09/09/2026
BLACK AND CASPIAN FREIGHT FORUM 2026 çərçivəsində forum iştirakçıları Bakı Gəmiqayırma Zavoduna səfər ediblər.
Ekskursiyada logistika və nəqliyyat şirkətlərinin, dəmir yolu operatorlarının, liman və terminalların, gəmiçilik və dənizçilik sektorunun, infrastruktur şirkətlərinin, eləcə də beynəlxalq maliyyə təşkilatlarının nümayəndələri iştirak ediblər.
Azərbaycan, Qazaxıstan, Gürcüstan, Türkiyə, Almaniya, Macarıstan, Belçika, Niderland, Estoniya, Avstraliya və digər ölkələrdən olan qonaqlar səfər zamanı Zavodun fəaliyyəti və istehsal imkanları ilə yaxından tanış olublar.
Ekskursiya çərçivəsində həmçinin Xəzər regionunda dəniz və liman infrastrukturunun inkişafı, eləcə də beynəlxalq nəqliyyat-logistika sektorunda mümkün əməkdaşlıq istiqamətləri üzrə fikir mübadiləsi aparılıb.