Araz Pashayev

Araz Pashayev Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Araz Pashayev, Government Official, Bakı şəhəri, Gənclər Meydanı 3, Baku.

Avropa Universitet Oyunlarında Azərbaycan İdman Akademiyasının futzal komandasının nümayiş etdirdiyi yüksək nəticə hər b...
26/07/2026

Avropa Universitet Oyunlarında Azərbaycan İdman Akademiyasının futzal komandasının nümayiş etdirdiyi yüksək nəticə hər birimizi qürurlandırır.
Komandamızın güclü rəqiblər üzərində qələbələr qazanaraq ardıcıl ikinci dəfə Avropa Universitet Oyunlarının finalına yüksəlməsi, turniri gümüş medallarla başa vurması Azərbaycan tələbə idmanının inkişafının və gənclərimizin əzminin parlaq göstəricisidir.
Turnirin simvolik ən yaxşı beşliyinə seçilən Ədalət Ələkbərovu, komandanın bütün üzvlərini, məşqçilər heyətini və bu uğurun qazanılmasına töhfə verən hər kəsi ürəkdən təbrik edir, qarşıdakı yarışlarda yeni qələbələr arzulayıram.

Azərbaycan İdman Akademiyasının futzal komandasının Avropa Universitet Oyunlarında qazandığı növbəti uğur böyük qürur hi...
22/07/2026

Azərbaycan İdman Akademiyasının futzal komandasının Avropa Universitet Oyunlarında qazandığı növbəti uğur böyük qürur hissi doğurur.
"European Universities Games – Salerno 2026" yarışlarının 1/4 final mərhələsində komandamız Portuqaliyanın Polytechnic Institute of Leiria təmsilçisini 3:1 hesabı ilə məğlub edərək yarımfinala vəsiqə qazanıb.
Bu əlamətdar qələbə münasibətilə komandanın bütün üzvlərini, məşqçilər heyətini və əməyi keçən hər kəsi ürəkdən təbrik edir, yarımfinal görüşündə də yeni uğurlar arzulayıram.

22/07/2026

Bu gün Azərbaycan milli mətbuatının yaranmasından 151 il ötür. Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında böyük əməyi olan mətbuat işçilərini bu əlamətdar gün münasibətilə təbrik edir, xüsusi fədakarlıq tələb edən məsuliyyətli və şərəfli fəaliyyətlərində yeni-yeni uğurlar arzulayırıq.

11/07/2026

Ömrünü təhsilə həsr edən Vəliyevlər ailəsi təəssüratlarını əməkdaşlarımızla bölüşüb

Azərbaycan basketbolu üçün qürurverici haldır ki, növbəti mövsüm ölkəmizi avrokuboklarda “Sabah”, “Landau Lions”, “Gəncə...
10/07/2026

Azərbaycan basketbolu üçün qürurverici haldır ki, növbəti mövsüm ölkəmizi avrokuboklarda “Sabah”, “Landau Lions”, “Gəncə” və “Neftçi” komandaları təmsil edəcək.
“Sabah” FIBA Çempionlar Liqasının əsas mərhələsində, “Landau Lions” isə həmin turnirin təsnifat mərhələsində mübarizə aparacaq. “Gəncə” tarixində ilk dəfə FIBA Avropa Kubokunun əsas mərhələsində, “Neftçi” isə təsnifat mərhələsində ölkəmizi təmsil edəcək. Komandalarımıza beynəlxalq arenada uğurlar arzulayıram.

09/07/2026

"Təhsil” istirahət mərkəzində ittifaq üzvləri üçün xoş və rahat istirahət şəraiti təşkil olunub.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası  tərəfindən Səməd Vurğun adına Sağlamlıq və İstirahət Mərkəzində həmkar...
09/07/2026

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən Səməd Vurğun adına Sağlamlıq və İstirahət Mərkəzində həmkarlar ittifaqları üzvlərinin övladları üçün “Yay macərası” uşaq düşərgəsinə start verilib. Düşərgə məktəblilərin yay tətilini səmərəli keçirməsinə, onların fiziki, intellektual və yaradıcı inkişafına, sağlam həyat tərzinin təşviqinə, komanda ruhunun, həmrəylik və vətənpərvərlik dəyərlərinin formalaşmasına mühüm töhfə verir.

Tələbələrin sevincinə şərik olmaq üçün növbəti "Məzun günü" tədbirində iştirak etdik. Bakı Mühəndislik Universitetini uğ...
01/07/2026

Tələbələrin sevincinə şərik olmaq üçün növbəti "Məzun günü" tədbirində iştirak etdik. Bakı Mühəndislik Universitetini uğurla başa vuran gənclərimizin sevincinə şahid olmaq, onların qürur dolu anlarını bölüşmək hər zaman xüsusi məmnunluq doğurur. Bu əlamətdar gün münasibətilə bütün məzunları səmimi-qəlbdən təbrik edir, onlara gələcək peşə fəaliyyətlərində uğurlar, yeni nailiyyətlər arzulayıram. Məzun sevincini bizimlə bölüşdüyünə, göstərilən diqqətə və dəvətə görə Bakı Mühəndislik Universitetinin rektoru hörmətli Piriyevə təşəkkürümü bildirirəm.

Ötən gün Bakı Avrasiya Universitetində ali təhsilini uğurla başa vuran tələbələrin 30-cu Məzun Gününə həsr olunan təntən...
30/06/2026

Ötən gün Bakı Avrasiya Universitetində ali təhsilini uğurla başa vuran tələbələrin 30-cu Məzun Gününə həsr olunan təntənəli tədbirdə iştirak etdik. Məzunları bu əlamətdar gün münasibətilə səmimi-qəlbdən təbrik edir, onlara gələcək peşə fəaliyyətlərində uğurlar arzulayıram.Bu xoş və əlamətdar tədbirə dəvətə, göstərilən diqqətə görə Bakı Avrasiya Universitetinin rektoru,siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Səyavuş Qasımova təşəkkürümü bildirirəm.

🇦🇿 Bu gün Azərbaycan Ordusu yaradılmasının ildönümünü böyük qürur hissi ilə qeyd edir.Xalqımıza tarixində ən böyük Qələb...
26/06/2026

🇦🇿 Bu gün Azərbaycan Ordusu yaradılmasının ildönümünü böyük qürur hissi ilə qeyd edir.Xalqımıza tarixində ən böyük Qələbə hissini yaşadan Azərbaycan Silahlı Qüvvələri bundan sonra da ölkəmizin müstəqilliyinin, ərazi bütövlüyünün qorunmasına öz töhfəsini verəcəkBu əziz gün münasibətilə başda Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev olmaqla, Azərbaycan Ordusunun bütün şəxsi heyətini, hərbi qulluqçularımızı, qazilərimizi və xalqımızı səmimi-qəlbdən təbrik edir, şəhidlərimizin müqəddəs xatirəsini dərin ehtiramla anıram.
Yaşasın müstəqil Azərbaycan! Yaşasın Azərbaycan Ordusu!

Address

Bakı şəhəri, Gənclər Meydanı 3
Baku
AZ100

Alerts

Be the first to know and let us send you an email when Araz Pashayev posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Araz Pashayev:

Shortcuts

Share