Azərbaycan Respublikasının Vəkillər Kollegiyası-Azerbaijani Bar Association

  • Home
  • Azerbaijan
  • Baku
  • Azərbaycan Respublikasının Vəkillər Kollegiyası-Azerbaijani Bar Association

Azərbaycan Respublikasının Vəkillər Kollegiyası-Azerbaijani Bar Association Charity

Cari il avqustun 29-da vəkillərin peşə hazırlığı, eləcə də ixtisaslarının artırılması üzrə nəzərdə tutulmuş birinci isti...
04/09/2026

Cari il avqustun 29-da vəkillərin peşə hazırlığı, eləcə də ixtisaslarının artırılması üzrə nəzərdə tutulmuş birinci istiqamət üzrə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Tədris Mərkəzi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının birgə təşkilatçılığı ilə ilk icbari təlim keçirilib.

Təlimdə qeyd olunub ki, bu tədris tədbirində iştirak Kollegiya üzvlərinin 31 yanvar 2026-cı il tarixində keçirilmiş ümumi yığıncağında (konfransda) qəbul edilmiş və Kollegiya üzvləri üçün peşə hazırlığı, eləcə də ixtisaslarının artırılması üzrə nəzərdə tutulmuş birinci istiqamət üzrə icbari tədris tədbirlərinə daxil olan ilk təlimdir.

Təlimin əsas hissəsində Vəkillər Kollegiyası Deontologiya Komitəsinin sədri, İntizam Komissiyasının üzvü, Bakı şəhəri 26 saylı Vəkil Bürosunun müdiri Paşa Səfərov vəkilin müstəqilliyi və peşə məsuliyyəti, vəkil-müştəri münasibətlərində etik davranış, vəkil sirri və konfidensiallığın qorunması, müasir vəkillik fəaliyyətində etik çağırışlar və digər əlaqəli məsələlər barədə çıxış edib.

Ətraflı: https://barassociation.az/news/2059

Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib2026-cı il sentyabrın 2-də Azərbaycan Respublikası Vəkill...
02/09/2026

Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib

2026-cı il sentyabrın 2-də Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib.

İclası giriş sözü ilə açan Kollegiyanın sədri Anar Bağırov Rəyasət Heyətinin cari fəaliyyəti, son dövrdə görülən işlər, əldə olunan nəticələr və qarşıda duran əsas prioritet istiqamətlər barədə məlumat verib.

Sonra iclasın gündəliyinə uyğun olaraq vəkilliyə qəbulla bağlı məsələyə baxılıb. Belə ki, ixtisas imtahanlarının yazılı və şifahi mərhələlərini, həmçinin icbari təlim proqramlarını uğurla tamamlayan namizədlər üçün andiçmə mərasimi keçirilib. Namizədlər vəkil etikası normalarına və peşə borcuna sadiq qalacaqlarına dair and içərək Kollegiyanın üzvlüyünə qəbul olunublar. Onlara gələcək fəaliyyətlərində uğurlar arzulanıb.

Eyni zamanda iclasda bəzi vəkillərin digər vəkil qurumlarına keçirilməsi, öz arzusu ilə vəkillik fəaliyyətinə xitam verilməsi, müəyyən müddətə vəkillik fəaliyyətinin dayandırılması, habelə müəyyən müddətə üzvlük haqqının ödənilməsindən azad olunması ilə bağlı müraciətlərinə baxılıb və müvafiq qərarlar qəbul edilib.

Ətraflı: https://barassociation.az/news/2057

“Azərbaycan Vəkili” elmi-praktik hüquq jurnalının növbəti sayı işıq üzü görübBaş redaktoru Vəkillər Kollegiyası Rəyasət ...
01/09/2026

“Azərbaycan Vəkili” elmi-praktik hüquq jurnalının növbəti sayı işıq üzü görüb

Baş redaktoru Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri, hüquq üzrə fəlsəfə doktoru Anar Bağırov olan “Azərbaycan Vəkili” elmi-praktik hüquq jurnalının 2026, №1 (27) buraxılışı nəşr edilib.

Jurnalın yeni dərc olunmuş sayında tanınmış hüquq alimlərinin, vəkillərin, müxtəlif sahələrdə fəaliyyət göstərən praktik hüquqşünasların, həmçinin doktorant və tələbələrin müəllifi olduqları, hüququn müxtəlif sahələri və istiqamətləri üzrə aktual mövzularda, ümumilikdə 20 elmi məqalə redaksiya heyətinin və kənar rəyçilərin müsbət rəyindən keçməklə nəşrə qəbul edilərək dərc olunub.

Ətraflı: https://barassociation.az/news/2054

Vəkillər Kollegiyasının “Kibercinayətkarlıq və Kibertəhlükəsizlik Komitəsi”nin növbəti iclası keçirilibVəkillər Kollegiy...
01/09/2026

Vəkillər Kollegiyasının “Kibercinayətkarlıq və Kibertəhlükəsizlik Komitəsi”nin növbəti iclası keçirilib

Vəkillər Kollegiyasının “Kibercinayətkarlıq və Kibertəhlükəsizlik” Komitəsinin növbəti iclası keçirilib.

İclasda Komitənin təşkilati məsələləri, gələcək fəaliyyət istiqamətləri, yeni layihələr və təşəbbüslər ətrafında müzakirələr aparılıb.

İclasın əsas məsələlərindən biri Komitə sədrinin müavininin seçilməsi olub. Komitə üzvlərinin yekdil səsverməsi ilə Kamal Novruzov Komitə sədrinin müavini seçilib.

Daha sonra Komitə üzvləri tərəfindən müxtəlif layihə təklifləri və gələcək fəaliyyət istiqamətləri təqdim olunub. Təkliflərin praktiki əhəmiyyəti, həyata keçirilməsi imkanları və Komitənin fəaliyyətinə verə biləcəyi töhfələr ətrafında fikir mübadiləsi aparılıb. Komitə üzvləri ayrı-ayrılıqda öz fikir və təkliflərini səsləndiriblər.

Ətraflı: https://barassociation.az/news/2053

Vəkillərin icbari təlimlərinin ikinci istiqaməti yekunlaşıb2026-cı ilin avqust ayı ərzində vəkillərin peşə hazırlığı, el...
26/08/2026

Vəkillərin icbari təlimlərinin ikinci istiqaməti yekunlaşıb

2026-cı ilin avqust ayı ərzində vəkillərin peşə hazırlığı, eləcə də ixtisaslarının artırılması üzrə nəzərdə tutulmuş ikinci istiqamət üzrə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Tədris Mərkəzi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının birgə təşkilatçılığı ilə müxtəlif icbari tədris tədbirləri təşkil olunub.

Avqustun 1-də “Vergi mübahisələri” mövzusunda təşkil olunmuş hibrid formalı təlimdə Vəkillər Kollegiyasının üzvü Könül Bədəlova tərəfindən vergi mübahisələri və mübahisə növləri, mübahisələndirmə haqqında iddia qaldırılarkən nəzərə alınmalı məsələlər, müvəqqəti xarakterli müdafiə institutunun tətbiqi üzrə yeni məhkəmə təcrübəsi, vergi orqanının qərarının icrasının dayandırılmasının hüquqi nəticələri, kameral vergi yoxlamaları üzrə aktual mübahisələr və məhkəmə təcrübəsi və praktiki tövsiyələr barədə müxtəlif müzakirələr aparılıb.

Ətraflı: https://barassociation.az/news/2052

26/08/2026
Vəkillərə “Beynəlxalq Ticarət Palatasının yeni Arbitraj Qaydaları” mövzusunda təlim keçirilibAvqustun 19-da Vəkillər Kol...
21/08/2026

Vəkillərə “Beynəlxalq Ticarət Palatasının yeni Arbitraj Qaydaları” mövzusunda təlim keçirilib

Avqustun 19-da Vəkillər Kollegiyası Tədris Mərkəzi və Kollegiyanın Biznes Hüququ Komitəsinin birgə təşkilatçılığı ilə “Beynəlxalq Ticarət Palatasının yeni Arbitraj Qaydaları” mövzusunda hibrid qaydada interaktiv təlim keçirilib.

Təlimdə açılış nitqi ilə çıxış edən Vəkillər Kollegiyası Tədris Mərkəzinin direktoru, hüquq elmləri doktoru, professor Əmir Əliyev iştirakçıları salamlayıb və təlimin işinə uğurlar arzulayıb. Qeyd olunub ki, bu tədris tədbirində iştirak Kollegiya üzvlərinin 31 yanvar 2026-cı il tarixində keçirilmiş ümumi yığıncağında (konfransda) qəbul edilmiş və Kollegiya üzvləri üçün peşə hazırlığı, eləcə də ixtisaslarının artırılması üzrə nəzərdə tutulmuş ikinci istiqamət üzrə 3 saat icbari tədris tədbirlərinə daxildir.

Həmçinin vəkillik institutunun hüquqi əsaslarını, praktik fəaliyyətini əhatə edən “Vəkillik fəaliyyəti” adlı dərslik və “Azərbaycan vəkili” elmi-praktik hüquq jurnalı iştirakçılara təqdim olunub.

Təlimin əsas hissəsində Vəkillər Kollegiyası və Kollegiyanın Biznes Hüququ Komitəsinin üzvü, Paris Beynəlxalq Arbitraj Məhkəməsinin tədris və təlim şöbəsinin müdiri Ruslan Mirzəyev Beynəlxalq Ticarət Palatasının (ICC) yeni Arbitraj Qaydaları, ICC Arbitraj Qaydalarının tətbiq dairəsi, ICC Arbitraj Qaydalarının beynəlxalq kommersiya arbitrajında rolu, yeni ICC Arbitraj Qaydalarının beynəlxalq arbitraj praktikasına təsiri, ICC Arbitraj Qaydalarının beynəlxalq arbitrajın inkişafındakı əhəmiyyəti və digər əlaqəli məsələlər üzrə geniş təqdimatla çıxış edib.

Ətraflı: https://barassociation.az/news/2051

Vəkillər daha 55 nəfər məhkuma pulsuz hüquqi yardım göstəriblərƏdliyyə Nazirliyinin Penitensiar xidməti ilə Vəkillər Kol...
20/08/2026

Vəkillər daha 55 nəfər məhkuma pulsuz hüquqi yardım göstəriblər

Ədliyyə Nazirliyinin Penitensiar xidməti ilə Vəkillər Kollegiyası arasında imzalanmış birgə Tədbirlər Planına uyğun olaraq azadlıqdan məhrum edilmiş və həbs edilmiş şəxslərin qəbulu və maarifləndirmə işləri davam etdirilir.

Belə ki, avqustun 18-də Bakı şəhəri 13 saylı Vəkil Bürosu və Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkillər tərəfindən 7 və 16 saylı cəzaçəkmə müəssisələrində ümumilikdə 55 nəfər məhkumun müraciəti dinlənilib, müxtəlif məsələlər ətrafında onlara pulsuz hüquqi yardım göstərilib və müvafiq izahat verilib.

Altay Mustafayev ABŞ-də hüquq doktoru almış Azərbaycanın ilk vəkili olduAzərbaycan Respublikası Vəkillər Kollegiyasının ...
19/08/2026

Altay Mustafayev ABŞ-də hüquq doktoru almış Azərbaycanın ilk vəkili oldu

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Altay Mustafayev ABŞ-də hüquq elmləri doktoru (SJD) elmi dərəcəsi əldə edib.

O, bu yaxınlarda ABŞ-nin tanınmış ali təhsil müəssisələrindən biri olan İndiana Universitetinin Maurer Hüquq Məktəbində “Judicial Discretion in Common Law and Civil Law: A Comparative Legal and Institutional Analysis through Elinor Ostrom’s IAD Framework” mövzusunda doktorluq dissertasiyasını uğurla müdafiə edib.

Bununla da Altay Mustafayev ABŞ-də hüquq doktoru (SJD) dərəcəsi almış Azərbaycanın ilk vəkili olub.

Ətraflı: https://barassociation.az/news/2049

Azərbaycan vəkil korpusu 18 avqust – Sərhəd Qoşunları əməkdaşlarının peşə bayramı günü münasibətilə Azərbaycan Respublik...
18/08/2026

Azərbaycan vəkil korpusu 18 avqust – Sərhəd Qoşunları əməkdaşlarının peşə bayramı günü münasibətilə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin şəxsi heyətini səmimi-qəlbdən təbrik edir, onlara çətin, məsuliyyətli və eyni zamanda şərəfli xidmət fəaliyyətində daim uğurlar arzulayır!

Address

100, J. Hajibayli Str.
Baku
AZ1007

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Alerts

Be the first to know and let us send you an email when Azərbaycan Respublikasının Vəkillər Kollegiyası-Azerbaijani Bar Association posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Azərbaycan Respublikasının Vəkillər Kollegiyası-Azerbaijani Bar Association:

Shortcuts

Share

Category