Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Azərbaycan Respublikası Prezidentinin 6 fevral 2006-cı il Fərmanı ilə yaradılmışdır. Komitə yarandığı gündən öz səlahiyyətləri daxilində uşaq və qadın hüquqlarının təmin edilməsi və onların pozulmasının qarşısının alınması, müvafiq sahədə qanunvericiliklə onun səlahiyyətlərinə aid edilmiş normativ tənzimləmənin həyata keçirilməsi, müvafiq sahə ü

zrə dövlət proqramları layihələrinin işlənib hazırlanması, dövlət proqramlarının və inkişaf konsepsiyalarının həyata keçirilməsinin səlahiyyətləri daxilində təmin edilməsi, digər icra hakimiyyəti orqanlarının müvafiq sahə ilə bağlı fəaliyyətinin əlaqələndirilməsi, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin həyata keçirilməsinin öz səlahiyyətləri daxilində təmin edilməsi, dövlət ailə siyasətinin həyata keçirilməsi istiqamətində fəaliyyət göstərir.

💜Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva “Ailəm könüllüləri” proqramını uğurla başa vuran gənclərlə görüşüb.Öncə ...
04/09/2026

💜Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva “Ailəm könüllüləri” proqramını uğurla başa vuran gənclərlə görüşüb.

Öncə könüllülərin çoxşaxəli fəaliyyətini əks etdirən videohesabat nümayiş olunub. Görüşün sonunda könüllülərə sertifikatlar təqdim olunub və xatirə fotosu çəkdirilib.

Ailəm Könüllüləri

🔗Ətraflı: https://family.gov.az/az/news/aynur-sofiyeva-ailem-konulluleri-proqraminin-mezunlari-ile-gorusub

📌Vətəndaş qəbulunun vaxtı dəyişdirilibAilə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın 11...
03/09/2026

📌Vətəndaş qəbulunun vaxtı dəyişdirilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın 11 sentyabr 2026-cı il tarixində Kəlbəcərdə keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib.

Qəbul 18 sentyabr 2026-cı il tarixində saat 11:00-da Kǝlbəcǝr rayonu, Bəhmən Cəfǝrov adına 1 nömrǝli tam orta məktəbdə keçiriləcəkdir.

🔗 https://family.gov.az/az/news/kelbecerde-vetendas-qebulu-kecirilecek

🌞Uşaqların yay tətili faydalı və maraqlı tədbirlərlə yadda qalıb✅Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən uşaqların...
02/09/2026

🌞Uşaqların yay tətili faydalı və maraqlı tədbirlərlə yadda qalıb

✅Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən uşaqların yay tətilində asudə vaxtlarını səmərəli, maraqlı, eyni zamanda öyrədici və yaddaqalan keçirməsi məqsədilə müxtəlif formatlı tədbirlər, o cümlədən:

📚“Kitabımı paylaşıram” layihəsi,
🧒👧“Şəxsiyyət yüksəlişi” təlim proqramı,
🌱sağlam həyat tərzi və ekoloji tərbiyə mövzularında maarifləndirici görüşlər,
🎨“Bizim bölgə” adlı ustad dərsi və rəsm sərgiləri keçirilib.

Ətraflı: https://family.gov.az/az/news/usaqlarin-yay-tetili-faydali-ve-maraqli-tedbirlerle-yadda-qalib

📌Kəlbəcərdə vətəndaş qəbulu keçiriləcəkAilə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova 11 s...
02/09/2026

📌Kəlbəcərdə vətəndaş qəbulu keçiriləcək

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova 11 sentyabr 2026-cı il tarixində, saat 11:00-da Kǝlbəcǝr rayonu, Bəhmən Cəfǝrov adına 1 nömrǝli tam orta məktəbdə vətəndaşları qəbul edəcək.

🖇https://family.gov.az/az/news/kelbecerde-vetendas-qebulu-kecirilecek

👪“Ailə Könüllüləri” layihəsinə Siz də qoşulun!💠“Ailə Könüllüləri” layihəsi ailələri könüllülük fəaliyyəti ətrafında bir ...
01/09/2026

👪“Ailə Könüllüləri” layihəsinə Siz də qoşulun!

💠“Ailə Könüllüləri” layihəsi ailələri könüllülük fəaliyyəti ətrafında bir araya gətirərək həmrəyliyin və ailə dəyərlərinin gücləndirilməsinə, sosial məsuliyyətin artırılmasına və cəmiyyətimiz üçün daha işıqlı gələcəyin qurulmasına töhfə verir.

ℹ Layihəyə qoşulan ailələr:

· sosial və ictimai əhəmiyyətli təşəbbüslərdə, könüllülük fəaliyyətlərində iştirak edirlər

· ailə dəyərlərinin, sağlam və fəal həyat tərzinin təbliğinə töhfə verirlər;

· həssas vəziyyətdə olan ailələrə sevgi, diqqət, qayğı və dəstək göstərirlər;

· cəmiyyət üçün faydalı sosial layihə və təşəbbüslərin həyata keçirilməsində fəal iştirak edirlər.

Siz də ailənizlə birlikdə bu gözəl təşəbbüsün bir parçası olun!

🔗 Qeydiyyat linki:
https://drive.google.com/drive/folders/1z28YAOe0fyiu2q0z8z1D2FM-sFaslN9h?usp=sharing

📞 Telefon: (012) 493 79 62

✅ Ətraflı:
🖇https://family.gov.az/az/news/aile-konulluleri-layihesine-siz-de-qosulun

Address

AZ1000, Ü. Hacıbəyov Küçəsi 80, Hökumət Evi, IV Qapı
Baku
AZ1000

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+994124980092

Alerts

Be the first to know and let us send you an email when Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi:

Shortcuts

Share