AMEA Azad Həmkarlar İttifaqı

AMEA Azad Həmkarlar İttifaqı Azad Həmkarlar İttifaqı üzvlərinin əmək, sosial-iqtisadi hüquq və mənafelərinin təmsil və müdafiə edən təşkilatdır.

27 oktyabr 1992-ci ildə Azərbaycan Milli Elmlər Akademiyası Azad Həmkarlar İttifaqı yaradılmışdır.

04/08/2026

04/08/2026
AMEA Azad Həmkarlar İttifaqının sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Sənan Həsənov ARB kanalının “Gündəm” v...
03/08/2026

AMEA Azad Həmkarlar İttifaqının sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Sənan Həsənov ARB kanalının “Gündəm” verilişinin qonağı olub və Ermənistanda keçirilən parlament seçkilərinin nəticələrini, eləcə də ölkədə formalaşan yeni siyasi vəziyyəti şərh edib.

S.Həsənov bildirib ki, hakim Vətəndaş Müqaviləsi Partiyasının parlamentdə 64 mandat qazanması Nikol Paşinyan hökumətinin siyasi kursunu davam etdirməsi üçün əlverişli şərait yaradır. Onun sözlərinə görə, yeni parlamentin qarşısında duran əsas vəzifələrdən biri Azərbaycan-Ermənistan sülh prosesinin irəlilədilməsi, regionda sabitliyin möhkəmləndirilməsi və bu istiqamətdə zəruri siyasi qərarların qəbul edilməsidir.

S.Həsənov vurğulayıb ki, Azərbaycan müharibədən sonra regionda dayanıqlı sülhün və əməkdaşlığın tərəfdarı kimi çıxış edir. O qeyd edib ki, kommunikasiyaların açılması, iqtisadi əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı etimadın gücləndirilməsi Cənubi Qafqazda uzunmüddətli sabitliyin təmin olunmasına mühüm töhfə verə bilər.

link:
https://www.youtube.com/live/FU_zRAzmnP0?si=zDEm9gmm_0PyVi_o

1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür
01/08/2026

1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür

1 Avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü
01/08/2026

1 Avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü

“Elm, ədəbiyyat və sosial həyat” (Fizika və lirika – IX) adlı ədəbi-bədii tədbir keçirilibAzərbaycan Yazıçılar Birliyini...
31/07/2026

“Elm, ədəbiyyat və sosial həyat” (Fizika və lirika – IX) adlı ədəbi-bədii tədbir keçirilib

Azərbaycan Yazıçılar Birliyinin (AYB) Səməd Vurğun adına Yaradıcılıq Evində AMEA alimlərinin “Elm, ədəbiyyat və sosial həyat” (Fizika və lirika - IX) adlı ədəbi-bədii tədbiri keçirilib.
AMEA, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, AYB və Akademiyanın Azad Həmkarlar İttifaqının birgə təşkilatçılığı ilə baş tutan tədbir Azərbaycanın ilk Xalq şairi, görkəmli dramaturq, ədəbiyyatşünas, ictimai xadim, akademik Səməd Vurğunun 120 illiyinə həsr edilib.
Əvvəlcə AMEA əməkdaşlarının rəsm əsərlərindən ibarət sərgiyə baxış keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Ədəbi-bədii tədbirdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini Musa Mirzəyev çıxış edərək Xalq şairi Səməd Vurğunun Azərbaycan ədəbiyyatının ən görkəmli simalarından biri olduğunu vurğulayıb, şairin zəngin yaradıcılığının vətənpərvərlik ruhunun aşılanmasında və ədəbi fikrin inkişafında müstəsna rol oynadığını bildirib. Sədr müavini qeyd edib ki, akademik Səməd Vurğunun irsi bu gün də öz aktuallığını qoruyur və yeni nəsillər üçün mühüm mənəvi məktəb rolunu oynayır.
Musa Mirzəyev Azərbaycanda elm, ədəbiyyat və mədəniyyət xadimlərinə göstərilən diqqət və qayğının təməlinin Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulduğunu və bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb. O, həmçinin Birinci vitse-prezident Mehriban Əliyevanın milli-mədəni irsin qorunması, Azərbaycan ədəbiyyatının və mədəniyyətinin beynəlxalq aləmdə təbliği istiqamətində həyata keçirdiyi layihələrin əhəmiyyətini xüsusi vurğulayıb.
Sədr müavini Prezident İlham Əliyevin “Xalq şairi Səməd Vurğunun 120 illiyinin qeyd edilməsi haqqında” Sərəncamına uyğun olaraq yubiley tədbirlərinin respublika və beynəlxalq səviyyədə geniş şəkildə qeyd olunduğu deyib. Bildirib ki, AYB-nin Səməd Vurğun adına Yaradıcılıq Evi də müasir infrastrukturu ilə alimlərin, yazıçıların və yaradıcı ziyalıların görüşləri, elmi-mədəni tədbirləri və yaradıcılıq mühitinin inkişafı üçün əlverişli şərait yaradır. Əlavə edib ki, mərkəzin Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının idarəçiliyinə verilməsi dövlətin AHİK-ə göstərdiyi yüksək etimadın bariz nümunəsidir.
Çıxışının sonunda Musa Mirzəyev alim və ziyalılara elmi və yaradıcılıq fəaliyyətlərində yeni uğurlar arzulayıb, Xalq şairi Səməd Vurğunun zəngin irsinin gələcək nəsillər üçün də milli-mənəvi dəyərlərin və azərbaycançılıq ideyalarının təbliğində mühüm rol oynamaqda davam edəcəyinə əminliyini ifadə edib.
Sonra AMEA-nın Mərkəzi Elmi Kitabxanası tərəfindən Xalq şairi Səməd Vurğunun 120 illiyi münasibətilə hazırlanmış rəqəmsal məlumat bazasının təqdimatı keçirilib.
Daha sonra Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar “Səməd Vurğunun yaradıcılığında və fəaliyyətində sosial mədəni həyat” mövzusunda çıxış edərək bildirib ki, Səməd Vurğun Azərbaycan poeziyasının, milli ədəbi fikrin inkişafında misilsiz xidmətləri olan qüdrətli söz ustasıdır. Görkəmli şairin zəngin yaradıcılığı təkcə bədii-estetik xüsusiyyətləri ilə deyil, həm də humanizm və yüksək mənəviyyat ideyalarının təbliği baxımından bu gün də aktuallığını qoruyub saxlayır.
AYB sədri vurğulayıb ki, Səməd Vurğun qüdrətli şair olmaqla yanaşı, həm də akademik kimi Azərbaycan elminin və ədəbi fikrinin inkişafına mühüm töhfələr verib, ölkənin ictimai-mədəni həyatında fəal iştirak edən ziyalılardan olub.
Xalq yazıçısı Anar ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə Səməd Vurğun adına Yaradıcılıq Evinin əsaslı şəkildə yenidən qurulmasını dövlətin milli-mədəni irsə, görkəmli şəxsiyyətlərin xatirəsinə və yaradıcı insanlara göstərdiyi yüksək diqqət və qayğının bariz nümunəsi kimi dəyərləndirib.
Sonda o, bu kimi tədbirlərin keçirilməsinin Səməd Vurğunun zəngin irsinin daha dərindən öyrənilməsi və milli-mədəni yaddaşın qorunması baxımından mühüm əhəmiyyət daşıdığını bildirib, tədbirin təşkilatçılarına təşəkkürünü ifadə edib.
Tədbirdə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli “Elm və ədəbiyyat: Xalq şairi və akademiklik missiyası” mövzusunda məruzə ilə çıxış edərək Səməd Vurğunu XX əsrin və ümumən Azərbaycan ədəbiyyatının ən qüdrətli söz ustalarından biri kimi səciyyələndirib. Qeyd edib ki, Səməd Vurğun mürəkkəb ictimai-siyasi və ideoloji şəraitdə yaşayıb-yaratsa da, zamanın təsirlərindən uca duran, milli və bəşəri dəyərləri əks etdirən əsərləri sayəsində əbədiyyət qazanmış böyük sənətkardır.
AMEA prezidenti Səməd Vurğunun yaradıcılığının Azərbaycan poeziyasının, dramaturgiyasının və ədəbi fikrinin inkişafında mühüm mərhələni təşkil etdiyini bildirib. Onun sözlərinə görə, şairin “Azərbaycan” şeiri, “Vaqif” və “İnsan” dramları, eləcə də “Komsomol” və “Aygün” poemaları milli ədəbiyyatın qızıl fonduna daxil olan, bu gün də aktuallığını qoruyan qiymətli sənət nümunələridir. Bu əsərlər vətənpərvərlik, humanizm, azadlıq, ədalət və mənəvi dəyərləri tərənnüm etməklə yanaşı, zamanı qabaqlayan ideyaları ilə də seçilir.
Akademik İsa Həbibbəyli vurğulayıb ki, Səməd Vurğun təkcə böyük şair deyil, həm də görkəmli alim və ictimai xadim olub, ölkənin elmi-mədəni həyatına mühüm töhfələr verib. O, Səməd Vurğunun Azərbaycanın ilk Xalq şairi adına layiq görüldüyünü, eləcə də Azərbaycan SSR Elmlər Akademiyasının (indiki AMEA) 1945-ci ildəki 15 əsas təsisçisindən və ilk həqiqi üzvlərindən biri olduğunu xatırladıb.
Akademiya rəhbəri əlavə edib ki, şairin 1954-cü ildə Moskvada SSRİ Yazıçılarının II Qurultayında Sovet poeziyasına həsr olunmuş məruzəsi dərin elmi-nəzəri əhəmiyyətə malik olmaqla yanaşı, romantik ədəbiyyatın zəruriliyini cəsarətlə müdafiə edən mühüm çıxışlardan biri kimi qiymətləndirilə bilər.
Akademik İsa Həbibbəyli çıxışının sonunda Səməd Vurğun irsinin öyrənilməsi və təbliğinin milli-mənəvi dəyərlərin qorunması baxımından böyük önəm daşıdığını bildirib. O, bu kimi tədbirlərin keçirilməsini yüksək qiymətləndirərək Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının rəhbərliyinə yaradılan şəraitə, göstərilən diqqətə və qarşılıqlı etimada görə təşəkkürünü ifadə edib.
Azərbaycan Mətbuat Şurasının sədri, Yazıçılar Birliyinin sədr müavini, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid çıxışında Səməd Vurğun adına Yaradıcılıq Evinin Azərbaycan ədəbi mühitində xüsusi yerə sahib olduğunu bildirib. Bu məkanın yaddaşlarda xoş xatirələrlə qaldığını qeyd edərək, burada müxtəlif illərdə gənc yazıçıların seminarlarının, ədəbi müzakirələr və yaradıcı görüşlərin keçirildiyini xatırladıb.
Rəşad Məcid vurğulayıb ki, bu kimi tədbirlər ədəbi ənənələrin yaşadılması, gənc nəslin klassik irslə daha yaxından tanış olması və yaradıcı mühitin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. O, Səməd Vurğunun zəngin ədəbi irsinin gələcək nəsillərə çatdırılması istiqamətində böyük rola malik olan bu kimi elmi-ədəbi görüşlərin və müzakirələrin davamlı şəkildə keçirlməsinin önəminə toxunub.
Tədbirdə, həmçinin Türkiyənin Erzincan Binəli Yıldırım Universitetinin professoru Ali Kafkasyalı və Pakistanın Lahor Dövlət Kollec Universitetinin Dil, İslam və Şərqşünaslıq fakültəsinin Urdu dili kafedrasının dosenti Almas Xanım çıxış edərək belə mötəbər tədbirdə iştirakdan məmnunluqlarını ifadə ediblər. Səməd Vurğunun yaradıcılığının təkcə Azərbaycanda deyil, bütün türk və Şərq ədəbi-mədəni məkanında mühüm yer tutduğunu vurğulayan qonaqlar görkəmli şairin zəngin ədəbi irsinin müxtəlif ölkələrdə də tədqiq olunduğunu və xalqlar arasında mədəni əlaqələrin möhkəmlənməsinə töhfə verdiyini bildiriblər.
Daha sonra AMEA əməkdaşlarının şeirləri səsləndirilib. Ədəbi-bədii tədbirdə Mərziyyə Nəcəfova “Azərbaycan”, İbrahim Yusifli “Qazaxda Vurğunun ev muzeyində”, Zəkulla Bayramlı “Xızı dağları” şeirlərini, Asya Əhmədova “Sən Vətənsən” poemasından bir hissəni ifa ediblər. Həmçinin Səməd Vurğunun şeirləri aşıq havalarının müşayiəti ilə təqdim olunub.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Əmək və Sosial Münasibətlər Akademiyasında ( ) “Süni intellekt üzrə ...
29/07/2026

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Əmək və Sosial Münasibətlər Akademiyasında ( ) “Süni intellekt üzrə təməl bacarıqlar” mövzusunda ikigünlük təlim təşkil edilib.

Konfederasiya əməkdaşlarının iştirak etdiyi təlimin məqsədi işçilərin süni intellekt sahəsində baza bilik və bacarıqlarını inkişaf etdirmək, iş prosesində rəqəmsal alətlərdən səmərəli istifadə üzrə praktiki vərdişləri gücləndirmək olub.

Təlim zamanı iştirakçılara süni intellektin tətbiq sahələri, texnologi imkanları, süni intellektdən istifadə qaydaları, müxtəlif süni intellekt alətləri ilə effektiv işləmə prinsipləri barədə ətraflı məlumat verilib.

Proqram çərçivəsində interaktiv tapşırıqlar və praktiki məşğələlər də təşkil olunub. İştirakçılar əldə etdikləri nəzəri bilikləri tətbiq edərək süni intellekt alətlərindən istifadə bacarıqlarını daha da təkmilləşdiriblər.

Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim edilib.

29/07/2026

Həmkarlar İttifaqları Konfederasiyasının təşkilatçılığı ilə 7–14 yaşlı uşaqlar üçün təşkil olunan “Yay macərası” düşərgəsində Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyi tərəfindən 110 uşaq üçün maraqlı master-klass keçirilib.
Показать меньше

ELM DİPLOMATİYAMIZIN UĞURLU ÇİN SƏFƏRİ     Azərbaycan elminin inkişaf istiqamətləri son illər dünya elminə inteqrasiya p...
27/07/2026

ELM DİPLOMATİYAMIZIN UĞURLU ÇİN SƏFƏRİ
Azərbaycan elminin inkişaf istiqamətləri son illər dünya elminə inteqrasiya proseslərində yeni mərhələni əhatə edir. Baş verən elmi yeniliklər, dost ölkələrin yeni innovasiyaları ilə bağlılıq, həm ümumi inkişafın, həm də dövlətlərarası münasibətlərin konturlarında elmi yanaşmaların rolunu önə çıxarır. Digər tərəfdən müasir sürətli unkişaf onu göstrərir ki, cəmiyyətlərin, xalqların bir-biri ilə anlaşma prosesi təkcə virtual məkanda deyil, yeni ideyalara və hədəflərə açılan yol bilavasitə canlı dialoqda müzakirələrin mövzusudur. Bu prosesin effektliliyi sağlam, əsaslandırılmış dövlətlərin strateji xəttini ifadə edən elm diplomatiyası ilə çox bağlıdır. Ulu Öndər Heydər Əliyevin dövlət quruculuğunda müdrik diplomatiyası həm də Çin Xalq Respublikası ilə elmi əlaqələrin möhkəm təməlini qoymuşdur. Bu strateji xətt uğurlu məqsədlər və hədəflər üzərindən inklşaf edərək Prezident İlham Əliyevin dövlətcilik strategiyasında vacib istiqamətə çevrilmişdir. Bu baxımdan Prezident İlham Əliyev ölkələrlə elmi əməkldaşlığın genişləndirilməsinə dair strateji xətti həmişə olduğu kimi yeni mərhələdə də AMEA –nın üzərinə mühüm vəzifələr qoyub. Biz ölkəmizin ali elmi təşkilatı olaraq yeniləşmə mərhələsində AMEA-nın bu vəzifələri hədəfləri aydın və elmin prioritetlərinə cavab verən şəkildə yerinə yetirməsini konkret göstəricilər və nəticələr əsasında görürük. Bu həm zəngin ənənələrdən yaranan elmi resursların, həm də dövlətimizin xüsusi diqqətinin sayəsində uğurlu diplomatiyamızın tərkib hissəsinə çevrilmişdir. Biz onu da qeyd etməliyik ki, Azərbaycan elminin dünya elmi ilə daha sıx şəkildə təması təkcə süni intellekt və yeni texnologiyaların cağırışı deyil Azərbaycanın yaratdığı yeni reallıqların formalaşdırdığı elmi konsepsiyaların öyrənilməsi zərurətidir. Təbii ki, süni intellekt bu prosesin həyata keçirilməsinin ən mühüm vasitəsidir. Bu günlərdə Çinin Hebey əyalətinin Sionqan yeni rayonunda 24-cü Beynəlxalq İstedad Mübadiləsi Konfransında ölkəmizi təmsil edən AMEA Prezidenti akademik İsa Həbibbəylinin Çin Xalq Respublikası ilə elmi əməkdaşlığın dərinləşdirilməsinə yönələn elmi mərkəz və universitetlərdə keçirilən canlı dialoq və müzakirələri protokol xarakterli deyil, Azərbaycan –Çin arasında dövlət başcılarının iradəsi ilə formalaşan bütün sahələrdəki inteqrasiyada elmi istiqamətlərin dərinləşdirilməsi və təbliği kimi əhəmiyyət kəsb edir. Bu gün Azərbaycanın təşəbbüsləri ilə hər iki dost ölkənin sağlam münasibətləri tarixi köklərə və müasir reallılqara əsaslanmaqla iqtisadi tərəqqini, sabit mühiti, ədaləti bərqərar edən siyasi platformanı qoruyub saxlamağa xidmət edir. Azərbaycan elminin əsas vəzifəsi hazirda bu strategiyanın dünya üçün əhəmiyyətini tam mənası ilə cəmiyyətlərə çatdırmaqdır. Çünki sabit dünya platformasının elmi əsaslarını Azərbaycan tərəfi nə qədər çətin olsa da dünyaya qəbul etdirmişdir. Prezident İlham Əliyevin siyasi iradəsinin bəşəriyyət üçün əhəmiyyəti dost ölkə kimi Çin tərəfindən qəbul edilir. Onun mahiyyətinin cəmiyyətlərdə aydın, davamlı və uzun hədəflərə yönələn şəkildə dərk olunması isə elm diplomatiyamızın çox mühüm vəzifəsidir. Bu baxımdan akademik İsa Həbibbəyli 30 ölkədən 400-dən çox nümayəndənin iştirak etdiyi beynəlxalq konfransın açılış mərasimində çıxış edərək bildirmişdir ki, “Azərbaycan ilə Çin arasında əlaqələr qədim dövrlərdən İpək Yolu vasitəsilə həyata keçirilmiş və hələ XII əsrdə dahi Azərbaycan şairi Nizami Gəncəvi “Yeddi gözəl” poemasında Çin motivləri əsasında maraqlı obraz yaratmışdır”.
Müasir dövrdə Azərbaycan- Çin əlaqələrinin möhkəm təməllərinin Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu vurğulayan AMEA rəhbəri Azərbaycan Prezidenti İlham Əliyev və Çin Xalq Respublikasının Sədri Si Çinpinin siyasi iradəsi ilə iki ölkə arasında bütün sahələrdə əməkdaşlığın hərtərəfli və geniş miqyasda inkişaf etdirildiyini diqqətə çatdırmışdır. Bu münasibətlər sayəsində elmi əməkdaşlığın yeni-yeni istiqamətlərinə geniş meydan açılması elm-texnika və humanitar sahələrdə əməkdaşlığın dərinləşməsi, elmi mübadilənin əhəmiyyətli nəticələrinin özünü göstərdiyi xüsusi olaraq vurğulanmışdır. 2025- ci ildə isə Azərbaycan Çin arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında dövlət başcılarının “Birgə Bəyanat” imzalamaları kimi mühüm tarixi sənəd göstərdi ki, elmi əməkdaşlığın genişləndirilməsi siyasi və iqtisadi tərəfdaşlığın inkişafı üçün prioritetdir. Bu siyasi iradədən irəli gələn vəzifələri həyata keçirmək üçün səfər cərcivəsində Azərbaycan Çin arasında həmçinin AMEA ilə Çin Sosial Elmlər Akademiyası, Hebey Sosial Elmlər Akademiyası, Pekin Xarici Dillər Universiteti, Hebey Pedaqoji Universiteti və bir sıra digər elmi qurum və universitetlər arasında imzalanmış anlaşma memorandumlarının bündan sonra da mühüm praktiki nəticələr verəcəyi bildirilmişdir. Eyni zamanda, akademiyanın elmi-tədqiqat institutları ilə bir sıra tədqiqatların aparılması, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Çin Tədqiqatları Mərkəzinin fəaliyyət göstərməsi qarşılıqlı əlaqələrin daha da dərinləşəcəyinə və elmi əməkdaşlığın yeni səhifələrində ictimai və humanitar elmlər üzrə süni intellekt və rəqəmsal inkişaf sahəsində yeni perspektivlər açdığının mühüm əhəmiyyəti təhlil olunmuşdur. Səfərin diğər mühüm tərəfi Avstriya, Tailand və Kanada Elmlər Akademiyalarının prezidentləri, Hebey Pedaqoji Universitetinin rektoru ilə keçirilən görüşlərdir ki, Azərbaycan həqiqətlərinin müvafiq elmi qurumlara çatdırılmasına imkanlar yaranmışdır.
Bu gün həm də elmi potensialın mübadilə edilməsi zamanın tələbidir. Elmin dünyəviliyi və ona açıq olan dövlət siyasəti isə Azərbaycan üçün daha da həssas məsələdir. AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Çin Xalq Respublikasına səfəri çərçivəsində Hebey Beynəlxalq İstedadlar Mübadiləsi Assosiasiyasının prezidenti, tarix elmləri doktoru, professor Çi Siaoyən ilə görüşərkən dövlətlərarası münasibətlərdə elmi potensialla bağlı mübadilənin mühüm əhəmiyyətini də önə çəkmişdir. Həmin görüşdə çıxış edən Assosiasiyanın prezidenti, tarix elmləri doktoru, professor Çi Siaoyən Hebey Beynəlxalq İstedadlar Mübadiləsi Assosiasiyası ilə Azərbaycan Milli Elmlər Akademiyası arasında bu görüşdə imzalanmış anlaşma memorandumunun qarşılıqlı elmi əlaqələrin inkişaf etdiriləcəyinə böyük fayda verəcəyinə əminliyini ifadə edərkən bu amili önə çəkmişdir. Akademik İsa Həbibbəyli Çinin Hebey Sosial Elmlər Akademiyasının prezidenti professor Lü Sinbin ilə görüşərkən çinli alim daha bir mühüm məqama diqqət çəkmiş və Çin və Azərbaycanın dövlət başçılarının birgə diqqəti sayəsində iki ökə arasında reallaşan və Azərbaycanın Çinin “Kəmər və yol” layihəsini beynəlxalq miqyasda ilk dəstəkləyən ölkələrdən biri olduğunu mühüm hadisə kimi qiymətləndirmişdir. O, həm də rəhbərlik etdiyi Hebey Sosial Elmlər Akademiyası ilə Azərbaycan Milli Elmlər Akademiyası arasında 2024-cü ildə imzalanmış anlaşma memorandumunun müddəalarının uğurla həyata keçirildiyindən məmnin qaldığını, AMEA-nın prezidenti akademik İsa Həbibbəyli isə Azərbaycan və Çin dövlət başçılarının siyasi iradəsi ilə bütün istiqamətlər üzrə yaranmış əlaqələrin elm sahəsində uğurlu davamı kimi nəzərdə tutulmuş yeni layihələr haqqında məlumatları da müzakirə müstəvisinə gətirmişdir. AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda icrasına başlanan “Azərbaycan ədəbiyyatında Çin mövzusu və arxetipləri məsələsi” layihəsi barədə məlumat verməklə,“Kəmər və yol” təşəbbüsü çərçivəsində elm və mədəniyyətlərin dialoqu” mövzusu üzrə də müştərək araşdırmalara başlamağın iki elmi qurum arasında yeni üfüqlərin açlmasına xidmət edəcəyini bildirmişdir. Azərbaycanın dahi şairi Nizami Gəncəvinin “Yeddi gözəl” poemasının Çin motivləri əsasında çəkilmiş rəsm əsərini professor Lü Sinbinə hədiyyə etmişdir. Xatırladaq ki, 2024 cü ilin 29 sentyabr tarixində AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli Pekində keçirilən “İpək yolu ruhuyla Çin-Azərbaycan münasibətlərini möhkəmləndir” devizi ilə 1-ci Çin azərbaycanşünaslıq beynəlxalq elmi konfransın iştirakcılarına məhz elmi əməkdaşlıqda dövlətimizin strateji xəttinin mahiyyətinə dair müraciət etmişdir. Məhz davamlı əlaqələrin formalaşmasında bu mühüm konfransın da əhəmiyyəti vardır. Həmin konfransda Azərbaycan-Çin əlaqələrinin müstəqillik illərində özünəməxsus böyük inkişaf yolu keçdiyini deyən AMEA rəhbəri 1994-cü ildə Ümummilli Lider Heydər Əliyevin Çinə olan səfəri Azərbaycan Çin əlaqələrinin yeni tarixi şəraitdə möhkəm təməllərinə çevrildiyini və istiqamətini müəyyən etdiyini, Prezident İlham Əliyevin Çinə səfərləri zamanı imzalanan sənədlər, dövlət səviyyəsində əldə olunan razılaşmalar Azərbaycan-Çin əlaqələrini qısa vaxtda çox yüksək inkişaf mərhələsinə qaldırılmasını diqqətə çatdırmışdır. Həmin konfransda bildirilmişdir ki, “Əlaqələr içərisində Azərbaycan-Çin münasibətlərinin xüsusi bir qolunu təşkil edən elmi əlaqələr özünəməxsus inkişaf yolu keçməkdədir. AMEA ilə Çin Sosial Elmlər Akademiyası arasında bağlanmış müqavilə, AMEA ilə Hebey Sosial Elmlər Akademiyası arasında imzalanmış əməkdaşlıq sazişi, Azərbaycan alimləri ilə Çin alimlərinin müştərək tədqiqatlar aparması, ölkələri bir birinə və elmi şəkildə tanıdılması, elmi ədəbiyyatı mübadilə etmək kimi fəaliyyət qarşıda yeni üfüqlər açır. Pekin Xarici Dillər Universiteti, Hebey Pedaqoji Universiteti və Hebey Sosial Elmlər Akademiyası ilə AMEA Xəzərdən Çin səddinə qədər olan böyük bir layihənin icrasına başlamışdır”. Bu fikirlərin real təsdiqi olaraq hazırkı səfərdə da göründüyü kimi Azərbaycan tərəfindən uğurla, verilmiş vədlər sədaqətlə həyata keçirilməkdədir.
Həmin konfransda akademik İsa Həbibbəyli bildirmişdir ki, “elmi əməkdaşlığın daha bir göstəricisi kimi AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Çin Mədəniyyət Mərkəzi uğurla fəaliyyət göstərir, Azərbaycan alimlərinin Çin ədəbiyyatına dair dissertasiya işləri müdafiə olunub, Çinə həsr olunmuş şeirlərdən ibarət kitablar çap olunub, eyni zamanda, bunlar isə Çin dilinin Azərbaycanda öyrənilməsinə də böyük maraq yaradan amil olmuşdur. AMEA-nın Çin Mədəniyyət Mərkəzində də Çinin Azərbaycandakı səfirliyinin dəstəyi ilə Çin dilini öyrənən tədqiqatçılar nəsli artıq formalaşıb. Pekin Xarici Dillər Universitetində Azərbaycan dili üzrə mütəxəssislər hazırlığı üçün qəbul aparılır, 1-ci qəbulun məzunları Azərbaycanda təcrübə keçirlər. Onlar Azərbaycan dilini doğma ana dilləri qədər dərindən mənimsəyiblər. Bütün bunlar azərbaycanşünaslar qarşısında Çindəki alimlərimizlə əlaqəli şəkildə hər iki ölkə arasındakı münasibətlərin dərin köklərini, böyük ənənələrini, müasir dil vəziyyətini və gələcək inkişaf problemlərini öyrənmək kimi ciddi vəzifə qoyur. Hesab edirəm ki, beynəlxalq konfrans Azərbaycan-Çin çoxcəhətli əlaqələrinin elmi cəhətdən daha da inkişaf etdirilməsinə, bu sahədə sistemli yanaşmanın meydana qoyulmasına, müasir dövrün çağırışların uyğun hədəflərin müəyyən olunmasına özünün böyük töhfəsini verəcək”.
Beləliklə, müasir dünyada elmi əlaqələrə daha sıx inteqrasiya baxımından Azərbaycan dövlətinin reallaşdırdığı və qarşıya qoyduğu vəzifələr onu göstərir ki, ölkəmizin inkişafı naminə aparılan müdrik siyasətin hər bir addımında elmə əsaslanma var. Proses elmin gücü ilə aparılır və nəticələri ümummilli inkişafı müəyyənləşdirən strategiyadır. Əslində cəmiyyətin bütün təbəqələrinin dövlətin apardığı siyasətin mahiyyətinin düzgün dərk edilməsini də elmi fəaliyyət təşkil etməlidir. Deməli elmin həm dövlətin qarşıya qoyduğu strategiyanın formalaşması və uğurlu hədəflərə çatması üçün, həm də onun davamlı və yeni strategiyanın müəyyənləşdirilməsi üçün mühüm vəzifələri vardır. Bu baxımdan Azərbaycan dövlətinin bütün uğurlarında elmin rolunu önə çəkən Prezident İlham Əliyev AMEA-nın qarşısında da mühüm vəzifələri müəyyən etməsi ona həssaslıqla yanaşması həm alimlərimizə göstərilən etimadı həm də onların böyük məsuliyyətini müəyyən edir. AMEA bu vəzifələrin həyata keçirilməsində bu gün tam məsuliyyəti ilə demək mümkündür ki, Azərbaycan dövlətinin çağırışlarına var gücü ilə qoşulub və bunu yeganə vəzifə kimi qarşısına qoyub. Yeniləşən Akademiya dövlətimizin çağırışlarına və inkişafına bundan sonra da tövhələrini verəcəkdir.

Sənan Həsənov
Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent

Address

H. Cavid Pr. 117
Baku
AZ-1143

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00

Alerts

Be the first to know and let us send you an email when AMEA Azad Həmkarlar İttifaqı posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share