Milli Aviasiya Akademiyası

Milli Aviasiya Akademiyası Milli Aviasiya Akademiyası Milli Aviasiya Akademiyasının rəsmi Facebook səhifəsi

15/06/2026

Bu gün Milli Aviasiya Akademiyasının 34-cü ildönümünü qürurla qeyd edirik. Minlərlə peşəkar məzun, güclü akademik ənənələr və innovativ yanaşmalarla ölkəmizin aviasiya və mühəndislik təhsilinə töhfə verməyə davam edirik.

34 il birlikdə yüksəlirik! ✈️

15 iyun – Milli Qurtuluş Günü 🇦🇿
15/06/2026

15 iyun – Milli Qurtuluş Günü 🇦🇿

Milli Aviasiya Akademiyasının kollektivi “Qayğı” Reabilitasiya Mərkəzini ziyarət edibMilli Aviasiya Akademiyasının Tələb...
08/06/2026

Milli Aviasiya Akademiyasının kollektivi “Qayğı” Reabilitasiya Mərkəzini ziyarət edib

Milli Aviasiya Akademiyasının Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə akademiyanın müəllim və tələbə kollektivi Nizami rayonunda fəaliyyət göstərən “Qayğı” Reabilitasiya Mərkəzini ziyarət edib.

Ziyarət çərçivəsində tələbələr və müəllimlər reabilitasiya alan uşaqlarla görüşərək onlarla səmimi ünsiyyət qurub, müxtəlif əyləncəli proqramlar, musiqi nömrələri və oyunlar təşkil ediblər. Tədbirin əsas məqsədi uşaqlara mənəvi dəstək göstərmək, onların asudə vaxtını daha maraqlı və yaddaqalan etmək olub.

Sonda uşaqlara müxtəlif hədiyyələr təqdim edilib. “Qayğı” Reabilitasiya Mərkəzinin rəhbərliyi göstərilən diqqət və qayğıya görə Milli Aviasiya Akademiyasının rəhbərliyinə, müəllim və tələbə heyətinə təşəkkürünü bildirərək, bu cür sosial təşəbbüslərin uşaqların inkişafına mühüm töhfə verdiyini vurğulayıb.

Beynəlxalq Prokurorlar Assosiasiyasının nümayəndə heyəti Milli Aviasiya Akademiyasında mühazirə ilə çıxış ediblər.İyunun...
05/06/2026

Beynəlxalq Prokurorlar Assosiasiyasının nümayəndə heyəti Milli Aviasiya Akademiyasında mühazirə ilə çıxış ediblər.

İyunun 3-də Milli Aviasiya Akademiyasında Beynəlxalq Prokurorlar Assosiasiyasının nümayəndələri — Tarika Jayaratne və Aleksis Bleyk tərəfindən “Rəqəmsal sübutlar və kibercinayətlər üzrə cinayət təqibi” mövzusunda mühazirə keçirilib.

Tədbirdə hüquqşünas alimlər, prokurorluq əməkdaşları, professor-müəllim heyəti və tələbələr iştirak ediblər. Qonaqlar Akademiyanın müasir infrastrukturu ilə tanış olub, tələbələrlə öz peşəkar təcrübələrini bölüşərək onları maraqlandıran sualları cavablandırıblar.

Sonda xatirə şəkli çəkilib.

2026-cı il iyunun 2-də Keniya Respublikasının Ali Məhkəməsinin sədri Martha Karambu Koome rəhbərlik etdiyi nümayəndə hey...
03/06/2026

2026-cı il iyunun 2-də Keniya Respublikasının Ali Məhkəməsinin sədri Martha Karambu Koome rəhbərlik etdiyi nümayəndə heyəti Milli Aviasiya Akademiyasında olub.

Qonaqlar Akademiyanın müasir infrastrukturu, Beynəlxalq Təlim Mərkəzi və uçuş simulyatorları ilə tanış olduqdan sonra hakimlər, professor-müəllim heyəti, hüquqşünas alimlər və tələbələrlə görüş keçiriblər.

Akademiyanın prorektoru Ədalət Səmədov rektor, akademik Arif Paşayevin salamlarını çatdıraraq Akademiyanın fəaliyyəti və hüquq təhsilinin keyfiyyəti barədə məlumat verib. Azərbaycan Respublikası Ali Məhkəməsinin sədr müavini Çingiz Əsgərov isə Ali Məhkəmə ilə Akademiya arasında əməkdaşlığın əhəmiyyətini vurğulayıb.

Martha Karambu Koome Keniyada məhkəmə sistemi, məhkəmə-hüquq islahatları, rəqəmsallaşma və süni intellektin məhkəmə fəaliyyətində tətbiqi barədə məruzə ilə çıxış edib. Azərbaycanın Keniyadakı səfiri Sultan Hacıyev ölkələr arasında əməkdaşlıqdan bəhs edib.

Fakültə müəllimi Murad Orucov hüquq fakültəsi, məhkəmə simulyasiya otağı və Dissertasiya Şurası haqqında məlumat verib. Tədbirin sonunda tələbələrin sualları cavablandırılıb, fikir mübadiləsi aparılıb və xatirə şəkli çəkdirilib.

“Human Factors” course (in accordance with AAR 66 / EASA Part 66 requirements)Technical Maintenance Staff Training Depar...
03/06/2026

“Human Factors” course (in accordance with AAR 66 / EASA Part 66 requirements)

Technical Maintenance Staff Training Department

Duration: 2 days (12 hours)
In this training, gain the opportunity to enhance your knowledge about human factors and their impact on aviation safety.

📌Course topic:
1. General information
2. Human performance and limitations
3. Social psychology
4. Factors affecting performance
5. Physical environment
6. Tasks
7. Communication
8. Human error
9. Workplace hazards

📌Details:
• Duration: 2 days (12 hours), 22-23.06.2022, 09:00 – 16:10
• Location: National Aviation Academy, Training Center, 302
• Language: English/Azerbaijani
• Participants: Who can participate: Any employee working in the aviation sector.
• Note: Participation is paid.

Phone: (+994 12) 525-98-08 (Ext. 98 56), (+994 51) 709-04-16
E-mail: [email protected]

Mülki Aviasiya İşçilərinin Peşə Bayramı mübarək! ✈️🩵***Happy Professional Holiday to Civil Aviation Workers! ✈️🩵
02/06/2026

Mülki Aviasiya İşçilərinin Peşə Bayramı mübarək! ✈️🩵

***

Happy Professional Holiday to Civil Aviation Workers! ✈️🩵

01/06/2026

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününüz Mübarək! ✈️🩵

28/05/2026

28 May Müstəqillik Günü🇦🇿

***

28 May Independence Day🇦🇿

Allah qurbanlarınızı və dualarınızı qəbul etsin. Qurban Bayramınız Mübarək!🩵✈️***May Allah accept your sacrifices and pr...
26/05/2026

Allah qurbanlarınızı və dualarınızı qəbul etsin. Qurban Bayramınız Mübarək!🩵✈️

***

May Allah accept your sacrifices and prayers. Eid al-Adha Mubarak! 🩵✈️

Address

Bakı şəh. , Mərdəkan Pr. 30
Baku
1045

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00

Telephone

+994125259808

Alerts

Be the first to know and let us send you an email when Milli Aviasiya Akademiyası posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Milli Aviasiya Akademiyası:

Share