Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı

  • Home
  • Azerbaijan
  • Baku
  • Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı

Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı, Public Service, Ağa Nemətulla küç. , 39, Baku.

1904-cü ildə dünyada ilk dəfə Bakı neftçiləri ilə işəgötürənlər arasında tarixdə "Mazut müqaviləsi" adını almış ilk kollektiv müqavilə Azərbaycan neft sənayesində həmkarlar hərəkatının əsasını qoyub.

SOCAR-ın “Azərikimya” İstehsalat Birliyinin Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə Qarabağa növbəti səfər təş...
07/09/2026

SOCAR-ın “Azərikimya” İstehsalat Birliyinin Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə Qarabağa növbəti səfər təşkil edilib.

Səfər çərçivəsində əməkdaşlar Şuşa, Xankəndi, Ağdam və Xocalı şəhərlərini ziyarət edərək bu torpaqların tarixi, mədəni irsi və bu gün şahidi olduğu böyük quruculuq prosesləri ilə yaxından tanış olublar.

Qarabağın hər ünvanı iştirakçılara ayrı bir qürur, ayrı bir duyğu yaşadıb. Bu səfər həm doğma torpaqlarımızı yaxından tanımaq, həm də əməkdaşlar arasında birlik və həmrəyliyi daha da gücləndirmək baxımından yaddaqalan olub.

Qarabağ bizimdir, Qarabağ Azərbaycandır! 🇦🇿

04/09/2026
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanı doğum gü...
26/08/2026

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanı doğum günü münasibətilə səmimi-qəlbdən təbrik edirik!

Onun ölkəmizin sosial, mədəni və humanitar inkişafına, milli-mənəvi dəyərlərimizin qorunmasına və Azərbaycan həqiqətlərinin beynəlxalq aləmdə təbliğinə yönəlmiş çoxşaxəli fəaliyyəti xüsusi əhəmiyyət daşıyır.

Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi adından Mehriban xanım Əliyevaya möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və məsuliyyətli fəaliyyətində yeni uğurlar arzulayırıq.

Doğum gününüz mübarək, Mehriban xanım! 🇦🇿

Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin (ANQSİHİRK) dəstəyi, müəssisələrin Hə...
25/08/2026

Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin (ANQSİHİRK) dəstəyi, müəssisələrin Həmkarlar İttifaqı Komitələrinin təşkilatçılığı ilə SOCAR əməkdaşlarının yay mövsümündə istirahət imkanlarının təmin olunması istiqamətində tədbirlər davam etdirilir.

Növbəti istirahət proqramı çərçivəsində SOCAR-ın “Azneft” İstehsalat Birliyinin (İB) Dalma Qurğularının Təmiri və Kirayəsi üzrə Eksperimental İstehsalat Müəssisəsi, Metanol zavodu və “Azəriqaz” İB-nin əməkdaşları Şamaxıya, “Azərikimya” İB-nin əməkdaşları isə Lənkəran, Lerik və Qarabağa yola salınıblar.

Əməkdaşların işdənkənar vaxtlarının maraqlı və faydalı keçirilməsinə imkan yaradan bu cür təşəbbüslər onların sosial rifahına töhfə verməklə yanaşı, sağlam həyat tərzinin təşviqinə, kollektiv münasibətlərin möhkəmlənməsinə və işə bağlılığın artırılmasına xidmət edir.

ANQSİHİRK neft-qaz sənayesi işçilərinin sosial təminatının və rifahının yaxşılaşdırılmasına yönəlmiş layihələrin həyata keçirilməsini bundan sonra da diqqətdə saxlayacaq.

Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqına üzv olan “Taghiyev Operating Company” MMC-nin Həmkarlar İt...
10/08/2026

Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqına üzv olan “Taghiyev Operating Company” MMC-nin Həmkarlar İttifaqı Komitəsinin (HİK) növbəti hesabat-seçki konfransı keçirilib və 2024–2026-cı illər üzrə fəaliyyətə yekun vurulub.

Səsvermə nəticəsində 7 nəfərdən ibarət yeni Komitə seçilib, Abbasəli Rüstəmli yenidən HİK sədri seçilib.

Konfrans çərçivəsində müəssisə rəhbərliyi ilə HİK arasında yeni Kollektiv Müqavilə də imzalanıb. Sənəd əməkdaşların sosial rifahının yüksəldilməsi, əmək şəraitinin yaxşılaşdırılması və hüquq və mənafelərinin qorunmasına yönələn mühüm müddəaları əhatə edir.

06/08/2026
04/08/2026

Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin (ANQSİHİRK) həyata keçirdiyi “Smart Children” layihəsi çərçivəsində təlim alan 50-yə yaxın neftçi övladı Füzuli Beynəlxalq Hava Limanında keçirilən “Aerokosmik Modelçilik Festivalı – 2026” beynəlxalq festivalında yüksək nəticə göstərərək 1 qızıl, 4 gümüş və 11 bürünc olmaqla ümumilikdə 16 medal qazanıb.

Artıq dördüncü dəfə təşkil olunan festival Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnnovasiyalar Mərkəzi, Milli Aviasiya Akademiyası və “Yeni Texnologiyaların İnkişafına Dəstək” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilib və raket modelçiliyi, peyk modelçiliyi, aerokosmik texnologiyalar və digər STEM istiqamətləri üzrə gənclərin bilik və bacarıqlarının inkişafına həsr olunub.

Festivalın tərəfdaşları sırasında Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, Hava Nəqliyyatı Baş Gömrük İdarəsi, Hərbi Hava Qüvvələri, “Azərbaycan Hava Yolları” (AZAL), “AZAD Systems”, “ASAN Viza”, “ASAN TV”, “ASELSAN Baku”, “Hədəf” Liseyi, “IT Innovations Academy”, “AzST" MMC və “ORBITE” MMC yer alıb.

Festivalın açılış mərasimində Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Eldar Seyidov, ilk türk astronavtı Alper Gezeravcı, mükafatlandırma mərasimində isə dövlət rəsmiləri ilə yanaşı, ANQSİHİRK-in sədri Rüfət Zamanov da iştirak edib.

Bütün medalçıları, onların valideynlərini və müəllimlərini ürəkdən təbrik edir, hər birinə yeni uğurlar arzulayırıq!

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən dövlət qurumlarının əməkdaşları arası...
03/08/2026

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən dövlət qurumlarının əməkdaşları arasında “Stend atıcılığı” üzrə turnirdə SOCAR-ın “Azneft” İstehsalat Birliyinin Ə.C.Əmirov adına Neft və Qazçıxarma İdarəsinin (NQÇİ) 5 saylı Neft və qazçıxarma sahəsinin neft və qaz hasilatı üzrə operatoru Röyal Allahverdiyev yüksək nəticə göstərərək I yerə layiq görülüb və turnirin qalibi olub. 🥇

12 dövlət qurumunu təmsil edən 28 iştirakçının mübarizə apardığı yarışda əldə olunan bu uğur peşəkarlığın, dəqiqliyin və əzmkarlığın bariz nümunəsidir.

Qələbə münasibətilə Röyal Allahverdiyev Ə.C.Əmirov adına NQÇİ-nin rəhbərliyi və Həmkarlar İttifaqı Komitəsi tərəfindən dəyərli hədiyyə və Təşəkkürnamə ilə təltif olunub.

Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi adından Röyal Allahverdiyevi bu əlamətdar uğur münasibətilə ürəkdən təbrik edir, ona gələcək fəaliyyətində və idman həyatında yeni nailiyyətlər arzulayırıq!

24/07/2026

SOCAR-ın “Azneft” İstehsalat Birliyinin Ə.C.Əmirov adına Neft və Qazçıxarma İdarəsinin (NQÇİ) 90 illik yubileyi münasibətilə keçirilən təntənəli tədbirdə Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin (ANQSİHİRK) nümayəndələri də iştirak ediblər.

Tədbirdə idarənin 90 illik şərəfli fəaliyyət yolu, ölkənin neft-qaz sənayesinin inkişafına verdiyi mühüm töhfələr və neftçilərin fədakar əməyi xüsusi vurğulanıb. Peşəkar fəaliyyəti, yüksək əmək intizamı və istehsalat nailiyyətləri ilə seçilən bir qrup əməkdaş müxtəlif mükafatlarla təltif olunub.

ANQSİHİRK olaraq Ə.C.Əmirov adına NQÇİ-nin bütün kollektivini 90 illik yubiley münasibətilə ürəkdən təbrik edir, hər bir əməkdaşa möhkəm cansağlığı, təhlükəsiz fəaliyyət və yeni uğurlar arzulayırıq.

22 İyul – Milli Mətbuat Günü münasibətilə bütün jurnalistləri səmimi-qəlbdən təbrik edirik.Cəmiyyətin düzgün məlumatland...
22/07/2026

22 İyul – Milli Mətbuat Günü münasibətilə bütün jurnalistləri səmimi-qəlbdən təbrik edirik.

Cəmiyyətin düzgün məlumatlandırılması, sosial əhəmiyyətli məsələlərin işıqlandırılması və ictimai dəyərlərin təbliğində göstərdiyiniz fədakar əməyə görə hər birinizə təşəkkür edirik.

Sizə möhkəm cansağlığı, tükənməz yaradıcılıq enerjisi, obyektiv və uğurlu fəaliyyət arzulayırıq.

Milli Mətbuat Gününüz mübarək! 🇦🇿

Address

Ağa Nemətulla Küç. , 39
Baku

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 18:00
Sunday 09:00 - 18:00

Alerts

Be the first to know and let us send you an email when Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category