Respublikaçı Alternativ - REAL Partiyası

Respublikaçı Alternativ - REAL Partiyası Respublikaçı Alternativ (REAL) Partiyasının rəsmi səhifəsi

Bu gün REAL partiyası Siyasi Komitəsinin sədri Natiq Cəfərli Belçika krallığının ölkəmizdəki səfiriliyinin dəvəti ilə Mi...
17/07/2026

Bu gün REAL partiyası Siyasi Komitəsinin sədri Natiq Cəfərli Belçika krallığının ölkəmizdəki səfiriliyinin dəvəti ilə Missiya rəhbərinin müavini, konsul Sarah Van Buggenhout ilə görüşdü.

Söhbət zamanı ölkələrimizin təmsil olunduğu beynəlxalq təşkilatların gündəliyində duran məsələlər, həmçinin ölkələrimiz arasında iqtisadi və ticarət əlaqələri müzakirə edildi.

Partiyamızın seçkili və hesabatlı bələdiyyələrin qurulması uğrunda mübarizəsi hüquqi nəticələr verməkdədir.Seçkidə REAL ...
09/07/2026

Partiyamızın seçkili və hesabatlı bələdiyyələrin qurulması uğrunda mübarizəsi hüquqi nəticələr verməkdədir.

Seçkidə REAL partiyasının namizədi olmuş Samir Məmmədovun Müşfiqabad Bələdiyyəsinin fəaliyyətində şəffaflığın təmin edilməsi ilə bağlı qaldırdığı məhkəmə mübahisəsinə Ali Məhkəmə qiymət verdi.

Bakı Apellyasiya Məhkəməsi iddiaçının bələdiyyənin hesabatları ilə tanış olmaq tələbinə dair iddasını əvvəlcə mümkünsüz hesab etmişdi.

Lakin Ali Məhkəmə 23 iyun 2026-cı il tarixli, 2-1(1-8)-180/2026 saylı qərarı ilə bu qərardadı ləğv etdi.

Qanunvericiliyin tələblərinə əsasən, bələdiyyə ərazisində yaşayan hər bir sakin bələdiyyənin xüsusi lövhədə yerləşdirməli olduğu hesabatlarla tanış olmaq kimi subyektiv haqqı var. Amma Müşfiqabad bələdiyyəsi bu haqqı indiyədək təmin etmirdi.

Ali Məhkəmə apellyasiya instansiyası tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinə düzgün riayət edilmədiyini əsas gətirərək, işi mahiyyəti üzrə yenidən baxılması üçün həmin məhkəməyə göndərdi.

"Hökumətdən kim danışırsa, “turizm ölkə üçün vacib, prioritet sahədir”, deyir. Yaxşı, belədirsə, deməli məntiqlə hökumət...
03/07/2026

"Hökumətdən kim danışırsa, “turizm ölkə üçün vacib, prioritet sahədir”, deyir. Yaxşı, belədirsə, deməli məntiqlə hökumət turizmin inkişafı üçün əlindən nə gəlir etməlidir – elə deyilmi?!

Gəlin indi bu ilin rəsmi rəqəmlərinə baxaq: 2026-cı ilin yanvar-may aylarında Azərbaycana səfər etmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxs ölkədə ümumilikdə 943 milyon 991,7 min manat xərcləyib - bu, 2025-ci ilin eyni dövrünə nisbətən 280 milyon 754,7 min manat və ya 22,9 % AZDIR (azalıb).

Hesabat dövründə yerləşmə xidmətlərinə çəkilən xərclər isə keçən ilin eyni dövrü ilə müqaisədə 32% AZALARAQ (yenə azalma) 171 milyon 750,2 min manat təşkil edib.
Eyni dövrdə turistlər qidalanmaya 176 milyon 707 min manat xərcləyiblər ki, bu da bir il əvvələ nisbətən 20,1 % AZDIR (ay da, yenə azalıb).

Yanvar-mayda turizm zərfinin alınmasına isə 437,5 min manat xərclənib. Ötən ilin eyni dövrü ilə müqayisədə bu xərclər 19,8 % azalıb (yenə). Nəqliyyat vasitələrinin icarəsinə 1 milyon 466,5 min manat (- 3 %), idman və əyləncə xidmətlərinə 6 milyon 453,2 min manat (- 0,7 %), malların və hədiyyələrin alınmasına 115 milyon 066 min manat (- 4,9 %), digər istiqamətlərə isə 35 milyon 692,7 min manat (- 20,1 %) xərclənib.

Hörmətli hökumət üzvləri, onlarla dəfə yazmışıq-demişik ki, turizmin multiplikativ effekti var – ardınca 9-10 sahəni dartıb-aparır. Həmin sahələr var bu yazıda, görürsünümü, hamısında azalma var – niyə, çünki, quru sərhədləri bağlı saxlamaqla, rəqabətli mühiti təsis etmədən, səyahətə təşviq edən hekayələr satmadan, turizmi inkişaf etdirmək olmaz, mümkün deyil bu... "

Natiq Cəfərli
Siyasi Komitənin Sədri

19/06/2026

Siyasi Komitənin sədri Natiq Cəfərli Media Türk kanalının qonağı olub.

10/06/2026

Siyasi Komitənin sədri Natiq Cəfərli İctimai Tv-də yayımlanan "Diqqət mərkəzi" verilişinin qonağı olub. (09.06.2026)

Address

İsmayıl Bəy Qutqaşınlı 97
Baku
1073

Opening Hours

Monday 10:00 - 18:00
Tuesday 10:00 - 18:00
Wednesday 10:00 - 18:00
Thursday 10:00 - 18:00
Friday 10:00 - 18:00

Telephone

+994125105712

Alerts

Be the first to know and let us send you an email when Respublikaçı Alternativ - REAL Partiyası posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Respublikaçı Alternativ - REAL Partiyası:

Shortcuts

Share