Xəzər rayon MKS-nin Mərkəzi Kitabxanası

Xəzər rayon MKS-nin Mərkəzi Kitabxanası Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Xəzər rayon MKS-nin Mərkəzi Kitabxanası, Library, Xəzər rayon, Binə qəsəbəsi, Fuad Aynulov küç. 2, Baku.

Emili Bronte 1818-ci ildə Tornton, Yorkşirdə anadan olub. 6 uşağın 5-cisi olan Emili, Şarlotta Bronte nin kiçik bacısı i...
30/07/2026

Emili Bronte 1818-ci ildə Tornton, Yorkşirdə anadan olub. 6 uşağın 5-cisi olan Emili, Şarlotta Bronte nin kiçik bacısı idi. 1820-ci ildə ailə Havorda köçdü. Uşaqlıq illərində analarının ölümündən sonra, üç bacı və qardaşları Branvel Bronte xəyali yerləri xəyal etmişdilər ki, bunların adlarına yazdıqları hekayələrdə rast gəlirik. Emilinin o dövrdə qələmə aldığı işlərindən çox az bir qismi bu günümüzə qədər gəlib çata bilmişdir. Emili 1838-ci ildə Halifaks yaxınlığındakı Mis Patşetin Qız Akademiyasında işləyib. Daha sonra, işinə bacısı Şarlotta ilə birlikdə Brüsseldəki özəl bir məktəbdə davam etmişdir. Emilinin şairəlikdəki istedadının ailəsi tərəfindən kəşf edilməsi ilə, bacıları Şarlotta və Enn ilə birlikdə 1846-cı ildə ortaq bir şeir kitabı yayımladılar. Əsəri dövrün qadın yazıçılara qarşı qəsdi-qərəzliklərdən qurtula bilmək məqsədi ilə həm oğlan, həm də qadın adı olaraq işlədilən təxəllüslərlə çap etmişdilər. İşlətdikləri təxəllüslər gerçək adlarının baş hərfləriylə eyni baş hərfi daşıyırdı: Şarlotta (Charlotte) üçün Karrer Bell (Currer Bell), Emili üçün Ellis Bell və Enn (Anne) üçün Ekton (Acton) Bell. 1847-ci ildə tək romanı olan Tufanlı Yoxuşlar romanını yayımlamışdır ki, bu roman üç cildlik bir seriyanın ilk iki cildini təşkil edirdi. Son cild bacısı Enn tərəfindən yazılan Aqnes Qrey adlı romandır. Romanın müasirlikçi tərəfi tənqidçiləri ciddi bir şəkildə təəccübləndirmişdir. Hər nə qədər ilk yayımlananda həm yaxşı, həm də p*s şərhlər alsa da, roman zamanla bir ingilis ədəbiyyatı klassiki halına gəlmişdir. 1850-ci ildə Şarlotta, romanı yayıma hazırlamış və Emilinin gerçək adıyla, təkbaşına bir əsər olaraq “Tufanlı Yoxuşlar” adıyla yayımlamışdır. Bacıları kimi, Emilinin sağlamlığı da evdəki və məktəbdəki çətin vəziyyət səbəbiylə zəifləmiş, p*sləşmişdir. Qardaşının sentyabrdakı cənazəsi dövründə qrip olmuş və hər cür tibbi müdaxiləni rədd etdikdən sonra, 19 Dekabr 1848-ci il tarixində vəfat etmişdir. Havord, Qərbi Yorkşir bölgəsində dəfn edilmişdir.

Bakı şəhər Xəzər rayon MKS-nin 2 nömrəli kitabxana filialı səyyar xidmət göstərib
29/07/2026

Bakı şəhər Xəzər rayon MKS-nin 2 nömrəli kitabxana filialı səyyar xidmət göstərib

Bu gün tanınmış şair, yazıçı, dramaturq, publisist, pedaqoq, ədəbiyyatşünas, tərcüməçi Abdulla Şaiqin doğum günüdür.Xəzə...
24/07/2026

Bu gün tanınmış şair, yazıçı, dramaturq, publisist, pedaqoq, ədəbiyyatşünas, tərcüməçi Abdulla Şaiqin doğum günüdür.

Xəzər rayon MKS rubrikasında sizə “Köç” hekayəsini təqdim edir.

Mayın gözəl bir səhəri idi. Dan yeri yenicə ağarmağa başlamışdı.
Yatağımda yatırdım. Birdən-birə anamın yavaşca: “Oğlum, qalx, yaylağa gedirik” deməsindən gözlərimi açdım. Anam

başımı əlləri içinə alaraq, bir də:

– Qalx, oğlum! Səndən başqa hamı hazırdır, arabamız da gəlib, – dedi.

Dərhal dimdik qalxdım. Paltarımı geydim. Əl-üzümü yudum. Bir fincan çay içər-içməz pilləkənləri gup-gup başıaşağı

endim. Öküz arabası qapımızın ağzında durur, arabaçı Salman kişi də şeyləri üsulluca arabaya yerləşdirirdi.Artıq, hərəkət edəcəyik… Sevinirəm… Ailəmizin hamısı aşağıda idi. Hətta Mərmər adlı ağ pişiyimi, sarı, iri tüklü toyuğumu cücələri ilə bərabər bir səbət içində götürmüşdük. Necə sevinməyim?! Hamımız arabaya doluşduq. Salman kişi də arabanın boynuna oturdu: “Həm… Hof” edib əlindəki uzun qırmancını havada bir neçə kərə şaqqıldatdı. Araba hərəkət etməyə başladı.

Atam da ata minib, yanımızca gəlirdi. Şəhərin iri, geniş küçələri ilə gedirik. Hər zaman gözümüzün alışdığı geniş küçələr, böyük evlər, iri şüşəli mağazalar…

Araba şəhərdən çıxarkən günəş yenicə çırtır, şərqi bürüyən qırmızılıqdan üfüqlərdəki dağ silsiləsi kimi görünən buludlar əlvan rənglərə boyanırdı.

Şəhərin tozlu, gurultulu küçələrindən, isti havasından get-gedə uzaqlaşırdıq.

Arabamız iki tərəfi ağac, əkin və bostanla bəzənmiş bir yolla gedirdi.

Azərbaycan!.. Doğma vətənimin gözəl təbiəti vardır. Səhərlərə məxsus olan nəsimdən arabir yarpaqlar qımıldanır, tarlalara, təpələrə, çöllərə xalı kimi döşənmiş lətif, yumşaq otlar, çiçəklər, dəniz kimi dalğalanır, yaşıl yarpaqlar arasına sığınmış quşcuğazlar səs-səsə verib ötüşürdü. Göz işlədikcə açıqlıq, yaşıllıq, dərəlik, təpəlik, irəlilədikcə qarşımızda bir-birindən daha gözəl təbiət, daha canlı lövhələr açılır. İri, kələ-kötür, ətəkləri qaratikan kolları ilə döşənmiş dağlar arasından yuxarı qalxdıqca təbiət və hava bütün başqalaşır, insan ürəkdolusu nəfəs alır.

Bakı şəhəri Xəzər rayon MKS- nin Mərkəzi Kitabxanasında 22 iyul- Azərbaycanda Milli Mətbuat və Jurnalistika Günü ilə əla...
22/07/2026

Bakı şəhəri Xəzər rayon MKS- nin Mərkəzi Kitabxanasında 22 iyul- Azərbaycanda Milli Mətbuat və Jurnalistika Günü ilə əlaqədar dəyirmi masa keçirilib. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.Daha sonra tədbirdə çıxış edənlər Azərbaycan milli mətbuatının yaranma tarixi, Həsən bəy Zərdabinin milli mətbuatımızın inkişafındakı xidmətləri və jurnalistikanın cəmiyyətin məlumatlandırılmasındakı mühüm rolu barədə söhbət açdı. 1875-ci il iyulun 22-də Həsən bəy Zərdabi tərəfindən nəşr olunan “ Əkinçi” qəzeti Azərbaycan milli mətbuatının əsasını qoymuş və xalqın maariflənməsində mühüm rol oynamışdır. Həmçinin müasir dövrdə jurnalistikanın cəmiyyətin obyektiv məlumatlandırılmasında, milli-mənəvi dəyərlərin təbliğində və ictimai rəyin formalaşmasında əvəzsiz əhəmiyyət daşıdığı vurğulandı. Mövzu ətrafında fikir mübadiləsi aparıldı, iştirakçıların sualları cavablandırılıb.
Kitabxanada mövzu ilə bağlı təşkil olunan kitab sərgisinə oxucular tərəfindən baxış keçirilib.

22 iyul Azəebaycanda Milli Mətbuat Günüdür.
22/07/2026

22 iyul Azəebaycanda Milli Mətbuat Günüdür.

16/07/2026
Azərbaycanın çoxəsrlik dövlətçilik tarixində Heydər Əliyev dövrünün müstəsna yeri vardır. Bu dövr öz başlanğıcını 1969-c...
14/07/2026

Azərbaycanın çoxəsrlik dövlətçilik tarixində Heydər Əliyev dövrünün müstəsna yeri vardır. Bu dövr öz başlanğıcını 1969-cu il 14 iyul tarixindən götürür. Məhz xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəldiyi həmin gün müstəqil və qüdrətli Azərbaycan dövlətinin əldə etdiyi bütün uğurların təməl tarixi kimi xatırlanır. Bu tarix həm də Azərbaycanın yad ünsürlər içərisində assimilyasiyasının xilası, xalqın özünəqayıdışının başlanğıcıdır.

Ulu öndər Heydər Əliyevin Azərbaycanın rəhbəri seçilməsindən sonra respublikanın iqtisadi, ictimai-siyasi, mədəni tarixində yeni bir dövr başlanmışdır. Dahi şəxsiyyət hakimiyyətə gəlişi ilə milli düşüncəni oyatmış, illər sonra qurulacaq müstəqil Azərbaycanın potensial bazasını yaratmışdır. Həmin dövr tamamilə fərqli şərtlərin diktə olunduğu dövr olsa da, dahi şəxsiyyət öz şəxsi bilik və bacarığı sayəsində irəlilədiyi vəzifə pillələrində artıq xalqının gələcək mövcudluğu üçün yeni şərtlərin yaradılmasının özü üçün milli vəzifə olduğunu qətiləşdirmişdir. Təsadüfi deyil ki, bu gün bir çox tarixçi və siyasətçilər haqlı olaraq qeyd edirlər ki, Azərbaycan xalqının XX əsrdəki milli qurtuluşu, əslində, 1969-cu il iyulun 14-dən başlanır. İqtisadi çətinliklərlə müşayiət olunan həmin dövr həm də yeraltı və yerüstü sərvətləri ilə zəngin olan Azərbaycanın öz sahib olduqlarından yararlana bilməməsi, ittifaq tərkibində olan digər respublikalardan ən geridə qalması ilə fərqlənirdi. Ulu öndər Heydər Əliyev o dövrü belə xarakterizə edirdi: “Qətiyyətlə bildirmək olar ki, 60-cı illərdə respublika iqtisadiyyatı, bütövlükdə, dərin və uzunmüddətli böhran mərhələsinə qədəm qoymuşdu. Yaranmış ağır vəziyyətdən çıxış yolu tapılmalı, iqtisadiyyatın inkişafı üçün prinsipial cəhətdən yeni konseptual yanaşma yolları işlənib hazırlanmalı, xalq təsərrüfatında köklü struktur dəyişiklikləri aparılmalı, təsərrüfatçılıq və iqtisadi həvəsləndirmə işində təzə metodlar tətbiq edilməli idi”.

İyulun 10-da Bakı şəhər Xəzər Rayon MKS-nin 2 nömrəli kitabxana filialının və  Pirallahı Gənclər evinin birgə təşkilatçı...
10/07/2026

İyulun 10-da Bakı şəhər Xəzər Rayon MKS-nin 2 nömrəli kitabxana filialının və Pirallahı Gənclər evinin birgə təşkilatçılığı ilə mütaliəyə həsr olunmuş “Bir kitab aç, bir söhbət başlat” adlı görüş keçirilib.

Görüşün məqsədi gənclər arasında mütaliə mədəniyyətini təşviq etmək, kitab oxumağa marağı artırmaq və oxu vərdişlərinin inkişafına dəstək olmaqdır.

İştirakçılar kitabların insanın dünyagörüşünün formalaşmasında, tənqidi düşüncə və ünsiyyət bacarıqlarının inkişafındakı rolu barədə müzakirələr aparıblar.

Daha sonra gənclər kitablar haqqında düşüncələrini bölüşüb, bir-birilərinə yeni kitablar tövsiyə ediblər.

 Doktor Səid Bir milyonluq xəyanət
08/07/2026


Doktor Səid
Bir milyonluq xəyanət

Xəzər rayon MKS sizə  “Günün şeiri” rubrikasında xalq şairi  Səməd Vurğunun “Mən tələsmirəm” şeirini təqdim edir.Dostlar...
07/07/2026

Xəzər rayon MKS sizə “Günün şeiri” rubrikasında xalq şairi Səməd Vurğunun “Mən tələsmirəm” şeirini təqdim edir.

Dostlar, badələri qaldırın içək!
Gecə, ulduzludur, hava da sərin.
Demirəm məst olub dünyadan keçək…
Deyirəm mehriban düşüncələrin
İsti qücağında qızınaq bir az…
Qoy uzansın gecə, geciksin səhər,
Yuxuya getməsin məclisdəkilər –
Mənim söhbətimdən yorulmaq olmaz.
Hələ yer üstündə, insan yanında
Deyib danışmaqdan doymamışam mən…
Uzadaq ömrünü hər bir anın da,
Yel kimi keçməsin vaxt üstümüzdən…
Bu aylı gecədə, bu dağ döşündə,
Bu sazlı, söhbətli bulaq başında
Bu saat, bu dəm
Heç yana, heç yerə mən tələsmirəm!
Sevgilim, qolunu boynuma dola!
Demə ki, yorğunam, ya qocalmışam.
Mən hələ dünyadan nə zövq almışam?
Dur, bütün aləmi gəzək qol-qola!
Yenə də fikrimin səyyar yelkəni
Dənizdən – dənizə atsa da məni,
Qorxma! Ürəkdə de:: «Uğurlar ola!»
Dur, bütün aləmi gəzək qol – qola,
Sellərdən, sulardan yeyin axsam da,
Şimşəklə yanaşı göydə çaxsam da,
Nə şadlıq səyirtsin atını, nə qəm,
Heç yana, heç yerə mən tələsmirəm!

Sən də, ovçu dostum, tələsmə sən də,
Bu qəlbi dağları qoy asta aşaq.
O çay yanındakı yaşıl çəməndə
Asta addımlayıb ağır dolaşaq.
Hər güllə, çiçəyə salam verməsəm,
Xoş üz göstərməsəm, xoş üz görməsəm;
Nanələr, reyhanlar inciyər məndən.
Güllərin yarpağı tökülər dən-dən…
Odur ki, yel olub çöldə əsmirəm,
Heç yana, heç yerə mən tələsmirəm!

Bulud tez keçməsin başımın üstdən,
Çay da yavaş axsın…sular boyunca.
Baxım hər zərrəyə, baxım doyunca…
Ürək tərpənməyir ötərgi səsdən,
Nə çıxar bir anlıq yanan həvəsdən?

Elə zənn etmə ki, ağırlaşmışam,
Ayağı sarıqlı şikəst bir quşam…
Qoy dünya böyüsün, zaman uzansın,
Bir günün ərzində aylarla yansın
Al günəş üzündən nur yağa – yağa..
Ömrün kitabını tamamlamağa
Çox da can atmasın əlimdə qələm,
Mən tələsmirəm,
Mən tələsmirəm!

Address

Xəzər Rayon, Binə Qəsəbəsi, Fuad Aynulov Küç. 2
Baku
AZ1045

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 18:00
Sunday 09:00 - 18:00

Website

Alerts

Be the first to know and let us send you an email when Xəzər rayon MKS-nin Mərkəzi Kitabxanası posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category