01/05/2020
Qədim Misirdə elektrik enerjisindən istifadə olunurdu
Misirdə xüsusilə Dendera Məbəd Kompleksindəki Hathor məbədində tapilan, diqqət çəkən bəzi divar şəkilləri, qədim Misirlə əlaqədar olduqca maraqlı bir məlumatı gün üzünə çıxarmışdır. Yuxarıdaki araşdırılan divar şəkillərinin böyük qismi Misirdəki Dendera Məbəd kompleksində yer almaqdadır.
Bu şəkillərdə Misirlilərin indiki vaxtda lampa və arx lampası texnikasını istifadə edərək işıqlandırma etdikləri görülməkdədir. Hathor məbədinin divarlarındakı bu şəkillər diqqətlə araşdırıldığında, eynilə günümüzdəki kimi yüksək gərginlikli keçiriçiliyin o günlərdə də istifadəsi görülür: Lampa görünüşündəki şəkil bir Duzbucaqli sütun (bu sütun insulator olaraq istifadə təxmin edilən və Ced sütunu olaraq adlandırılan bir sütundur) tərəfindən dəstəklənir.
Şəkildəki fiqurun görünüşünün bu gün işlətdiyimiz lampalar ilə olan bu heyratamiz bənzərliyi, çox diqqət çəkicidir. Həmcinin sübut olaraq divarlarda heç bir his (alov hisi, tüstü izi) izinə rast gəlinməmişdir. Yəni işiqlandırmada alovdan istifadə olunmamısdır!
1996-cü ilin sentyabr ayında Amerikanın ABC telekanalında yayımlanan bir sənədli filmdə də Misirlilərin bu işıq sistemi elm adamları tərəfindən kameralar qarşısında test edilmişdir. Nəticədə müvəffəqiyyət əldə edilmiş və işıq meydana gəlmişdir.
Bu əslində bir ampuldur və qədim Misir şəkillərində ifadə edildiyi kimi tətbiq olunan üsulla sistem çalışmış, işıq əldə edilmişdir