Kürdəmir Rayon İcra Hakimiyyəti

Kürdəmir Rayon İcra Hakimiyyəti Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Kürdəmir Rayon İcra Hakimiyyəti, Government Organization, Kürdəmir şəhəri, Heydər Əliyev prospekti/12, Baku.

Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığında yeni mərhələ - Çolpon-Ata BəyannaməsiXXI əsrdə qlobal və regional münasibətlər s...
03/08/2026

Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığında yeni mərhələ - Çolpon-Ata Bəyannaməsi

XXI əsrdə qlobal və regional münasibətlər sistemində baş verən dinamik dəyişikliklər dövlətlər arasında çoxtərəfli əməkdaşlığın əhəmiyyətini daha da artırır. Xüsusilə ortaq tarixi, mədəni və sivilizasiya dəyərlərini bölüşən ölkələr arasında siyasi dialoqun dərinləşdirilməsi, iqtisadi inteqrasiyanın genişləndirilməsi və təhlükəsizlik sahəsində qarşılıqlı fəaliyyətin gücləndirilməsi regional sabitliyin və davamlı inkişafın əsas şərtlərindən biri kimi çıxış edir. Bu baxımdan Azərbaycan ilə Mərkəzi Asiya dövlətləri arasında son illərdə müşahidə olunan yaxınlaşma təkcə ikitərəfli münasibətlərin inkişafını deyil, həm də bütövlükdə Avrasiya məkanında yeni əməkdaşlıq platformalarının formalaşmasını şərtləndirən mühüm amillərdən hesab olunur. Qeyd olunan siyasi və geostrateji amillər fonunda Azərbaycan ilə Mərkəzi Asiya dövlətləri arasında əməkdaşlığın institusional əsaslarının daha da möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atılır. Bu baxımdan iyulun 31-də Qırğızıstanın Çolpon-Ata şəhərində keçirilən Azərbaycan və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının qeyri-rəsmi Məşvərət Görüşü xüsusi əhəmiyyət kəsb edir. Görüşün yekunu olaraq imzalanan Çolpon-Ata Bəyannaməsi tərəflərin ortaq siyasi iradəsini əks etdirən, əməkdaşlığın prioritet istiqamətlərini müəyyənləşdirən və gələcək qarşılıqlı fəaliyyətin əsas prinsiplərini təsbit edən mühüm siyasi sənəd kimi qiymətləndirilir. Çolpon-Ata Bəyannaməsinin əsas müddəaları Azərbaycan ilə Mərkəzi Asiya dövlətləri arasında əməkdaşlığın mövcud səviyyəsini və gələcək inkişaf istiqamətlərini əks etdirən mühüm siyasi sənəd kimi çıxış edir. Bəyannamədə, ilk növbədə, tərəflər arasında əsrlər boyu formalaşmış tarixi, mədəni və sivilizasiya əlaqələrinin xüsusi vurğulanması təsadüfi deyil. Bu müddəa göstərir ki, əməkdaşlıq yalnız cari siyasi və iqtisadi maraqlara deyil, ortaq tarixi köklərə, mədəni yaxınlığa və ümumi mənəvi dəyərlərə söykənir. Xüsusilə türk xalqları arasında mövcud olan ortaq dil, mədəniyyət və ənənələr bu münasibətlərin daha da dərinləşdirilməsi üçün əlverişli zəmin yaradır. Bəyannamədə beynəlxalq hüququn fundamental prinsiplərinə - suveren bərabərlik, dövlətlərin müstəqilliyinə hörmət, ərazi bütövlüyü, dövlət sərhədlərinin toxunulmazlığı və daxili işlərə qarışmamaq prinsiplərinə sadiqliyin bir daha təsdiq olunması xüsusi siyasi əhəmiyyət daşıyır. Bu prinsiplər müasir beynəlxalq münasibətlər sisteminin əsasını təşkil edir və regionda qarşılıqlı etimadın qorunmasına xidmət göstərir. Sənəddə regional əməkdaşlığın xalqların fundamental maraqlarına cavab verdiyi qeyd olunur. Bu isə göstərir ki, tərəflər iqtisadi inkişafın, təhlükəsizliyin və sosial rifahın təmin edilməsini yalnız birgə fəaliyyət nəticəsində mümkün hesab edirlər. Müasir geosiyasi şəraitdə regional əməkdaşlıq təkcə iqtisadi üstünlüklər yaratmır, eyni zamanda, siyasi sabitliyin qorunmasına, yeni çağırışlara qarşı koordinasiyalı fəaliyyətin təmin edilməsinə və dövlətlər arasında etimad mühitinin möhkəmlənməsinə xidmət göstərir. Bəyannamədə ölkələr arasında formalaşmış yüksək siyasi etimadın və mehriban qonşuluq münasibətlərinin xüsusi qiymətləndirilməsi də məhz bu yanaşmanın təzahürüdür. Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşündə tamhüquqlu iştirakının xüsusi təqdir olunması isə ölkəmizin regionun ayrılmaz tərəfdaşı kimi qəbul edilməsinin göstəricisidir. Bu status Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığının yeni mərhələyə qədəm qoyduğunu və ölkənin regional qərarların qəbulunda mühüm rol oynadığını nümayiş etdirir. Həmçinin bu, Azərbaycanın Türk dünyasının inteqrasiyası istiqamətində həyata keçirdiyi ardıcıl siyasətin beynəlxalq səviyyədə dəstəkləndiyinin təsdiqidir. Bəyannamədə, həmçinin dostluq, mehriban qonşuluq, qarşılıqlı hörmət və etimad münasibətlərinin gələcəkdə də möhkəmləndirilməsi barədə iradə ifadə olunur. Qarşılıqlı etimad mühiti siyasi dialoqun davamlılığı, iqtisadi layihələrin uğurla həyata keçirilməsi və regional problemlərin sülh yolu ilə həlli üçün mühüm zəmin yaradır. Dövlət başçılarının müntəzəm siyasi dialoqun və praktiki əməkdaşlığın inkişaf etdirilməsinə hazır olduqlarını bəyan etmələri münasibətləri institusional əsasda genişləndirmək niyyətindən xəbər verir. Bu çərçivədə ticarət dövriyyəsinin artırılması, sənaye kooperasiyasının genişləndirilməsi, qarşılıqlı investisiyaların təşviqi və nəqliyyat-logistika sahəsində əməkdaşlığın gücləndirilməsi regionun iqtisadi potensialının daha səmərəli istifadəsinə imkan yaradacaq. Nəqliyyat və logistika sahəsində əməkdaşlıq Bəyannamənin mühüm istiqamətlərindən biridir. Xüsusilə Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafına xüsusi diqqət yetirilməsi Azərbaycanın Avropa ilə Asiyanı birləşdirən əsas tranzit ölkələrdən biri kimi rolunu daha da gücləndirir. Bu marşrut yükdaşımaların sürətləndirilməsinə, beynəlxalq ticarətin genişlənməsinə və region ölkələrinin qlobal nəqliyyat şəbəkələrinə inteqrasiyasına mühüm töhfə verir. Digər alternativ nəqliyyat marşrutlarının əlaqələndirilməsi isə regionun logistika imkanlarını daha da artıracaq. Energetika sahəsində əməkdaşlığın, xüsusilə yaşıl enerji istiqamətinin ön plana çıxarılması qlobal enerji keçidi prosesində tərəflərin ortaq maraqlarını əks etdirir. Azərbaycanın bərpaolunan enerji sahəsində həyata keçirdiyi layihələr, Mərkəzi Asiya dövlətlərinin isə zəngin enerji potensialı gələcəkdə bu istiqamətdə genişmiqyaslı regional əməkdaşlıq üçün əlverişli imkanlar yaradır. Eyni zamanda, enerji təhlükəsizliyinin möhkəmləndirilməsi və qarşılıqlı faydalı layihələrin həyata keçirilməsi regionun iqtisadi dayanıqlılığını artıracaq mühüm amillərdəndir. Bəyannamədə rəqəmsallaşma, innovasiya, elm və texnika, süni intellekt, rəqəmsal infrastruktur və kosmik texnologiyalar sahələrində əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyi də xüsusi vurğulanır. Bu istiqamətlər müasir dövrdə dövlətlərin rəqabət qabiliyyətini müəyyənləşdirən əsas amillərdən hesab olunur. Elmi biliklərin mübadiləsi, innovativ layihələrin həyata keçirilməsi və qabaqcıl texnologiyaların tətbiqi region ölkələrinin davamlı inkişafına, iqtisadiyyatın şaxələndirilməsinə və insan kapitalının gücləndirilməsinə mühüm töhfə verə bilər. Regional əməkdaşlığın dayanıqlı və uzunmüddətli xarakter daşıması üçün təhlükəsizlik sahəsində qarşılıqlı fəaliyyətin gücləndirilməsi əsas şərtlərdən biri hesab olunur. Bu baxımdan Çolpon-Ata Bəyannaməsində regional təhlükəsizliyə təhdid yaradan çağırışlara qarşı birgə mübarizə məsələlərinə xüsusi yer verilib. Bəyannamədə terrorizm, ekstremizm, transmilli mütəşəkkil cinayətkarlıq, narkotik vasitələrin qanunsuz dövriyyəsi və digər təhlükələrə qarşı birgə mübarizənin vacibliyinin vurğulanması regional təhlükəsizlik məsələlərinin prioritet istiqamətlərdən biri olduğunu növbəti dəfə təsdiqləyir. Bu təhdidlər ayrı-ayrı dövlətlərin deyil, bütövlükdə regionun təhlükəsizliyinə təsir göstərdiyindən onların aradan qaldırılması yalnız koordinasiyalı fəaliyyət və qarşılıqlı əməkdaşlıq yolu ilə mümkündür. Bu baxımdan təhlükəsizlik sahəsində informasiya mübadiləsinin, hüquq-mühafizə orqanları arasında əməkdaşlığın və beynəlxalq təşkilatlar çərçivəsində birgə fəaliyyətin genişləndirilməsi mühüm əhəmiyyət daşıyır. Bəyannamədə humanitar əməkdaşlığın genişləndirilməsi ilə bağlı müddəalar isə xalqlar arasında qarşılıqlı anlaşmanın və dostluğun möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Mədəniyyət, təhsil, elm, gənclər siyasəti və turizm sahələrində əməkdaşlığın inkişaf etdirilməsi dövlətlərarası münasibətlərin yalnız siyasi səviyyədə deyil, cəmiyyətlər arasında da dərinləşməsinə xidmət edir. Xüsusilə universitetlər, elmi-tədqiqat və analitik mərkəzlər arasında əməkdaşlığın genişləndirilməsi yeni elmi layihələrin həyata keçirilməsinə, mütəxəssis hazırlığının gücləndirilməsinə və ortaq elmi platformaların formalaşmasına şərait yarada bilər. Sənəddə mədəni və sivilizasiya müxtəlifliyinin, tarixi ənənələrin və mənəvi irsin qorunmasına verilən önəm də xüsusi diqqət çəkir. Bu yanaşma göstərir ki, tərəflər inteqrasiya prosesini milli kimliklərin və mədəni müxtəlifliyin qorunması prinsipi əsasında inkişaf etdirmək niyyətindədirlər. Belə yanaşma region xalqları arasında qarşılıqlı hörmətin və tolerantlığın daha da möhkəmlənməsinə xidmət edir. Turizm sahəsində əməkdaşlığın genişləndirilməsi və regionun turizm cəlbediciliyinin artırılmasına yönəlmiş təşəbbüslərin dəstəklənməsi isə iqtisadi əməkdaşlıqla yanaşı, xalqlar arasında birbaşa əlaqələrin inkişafına da mühüm töhfə verəcək. Beləliklə, qeyd etmək olar ki, Çolpon-Ata Bəyannaməsi Azərbaycan ilə Mərkəzi Asiya dövlətləri arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirən mühüm siyasi sənəd olmaqla yanaşı, gələcək əməkdaşlığın strateji istiqamətlərini də müəyyənləşdirir. Sənəddə əksini tapan müddəalar siyasi dialoqun dərinləşdirilməsinə, iqtisadi inteqrasiyanın genişlənməsinə, təhlükəsizliyin möhkəmləndirilməsinə və humanitar əlaqələrin inkişafına xidmət etməklə yanaşı, regionda uzunmüddətli sülh, sabitlik və davamlı inkişaf üçün möhkəm əsas yaradır.

02/08/2026
01/08/2026

Kürdəmir Rayon İcra Hakimiyyətinin və Kürdəmir rayon Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə rayonda açıq səma altında film nümayiş olunub.
Vətəndaşların asudə vaxtlarının səmərəli təşkil olunması məqsədilə nümayiş olunan filmdə rayon ictimaiyyətinin nümayəndələri və sakinlər iştirak ediblər.

Ana dilimizi qorumaq üçün böyük addımlar atan Ümummilli Liderin siyasi xətti Prezident İlham Əliyev tərəfindən inamla da...
01/08/2026

Ana dilimizi qorumaq üçün böyük addımlar atan Ümummilli Liderin siyasi xətti Prezident İlham Əliyev tərəfindən inamla davam etdirilir

Ana dili hər bir xalqın milli sərvəti, həmin xalqın varlığının təsdiqidir. Dil millətin formalaşmasında vacib olan amillərdən biridir. Xalqın keçdiyi tarixi yol, onun mədəni səviyyəsi, ilk növbədə, onun dilində öz əksini tapır. Dil, həm də, çətin tarixi-siyasi dövrlərdə millətin varlığını sürdürməsi üçün əsas vasitədir. Azərbaycan dili də Azərbaycan xalqının milli sərvətidir və xalqımız, millətimiz tarix durduqca bu sərvətin qayğısına qalmalı və dilimizi gələcək nəsillərə ötürməlidir. Azərbaycan dilinin bugünkü inkişaf səviyyəsi xalqımızın dünyanın ən qədim xalqlarından biri olduğunu təsdiqləyir. Məlumdur ki, avqust ayının 1-i Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir. Bu əlamətdar gün, Ümummilli Lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən təsis edilib. Ulu Öndər Fərmanı latın qrafikalı Azərbaycan əlifbasına keçidin ölkəmizdə 2001-ci ilin avqust ayında bütövlükdə təmin edildiyini və yeni əlifbadan istifadənin müstəqil Azərbaycanın ictimai-siyasi həyatında, yazı mədəniyyətimizin tarixində mühüm hadisə olduğunu nəzərə alaraq imzalayıb. Sovet dövründə yaranmış əngəllərə baxmayaraq, sarsılmaz təməlləri olan Azərbaycan dili mövcudluğunu qoruya bilib. 1945-ci ildə Azərbaycan Elmlər Akademiyasının tərkibində müstəqil Dilçilik İnstitutunun yaranması dilçiliyimizin bir elm kimi inkişafına ciddi təkan verib. Sonrakı illərdə Azərbaycan dilinin mövcud təhlükələrdən qorunması və gələcək nəsillər üçün mühafizə edilməsi istiqamətində Ulu Öndər Heydər Əliyevin xidmətlərini şübhəsiz ki, xüsusi olaraq qeyd etmək lazımdır. 1977-ci ildə SSRİ-nin yeni Konstitusiyası təsdiq edilən zaman oraya dövlət dili haqqında maddənin salınmaması ilə heç cür barışmayan Ümummilli Lider bu məsələdə sonadək öz prinsipial mövqeyini göstərib. 1978-ci il aprel ayının 2-də doqquzuncu çağırış Ali Sovetin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş yeddinci sessiyasında məruzə ilə çıxış edən Ulu Öndər Heydər Əliyevin təkidi ilə 73-cü maddəni yeni dəyişikliklə vermək qərara alınır. Bu dəyişiklik Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dilinin Azərbaycan dili olduğunu əks etdirir. Bütün çətinliklərə baxmayaraq, Ümummilli Liderin bu cür tarixi qərara nail olması mənəvi varlığımızın əsası sayılan dilimizin inkişafında böyük addım olub. Azərbaycan dilinin qloballaşma dövrünün mənfi təsirlərindən qorunması və inkişaf etdirilməsi istiqamətində Ulu Öndərin səyləri xalqımız üçün əvəzedilməz töhfələrdir. Ulu Öndər Heydər Əliyevin 2001-ci il iyul ayının 18-də imzaladığı “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında”, həmin il avqust ayının 9-da imzaladığı “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” fərmanlar ana dilimizin qorunması, inkişafı baxımından göstərdiyi misilsiz xidmətlərdəndir. 2003-cü il yanvar ayının 2-də isə, Ulu Öndər Heydər Əliyevin Fərmanı ilə "Azərbaycan Respublikasında dövlət dili haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minib. Qanunda dövlətin ana dilinə qayğısı istiqamətində əsas vəzifələr dəqiq göstərilib. Bütün maneələrə və çətinliklərə baxmayaraq ana dilimizi qorumaq üçün böyük addımlar atan Ümummilli Liderin siyasi xətti, ölkə Prezidenti, cənab İlham Əliyev tərəfindən inamla davam etdirilir. Dövlət başçısının 2004-cü il yanvar ayının 12-də imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncamı ilə hər il latın qrafikalı Azərbaycan əlifbası ilə çap olunacaq əsərlərin siyahısı hazırlanır. Bundan başqa, həmin il yanvar ayının 14-də “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında”, eləcə də, 2007-ci il dekabr ayının 30-da “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında” sərəncamlarla ana dilinin həyatımızın bütün sahələrində müfəssəl tətbiqi gerçəkləşib. Dövlətimizin başçısının “Azərbaycan dilinin saflığının qorunması, eləcə də, dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2018-ci il 1 noyabr tarixli Fərmanı təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və ana dilimizin inkişafına yönəlmiş məqsədyönlü dil siyasətinin uğurlu davamıdır. Milli varlığın qorunması, kimliyimizin sübutu olan dil, eyni zamanda, mənəvi və mədəni zənginləşmə, elmi-texniki inkişaf üçün zəruri olan ünsiyyət vasitəsidir. Ana dili hər bir xalqın mənəvi sərvəti, mənəvi aləminin güzgüsüdür. Azərbaycan dövlətinin apardığı dil siyasəti bu həqiqətin bütövlükdə gerçəkləşməsinə, əbədiləşdirilməsinə xidmət edir ki, bu da Prezidenti, cənab İlham Əliyevin dilimizə böyük sevgi və qayğısının göstəricisidir.

1 avqust - Azərbaycan əlifbası və Azərbaycan dili günü
01/08/2026

1 avqust - Azərbaycan əlifbası və Azərbaycan dili günü

Rayon İcra Hakimiyyətinin könüllüləri Kürdəmir Tarix Diyarşünaslıq Muzeyi və Kürdəmir Dövlət Rəsm Qalereyasında olublar....
30/07/2026

Rayon İcra Hakimiyyətinin könüllüləri Kürdəmir Tarix Diyarşünaslıq Muzeyi və Kürdəmir Dövlət Rəsm Qalereyasında olublar. Eksponatlar və rəsm əsərləri ilə yaxından tanış olan könüllülərə muzeyin və qalereyanın bələdçiləri əsərlər barədə ətraflı məlumatlar veriblər.

29/07/2026

Kürdəmir rayonunun icra başçısı pambıq sahəsinə baxış keçirilib.

“Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin rayonda uğurlu icrasını təşkil etmək məqsədilə Muradxan kəndində “Vüqar Aqro” MMC tərəfindən əkilmiş pambıq sahəsinə baxış keçirilib.
Elşən Həsənli dövlət tərəfindən kənd təsərrüfatına, xüsusən pambıqçılığın inkişafına göstərilən diqqət və qayğını diqqətə çatdıraraq, qarşıdakı yığım mövsümündə yüksək məhsuldarlığın əldə olunması üçün aqrotexniki qaydalara tam əməl edilməsinin əhəmiyyətini nəzərə çatdırıb.
Sonda icra başçısı 2026-2030-cu illəri əhatə edən Dövlət Proqramı ilə bağlı qarşıya qoyulan tapşırıqların vaxtında və keyfiyyətlə icra olunması istiqamətində öz tövsiyə və tapşırıqlarını verib.

28/07/2026

Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elşən Həsənlinin 2026-cı ilin avqust ayında səyyar qəbul qrafiki

Kürdəmir rayonunda pambıq istehsalçıları ilə görüş keçirilib.“Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və...
27/07/2026

Kürdəmir rayonunda pambıq istehsalçıları ilə görüş keçirilib.

“Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin rayonda uğurlu icrasını təşkil etmək məqsədilə pambıq istehsalçıları ilə görüş keçirilib.
Görüşdə rayon İcra Hakimiyyətinin başçısı Elşən Həsənli, Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) nümayəndələri, su təsərrüfatı mütəxəssisləri, eləcə də rayonda fəaliyyət göstərən pambıqçı fermerlər və tədarükçü şirkətlərin nümayəndələri iştirak ediblər.
Müzakirələr zamanı fermerləri maraqlandıran suallar cavablandırılıb, qarşıda duran mövsümi vəzifələr və gözlənilən nəticələr ətrafında fikirlər mübadiləsi aparılıb.

Address

Kürdəmir şəhəri, Heydər Əliyev Prospekti/12
Baku
AZ-1033

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Alerts

Be the first to know and let us send you an email when Kürdəmir Rayon İcra Hakimiyyəti posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Kürdəmir Rayon İcra Hakimiyyəti:

Shortcuts

Share