AMEA Mərkəzi Elmi Kitabxana

AMEA Mərkəzi Elmi Kitabxana AMEA-nın Mərkəzi Elmi Kitabxanası kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq, kitab tarixi və informasiyalaşdırma sahəsində fəaliyyət göstərir

Mədəniyyət Televiziyasının “Mədəniyyət xəbərləri” proqramında yayımlanan “Mərkəzi Elmi Kitabxanada 15 iyun Milli Qurtulu...
14/06/2026

Mədəniyyət Televiziyasının “Mədəniyyət xəbərləri” proqramında yayımlanan “Mərkəzi Elmi Kitabxanada 15 iyun Milli Qurtuluş Gününə həsr olunmuş lektoriya keçirilib” adlı süjeti təqdim edirik.

Enjoy the videos and music that you love, upload original content and share it all with friends, family and the world on YouTube.

MEK-də 15 iyun Milli Qurtuluş Gününə həsr olunmuş lektoriya keçirilibAzərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkə...
12/06/2026

MEK-də 15 iyun Milli Qurtuluş Gününə həsr olunmuş lektoriya keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) 15 İyun Milli Qurtuluş Gününə həsr olunmuş "Dövlətçiliyimizin sabitlik və inkişaf mərhələsi" adlı lektoriya keçirilib.

YAP Yasamal rayon təşkilatının və MEK-in birgə təşkilatçılığı ilə keçirilən tədbirdə öncə müasir müstəqil Azərbaycan Respublikasının qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin kitabxanadakı büstü ziyarət olunaraq əziz xatirəsi dərin ehtiramla yad edilib, önünə gül dəstələri düzülüb.

Lektoriyada Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.

MEK-in direktoru texnika elmləri doktoru Hüseyn Hüseynov tədbiri giriş sözü ilə açaraq xalqın yaddaşında və taleyində mühüm dönüş nöqtəsinə çevrilən 15 İyun – Milli Qurtuluş Günü münasibətilə iştirakçıları təbrik edib. Direktor bildirib ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ölkəmizi dərin siyasi böhrandan, parçalanma və vətəndaş qarşıdurması təhlükəsindən xilas edərək sabitlik və inkişafın əsasını qoyub.

Çıxışı zamanı Ulu Öndərin kitabxana quruculuğu ilə bağlı siyasətinə də toxunan direktor Heydər Əliyevin kitabxanalarımızı məhv olmaq təhlükəsindən xilas etdiyini diqqətə çatdırıb. O, vurğulayıb ki, 90-cı illərin əvvəllərində başlanan kütləvi özəlləşdirmə dalğasında kitabxana binalarının zəbt edilməsinin, qiymətli fondların dağıdılmasının qarşısını məhz Ulu Öndərin qətiyyəti aldı. Onun imzaladığı fərmanlarla kitabxanaların özəlləşdirilməsi qəti qadağan edildi. 1998-ci ildə ölkə tarixində ilk dəfə “Kitabxana işi haqqında” Qanunun qəbul edilməsi bu sahənin hüquqi bazasını möhkəmləndirdi.

Direktor vurğulayıb ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həmin siyasi kurs uğurla davam etdirilir, Azərbaycanın beynəlxalq nüfuzu daha da möhkəmlənir.

YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev çıxışı zamanı tariximizə Milli Qurtuluş Günü kimi qızıl hərflərlə daxil olmuş 15 iyunun tarixi və mahiyyəti haqqında danışıb. Bəxtiyar Nəbiyev bildirib ki, Ulu Öndər Heydər Əliyevin 1969–1982-ci illərdə Azərbaycana rəhbərliyi dövründə ölkənin sənaye, kənd təsərrüfatı və kadr potensialının inkişafı gələcək müstəqilliyin möhkəm təməlini formalaşdırıb.

Qeyd olunub ki, 15 İyun – Milli Qurtuluş Günü Azərbaycanın dövlətçilik tarixində mühüm dönüş nöqtəsi oldu.

Bəxtiyar Nəbiyev vurğulayıb ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət Ulu Öndərin müəyyənləşdirdiyi strateji kursun uğurlu davamıdır. Qarabağın azad olunması, Böyük Qayıdış proqramının icrası və işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı quruculuq işləri bunun bariz nümunəsidir.
Daha sonra AMEA-nın A.A. Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun Qafqaz tarixi şöbəsinin baş elmi işçisi, tarix elmləri doktoru, professor Mais Əmrahov “Tarix yaradan şəxsiyyət” mövzusunda məruzə ilə çıxış edib.

Alim bildirib ki, Heydər Əliyevin Azərbaycan KP MK-nın birinci katibi kimi fəaliyyətə başladığı 1970-ci illərin əvvəllərindən etibarən respublikanın tarixində yeni bir mərhələ – milli intibah dövrü başlanıb. Bu dövrün əsasını Ulu Öndərin formalaşdırdığı milli ideoloji konsepsiya, milli özünüdərk və dövlətçilik düşüncəsinin möhkəmləndirilməsi təşkil edib.

Məruzəçi qeyd edib ki, XX əsrin sonlarında ölkəmizin üzləşdiyi ağır ictimai-siyasi və iqtisadi böhran şəraitində Azərbaycanı xaosdan çıxara biləcək güclü siyasi liderə ehtiyac var idi. Məhz buna görə də 1993-cü il oktyabrın 3-də keçirilən prezident seçkilərində Heydər Əliyev xalqın böyük əksəriyyətinin etimadını qazanaraq ölkə rəhbərliyinə seçilib.

Professor Mais Əmrahov vurğulayıb ki, müstəqilliyimizin möhkəmləndirilməsinin birinci mərhələsi hesab olunan 1993–2003-cü illərdə Heydər Əliyevin həyata keçirdiyi xarici siyasətin əsasını beynəlxalq hüquq normalarına hörmət, dövlətlərin ərazi bütövlüyünün tanınması, qarşılıqlı faydalı əməkdaşlıq və milli maraqların qorunması prinsipləri təşkil edib. O, həmçinin qeyd edib ki, Heydər Əliyev Azərbaycanın müasir tarixinə müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının müəllifi, azərbaycançılıq ideologiyasının banisi və vahid milli dövlətçilik konsepsiyasının yaradıcısı kimi daxil olub.

Məruzəçi diqqətə çatdırıb ki, 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfərin təməlində Milli Qurtuluş Günü ilə başlanan və Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasi kurs dayanır. Bu strateji xətt Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilərək Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə nəticələnib.

Tədbirdə çıxış edən Biblioqrafiya şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Aytən Əliyeva da görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycan xalqının taleyində, onun siyasi, ictimai və mənəvi həyatında oynadığı müstəsna roldan bəhs edib. O, Ulu Öndərin müasir Azərbaycan dövlətinin qurulması, milli-mənəvi dəyərlərin qorunması və dövlətçilik ənənələrinin möhkəmləndirilməsi istiqamətində göstərdiyi misilsiz xidmətləri xüsusi vurğulayıb.

Lektoriya Yeni Azərbaycan Partiyasının himninin səsləndirilməsi ilə yekunlaşıb.

MEK-in direktoru BDU-da keçirilən Respublika Fənn Olimpiadalarının humanitar fənlər üzrə qalibləri mükafatlandırılma mər...
12/06/2026

MEK-in direktoru BDU-da keçirilən Respublika Fənn Olimpiadalarının humanitar fənlər üzrə qalibləri mükafatlandırılma mərasimində iştirak edib

Bakı Dövlət Universitetində (BDU) Respublika Fənn Olimpiadalarının (RFO) humanitar fənlər üzrə qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Tədbirdə, həmçinin AMEA-nın Mərkəzi Elmi Kitabxanasının direktoru texnika elmləri doktoru Hüseyn Hüseynov iştirak edərək bir qrup qalibə medalları təqdim edib.

Tədbir haqqında daha ətraflı məlumatı buradan əldə etmək mümkündür: https://azertag.az/xeber/bdu_da_respublika_fenn_olimpiadalarinin_humanitar_fenler_uzre_qalibleri_mukafatlandirilib-4256579

Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyliyə həsr olunmuş biblioqrafik göstərici nəşr edilibAzərbaycan mədəniyyətinin, d...
11/06/2026

Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyliyə həsr olunmuş biblioqrafik göstərici nəşr edilib

Azərbaycan mədəniyyətinin, dramaturgiyasının və publisistikasının inkişafında misilsiz xidmətləri olan dahi bəstəkar Üzeyir Hacıbəylinin 140 illiyi münasibətilə AMEA-nın Mərkəzi Elmi Kitabxanasının (MEK) tərtibatında “Akademik Üzeyir Hacıbəyli” adlı biblioqrafik göstərici işıq üzü görüb.

Vəsait dahi Azərbaycan bəstəkarı, milli operanın banisi, görkəmli musiqişünas - alim, publisist və pedaqoq Üzeyir Hacıbəylinin həyatını, elmi-pedaqoji və ictimai fəaliyyətinin əsas mərhələlərini əhatə edir. Nəşrdə bəstəkarın musiqi əsərləri, orkestr və instrumental müşayiət üçün xor əsərləri, romansları, xoreoqrafik miniatürləri və proqramları, kitabları, publisistik məqalələri, dövri mətbuatda və məcmuələrdə dərc olunmuş hekayələri, felyetonları və miniatürləri, həmçinin onun haqqında yazılmış mənbələr toplanıb.

Biblioqrafik göstəricidə Üzeyir Musiqi Gününün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı, bəstəkarın yubileylərinin qeyd olunmasına dair sərəncamlar yer alıb.

AMEA Rəyasət Heyətinin müvafiq qərarına əsasən, “Elm” nəşriyyatında çap olunan biblioqrafik göstəricinin elmi məsləhətçisi və ön sözünün müəllifi AMEA-nın prezidenti, akademik İsa Həbibbəylidir.

Nəşrin elmi redaktoru MEK-in direktoru, texnika elmləri doktoru Hüseyn Hüseynov, redaktorları Biblioqrafiya şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Aytən Əliyeva və Elmi biblioqrafiya sektorunun rəhbəri Nərgiz Novruzova, tərtibçisi isə şöbənin əməkdaşı, baş biblioqraf Türkan Vahidovadır.

Təqdim olunan biblioqrafik göstərici musiqişünaslar, bu sahədə elmi-tədqiqat işi aparan alim və mütəxəssislər, ali məktəb müəllimləri və tələbələri, eləcə də geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.

Qeyd edək ki, nəşrin elektron versiyası ilə kitabxananın saytının Elektron kitabxana bölməsində tanış olmaq mümkündür.

MEK-in direktoru Milli Məclisdə kitabxana sisteminin aktual məsələlərinə həsr olunmuş ictimai müzakirədə iştirak edibİyu...
11/06/2026

MEK-in direktoru Milli Məclisdə kitabxana sisteminin aktual məsələlərinə həsr olunmuş ictimai müzakirədə iştirak edib

İyunun 10-da Milli Məclisin Mədəniyyət komitəsində "Kitabxana sisteminin mövcud vəziyyəti və inkişaf perspektivləri" mövzusunda ictimai müzakirə keçirilib.

Müzakirədə AMEA-nın Mərkəzi Elmi Kitabxanasının direktoru, texnika elmləri doktoru Hüseyn Hüseynov iştirak edib.

Çıxışlarda kitabxana fəaliyyətinin rəqəmsallaşdırılmasının, elektron kataloqların və elektron kitab fondlarının genişləndirilməsinin, kitabxanaların vahid elektron sistem üzərindən inteqrasiyasının əhəmiyyətindən bəhs olunub. Vurğulanıb ki, müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi kitabxana xidmətlərinin keyfiyyətini artırmaqla yanaşı, oxucuların istənilən vaxt və məkandan informasiya resurslarına çıxış imkanlarını da genişləndirir.

Tədbirdə Milli Məclisin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu, mədəniyyət naziri Adil Kərimli, Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa, Mədəniyyət komitəsinin üzvləri, Milli Məclis Aparatı rəhbərinin müavini Şahin Həsənov, Milli Məclis Aparatının əməkdaşları, aidiyyəti dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının nümayəndələri və digər rəsmi şəxslər iştirak ediblər.

Mərkəzi Elmi Kitabxananın Elmi-Metodiki Şurasının növbəti iclası keçirilibAzərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ...
09/06/2026

Mərkəzi Elmi Kitabxananın Elmi-Metodiki Şurasının növbəti iclası keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) Elmi-Metodiki Şurasının cari il üzrə ikinci iclası baş tutub.

İclası şuranın sədri, MEK-in direktoru texnika elmləri doktoru Hüseyn Hüseynov açaraq gündəlikdə yer alan məsələləri iştirakçıların diqqətinə çatdırıb.

Direktor, MEK-in təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş “Kitabxanaşünaslığın aktual problemləri” mövzusunda II respublika elmi konfransının nəticələri barədə məlumat verib. Konfransın kitabxanaşünaslıq sahəsində yeni yanaşmaların formalaşmasına mühüm töhfə verdiyini vurğulayıb.

H.Hüseynov, Türkiyədə keçirilən III Beynəlxalq Kitabxana və Texnologiya Festivalında iştirak zamanı AMEA-nın korporativ rəqəmsal kitabxana sisteminin qurulmasına texniki dəstək istiqamətində ilkin razılıqların əldə olunduğunu qeyd edib.

Bundan əlavə, direktor Şimali Kipr Türk Respublikasında keçirilən III “Yerli Qlobal Əməkdaşlıq Görüşləri”ndə iştirakı haqqında danışıb. Bildirilib ki, forumda kitabxanalarda süni intellektin axtarış sistemlərinə tətbiqi, eləcə də Türkiyə verilənlər bazasının türkdilli ölkələr üçün daha əlçatan edilməsi məsələləri müzakirə olunub.

Hüseyn Hüseynov qarşıda duran vəzifələri diqqətə çatdıraraq şöbə və fondların fəaliyyətinin daha da səmərəli təşkili, 2026-cı ilin ilk 6 ayı üzrə fəaliyyət hesabatının hazırlanması və görülən işlərin sistemləşdirilməsi ilə bağlı müvafiq tapşırıqlar verib.

Daha sonra, Mərkəzi Elmi Kitabxanada nəşr fəaliyyətinin mövcud vəziyyəti müzakirə edilib, MEK-in 100 yubileyinə həsr olunmuş “Mərkəzi Elmi Kitabxana 100 il elmin keşiyində” kitabı, “İnformasiya bülleteni”nin yeni buraxılışları, “Görkəmli elm xadimləri” seriyasında nəşr olunan biblioqrafiyalar Elmi-Metodiki Şuraya təqdim olunub.

İclas zamanı Şura üzvləri, AMEA-nın “Elm” nəşriyyatının direktoru, filologiya üzrə fəlsəfə doktoru Səbuhi Qəhrəmanov və elmi katib Şəbnəm Rüstəmova gündəlikdəki məsələlərlə bağlı rəy və təkliflərini bölüşüblər.

Türkiyənin Yordam BT-in nümayəndəsi MEK-in qonağı olubAMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) Türkiyənin Yordam Bilis...
09/06/2026

Türkiyənin Yordam BT-in nümayəndəsi MEK-in qonağı olub

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) Türkiyənin Yordam Bilişim Teknolojinin nümayəndəsi Semih Ezeroğlu ilə görüş keçirilib. Görüşdə MEK-in direktoru texnika elmləri doktoru Hüseyn Hüseynov, Rəqəmsallaşma, innovasiya və elektron xidmətlər üzrə direktor müavini, tar.ü.f.d. Oruc Quliyev və Süni intellekt və rəqəmsal kitabxana şöbəsinin baş mütəxəssisi, riyaziyyat üzrə fəlsəfə doktoru Azad Qurbanov iştirak ediblər.

Öncə direktor Hüseyn Hüseynov qonağa kitabxananın müasir xidmətləri və rəqəmsal imkanları haqqında ətraflı məlumat verib. O bildirib ki, müasir kitabxanalar rəqəmsal transformasiya prosesində istifadəçilərə daha sürətli və etibarlı xidmət göstərməli, bu məqsədlə isə yüksək texnoloji həllərdən geniş istifadə olunmalıdır.

Direktor vurğulayıb ki, MEK-in yüksək texnoloji infrastrukturu, elektron məlumat bazaları və çevik axtarış sistemləri istifadəçilərə həm yerli, həm də qlobal informasiya resurslarına məsafədən çıxış imkanı yaradır.

Daha sonra Semih Ezeroğlu Yordam Bilişim Teknolojinin təqdim etdiyi “Ağıllı Kitabxana Sistemi” həlləri barədə danışıb. O, kitabxana avtomatlaşdırma sistemlərindən RFID texnologiyalarına, rəqəmsal arxivlərdən informasiya idarəetmə platformaları və süni zəka əsaslı kitabxana robotlarına qədər geniş texnologiya sistemini əhatə edən bu həllərin kitabxana xidmətlərinin modernləşdirilməsinə, zənginləşdirilməsinə və informasiya idarəçiliyinin daha səmərəli təşkilinə imkan yaratdığını qeyd edib.

Görüş çərçivəsində Semih Ezeroğlu MEK-in elektron avadanlıqları və rəqəmsal xidmətləri ilə yaxından tanış olub. Qonağa elektron kataloq sistemi, rəqəmsal resursların idarə olunması mexanizmləri, oxuculara təqdim edilən məsafədən xidmət imkanları barədə ətraflı məlumat verilib.

Görüş qarşılıqlı əməkdaşlıq imkanlarının müzakirəsi ilə davam edib.

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), Türk Dünyası İş Adamları Birliyi və “Compnet” MMC arasında elm, texnologiya ...
08/06/2026

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), Türk Dünyası İş Adamları Birliyi və “Compnet” MMC arasında elm, texnologiya və innovasiya sahələrində çoxtərəfli əməkdaşlığın qurulması məqsədilə anlaşma memorandumu imzalanıb.

https://www.facebook.com/share/p/18tsYHeLHg/

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), Türk Dünyası İş Adamları Birliyi və “Compnet” MMC arasında elm, texnologiya və innovasiya sahələrində çoxtərəfli əməkdaşlığın qurulması məqsədilə anlaşma memorandumu imzalanıb.

Ətraflı: https://science.gov.az/az/news/open/36315

AMEA Naxçıvan Bölməsinin sədri akademik İsmayıl Hacıyevin elmi əsərlərinin biblioqrafiyası çapdan çıxıbAzərbaycan Milli ...
05/06/2026

AMEA Naxçıvan Bölməsinin sədri akademik İsmayıl Hacıyevin elmi əsərlərinin biblioqrafiyası çapdan çıxıb

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Naxçıvan Bölməsinin sədri, akademik, tarix elmləri doktoru, professor, Əməkdar elm xadimi İsmayıl Hacıyevin 75 illik yubileyi münasibətilə biblioqrafik göstərici işıq üzü görüb.

AMEA-nın Mərkəzi Elmi Kitabxanasının (MEK) tərtibatında “Görkəmli elm xadimləri” seriyasında nəşr olunan biblioqrafiya görkəmli alimin həyatı, elmi-pedaqoji və ictimai fəaliyyətini, əsərlərinin biblioqrafiyasını, həmçinin haqqında yazılmış mənbələri əhatə edir.

Akademik İsmayıl Hacıyev vətən tarixinin aktual problemlərinə dair 600-ə yaxın elmi əsərin, o cümlədən 45 kitabın, 17 monoqrafiyanın, 300-dən artıq elmi-kütləvi məqalənin müəllifidir. Alimin yaxından iştirakı ilə Naxçıvan tarixinə, coğrafiyasına, tarix və mədəniyyət abidələrinə aid ümumiləşdirici əsərlər, ensiklopediyalar və atlaslar hazırlanıb.

Biblioqrafiyanın elmi məsləhətçisi və ön sözünün müəllifi AMEA-nın prezidenti akademik İsa Həbibbəylidir. Nəşrin elmi redaktoru MEK-in direktoru texnika elmləri doktoru Hüseyn Hüseynov, redaktorları Biblioqrafiya şöbəsinin müdiri, fil.ü.f.d. Aytən Əliyeva və Elmi biblioqrafiya sektorunun rəhbəri Nərgiz Novruzova, tərtibçisi isə baş biblioqraf Türkan Vahidovadır.

"Elm" nəşriyyatında işıq üzü görən biblioqrafiya tarixçilər, ali məktəb müəllimləri və tələbələr, eləcə də geniş oxucu kütləsi üçün nəzərdə tutulub. Qeyd edək ki, bu nəşrin elektron versiyası ilə kitabxananın saytındakı elektron kitabxana bölməsində tanış olmaq mümkündür.

AMEA-nın Mərkəzi Elmi Kitabxanasının Gənc Alimlər və Mütəxəssislər Şurasının sədr müavini, doktorant Könül Hüseynovanın ...
05/06/2026

AMEA-nın Mərkəzi Elmi Kitabxanasının Gənc Alimlər və Mütəxəssislər Şurasının sədr müavini, doktorant Könül Hüseynovanın "Azərbaycan Prezidenti İlham Əliyevin 62-ci Münhen Təhlükəsizlik Konfransında iştirakı" adlı məqaləsini təqdim edirik.

Dünya sürətlə dəyişir, müharibələr, enerji  böhranları, yeni geosiyasi bloklaşmalar beynəlxalq münasibətləri yenidən formalaşdırır. Belə bir mürəkkəb mərhələdə qlobal təhlükəsizlik arxitekturasının müzakirə olunduğu əsas platformalardan biri Münhen Təhlükəsi...

Address

AZ1143, Bakı şəhəri, Yasamal Rayonu, Akademiya şəhərciyi Hüseyn Cavid Prospekti 129
Baku

Opening Hours

Monday 09:45 - 22:00
Tuesday 09:45 - 22:00
Wednesday 09:45 - 22:00
Thursday 09:45 - 22:00
Friday 09:45 - 22:00

Telephone

+994125396178

Alerts

Be the first to know and let us send you an email when AMEA Mərkəzi Elmi Kitabxana posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to AMEA Mərkəzi Elmi Kitabxana:

Share

Category