Embassy of the Netherlands in Azerbaijan

Embassy of the Netherlands in Azerbaijan Niderland Səfirliyinin Facebook səhifəsinə xoş gəlmisiniz! Welcome to the page of the Dutch Embassy! On this page we will provide information on our activities.

We are interested in receiving feedback from the public. Tell us what you think, and share your ideas with us and the other users of this page. We aim to keep communication as open and accessible as possible. We reserve the right to remove any postings we regard to be malicious or offensive. The embassy is not responsible for any statements made by third parties.

🇳🇱🇦🇿 14 iyul tarixində Niderlandın aparıcı gəmiqayırma şirkətlərindən biri olan Damen Shipyards Groupun Baş İcraçı Direk...
22/07/2026

🇳🇱🇦🇿 14 iyul tarixində Niderlandın aparıcı gəmiqayırma şirkətlərindən biri olan Damen Shipyards Groupun Baş İcraçı Direktoru Arnout Damen Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ilə görüşüb.

Azərbaycana səfəri çərçivəsində Arnout Damen, həmçinin AZCON Holdingin İcraçı direktoru Şahin Babayev və Bakı Gəmiqayırma Zavodu MMC-nin Direktorlar Şurasının sədri Ruslan Talıbov ilə görüşlər keçirib.

Görüşlər zamanı Azərbaycan ilə Niderland arasında gəmiqayırma 🚢, dəniz nəqliyyatı 🌊 , müasir dəniz texnologiyalarının tətbiqi və digər qarşılıqlı maraq doğuran istiqamətlərdə əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.

Həmçinin müzakirələr zamanı Azərbaycanın çərçivəsində artan strateji rolu da qeyd edilib.

***

🇳🇱🇦🇿 On 14 July, Arnout Damen, Chief Executive Officer of Damen Shipyards Group, one of the Netherlands’ leading shipbuilding companies, met with the Prime Minister of the Republic of Azerbaijan, Ali Asadov.

During his visit to Azerbaijan, Mr Damen also held meetings with Shahin Babayev, Chief Executive Officer of AZCON Holding, and Ruslan Talibov, Chairman of the Board of Directors of Baku Shipyard LLC.

The meetings focused on the prospects for expanding cooperation between Azerbaijan and the Netherlands in shipbuilding 🚢, maritime transport 🌊, the application of advanced maritime technologies, and other areas of mutual interest.

The discussions also highlighted Azerbaijan’s growing strategic role within the .

Image credits: Office of the Prime Minister of the Republic of Azerbaijan / AZCON Holding / Baku Shipyard LLC

17 iyul MH17 reysinin faciəsi zamanı həyatını itirən 298 insanın xatirəsini ehtiramla yad edirik. 🥀Bu gün onların ailələ...
17/07/2026

17 iyul MH17 reysinin faciəsi zamanı həyatını itirən 298 insanın xatirəsini ehtiramla yad edirik. 🥀

Bu gün onların ailələrinin və yaxınlarının acısını paylaşırıq. Bu faciənin qurbanlarını anmaqla yanaşı, onların xatirəsinin yaşadılmasının və bu hadisə ilə bağlı həqiqət və ədalətin öz yerini tapmasının əhəmiyyətini bir daha xatırladırıq.

***

We honour the memory of the 298 people who lost their lives in the tragedy of Flight MH17 on 17 July. 🥀

Today, we share the grief of their families and loved ones. As we commemorate the victims of this tragedy, we also once again emphasize the importance of preserving their memory and ensuring that the truth and justice regarding this incident prevail.

9 İyul – Azərbaycanda Diplomatik Xidmət Orqanları Əməkdaşlarının Peşə Bayramı Günüdür. 🇦🇿Bu əlamətdar gün münasibətilə b...
09/07/2026

9 İyul – Azərbaycanda Diplomatik Xidmət Orqanları Əməkdaşlarının Peşə Bayramı Günüdür. 🇦🇿

Bu əlamətdar gün münasibətilə bütün diplomatları səmimi qəlbdən təbrik edir, fəaliyyətlərində uğurlar arzulayırıq! 💐

*

9 July marks the Professional Holiday of the Employees of the Diplomatic Service Bodies of Azerbaijan. 🇦🇿

On the occasion of this significant day, we sincerely congratulate all diplomats and wish them continued success in their professional activities.💐

9 İyul – Azərbaycan Respublikası diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü münasibətilə Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarında çalışan bütün əməkdaşları səmimi-qəlbdən təbrik edirik.

Dövlətimizin milli maraqlarının qorunması, beynəlxalq mövqeyinin daha da möhkəmləndirilməsi və ölkəmizin dünya miqyasında layiqincə təmsil olunması naminə həyata keçirdikləri məsuliyyətli və şərəfli fəaliyyətlərində hər birinə yeni nailiyyətlər, möhkəm cansağlığı və əzmkarlıq arzulayırıq.

Peşə bayramımız mübarək! 🇦🇿🇦🇿🇦🇿

Tələbə Jort Vervelde Niderland Krallığının Azərbaycandakı Səfirliyində son aylarda keçdiyi təcrübə proqramını uğurla tam...
09/07/2026

Tələbə Jort Vervelde Niderland Krallığının Azərbaycandakı Səfirliyində son aylarda keçdiyi təcrübə proqramını uğurla tamamlamışdır. Jort Vervelde bu müddət ərzində ölkələrimiz arasında artıq mövcud olan yaxın və davamlı inkişaf edən münasibətlərə öz töhfəsini vermə imkanı əldə etmişdir. ✨

“Azərbaycanda olduğum müddətdə Qarabağa səfərim mənə ən dərin təəssürat bağışlayan təcrübə oldu. Bu səfər mənə müharibənin nə qədər ağır nəticələrə səbəb olduğunu, eyni zamanda ondan sonrakı bərpa prosesinin necə böyük zəhmət tələb etdiyini göstərdi. Davam edən möhtəşəm yenidənqurma işləri sayəsində bu regionun investisiya və müxtəlif sahələr üzrə əməkdaşlıq üçün böyük potensiala malik olduğunun şahidi oldum.

Bu peşəkar təcrübədən əlavə, Azərbaycanla bağlı şəxsi və dəyərli xatirələrim də olmuşdur.

Şəkidən Lənkərana, Şuşadan Qubaya qədər ölkəni gəzərək təkcə heyranedici təbiətə və böyük müxtəlifliyə malik bir ölkəni deyil, həm də indiyədək tanıdığım ən səmimi, ən mehriban və ən qonaqpərvər insanları kəşf etdim.

İndi isə mənə yalnız bir söz demək qalır:

“Hər şey üçün çox sağ ol, Azərbaycan!”

Jorta gələcək təhsilində və peşəkar fəaliyyətində uğurlar arzulayır, ona yeni nailiyyətlər diləyirik! 💐

***

Student Jort Vervelde has successfully completed his internship at the Embassy of the Kingdom of the Netherlands in Azerbaijan over the past few months. During this period, Jort Vervelde had the opportunity to contribute to the already close and steadily developing relationship between our two countries.✨

“Of everything I have seen and experienced during my time in Baku, my visit to Karabakh has left the deepest impression. It showed me not only the devastating cost of war, but also the enormous effort required to rebuild afterwards. It is a region with tremendous potential for investment and cooperation across many sectors, made possible by the remarkable reconstruction work that is still underway.

Beyond this professional experience, Azerbaijan has also given me something far more personal.

By travelling across the country—from Sheki to Lankaran, and from Shusha to Quba—I have discovered not only a country blessed with breathtaking landscapes and incredible diversity, but also one filled with the warmest, kindest, and most welcoming people I have ever met.

Now, only one thing remains for me to say:

“Hər şey üçün çox sağ ol, Azərbaycan!”

We wish Jort every success in his future studies and professional career, and wish him many new achievements! 💐

👶🤱Niderlandda kraamzorg doğuşdan sonrakı dövrdə ana və körpəyə evdə göstərilən peşəkar dəstək xidmətidir və ölkənin dövl...
03/07/2026

👶🤱Niderlandda kraamzorg doğuşdan sonrakı dövrdə ana və körpəyə evdə göstərilən peşəkar dəstək xidmətidir və ölkənin dövlət tərəfindən dəstəklənən səhiyyə sisteminin mühüm hissəsini təşkil edir.

Bu xidmət çərçivəsində ixtisaslaşmış mütəxəssislər ailələrə evdə praktiki dəstək göstərir, ana və körpənin sağlamlıq vəziyyətini izləyir, valideynlərə yeni doğulmuş körpənin qayğısı ilə bağlı məsləhətlər verir və onların bu yeni həyata daha rahat uyğunlaşmasına kömək edirlər.

Bu modelin Azərbaycanda pilot layihə çərçivəsində “kraamzorg.az” özəl təşəbbüs kimi tətbiq olunmasını alqışlayırıq. Doğuşdan sonrakı qayğının əlçatanlığını artırmağa və bu sahədə maarifləndirməyə yönəlmiş səyləri yüksək qiymətləndiririk. ✨

Məhz bu uğurlu Niderland təcrübəsinin Azərbaycanda da tətbiqini dəstəkləmək üçün səfir Marianne De Yonq “Kraamzorg.az” şirkətini qəbul etmişdir. Onların Azərbaycandakı fəaliyyətləri ilə tanış olmuş, gələcək planları ilə maraqlanmışdır.

Ümid edirik ki, bu təşəbbüs uğurla inkişaf edəcək, daha çox ailəni əhatə edəcək və gələcəkdə Azərbaycanda doğuşdan sonrakı dəstək xidmətlərinin genişlənməsinə, o cümlədən dövlət səviyyəsində inkişafına töhfə verəcək.

Bu mühüm Niderland təcrübəsini həyata keçirən Azərbaycan şirkətinə uğurlar arzulayırıq!

***

👶🤱 In the Netherlands, kraamzorg is a professional postnatal home care service for mothers and newborns and an integral part of the country's publicly supported healthcare system.

Through this service, specially trained maternity care professionals provide practical assistance to families at home, monitor the health and well-being of both mother and baby, offer guidance on newborn care, and help parents adjust with confidence to this new stage of life.

We welcome the introduction of this model in Azerbaijan through the pilot private initiative .az. We highly appreciate the efforts to improve access to postnatal care and to raise awareness of the importance of professional support during the postpartum period.✨

In order to support the implementation of this successful Dutch model in Azerbaijan, Ambassador Marianne De Jong welcomed representatives of “Kraamzorg.az.” During the meeting, she learned about the company's activities in Azerbaijan and took an interest in its future plans.

We hope this initiative will continue to grow, reach more families across Azerbaijan, and contribute to the further development of postnatal care services in the country, including their potential expansion at the public level in the future.

We wish the Azerbaijani company implementing this important Dutch model every success in its endeavours!

30 iyun tarixində Niderland Krallığının Azərbaycandakı səfiri Marianne de Yonq Azərbaycan Respublikası Əsir, Girov və İt...
02/07/2026

30 iyun tarixində Niderland Krallığının Azərbaycandakı səfiri Marianne de Yonq Azərbaycan Respublikası Əsir, Girov və İtkin Düşmüş Şəxslərlə İş üzrə Dövlət Komissiyası (STATCOM) və Beynəlxalq İtkin Düşmüş Şəxslər Komissiyasının (ICMP) əməkdaşlığı ilə Bakıda keçirilən “İtkin Düşmüş Şəxslər Məsələsinin Həllində Əməkdaşlığın Gücləndirilməsi və Müasir Yanaşmaların İrəlilədilməsi” adlı beynəlxalq konfransda iştirak edib. 🇳🇱🇦🇿

Konfrans Niderlandın maliyyə dəstəyi ilə Azərbaycan və Ermənistanda itkin düşmüş şəxslər məsələsi üzrə əməkdaşlığın gücləndirilməsinə yönəlmiş layihə çərçivəsində təşkil olunub. Layihə itkin düşmüş şəxslərin axtarışı və müəyyənləşdirilməsi sahəsində əməkdaşlığın gücləndirilməsini, məhkəmə-tibbi potensialın inkişafını və ailələrin taleyinin aydınlaşdırılmasına dəstək göstərməyi hədəfləyir. 🤝

Tədbirdə yüksək vəzifəli dövlət rəsmiləri, Azərbaycan Respublikası Milli Məclisinin üzvləri, beynəlxalq təşkilatların nümayəndələri və müvafiq sahələr üzrə mütəxəssislər iştirak ediblər.

Həmçinin səfir Marianne de Yonqun ICMP-nin Baş direktoru Kathryne Bomberger ilə görüşü olub. Görüş zamanı Niderlandın dəstəyi ilə həyata keçirilən layihə üzrə əldə olunan irəliləyişlər, regional əməkdaşlığın əhəmiyyəti və itkin düşmüş şəxslər məsələsində gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.

🌏Tədbir beynəlxalq əməkdaşlığın gücləndirilməsi və bu sahədə təcrübə mübadiləsi ilə yekunlaşıb.

***

On 30 June, the Ambassador of the Kingdom of the Netherlands to Azerbaijan, Marianne de Jong, attended the international conference “Enhancing Cooperation and Advancing Modern Approaches in Addressing the Issue of Missing Persons”, held in Baku and organised through the cooperation between the State Commission of the Republic of Azerbaijan on Prisoners of War, Hostages and Missing Persons (STATCOM) and the International Commission on Missing Persons (ICMP). 🇳🇱🇦🇿

The conference was organised within the framework of a project funded by the Kingdom of the Netherlands, aimed at strengthening cooperation on the issue of missing persons in Azerbaijan and Armenia. The project seeks to enhance cooperation in the search for and identification of missing persons, strengthen forensic capacities, and support efforts to provide answers to the families of the missing. 🤝

The event brought together senior government officials, members of the National Assembly of the Republic of Azerbaijan, representatives of international organisations, and experts working in the relevant fields.

The Ambassador also met with Kathryne Bomberger, Director-General of the International Commission on Missing Persons (ICMP). Their discussion focused on the progress achieved under the Netherlands-funded project, the importance of regional cooperation, and prospects for continued collaboration in addressing the issue of missing persons.

🌏The conference concluded with discussions on strengthening international cooperation and exchanging expertise in this field.

Niderland Krallığının Azərbaycandakı səfiri Marianne de Yonq Minalar əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyinin ...
30/06/2026

Niderland Krallığının Azərbaycandakı səfiri Marianne de Yonq Minalar əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyinin nümayəndələri ilə görüş keçirib.🇳🇱🇦🇿

Görüş çərçivəsində Azərbaycanda mina təhlükəsinin humanitar təsirləri, minatəmizləmə fəaliyyətinin hazırkı vəziyyəti, mina riskləri ilə bağlı maarifləndirmə tədbirləri və mina qurbanlarının üzləşdiyi çətinliklər müzakirə olunub. Təşkilat nümayəndələri həmçinin əvvəlki illərdə həyata keçirdikləri layihələr və bu istiqamətdə hazırladıqları hesabatlar barədə məlumat veriblər.📄

Tərəflər dünyada minatəmizləmə sahəsində beynəlxalq əməkdaşlığın əhəmiyyətini vurğulayıb, Azərbaycanın üzləşdiyi mina probleminin miqyası fonunda bu sahəyə göstərilən dəstəyin artırılması imkanlarını müzakirə ediblər.

Görüş qarşılıqlı fikir mübadiləsi şəraitində keçib və tərəflər gələcək əməkdaşlıq imkanları barədə də fikir mübadiləsi aparıblar. 🇳🇱🤝🇦🇿

****

The Ambassador of the Kingdom of the Netherlands to Azerbaijan, Marianne de Jong met with representatives of the Azerbaijan Campaign to Ban Landmines Public Union.🇳🇱🇦🇿

During the meeting, the parties discussed the humanitarian impact of landmine contamination in Azerbaijan, the current state of demining efforts, mine risk education initiatives, and the challenges faced by landmine victims. The representatives of the organization also provided an overview of the projects they have implemented in previous years, as well as the reports they have prepared in this field. 📄

The parties underscored the importance of international cooperation in global mine action and discussed opportunities to strengthen support for addressing Azerbaijan’s landmine challenge in light of the scale of the problem.

The meeting took place in a constructive atmosphere of mutual exchange, with both sides also discussing opportunities for future cooperation.🇳🇱🤝🇦🇿

Bir Krallıq, dörd ölkə, iki komanda. Bilirdinizmi ki, Niderland Krallığı Niderland🇳🇱, Aruba 🇦🇼, Kürasao 🇨🇼 və Sint-Marte...
30/06/2026

Bir Krallıq, dörd ölkə, iki komanda.

Bilirdinizmi ki, Niderland Krallığı Niderland🇳🇱, Aruba 🇦🇼, Kürasao 🇨🇼 və Sint-Martendən 🇸🇽 ibarət dörd ölkəni birləşdirir?

2026 FIFA Dünya Kubokunda Krallığın tərkibinə daxil olan iki ölkə — Niderland və Kürasao — öz milli komandaları ilə təmsil olunurdu. Elə buna görə də Kral Villem-Aleksandr və Kraliça Maksima hər iki komandaya dəstək verirdilər.

Hər iki komandanın Dünya Kubokundakı çıxışı başa çatsa da, komandaların əzmi, enerjisi və nümunəvi idman ruhu Krallıq boyunca böyük rəğbət qazandı. Hər iki komandaya gələcək oyunlarında uğurlar arzulayır, Krallığımızın müxtəlifliyini və birliyini dünya səhnəsində qürurla təmsil etdiklərinə görə təşəkkür edirik.

"Bir Krallıq, dörd ölkə" şüarı ilə 2026 FIFA Dünya Kubokunda iştirak edən hər iki komandamızla qürur duyuruq!✨

***

One Kingdom, Four Countries, Two Teams.

Did you know that the Kingdom of the Netherlands comprises four constituent countries: the Netherlands 🇳🇱, Aruba 🇦🇼, Curaçao 🇨🇼, and Sint Maarten 🇸🇽?

At this FIFA World Cup, two constituent countries of the Kingdom—the Netherlands and Curaçao—were represented by their own national teams. That is also why Their Majesties King Willem-Alexander and Queen Máxima supported both teams throughout the tournament.

Although World Cup journey has come to an end for both teams, the teams’s determination, energy and sportsmanship have inspired supporters across the Kingdom. We wish both teams every success and thank them for showcasing the diversity and unity of our Kingdom.

Under the slogan "One Kingdom, Four Countries", we are proud to have both our teams competing at the 2026 FIFA World Cup!✨

Günay Babayevanı rəhbərliyə assistent vəzifəsində Niderland Krallığının Bakıdakı Səfirliyində salamlamaqdan məmnunluq du...
29/06/2026

Günay Babayevanı rəhbərliyə assistent vəzifəsində Niderland Krallığının Bakıdakı Səfirliyində salamlamaqdan məmnunluq duyuruq. 🤝

Günay diplomatik nümayəndəliklərdə, özəl sektorda və qeyri-hökumət təşkilatlarında qazandığı 15 ildən artıq peşəkar təcrübə ilə inzibati idarəetmə, rəhbərliyə dəstək, layihələrin əlaqələndirilməsi, müqavilələrin idarə olunması və sənəd dövriyyəsi sahələrində geniş bilik və bacarıqlara malikdir.

"Niderland Krallığının Səfirliyinə qoşulmaq və bu peşəkar komandanın bir hissəsi olmaq mənim üçün böyük şərəfdir. Səfirliyin fəaliyyətinə dəstək verməyi, onun missiyasına töhfə verməyi, həmkarlarımız və tərəfdaşlarımızla səmərəli əməkdaşlıq əlaqələrini daha da möhkəmləndirərək ortaq məqsədlərimizin həyata keçirilməsinə töhfə verəcəyimə ümid edirəm."

Günayı Səfirliyin komandasında salamlayır, ona yeni vəzifəsində uğurlar arzulayırıq!✨

***

The Embassy of the Kingdom of the Netherlands in Baku is pleased to welcome Gunay Babayeva as its new Management Assistant. 🤝

With more than 15 years of professional experience, Gunay brings extensive expertise in administrative management, executive support, project coordination, contracts administration, and document management gained across diplomatic missions, the private sector, and non-profit organizations.

"I am honoured to join the Embassy of the Kingdom of the Netherlands and become part of such a dedicated team. I look forward to supporting the Embassy’s work, contributing to its mission, and fostering strong cooperation with colleagues and partners as we work towards our shared objectives."

We are delighted to welcome Gunay to the Embassy and wish her every success in her new role!✨

Niderland Krallığının Azərbaycandakı Səfirliyinin maliyyə dəstəyi ilə həyata keçirilən və Niderland Probasiya Xidməti Re...
27/06/2026

Niderland Krallığının Azərbaycandakı Səfirliyinin maliyyə dəstəyi ilə həyata keçirilən və Niderland Probasiya Xidməti Reclassering Nederland
ilə Azərbaycan Respublikasının Probasiya Xidməti arasında əməkdaşlığın inkişafına yönəlmiş layihənin növbəti mərhələsi baş tutub. 🇳🇱🤝🇦🇿

Layihə çərçivəsində Azərbaycan nümayəndə heyəti Niderland Krallığının Azərbaycandakı Səfirliyinin müşaviri Şəhla Balakişiyeva və Azərbaycan Respublikasının Niderlanddakı səfirliyinin birinci katibi Nicat Məmmədovun müşayiəti ilə Niderlanda səfər edib. Azərbaycan Respublikasının Probasiya Xidməti, Ədliyyə Nazirliyinin nümayəndələri və Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimindən ibarət nümayəndə heyətinə Azərbaycan Respublikasının Probasiya Xidmətinin rəis müavini Anar Cəfərov rəhbərlik edib.

Səfər zamanı nümayəndə heyəti Utrext şəhərində yerləşən Niderland Probasiya Xidmətinin Baş Ofisini, Avropa Probasiya Konfederasiyasını CEP Probation , Probasiya Xidmətinin bir sıra fəaliyyətlərini, o cümlədən Dövlət Prokurorluğunu ziyarət edib. Eyni zamanda nümayəndə heyətinin Azərbaycan Respublikasının Niderland Krallığındakı fövqəladə və səlahiyyətli səfiri cənab Məmməd Əhmədzadə ilə də görüş imkanı olub.

✅ Layihə hər iki Probasiya Xidmətinin təcrübə və bilik mübadiləsini təşviq edərək qarşılıqlı əməkdaşlığın daha da möhkəmlənməsinə töhfə verib. Ümid edirik ki, bu əməkdaşlıq gələcəkdə də davam edəcək.

***

The next phase of the project, implemented with the financial support of the Embassy of the Kingdom of the Netherlands in Azerbaijan and aimed at strengthening cooperation between the Dutch Probation Service and the Probation Service of the Republic of Azerbaijan, has successfully taken place. 🇳🇱🤝🇦🇿

As part of the project, an Azerbaijani delegation visited the Netherlands, accompanied by Shahla Balakishiyeva, Senior Policy Officer at the Embassy of the Kingdom of the Netherlands in Azerbaijan and Nijat Mammadov, the First Secretary at the Embassy of the Republic of Azerbaijan in the Netherlands. The delegation comprised representatives of the Probation Service and the Ministry of Justice of the Republic of Azerbaijan, as well as a judge of the Supreme Court of the Republic of Azerbaijan. The delegation was led by Anar Jafarov, Deputy Head of the Probation Service of the Republic of Azerbaijan.

During the visit, the delegation toured the Head Office of the Dutch Probation Service in Utrecht, the Confederation of European Probation (CEP), and several probation-related institutions and activities, including the Public Prosecution Service. The delegation also had the opportunity to meet with H.E. Mr. Mammad Ahmadzada, Ambassador Extraordinary and Plenipotentiary of the Republic of Azerbaijan to the Kingdom of the Netherlands.

✅The project contributed to strengthening cooperation between the two Probation Services by promoting the exchange of knowledge and best practices. We hope that this fruitful cooperation will continue in the years ahead.

Address

ISR Plaza, 7th Floor, 69 Nizami Street
Baku
AZ1005

Opening Hours

Monday 10:00 - 13:00
14:00 - 17:00
Tuesday 10:00 - 13:00
14:00 - 17:00
Wednesday 10:00 - 13:00
14:00 - 17:00
Thursday 10:00 - 13:00
14:00 - 17:00
Friday 10:00 - 13:00
14:00 - 17:00

Telephone

+994 12 496 88 33

Alerts

Be the first to know and let us send you an email when Embassy of the Netherlands in Azerbaijan posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Embassy of the Netherlands in Azerbaijan:

Shortcuts

Share