarımızın işğaldan azad edilməsi və ərazi bütövlüyümüzün bərpa olunması tariximizə yeni əlamətdar günlər yazdı. İn...
26/08/2026

Torpaqlarımızın işğaldan azad edilməsi və ərazi bütövlüyümüzün bərpa olunması tariximizə yeni əlamətdar günlər yazdı. İndi xalqımız hər il böyük qürurla Zəfər Gününü, Dövlət Suverenliyi Gününü, o cümlədən işğaldan azad edilmiş şəhərlərin günlərini qarşılayır. Ordumuzun Vətən müharibəsindəki müzəffər yürüşünü, şəhər və kəndlərimizin işğaldan azad olunmasını özündə əks etdirən bu əlamətdar günlər Azərbaycanın dövlətçilik və müstəqillik salnaməsinin şərəfli səhifələrini təşkil edir.

https://az.trend.az/azerbaijan/gundem/4218045.html

Azərbaycan Prezidenti İlham Əliyevin avqustun 23-24-də Özbəkistana etdiyi dövlət səfəri iki ölkə arasındakı münasibətlər...
26/08/2026

Azərbaycan Prezidenti İlham Əliyevin avqustun 23-24-də Özbəkistana etdiyi dövlət səfəri iki ölkə arasındakı münasibətlərə yeni işıq saldı. Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın yüksək ehtiramla qarşılanmasından başlayaraq, səfər proqramının hər bir tədbiri – aparılan danışıqlar, verilən bəyanatlar, imzalanan sənədlər, Daşkəndin, Buxaranın görməli yerləri ilə tanışlıqlar Azərbaycan–Özbəkistan dostluğunun və qardaşlığının möhtəşəm təcəssümünə çevrildi. İki ölkənin əlaqələrinin daha da dərinləşdirilməsinə verdiyi töhfələrlə yanaşı, bu səfər həm də Türk dünyasının həmrəyliyinin və C6 formatında əməkdaşlığın gücləndirilməsi baxımından mühüm siyasi hadisə oldu.

https://az.trend.az/azerbaijan/politics/4217875.html

Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) müsahibəsi Azərbaycan–Özbəkistan münasibətləri...
24/08/2026

Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) müsahibəsi Azərbaycan–Özbəkistan münasibətlərinin hazırkı inkişaf səviyyəsinin və qarşıdakı perspektivlərinin dəyərləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Dövlətimizin başçısının müsahibədə səsləndirdiyi fikirlər, müxtəlif sahələrdəki əməkdaşlığa dair açıqlanan rəqəmlər bir daha göstərdi ki, Azərbaycan-Özbəkistan əlaqələri dostluq, qardaşlıq, strateji tərəfdaşlıq və müttəfiqlik prinsiplərinə uyğun olaraq sürətlə inkişaf edir. Dövlətlərarası əlaqələrin mükəmməl nümunəsinə çevrilən Azərbaycan–Özbəkistan münasibətləri, eyni zamanda, Türk dünyasında əməkdaşlığın genişlənməsinə, Mərkəzi Asiya və Cənubi Qafqazın vahid siyasi və geoiqtisadi mərkəzə çevrilməsinə xidmət edir.

https://azertag.az/xeber/azerbaycan_ozbekistan_munasibetleri_dovletlerarasi_elaqelerin_mukemmel_numunesine_chevrilib__serh-4378289

Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın avqustun 11-də Naxçıvan Muxtar Respublikasına səfəri respu...
17/08/2026

Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın avqustun 11-də Naxçıvan Muxtar Respublikasına səfəri respublikamızın siyasi-ictimai həyatının əlamətdar hadisələrindən biri kimi yadda qaldı. Səfər çərçivəsində keçirilən tədbirlər, təməlqoyma və açılış mərasimləri muxtar respublikanın inkişafına göstərilən diqqətin təcəssümünə çevrildi. Prezidentin AzTV-yə müsahibəsində səsləndirdiyi fikirlər isə Naxçıvanın Azərbaycanın strateji inkişaf hədəflərindəki yerinə və roluna işıq saldı.

https://azertag.az/xeber/naxchivan_azerbaycanin_neqliyyat_ve_enerji_strategiyalarinin_esas_merkezlerinden_birine_chevrilecek____serh-4364637

Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri iki qardaş ölkə arasında münasibətlərin inkişafında yeni mərhələnin ...
03/08/2026

Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri iki qardaş ölkə arasında münasibətlərin inkişafında yeni mərhələnin əsasını qoydu. Belə ki, indiyədək strateji tərəfdaş olan iki Türk dövlətinin əlaqələri bu səfərdən sonra müttəfiqlik münasibətləri səviyyəsinə yüksəldi. Eyni zamanda, bu səfər bir daha təsdiq etdi ki, Azərbaycan və Mərkəzi Asiya artıq vahid geosiyasi və geoiqtisadi məkanın ayrılmaz iştirakçılarına çevrilib.

https://azertag.az/xeber/deputat_azerbaycan_avrasiya_mekaninin_da_aparici_siyasi_iqtisadi_ve_neqliyyat_merkezlerinden_birine_chevrilir-4348741

Hər bir xalqın kimliyinin ən vacib keyfiyyət göstəricilərindən biri onun doğma dilidir. Dil ünsiyyət vasitəsi olmaqla ya...
02/08/2026

Hər bir xalqın kimliyinin ən vacib keyfiyyət göstəricilərindən biri onun doğma dilidir. Dil ünsiyyət vasitəsi olmaqla yanaşı, həm də xalqın irsini, təfəkkürünü tarixdən tarixə, nəsildən nəsilə ötürən milli dəyərdir. Bu mənada dil aid olduğu xalqın zəngin mənəvi sərvətidir. Ona görə də ana dilinin qorunması və inkişaf etdirilməsi öz tarixinə, milli-mənəvi dəyərlərinə hörmətlə yanaşan dövlətlərin milli siyasətinin əsas prioritetlərindən biri hesab olunur.

https://az.trend.az/azerbaijan/gundem/4211735.html

Azərbaycan Prezidenti İlham Əliyevin iyulun 20-21-də Almaniya Federativ Respublikasına etdiyi rəsmi səfər iki dövlət ara...
24/07/2026

Azərbaycan Prezidenti İlham Əliyevin iyulun 20-21-də Almaniya Federativ Respublikasına etdiyi rəsmi səfər iki dövlət arasındakı əlaqələrin inkişafında yeni mərhələnin başlanğıcını qoydu. Keçirilən görüşlər, imzalanan sənədlər tərəflərin münasibətlərini daha da dərinləşdirməkdə maraqlı və qətiyyətli olduqlarını nümayiş etdirdi. Səfərin yekunları göstərir ki, Azərbaycan-Almaniya münasibətləri perspektivdə daha da genişlənəcək.

https://az.trend.az/azerbaijan/politics/4209538.html

İyulun 22-də Azərbaycan milli mətbuatının əsasının qoyulmasının 151-ci ili tamam olur. Görkəmli ziyalı və publisist, büt...
23/07/2026

İyulun 22-də Azərbaycan milli mətbuatının əsasının qoyulmasının 151-ci ili tamam olur. Görkəmli ziyalı və publisist, bütün ömrünü və yaradıcı fəaliyyətini öz xalqının maariflənməsinə həsr edən Həsən bəy Zərdabi tərəfindən təsis edilən “Əkinçi” qəzetinin 1875-ci ilin 22 iyul tarixində nəşrə başlaması ilə yaranan Azərbaycan mətbuatı ilk gündən cəmiyyətin maariflənməsində, xalqımızın milli oyanışında və ictimai-siyasi fikrin formalaşmasında əvəzsiz rol oynayıb.

https://az.trend.az/azerbaijan/gundem/4209067.html

IV Şuşa Qlobal Media Forumu maraqlı müzakirələr, panel sessiyaları və interaktiv görüşlərlə yadda qaldı. “Sülhün təşviqi...
15/07/2026

IV Şuşa Qlobal Media Forumu maraqlı müzakirələr, panel sessiyaları və interaktiv görüşlərlə yadda qaldı. “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda keçirilən Forumun yalnız respublikamızda deyil, qlobal səviyyədə böyük maraq doğuran hissəsi Prezident İlham Əliyevin iştirakçıların suallarını cavablandırması oldu.

https://azertag.az/xeber/azerbaycanin_qetiyyetli_ve_prinsipial_siyaseti_susadan_dunyaya_bir_daha_beyan_olundu__serh-4320165

Address

Salyan Şosesi 2
Baku

Website

Alerts

Be the first to know and let us send you an email when Xanlar Nuru oğlu Fətiyev posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share