Bakı Şəhər Mədəniyyət Baş İdarəsi

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi

01/09/2026

🎙 Layihənin bu dəfəki qonağı Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 3 N-li kitabxana filialının Kitabxana-bibliqorafiya proseslərinin avtomatlaşdırılması şöbəsinin müdiri Salatın İbrahimovadır.

📌Mövzu: Bilgi mədəniyyəti

💬 Qeyd edək ki layihənin əsas məqsədi əməkdaşlarımızın mədəniyyət sahəsində çalışan fərqli mövzular üzrə bilik və təcrübələrini bölüşməsi, eyni zamanda bu biliklərin digər əməkdaşlarımız üçün də faydalı bir təcrübə və inkişaf mənbəyinə çevrilməsidir.


̇darəsi

31/08/2026

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi, Xətai rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə gənc istedadların “Təbəssüm üçün musiqi” adlı konserti keçirilib.

Xətai rayon Heydər Əliyev parkında keçirilən tədbir rayon sakinlərinin, xüsusilə gənclərin və musiqisevərlərin böyük marağına səbəb olub.

Konsert proqramında Bakı şəhər uşaq musiqi və incəsənət məktəblərinin şagirdləri müxtəlif musiqi nümunələri səsləndiriblər və tamaşaçılara xoş, yaddaqalan anlar bəxş ediblər. ̇darəsi

Mədəniyyət işçiləri üçün motivasiya düşərgəsi keçirilib“Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyasının prioritetləri çər...
31/08/2026

Mədəniyyət işçiləri üçün motivasiya düşərgəsi keçirilib
“Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyasının prioritetləri çərçivəsində regionlarda çalışan mədəniyyət işçilərinin peşəkar inkişafına və motivasiyasının artırılmasına yönəlmiş motivasiya düşərgəsi keçirilib.
“Mədəniyyət işçilərinin bilik və bacarıqlarının artırılması” layihəsi çərçivəsində təşkil olunan düşərgə 26–29 avqust tarixlərində Səməd Vurğun adına Sağlamlıq və İstirahət Mərkəzində baş tutub.
Düşərgənin əsas məqsədi mədəniyyət işçilərinin peşəkar bilik və bacarıqlarının inkişaf etdirilməsi, təcrübə mübadiləsinin və şəbəkələşmənin gücləndirilməsi, komanda ruhunun formalaşdırılması və əməkdaşların motivasiyasının artırılması olub. Layihə çərçivəsində təcrübə mübadiləsi və regionlararası əməkdaşlığın genişləndirilməsi xüsusi istiqamət kimi müəyyən edilib.
Dörd günlük proqram çərçivəsində iştirakçılar “Nitq və davranış mədəniyyəti”, “İş mühitində kouçinq yanaşması və inkişafetdirici rəhbərlik”, “Dəyişikliklərin idarə olunması” və “Əmək qanunvericiliyinin aktual məsələləri” mövzularında təlimlərdə iştirak ediblər.
Proqramda, həmçinin “Xəmsə” və “Breyn-rinq” intellektual oyunları, komanda və əyləncəli oyunlar, poeziya dəqiqələri, canlı musiqi və film nümayişləri təşkil olunub. Bu fəaliyyətlər iştirakçıların həm yeni biliklər əldə etməsinə, həm də qeyri-formal mühitdə bir-biri ilə ünsiyyət quraraq təcrübə mübadiləsi aparmasına imkan yaradıb.

“Təbəssüm üçün musiqi” — ünvanımız dəyişdi!Daha çox insanın bu gözəl musiqi axşamına qoşulması üçün konsertimizin məkanı...
28/08/2026

“Təbəssüm üçün musiqi” — ünvanımız dəyişdi!

Daha çox insanın bu gözəl musiqi axşamına qoşulması üçün konsertimizin məkanı yenilənib.

Bakı şəhərinin İncəsənət məktəblərinin istedadlı şagirdləri Azərbaycan və xarici bəstəkarların əsərlərini, məşhur mahnıları səsləndirəcək. Eyni zamanda, gənc rəssamların əl işlərindən ibarət sərgi təqdim olunacaq.

📅 30 avqust
⏰ 17:00
📍 Xətai rayonu, Heydər Əliyev adına istirahət parkının amfiteatrı
🎟️ Giriş sərbəstdir

Sizi musiqi, sənət və təbəssümlə dolu axşama gözləyirik!

27/08/2026

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi, Xətai rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyasının Xətai rayon təşkilatının birgə təşkilatçılığı ilə 26 avqust Beynəlxalq Azəbaycan Muğam Günü münasibətilə Muğam axşamı keçirilib.

Xətai rayon Heydər Əliyev parkında keçirilən tədbirdə rəsmilər, mədəniyyət işçiləri, şəhid ailələri və paytaxt sakinləri iştirak ediblər.

Gecədə tanınmış muğam ustaları xalq və bəstəkar mahnıları ifa ediblər, muğamlar səsləndiriblər.

Qeyd edək ki, tədbirin informasiya dəstəyi NEWS 24 və RTV-yə məxsusdur. ̇darəsi

26/08/2026
26/08/2026
Yeni yaradıcı istiqamətlər üzrə tədris proqramları hazırlanıbAzərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət ...
26/08/2026

Yeni yaradıcı istiqamətlər üzrə tədris proqramları hazırlanıb

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi (MEMİM) tərəfindən incəsənət məktəblərində tədrisi nəzərdə tutulan 5 yeni yaradıcı istiqamət üzrə tədris proqramları hazırlanıb.

Tədris proqramları bədii keramika, geyim üzrə dizayn, rəqəmsal musiqi, 3D personaj animasiyası və fotoqrafiya ixtisaslarını əhatə edir. Proqramların əsas məqsədi müasir yaradıcı sənaye sahələrinə maraq göstərən və bu istiqamətlərdə potensiala malik yeniyetmələrin istedad və bacarıqlarının inkişafına şərait yaratmaq, onların yeni ixtisaslar üzrə təhsil imkanlarını genişləndirmək, gələcəyin yaradıcı peşələrinə hazırlığını dəstəkləməkdir.

Xatırladaq ki, MEMİM tərəfindən daha öncə məktəblərdə tədris olunan ixtisas və fənlər – fortepiano, violin, tar, kamança, qanun, qarmon, balaban, saksofon, xor, vokal, xor dirijorluğu sinifləri, eləcə də elementar musiqi nəzəriyyəsi fənni üzrə tədris proqramları hazırlanıb.

Sözügedən tədris proqramları ilə MEMİM-in rəsmi internet səhifəsinin (memim.az) “Nəşrlərimiz” bölməsindən tanış ola bilərsiniz.

26 Avqust — Beynəlxalq Azərbaycan Muğamı Günü mübarək! Ruhumuzun qədim sədası və milli kimliyimizin təcəssümü olan muğam...
26/08/2026

26 Avqust — Beynəlxalq Azərbaycan Muğamı Günü mübarək! Ruhumuzun qədim sədası və milli kimliyimizin təcəssümü olan muğam irsimizi qürurla yaşadırıq.

Address

İslam Səfərli 13
Baku

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+994124970355

Alerts

Be the first to know and let us send you an email when Bakı Şəhər Mədəniyyət Baş İdarəsi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Bakı Şəhər Mədəniyyət Baş İdarəsi:

Shortcuts

Share