30/06/2025
📢 İyulun 1-də UNEC-də “Açıq qapı” günü!
UNEC abituriyentləri, onların valideynlərini, eləcə də UNEC-də təhsil almaq istəyən əcnəbi vətəndaşları 1 iyul tarixində keçiriləcək “Açıq qapı” gününə dəvət edir!
🕙 Saat: 10:00 – 13:00
📍 Ünvan: UNEC-in III tədris binası (Murtuza Muxtarov 194)
“Açıq qapı”da iştirak edənlər universitetin tədris prosesi, ixtisaslar, qəbul qaydaları və tələbə həyatı ilə yaxından tanış ola biləcəklər.
🔹 Qeydiyyat üçün:
UNEC Bot – 012 492 60 43 nömrəsinə WhatsApp vasitəsilə yazmaq kifayətdir.
Uğurlu karyera qurmaq üçün ilk addımı UNEC-lə at!