Bakı Dövlət Universiteti

Bakı Dövlət Universiteti Azərbaycan universitetlərinin flaqmanı - Bakı Dövlət Universiteti

📌 BDU-nun əməkdaşı və TGT sədri Antalyada “Gənclərin Dəyişimi Proqramı”ndaℹ️ 29 avqust–4 sentyabr 2026-cı il tarixlərind...
04/09/2026

📌 BDU-nun əməkdaşı və TGT sədri Antalyada “Gənclərin Dəyişimi Proqramı”nda

ℹ️ 29 avqust–4 sentyabr 2026-cı il tarixlərində Bakı Şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Türkiyə Respublikasının Antalya şəhərinə səfər həyata keçirilib. “Gənclərin Dəyişimi Proqramı” çərçivəsində baş tutan səfərdə Bakı şəhərindən olan gənclər, müxtəlif gənclər təşkilatlarının və ali təhsil müəssisələrinin nümayəndələri iştirak ediblər.

🔹 Nümayəndə heyətinə Bakı Şəhər Gənclər və İdman İdarəsinin rəisi Dənyar Teymurlu rəhbərlik edib.

🔸 Nümayəndə heyətinin tərkibində Bakı Dövlət Universitetinin Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin mütəxəssisi Ələkbər Həsənov və BDU Tələbə Gənclər Təşkilatının sədri Harun Mehdiyev də olub.

🔗 Ətraflı: http://bsu.edu.az/az/news/bdunun_mkda_v_tgt_sdri_antalyada_gnclrin_dyiimi_proqramnda

🍁 Payız fəsli Azərbaycana sentyabrın 23-ü Bakı vaxtı ilə saat 04:05:08-də daxil olacaq.ℹ️ Bakı Dövlət Universitetinin Fi...
04/09/2026

🍁 Payız fəsli Azərbaycana sentyabrın 23-ü Bakı vaxtı ilə saat 04:05:08-də daxil olacaq.

ℹ️ Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından verilən xəbərə görə, həmin an “payız bərabərliyi” adlanır. Bu zaman gecə ilə gündüz demək olar ki, bərabərləşir və Günəş düz şərqdə doğub, qərbdə batır. Lakin atmosfer refraksiyası və Günəş diskinin bucaq ölçüsü səbəbindən gündüzün uzunluğu tam olaraq 12 saat olmur və gecədən bir qədər artıq olur. Günəş illik hərəkəti zamanı göy ekvatorunu kəsərək, Şimal yarımkürəsindən Cənub yarımkürəsinə keçir. Həmin andan Şimal yarımkürəsində payız, Cənub yarımkürəsində isə yaz fəsli başlayır. Bundan sonra Şimal yarımkürəsində gündüzlər tədricən qısalır, gecələr isə uzanmağa başlayır.

🔹 Fəsillərin dəyişməsi Yerin Günəşdən məsafəsinin dəyişməsi ilə deyil, Yerin Günəş ətrafında hərəkəti və fırlanma oxunun orbit müstəvisinə təxminən 66.56° meyilli olması ilə bağlıdır. Məhz bu meyillilik nəticəsində il ərzində Günəş şüalarının Yer səthinə düşmə bucağı dəyişir və fəsillər yaranır.

🔸 2026-cı ildə astronomik payız 89 gün 21 saat 45 dəqiqə 1 saniyə davam edəcək və 22 dekabrda baş verəcək qış günəşduruşu ilə başa çatacaq. Həmin andan etibarən Şimal yarımkürəsində astronomik qış, Cənub yarımkürəsində isə astronomik yay başlayacaq.

❗️ Bakı Dövlət Universitetində (BDU) bakalavriat səviyyəsinə qəbul olan şəxslərin qeydiyyat prosesi davam edir.🔹 BDU-ya ...
03/09/2026

❗️ Bakı Dövlət Universitetində (BDU) bakalavriat səviyyəsinə qəbul olan şəxslərin qeydiyyat prosesi davam edir.

🔹 BDU-ya qəbul olan abituriyentlər avqustun 28-dən “mygov” rəqəmsal hökümət platforması vasitəsilə qeydiyyatdan keçirlər.

✅ Bu günə qədər 4100 abituriyent qeydiyyat prosesindən keçib.

🔸 Məlumat üçün bildiririk ki, elektron sistem üzərindən qeydiyyat prosesi sentyabrın 8-i saat 18:00-da başa çatacaq.

‼️ Qeydiyyat üçün heç bir əyani sənəd tələb olunmur.

✨ Ən yüksək balla qəbul olan tələbə: “BDU gələcək təhsilim üçün ən yaxşı seçimdir”📝 Böyük hədəflərin arxasında böyük zəh...
03/09/2026

✨ Ən yüksək balla qəbul olan tələbə: “BDU gələcək təhsilim üçün ən yaxşı seçimdir”

📝 Böyük hədəflərin arxasında böyük zəhmət dayanır. Ayan Musayeva qəbul imtahanlarında 688.7 bal toplayaraq Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin “Hüquqşünaslıq” (tədris ingilis dilində) ixtisasına qəbul olunub. Bununla da həm uşaqlıq arzusunu gerçəkləşdirib, həm də 2026/2027-ci tədris ilində BDU-ya ən yüksək balla qəbul olan tələbə titulunu qazanıb. Tovuz rayonunun Düz Qırıqlı kənd 1 nömrəli tam orta məktəbindən BDU-ya uzanan yol isə asan olmayıb. Amma Ayan bütün çətinlikləri məqsədinə inamı və əzmkarlığı ilə aşıb.

🔗 Müsahibə: http://bsu.edu.az/az/news/n_yksk_balla_qbul_olan_tlb_bdu_glck_thsilim_n_n_yax_seimdir

BDU-nun 17 məzunu IV “Maarifçi” tələbə-məzun proqramının iştirakçısıdırElm və Təhsil Nazirliyinin təşəbbüsü və Təhsilin ...
02/09/2026

BDU-nun 17 məzunu IV “Maarifçi” tələbə-məzun proqramının iştirakçısıdır

Elm və Təhsil Nazirliyinin təşəbbüsü və Təhsilin İnkişafı Fondunun dəstəyi ilə həyata keçirilən IV “Maarifçi” tələbə-məzun proqramının qalibi olan 53 nəfərdən 17-si Bakı Dövlət Universitetinin (BDU) məzunudur.

Onlar BDU-nun Hüquq, Tarix, Beynəlxalq münasibətlər və iqtisadiyyat, Kimya, Tətbiqi riyaziyyat və kibernetika fakültələrinin, eləcə də SABAH qruplarının məzunlarıdırlar.

Proqram çərçivəsində iştirakçılar Elm və Təhsil Nazirliyi və tabe qurumlarının müxtəlif struktur bölmələrində təcrübə keçirlər.

“Maarifçi” tələbə-məzun proqramı 2024-cü ildən təşkil olunur. Proqramın məqsədi tələbə və məzunlara təcrübə imkanı yaratmaq, onların bilik və bacarıqlarını artırmaq, nəzəri biliklərini real iş mühitində tətbiq etmək və gənclərə peşəkar vərdişlər qazandırmaqdır.

📌 BDU-nun Astrofizika kafedrası: “Sentyabrın 5-dən 21-dək ε-Perseid meteor yağışı olacaq”🔹 5–21 sentyabr 2026-cı il tari...
02/09/2026

📌 BDU-nun Astrofizika kafedrası: “Sentyabrın 5-dən 21-dək ε-Perseid meteor yağışı olacaq”

🔹 5–21 sentyabr 2026-cı il tarixlərində ε-Perseid meteor yağışı aktiv olacaq. Meteor yağışı maksimum aktivliyinə sentyabrın 9-da çatacaq.

ℹ️ Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından verilən məlumata görə, sentyabr ε-Perseid meteorları çox sürətlidir. Onların atmosferə daxilolma sürəti təxminən 64–65 km/s-dir. Meteor yağışının mənbəyi (radiantı) Persey (Perseus) bürcündə, ε Persey ulduzunun yaxınlığında yerləşir.

▪️ Bu meteor yağışını avqust Perseidləri ilə qarışdırmaq olmaz. Avqust Perseidlərinin mənbəyi “109P/Swift–Tuttle” kometi olduğu halda, sentyabr ε-Perseidlərinin ana cismi hələ də dəqiq müəyyən edilməyib. Müşahidələr və orbital hesablamalar bu meteorların uzunperiodlu, retroqrad orbitdə hərəkət edən, hələ kəşf edilməmiş bir kometdən yarandığını göstərir. 2013-cü ildə müşahidə edilmiş güclü aktivlik artımının analizi də meteorların komet mənşəli olduğunu göstərib, lakin məlum kometlər arasında uyğun ana cisim aşkar edilməyib.

🔸 Bakıdan baxanda meteor yağışı təxminən saat 19:32-də üfüqün şərq tərəfində görünəcək və səhərə qədər aktiv qalacaq. Müşahidə üçün ən əlverişli vaxt 9 sentyabr gecəsi və xüsusilə gecə yarısından sonra sübhə yaxın saatlardır. Bu zaman meteor yağışının radiantı səmada çox yüksək mövqedə yerləşəcək. Əlverişli hava şəraitində saatda təxminən 4 meteor müşahidə etmək mümkündür. Meteor yağışının maksimumu Yeni Ay fazasına yaxın baş verəcək. Buna görə də Ay işığı müşahidələrə demək olar ki, mane olmayacaq və bu, müşahidə şəraitini xeyli yaxşılaşdıracaq.

🔹 Meteorları izləmək üçün teleskop tələb olunmur. Meteor yağışını şəhər işıqlarından uzaq ərazidə adi gözlə müşahidə etmək və birbaşa radianta deyil, ondan təxminən 30–40° uzaqdakı səma sahəsinə baxmaq daha məqsədəuyğundur.

❗️ BDU tələbələrinin nəzərinə!ℹ️ Bakı Dövlət Universitetinin (BDU) II, III və IV kurs tələbələri üçün “Sabah Academy” tə...
01/09/2026

❗️ BDU tələbələrinin nəzərinə!

ℹ️ Bakı Dövlət Universitetinin (BDU) II, III və IV kurs tələbələri üçün “Sabah Academy” tərəfindən həyata keçirilən “Sahibkarlığa giriş” fənni üzrə qeydiyyat elan edilir.

🔹 15 həftəlik fənn çərçivəsində iştirakçılar sahibkarlıq sahəsində nəzəri biliklərlə yanaşı, praktiki bacarıqlar əldə etmək, təcrübəli sahibkarlar və sahə ekspertlərindən öyrənmək, real layihələr üzərində işləmək imkanı qazanacaqlar.

🔸 Proqram çərçivəsində tələbələri həftəlik mühazirə və seminarlar, problem həlli, məhsul inkişafı, biznes modeli, bazara çıxış, maliyyə və təqdimat bacarıqları üzrə praktiki dərslər, həmçinin komanda işi və qrup layihələrinin təqdimatı gözləyir.

🔹 Fənni uğurla tamamlayan tələbələr universitet krediti və sertifikat əldə edəcəklər. Tədris prosesi dil səviyyəsindən asılı olaraq ingilis, qrup formalaşacağı təqdirdə isə Azərbaycan dilində aparılacaq.

🗓️ Qeydiyyat üçün son tarix: 10 sentyabr 2026-cı il

🔗 Qeydiyyat üçün link: https://forms.gle/on6SZFpm2XvqJfAz6

🔗 Layihə barədə daha ətraflı məlumat almaq üçün: https://youtube.com/shorts/U7A9pof8hCI

📝 BDU 107 - Müasir institusional inkişaf və beynəlxalq reytinqlər🔗 https://azertag.az/xeber/bdu_107___muasir_institusion...
01/09/2026

📝 BDU 107 - Müasir institusional inkişaf və beynəlxalq reytinqlər

🔗 https://azertag.az/xeber/bdu_107___muasir_institusional_inkisaf_ve_beynelxalq_reytinqler-4391785

📝 Təhsilin keyfiyyətinin yüksəldilməsi BDU-nun beynəlxalq reytinqlərdə mövqeyini gücləndirir

🔗 https://azertag.az/xeber/tehsilin_keyfiyyetinin_yukseldilmesi_bdu_nun_beynelxalq_reytinqlerde_movqeyini_guclendirir-4391797

📝 BDU - 107: təhsil, tələbə nailiyyətləri və insan kapitalı

🔗 https://azertag.az/xeber/bdu___107_tehsil_telebe_nailiyyetleri_ve_insan_kapitali-4391913

📝 BDU: Elmi-tədqiqat infrastrukturu və ölkədaxili əməkdaşlıq

🔗 https://azertag.az/xeber/bdu_elmi_tedqiqat_infrastrukturu_ve_olkedaxili_emekdasliq-4392173

📝 BDU: elmi nəticələr və beynəlxalq nüfuz

🔗 https://azertag.az/xeber/bdu_elmi_neticeler_ve_beynelxalq_nufuz-4392381

📝 BDU - 107 illik ənənədən gələcəyə

🔗 https://azertag.az/xeber/bdu___107_illik_eneneden_geleceye-4392533

Azertac News Agency

🥇🥈 BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin 6 şagirdi qızıl və gümüş nişana layiq görülübℹ️ Elm və təhsil naziri Emi...
01/09/2026

🥇🥈 BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin 6 şagirdi qızıl və gümüş nişana layiq görülüb

ℹ️ Elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Bakı Dövlət Universitetinin (BDU) nəzdində “Gənc istedadlar” liseyinin 6 şagirdi qızıl və gümüş nişana layiq görülüb.

🔹 Liseyin şagirdləri ✨ Ayan Abbasova, ✨ Yusif İbrahimzadə, ✨ Elman Kərimli, ✨ Suad Məmmədzadə qızıl, ✨ Cabir Abbasov və ✨ Emilya Ağayeva isə gümüş nişanla təltif olunublar.

🔸 Qızıl və gümüş nişanla təltif olunan təhsilalanların adları məktəbin “Şərəf kitabı”na yazılacaq.

✨ Şagirdlərimizi təbrik edir, uğurlarının davamlı olmasını arzulayırıq! 👏

Address

Akademik Zahid Xəlilov Küçəsi 33
Baku
AZ1148

Alerts

Be the first to know and let us send you an email when Bakı Dövlət Universiteti posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Bakı Dövlət Universiteti:

Shortcuts

Share