Yasamal Rayon İcra Hakimiyyəti

Yasamal Rayon İcra Hakimiyyəti Yasamal rayonunda sürətlə gedən dəyişikliklər haqqında məlumatlar

Yasamal rayonunda genişmiqyaslı asfaltlanma işləri aparılırAzərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin pa...
28/07/2026

Yasamal rayonunda genişmiqyaslı asfaltlanma işləri aparılır
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin paytaxtın yol-nəqliyyat infrastrukturunun müasirləşdirilməsi, şəhər mühitinin yaxşılaşdırılması və vətəndaşların rahatlığının təmin olunması ilə bağlı müəyyən etdiyi vəzifələrə uyğun olaraq Yasamal rayonunda abadlıq-quruculuq tədbirləri ardıcıl şəkildə həyata keçirilir.
Yasamal Rayon İcra Hakimiyyəti, “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyi, Yasamal Bələdiyyəsi və rayon MKTB-nin birgə əməkdaşlığı çərçivəsində rayonun bir sıra küçə və məhəllələrində yol örtüyünün yenilənməsi, asfaltlanma və cari təmir işləri uğurla icra olunur.
Həyata keçirilən işlər çərçivəsində Hüseyn Cavid prospekti, Xiyabani və Nazim Hikmət küçələri, həmçinin Rahib Tağıyev, Kamal Rəhimov,Ümüd Əkbərov küçələrində, eləcə də rayonun bir sıra yaşayış massivlərində yerləşən məhəllədaxili yollarda köhnə və istismar müddətini başa vurmuş asfalt örtüyü yenisi ilə əvəz edilib, nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz və rahat hərəkətinin təmin edilməsi istiqamətində zəruri tədbirlər görülüb.
Yasamal ryonunda təmiri yekunlaşmış və davam edən yol sahələri bunlardır:
• Hüseyn Cavid prospekti (S.Dağlı küçəsi – M.Müşfiq küçəsi arası)
• Hüseyn Cavid prospekti (Landau küçəsi – Ə.Haqverdiyev küçəsi arası)
• Nazim Hikmət küçəsi (A.Şərifzadə küçəsi – Mətbuat prospektinədək)
• Kənar Dairəvi yolun 5–6-cı kilometrlik hissəsi
• Ayna Sultanova küçəsi
• Şeyx Məhəmməd Xiyabani küçəsi
Aparılan təmir və asfaltlanma işləri sakinlər tərəfindən müsbət qarşılanıb. Yol infrastrukturunun yenilənməsi nəqliyyatın hərəkətini daha rahat və təhlükəsiz etməklə yanaşı, ərazidə ümumi abadlıq və estetik görünüşün yaxşılaşmasına da mühüm töhfə verib.
Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən rayon ərazisində abadlıq-quruculuq tədbirləri, küçə və məhəllədaxili yolların mərhələli şəkildə təmiri, yaşıllıq zolaqlarının salınması, ekoloji vəziyyətinin yaxşılaşdırılması və digər infrastruktur layihələri bundan sonra da davam etdiriləcək.
Rayon sakinlərinin rahatlığı və rifahının yüksəldilməsi məqsədilə həyata keçirilən bu tədbirlər Yasamal rayonunun müasir şəhər standartlarına uyğun inkişafına və daha komfortlu yaşayış mühitinin formalaşdırılmasına xidmət edir.

22/07/2026
Yasamal Rayon İcra Hakimiyyətində vətəndaş məmnuniyyətinin təmin olunması prioritetdir: cari ay ərzində yüzlərlə sakin q...
21/07/2026

Yasamal Rayon İcra Hakimiyyətində vətəndaş məmnuniyyətinin təmin olunması prioritetdir: cari ay ərzində yüzlərlə sakin qəbul edilib
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaş müraciətlərinə həssas yanaşılması, onların operativ araşdırılması və qanunvericiliyin tələblərinə uyğun həll olunması ilə bağlı verdiyi tapşırıqlara əsasən Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən cari ay ərzində vətəndaş qəbulları və səyyar görüşlər intensiv şəkildə davam etdirilib.
Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov tərəfindən rayonun müxtəlif ərazilərində keçirilən səyyar qəbullar zamanı vətəndaşlarla birbaşa ünsiyyət qurulub, onların problem və təklifləri yerində dinlənilib, bir sıra ünvanlara baxış keçirilib, aidiyyəti qurumların rəhbərlərinə konkret tapşırıqlar verilib.
Cari ay ərzində keçirilən qəbullarda 400-dən çox rayon sakini qəbul olunub. Daxil olan müraciətlərin böyük əksəriyyəti yerində araşdırılıb, təxminən 80 faizi üzrə müsbət qərarlar qəbul edilərək operativ həll təmin olunub, əlavə araşdırma və digər dövlət qurumlarının səlahiyyətinə aid məsələlər isə nəzarətə götürülərək aidiyyəti üzrə icraya yönləndirilib.
Qəbullar zamanı vətəndaşlar əsasən:
• çoxmənzilli yaşayış binalarında cari və əsaslı təmir işləri;
• dam örtüklərinin və lift təsərrüfatının yenilənməsi;
• məhəllədaxili yolların təmiri və asfaltlanması;
• həyətlərin abadlaşdırılması və işıqlandırılması;
• su, kanalizasiya, qaz və elektrik təsərrüfatı ilə bağlı problemlər;
• məşğulluq və sosial müdafiə məsələləri;
• ağacların budanması və ekoloji vəziyyət;
• mənzil-məişət və digər sosial xarakterli məsələlərlə bağlı müraciətlər ediblər.
Qaldırılan məsələlərin əhəmiyyətli hissəsi yerində həllini tapıb, bir sıra müraciətlər üzrə isə icra mexanizmi işə salınıb. Əlavə maliyyə və ya digər dövlət qurumlarının iştirakı tələb edən məsələlər nəzarətə götürülərək icrası üçün müvafiq təşkilatlara yönləndirilib.

Yasamal Rayon İcra Hakimiyyətində vətəndaş qəbullarının əsas məqsədi sakinlərlə birbaşa təmasın gücləndirilməsi, problemlərin yerində öyrənilməsi və operativ həllinə nail olunmasıdır. Rayon rəhbərliyi tərəfindən keçirilən mütəmadi səyyar qəbullar və ərazi baxışları bu istiqamətdə səmərəli nəticələr verməkdə davam edir.
Yasamal Rayon İcra Hakimiyyəti vətəndaş məmnuniyyətinin artırılması, müraciətlərə çevik və obyektiv baxılması istiqamətində fəaliyyətini ardıcıl şəkildə davam etdirir.
Yasamal Rayon İcra Hakimiyyətinin qəbulunda iştirak etmək istəyən vətəndaşlar bu formanı doldurub quruma göndərməlidirlər:
https://yasamal-ih.gov.az/az/qebul.html

Yasamal rayonu, Xiyabani küçəsində asfaltlama işlərinə start verildi
17/07/2026

Yasamal rayonu, Xiyabani küçəsində asfaltlama işlərinə start verildi

Yasamal rayonunda Ulu Öndərin hakimiyyətə ilk gəlişi qeyd edilib14 iyul tarixində Yasamal rayonunda Ümummilli Lider Heyd...
14/07/2026

Yasamal rayonunda Ulu Öndərin hakimiyyətə ilk gəlişi qeyd edilib

14 iyul tarixində Yasamal rayonunda Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişinin 57-ci ildönümünə həsr olunmuş "14 iyul – Müstəqil və Qüdrətli Azərbaycan dövlətinin təməlinin qoyulduğu gün" mövzusunda tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə YAP Yasamal rayon təşkilatının inzibati binasında yerləşən Ulu Öndər Heydər Əliyevin büstünü ziyarət edərək önünə gül dəstələri düzüblər.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Tədbiri giriş sözü ilə Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev açaraq 14 iyul 1969-cu ilin Azərbaycan tarixində dönüş nöqtəsi olduğunu, Ümummilli Lider Heydər Əliyevin xalq və dövlət qarşısındakı misilsiz xidmətlərindən bəhs edib.
Ardınca Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü Əli Həsənov məruzə ilə çıxış edərək Ulu Öndərin zəngin dövlətçilik irsi, milli inkişaf strategiyası və müasir Azərbaycanın formalaşmasında müstəsna rolundan danışıb, həmçinin şəxsi xatirələri ilə bölüşüb.
Sonra Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü Şahlar Əsgərov çıxış edərək Heydər Əliyevin dövlətçilik məktəbi, milli həmrəylik və müstəqilliyin möhkəmləndirilməsi istiqamətində gördüyü işlər barədə fikirlərini bölüşüb.

Tədbirdə yekun nitqi ilə çıxış edən Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov bildirib ki, 14 iyul 1969-cu il Azərbaycanın müasir inkişaf tarixinin başlanğıcı, ölkəmizin tərəqqi yolunun əsasının qoyulduğu əlamətdar gündür. O qeyd edib ki, həmin tarixdən sonra respublikanın bütün sahələrində köklü dəyişikliklər baş verib, Azərbaycan keçmiş ittifaqın geridə qalan respublikalarından birindən ən qabaqcıl respublikalardan birinə çevrilib.
Elşad Həsənov vurğulayıb ki, Ulu Öndərin rəhbərliyi dövründə 250-dən çox yeni sənaye müəssisəsi istifadəyə verilib, 630 min yeni iş yeri yaradılıb, iqtisadiyyatın bütün sahələrində sürətli inkişaf təmin olunub. Onun sözlərinə görə, Heydər Əliyevin həyata keçirdiyi uzaqgörən siyasət Azərbaycanın gələcək müstəqilliyi üçün möhkəm iqtisadi, elmi və kadr potensialı formalaşdırıb.
İcra başçısı qeyd edib ki, Heydər Əliyev milli-mənəvi dəyərlərin qorunmasına xüsusi diqqət yetirirdi. O, 1969-cu ildə Bakı Dövlət Universitetinin 50 illik yubileyində ana dilində çıxışı ilə xalqın milli özünüdərkinə güclü təkan verdi, 1978-ci ildə isə onun təşəbbüsü nəticəsində Azərbaycan dili Konstitusiyada dövlət dili kimi təsbit olundu.
Elşad Həsənov çıxışında Ulu Öndərin təhsil siyasətinə də geniş yer ayıraraq bildirib ki, "Təhsil millətin gələcəyidir" prinsipi bu gün də öz aktuallığını qoruyur. Onun sözlərinə görə, 1969–1982-ci illərdə yüzlərlə yeni məktəb tikilib, ali məktəblərin sayı və tələbə kontingenti əhəmiyyətli dərəcədə artırılıb, minlərlə azərbaycanlı gəncin keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil almasına şərait yaradılıb. Bu siyasət sonrakı illərdə Azərbaycanın inkişafında mühüm rol oynayan peşəkar milli kadrların yetişməsinə xidmət edib.
Sonda Elşad Həsənov vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyası bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və Azərbaycanın qazandığı bütün nailiyyətlərin təməlində məhz bu siyasi kurs dayanır.
Tədbirin sonunda fəxri fərmanlar, mükafatlar və Yeni Azərbaycan Partiyasının üzvlük vəsiqələri təqdim olunub. Daha sonra Yeni Azərbaycan Partiyasının himni səsləndirilib və xatirə şəkli çəkdirilib.

Yasamal rayonunda yolların asfaltlanması və təmiri davam edir
13/07/2026

Yasamal rayonunda yolların asfaltlanması və təmiri davam edir

11/07/2026
11/07/2026
Sakinlərin müraciətləri diqqət mərkəzində: Yasamal rayonunda növbəti səyyar qəbul keçirilibAzərbaycan Respublikasının Pr...
09/07/2026

Sakinlərin müraciətləri diqqət mərkəzində:
Yasamal rayonunda növbəti səyyar qəbul keçirilib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaş müraciətlərinin operativ araşdırılması və həlli ilə bağlı verdiyi tapşırıqlara uyğun olaraq Yasamal rayonunda növbəti səyyar qəbul keçirilib.
Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənovun sakinlərlə növbəti görüşü rayon bələdiyyəsinin akt zalında təşkil olunub. Qəbulda Yasamal RİH-in məsul əməkdaşları, rayon bələdiyyəsinin və Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəhbər şəxsləri, inzibati ərazi dairələri üzrə nümayəndələr, həmçinin aidiyyəti dövlət qurumlarının və xidmət təşkilatlarının təmsilçiləri iştirak ediblər.
Görüşü giriş sözü ilə açan Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov bildirib ki, vətəndaşlarla birbaşa ünsiyyətin qurulması, onların müraciət və təkliflərinin dinlənilməsi, qaldırılan məsələlərin operativ həlli dövlət başçısının müəyyən etdiyi əsas fəaliyyət istiqamətlərindəndir. O qeyd edib ki, hər bir müraciətə həssaslıqla yanaşılması, problemlərin qanunvericiliyin tələblərinə uyğun şəkildə həll edilməsi və vətəndaş məmnunluğunun təmin olunması dövlət idarəçiliyində əsas prioritetlərdəndir. Daha sonra sakinlər onları narahat edən məsələləri, təklif və təşəbbüslərini açıq şəkildə səsləndirməyə dəvət olunublar.
Qəbul zamanı sakinlər tərəfindən yaşayış binalarının bloklarının təmiri, asudə vaxtın səmərəli təşkili üçün məkanların yaradılması, səkilərin zəbt edilməsi halları ilə mübarizə, yarımçıq tikililərin taleyi, lift təsərrüfatının yenilənməsi, incəsənət xadimlərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, tikinti şirkətləri ilə bağlı yaranmış mübahisəli məsələlər, eləcə də sosial və kommunal sahəyə aid müxtəlif problemlərlə bağlı müraciətlər səsləndirilib.
Səsləndirilən bütün müraciətlər diqqətlə dinlənilib, bir sıra məsələlər yerində araşdırılaraq operativ həll olunub, əlavə araşdırma tələb edən müraciətlər isə nəzarətə götürülərək aidiyyəti qurumlara icrası üçün yönləndirilib. Problemlərin qısa müddətdə həlli məqsədilə müvafiq qurumların rəhbərlərinə konkret tapşırıqlar verilib.
Sonda Elşad Həsənov bir daha vurğulayıb ki, vətəndaşların müraciətlərinə operativ və obyektiv baxılması, onların hüquq və mənafelərinin qorunması Yasamal Rayon İcra Hakimiyyətinin fəaliyyətində daim diqqət mərkəzində saxlanılır. Bildirilib ki, nəzarətə götürülmüş bütün müraciətlərin həlli istiqamətində aidiyyəti qurumlar tərəfindən zəruri tədbirlər görüləcək və icra prosesi mütəmadi olaraq izləniləcək.

Address

Mətbuat Pr. 37A
Baku
AZ1100

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+994125330806

Alerts

Be the first to know and let us send you an email when Yasamal Rayon İcra Hakimiyyəti posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Yasamal Rayon İcra Hakimiyyəti:

Shortcuts

Share