02/09/2026
Ənənəvi ixtisaslar üzrə tədris proqramlarının müzakirəsi keçirilib
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi (MEMİM) tərəfindən nazirliyin tabeliyindəki incəsənət məktəb və mərkəzlərində tədris olunan ənənəvi və yeni ixtisaslarla bağlı tədris proqramlarının hazırlanması və yenilənməsi istiqamətində mütəmadi işlər aparılır.
Məqsəd incəsənət təhsilinin müasir çağırışlara uyğun inkişaf etdirilməsi, məktəb və mərkəzlərdə tədris prosesinin təkmilləşdirilməsi və təhsilin keyfiyyətinin yüksəldilməsi, təhsilalanların yaradıcılıq potensialının daha səmərəli şəkildə üzə çıxarılması və hazırlıq səviyyəsinin artırılmasıdır.
Daha ətraflı: https://memim.az/xeberler/enenevi-ixtisaslar-uzre-tedris-proqramlarinin-muzakiresi-kecirilib-1788324640