YAP Sabunçu Rayon Təşkilatı

YAP Sabunçu Rayon Təşkilatı Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from YAP Sabunçu Rayon Təşkilatı, Political organisation, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, giriş 173, Baku.

Vətən müharibəsi şəhidi Mütəllimzadə Ağacavad Ələsgər oğlunun doğum günündə məzarı ziyarət olunub.Əvvəlcə Maştağa qəsəbə...
14/08/2026

Vətən müharibəsi şəhidi Mütəllimzadə Ağacavad Ələsgər oğlunun doğum günündə məzarı ziyarət olunub.

Əvvəlcə Maştağa qəsəbəsində yerləşən Şəhidlər Xiyabanında şəhidin məzarı önünə gül dəstələri düzülüb, əziz xatirəsi dərin ehtiramla yad edilib, ruhuna dualar oxunub.

Anım tədbirdə YAP Sabunçu rayon təşkilatının sədr müavini Zülfüqar Cəfərov, Sabunçu Rayon İcra Hakimiyyəti başçısı aparatının Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Fəqan Əlizadə, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Maştağa qəsəbəsi üzrə nümayəndəsi Elvin Şiriyev, müharibə iştirakçıları, qazilər, şəhidin ailə üzvləri və qəsəbə sakinləri iştirak ediblər.

Qeyd edək ki, Ağacavad Mütəllimzadə 1997-ci il avqustun 14-də Bakı şəhəri, Maştağa qəsəbəsində anadan olub. O, 2020-ci ilin oktyabrın 22-də Xocavənd döyüşləri zamanı şəhid olub. Ağacavad Mütəllimzadə ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni , "Vətən uğrunda", Cəsur döyüşçü", "Xocavəndin azad olunmasına görə" və "Zəngilanın azad olunmasına görə" medalları ilə təltif olunub.

Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.

Şəhid baş leytenant Məmmədli Sübhan Səbuhi oğlunun doğum günündə əziz xatirəsi dərin hörmət və ehtiramla yad olunub.Əvvə...
12/08/2026

Şəhid baş leytenant Məmmədli Sübhan Səbuhi oğlunun doğum günündə əziz xatirəsi dərin hörmət və ehtiramla yad olunub.

Əvvəlcə şəhidin məzarı önünə gül dəstələri düzülüb, əziz xatirəsi dərin ehtiramla yad edilib, ruhuna dualar oxunub.

Anım tədbirində YAP Sabunçu rayon təşkilatının sədr müavini Zülfüqar Cəfərov, Sabunçu Rayon İcra Hakimiyyəti başçısı aparatının Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Fəqan Əlizadə, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Ramana qəsəbəsi üzrə nümayəndəsi Rauf Həsənov və şəhidin ailə üzvləri iştirak ediblər.

Qeyd dək ki, Sübhan Məmmədli 1994-cü il avqustun 12-də Kəngərli rayonunun Xıncab kəndində anadan olub. 2000–2009-cu illərdə Xıncab tam orta məktəbində, 2009–2012-ci illərdə Heydər Əliyev Adına Hərbi Liseydə təhsil alıb. 2012–2016-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində ali hərbi təhsil alıb. 2016-cı ildə leytenant rütbəsi alaraq ordu sıralarına daxil olub. 2019-cu ildə baş Leytenant rütbəsinə yüksəlib. 2020-ci il 27 sentyabr tarixində başlayan Vətən müharibəsində Füzuli rayonu istiqamətində döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub. Ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamları ilə 3-cü dərəcəli “Rəşadət” ordeni, “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını ifadə ediblər.

Sabunçu rayonunda Vətən müharibəsi şəhidi Əliyev Tahir Mahir oğlu və Birinci Qarabağ müharibəsi şəhidi Mirəliyev Mirəli ...
20/07/2026

Sabunçu rayonunda Vətən müharibəsi şəhidi Əliyev Tahir Mahir oğlu və Birinci Qarabağ müharibəsi şəhidi Mirəliyev Mirəli Vaqif oğlunun doğum günlərinin ildönümü münasibətilə anım tədbirləri keçirilib.

Anım tədbirlərində YAP Sabunçu rayon təşkilatının sədr müavini Zülfüqar Cəfərov, Sabunçu Rayon İcra Hakimiyyəti başçısı aparatının Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Fəqan Əlizadə, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Maştağa qəsəbəsi üzrə nümayəndəsi Elvin Şiriyev, qəsəbə sakinləri və şəhidlərin ailə üzvləri iştirak ediblər.

Qeyd edək ki, Tahir Əliyev 2001-ci il iyulun 20-də Bakı şəhərində anadan olub. 2009-2019-cu illərdə Sabunçu rayonunun Maştağa qəsəbəsində Əliağa Vahid adına 293 nömrəli tam orta məktəbdə təhsil alıb. Tahir Əliyev 2020-ci il oktyabrın 13-də Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamları ilə “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Vətənə xidmətə görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub. Maştağa qəsəbəsindəki Şəhidlər Xiyabanında dəfn olunub.

Mirəliyev Mirəli Vaqif oğlu 1973-cü il iyulun 20-də Bakı şəhəri, Maştağa qəsəbəsində anadan olub. 1993-cü il martın 27-də Ağdərə döyüşlərində qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.

Address

Bakı şəhəri, Sabunçu Rayonu, Bakıxanov Qəsəbəsi, Sülh Küçəsi, Giriş 173
Baku

Website

Alerts

Be the first to know and let us send you an email when YAP Sabunçu Rayon Təşkilatı posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share