Azərbaycan Ümid Partiyası / Azerbaijan Umid Party

Azərbaycan Ümid Partiyası / Azerbaijan Umid Party Azərbaycan Ümid Partiyası
Bakı ş., N.Nərimanov rayonu, İsmayıl Hidayətzadə 62
umidparty.org

Azərbaycan Ümid Partiyası Fidan Hacıyevanı təbrik etdiBu gün tanınmış opera müğənnisi, Xalq artisti Fidan Hacıyevanın do...
06/09/2026

Azərbaycan Ümid Partiyası Fidan Hacıyevanı təbrik etdi

Bu gün tanınmış opera müğənnisi, Xalq artisti Fidan Hacıyevanın doğum günüdür.

Ümid Partiyasının sədri İqbal Ağazadə və partiyanın İdarə Heyəti Fidan xanımı təbrik edir, ona cansağlığı, uzun ömür, şəxsi həyatında və yaradıcılıq fəaliyyətində uğurlar arzulayır.

ABŞ-İran gərginliyi: Müharibə 2027-ci ilə qədər uzana bilər - Taleh Aliyev şərh edirABŞ-nin İrana qarşı hərbi əməliyyatı...
05/09/2026

ABŞ-İran gərginliyi: Müharibə 2027-ci ilə qədər uzana bilər - Taleh Aliyev şərh edir

ABŞ-nin İrana qarşı hərbi əməliyyatının 2027-ci ilə qədər davam edə biləcəyi bildirilir.


ABŞ müdafiə naziri Pit Heqset Yaxın Şərqdə amerikalı hərbçilərin yerləşdirilmə müddətini uzadır. Hazırda bölgədə ABŞ-yə məxsus 19 hərbi gəmi, qırıcı eskadrilyaları, hava hücumundan müdafiə bölmələri və desant qüvvələri yerləşdirilib.

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında Azərbaycan Ümid Partiyasının Mərkəzi Aparatının rəhbəri Taleh Əliyev bildirib ki, ABŞ-nin İrana qarşı hərbi əməliyyatları daha genişmiqyaslı müharibəyə çevrilmədən uzunmüddətli təzyiq strategiyası formasında davam edə bilər.



"40 günlük intensiv və tam miqyaslı bombardman əməliyyatından sonra aprelin 8-də İranda baş tutan danışıqların sonradan Amerika Birləşmiş Ştatları tərəfindən birtərəfli qaydada uzadılması və hər dəfə ciddi nəticələrin əldə olunmaması fonunda epizodik bombardman əməliyyatları davam edir. Yeni hərbi təyinatlı obyektlərin vurulmasına baxmayaraq, 40 günlük müharibədə olduğu kimi daha geniş eskalasiyanın olmamasının başlıca səbəbi, əslində, nəticəsiz adlandırdığımız danışıqlar fonunda iqtisadi cəhətdən dərin tənəzzül yaşayan İranda daxili problemlərin artmasıdır".


T.Əliyevin sözlərinə görə, ABŞ “nə sülh, nə müharibə” variantına üstünlük verməklə İranın daxildən zəifləməsini stimullaşdırmağa çalışır.

"Belə ki, məhdud resursları ilə daha çox özünün hərbi və müdafiə ehtiyaclarını qarşılamağa çalışan İran faktiki olaraq ağır şəraitdə olan əhalinin güzəranını yaxşılaşdırmaq istiqamətində ciddi addımlar ata bilmir. Bunun nəticəsində proses uzandıqca xalqın narazılığı, rejimə qarşı dirənişi daha da artır. Elə bu dediklərimin sübutu olaraq son zamanlar ölkənin ayrı-ayrı regionlarında müxtəlif peşə sahiblərinin və yaş qruplarına aid insanların hakimiyyətə qarşı sərt tələbləri ilə bağlı videoların yayılması bu yanaşmanın doğru olduğunu sübut edir".



Politoloq hesab edir ki, İran daxilində hakimiyyət uğrunda mübarizənin kəskinləşməsi də ölkədəki vəziyyəti daha da mürəkkəbləşdirən əsas amillərdəndir.



"İkinci problem, həm də ən vacib problem hesab edirəm ki, rejim daxilində hakimiyyət uğrunda mübarizənin son dərəcə kəskinləşməsi ilə bağlıdır. Bu da İranda ölkənin bütövlüyünü və mövcudluğunu təhdid edən ən ciddi faktordur. Bu iki yanaşma, daha doğrusu, gözləntilər İrana bir güllə atmadan belə İranın sonunu gətirib çıxara biləcək bir strategiyadır".


O qeyd edib ki, Hörmüz boğazının blokadada saxlanılması və İran neftinin daha dərin sanksiyalara məruz qalması ölkəni ciddi iqtisadi böhranla üz-üzə qoya bilər.

"Xüsusilə, Hörmüz boğazının blokadada saxlanılması, İran neftinin daha dərin sanksiyalara da məruz qalması ölkəni iqtisadi fəlakətə sürükləyir. Elə məhz bu kontekstdən çıxış edən İran prezidenti qeyd etmişdi ki, bizim bu gün əsas düşmənimiz Amerika yox, iqtisadi tənəzzüldür. Müharibənin 2027-ci ilə qədər uzadılması sadaladığım səbəblərlə daha çox üst-üstə düşür".

T.Əliyev bildirib ki, ABŞ-də noyabr ayında keçiriləcək aralıq seçkilər də Vaşinqtonun İrana qarşı hərbi strategiyasına təsir göstərə bilər.

"Həm də nəzərə alsaq ki, noyabr ayında Amerika Birləşmiş Ştatlarında növbəti aralıq seçkiləri başlayır, seçki ərəfəsində tam hərbi əməliyyatların olmaması Amerika tərəfi üçün daha münasib variant ola bilər. Düşünürəm ki, bu məsələləri bilən və fərqində olan İran uzunmüddətli qeyri-müəyyənliyin ölkənin sonunu gətirə biləcəyini anlayır".

Taleh Əliyevin sözlərinə görə, İranın yaxın aylarda daha sərt addımlar atması yeni hərbi eskalasiyaya səbəb ola bilər.

"İran yaxınlaşan aralıq seçkilərindən sonra Amerika Birləşmiş Ştatlarının İrana növbəti hərbi əməliyyatlar dalğasını başladacağını bildiyi üçün, ola bilər ki, İran tərəfi iri hərbi qarşıdurmanın 2027-ci ilə qalmasına gətirib çıxaracaq daha sərt addımlar atmadan, elə payız aylarında da yenidən Amerika-İran müharibəsinin yeni aktiv mərhələsi yaşana bilər".

Aişə Mustafayeva

Azərbaycan Ümid Partiyası "Yeni Çağ"ı 19 yaşı münasibətilə təbrik etdiBu gün “Yeni Çağ” Media Qrupunun fəaliyyətə başlam...
05/09/2026

Azərbaycan Ümid Partiyası "Yeni Çağ"ı 19 yaşı münasibətilə təbrik etdi

Bu gün “Yeni Çağ” Media Qrupunun fəaliyyətə başlamasından 19 il ötür.

Azərbaycan, türk və rus dili versiyalarında fəaliyyət göstərən "Yeni Çağ" ölkədə həyata keçirilən ümummilli media layihələrində yaxından iştirak edir, Azərbaycan həqiqətlərinin xarici ölkələrdə, ilk növbədə Türkiyədə yayılması istiqamətində ardıcıl fəaliyyət göstərir.

Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə, müxtəlif sahələrdən bəhs edən müsahibələr, təhlillər, reportajlar, müəllif yazıları ilə yanaşı, dünyada baş verən xəbərləri də oxuculara çatdırır. Bu səbəbdəndir ki, fəaliyyət göstərdiyi müddətdə özünə kifayət qədər oxucu kütləsi qazana bilib.

Ümid Partiyasının sədri İqbal Ağazadə və İdarə Heyəti “Yenicag.az”ın Baş redaktoru Aqil Ələsgəri və Media Qrupun bütün kollektivini təbrik edir, fəaliyyətlərində hər zaman qərəzsiz, obyektiv və operativ olmağı, dünyanın tanınmış media orqanları sırasında yer tutmağı arzu edir!

Bir daha təbriklər!

Azərbaycan Ümid Partiyası Aqşin Yeniseyi təbrik etdiBu gün tanınmış şair, yazıçı, publisist Aqşin Yeniseyin doğum günüdü...
05/09/2026

Azərbaycan Ümid Partiyası Aqşin Yeniseyi təbrik etdi

Bu gün tanınmış şair, yazıçı, publisist Aqşin Yeniseyin doğum günüdür.

Aqşin Yeniseyin ilk kitabı - "Unutmaq sözünün şəkli" - 2000-ci ildə dərc olunub.

2005-ci ildə ikinci şeirlər kitabını - "Sizin eradan əvvəl"i çap etdirən Aqşinin qələmə aldıqları türk, gürcü, fransız dillərinə tərcümə edilib.

Ona yaxın kitabı çap olunan Yeniseyin hekayələri, satirik, publisistik yazıları və müasir ədəbiyyatımızın istedadlı simalarına həsr olunmuş məqalələri də çap olunan kitablarda öz əksini tapıb.

Ümid Partiyasının sədri İqbal Ağazadə və partiyanın İdarə Heyəti Aqşin bəyi təbrik edir, ona cansağlığı, uzun ömür, şəxsi həyatında və yaradıcılıq fəaliyyətində uğurlar arzulayır

Azərbaycan Ümid Partiyası Fəxri Uğurlunu təbrik etdiBu gün tanınmış yazıçı Fəxri Uğurlunun doğum günüdür.Fəxri Uğurlu əd...
05/09/2026

Azərbaycan Ümid Partiyası Fəxri Uğurlunu təbrik etdi

Bu gün tanınmış yazıçı Fəxri Uğurlunun doğum günüdür.

Fəxri Uğurlu ədəbi-bədii, elmi-publisistik jurnal "Multikulturalizm"in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

Ümid Partiyasının sədri İqbal Ağazadə və partiyanın İdarə Heyəti Fəxri bəyi təbrik edir, ona cansağlığı, uzun ömür, şəxsi həyatında və yaradıcılıq fəaliyyətində uğurlar arzulayır.

Azərbaycan Ümid Partiyası Elçin Həşimovu təbrik etdiBu gün tanınmış tarzən, Azərbaycan Respublikasının Xalq artisti Elçi...
05/09/2026

Azərbaycan Ümid Partiyası Elçin Həşimovu təbrik etdi

Bu gün tanınmış tarzən, Azərbaycan Respublikasının Xalq artisti Elçin Həşimovun doğum günüdür.

Elçin Həşimov Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının orkestr solistidir. O, “Qarabağ” Triosu, bir neçə dövrdə milli musiqi və şərq melodiyalarından ibarət üç kompakt disk və xaricdəki konsert proqramları da daxil olmaqla, üç DVD disk təqdim edib.

Elçin Həşimov Heydər Əliyev Fondunun Mükafatçısıdır. Onun ifasında 7 əsas muğam solo variantında Qızıl Fonda daxil edilib.
O, dəfələrlə Prezident Mükafatına layiq görülüb.

Ümid Partiyasının sədri İqbal Ağazadə və partiyanın İdarə Heyəti Elçin müəllimi təbrik edir, ona cansağlığı, uzun ömür, şəxsi həyatında və yaradıcılıq fəaliyyətində uğurlar arzulayır.

ABŞ üç cəbhədə sıxılır: İran, Rusiya və Çin arasında seçim məcburiyyəti - Anar İsayev şərh edirABŞ Müdafiə Nazirliyinin ...
04/09/2026

ABŞ üç cəbhədə sıxılır: İran, Rusiya və Çin arasında seçim məcburiyyəti - Anar İsayev şərh edir

ABŞ Müdafiə Nazirliyinin Yaxın Şərqdəki hərbi qüvvələrin xidmət müddətini uzatması Vaşinqtonun İranla qarşıdurmanın uzun müddət davam edə biləcəyi ssenarisinə hazırlaşdığını göstərir. Bölgədə təxminən 50 min ABŞ hərbçisinin, hərbi gəmilərin və hava hücumundan müdafiə qüvvələrinin saxlanılması hərbi gərginliyin miqyasını artırır. Uzunmüddətli yerləşdirmə ABŞ ordusunun resurslarına əlavə yük yaratmaqla yanaşı, Vaşinqtonun digər regionlardakı hərbi imkanlarına da təsir göstərə bilər.

ABŞ-nin Yaxın Şərqdə hərbi qüvvələrin xidmət müddətini uzatması İranla qarşıdurmanın genişlənməsi ehtimalını artırırmı?

Uzunmüddətli hərbi yerləşdirmə ABŞ-ın digər regionlardakı hərbi imkanlarını zəiflədə bilərmi?

Azərbaycan Ümid Partiyasının İdarə Heyətinin üzvü Anar İsayev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, ABŞ Müdafiə Nazirliyinin Yaxın Şərqdə yerləşən hərbi kontingentin xidmət müddətini uzatması Vaşinqtonun İranla qarşıdurmanı qısamüddətli böhran kimi deyil, daha uzunmüddətli təhlükəsizlik problemi kimi qiymətləndirdiyini göstərən mühüm siqnaldır.

Bölgədə on minlərlə ABŞ hərbçisinin, hərbi gəmilərin, aviasiyanın və hava hücumundan müdafiə sistemlərinin saxlanılması Vaşinqtonun həm mümkün İran hücumlarına hazırlaşdığını, həm də müttəfiqlərini qorumaq imkanlarını gücləndirdiyini göstərir.

“Lakin bu qərarı avtomatik olaraq, ABŞ-ın İranla genişmiqyaslı müharibəyə hazırlaşması kimi qiymətləndirmək düzgün olmazdı. Əksinə, burada iki paralel məqsəd görünür: hərbi hazırlığı yüksək səviyyədə saxlamaq və bununla İranı daha geniş eskalasiyadan çəkindirmək.

Bununla belə, hərbi qüvvələrin uzun müddət bölgədə saxlanılması paradoksal şəkildə eskalasiya riskini də artıra bilər. ABŞ hərbi infrastrukturu İran üçün potensial hədəflərin sayını artırır. İran və ona bağlı qüvvələrin ABŞ bazalarına, hərbi gəmilərinə və ya regiondakı müttəfiqlərinə ciddi hücumu Vaşinqtonun daha sərt cavab verməsinə səbəb ola bilər. Belə bir qarşılıqlı zərbə mexanizmi isə ilkin olaraq məhdud xarakter daşıyan qarşıdurmanı daha geniş regional müharibəyə çevirə bilər”, – deyə o bildirib.

Anar İsayev vurğulayıb ki, burada əsas təhlükələrdən biri yanlış hesablamadır.

Tehran ABŞ-ın hərbi mövcudluğunu təzyiq vasitəsi kimi, Vaşinqton isə İranın hərbi hazırlığını təhlükə kimi qəbul etdikcə tərəflərdən birinin atdığı addım digər tərəfin daha sərt cavabına səbəb ola bilər. Bu baxımdan Yaxın Şərqdə hərbi qüvvələrin artırılması həm çəkindirmə mexanizmi, həm də potensial eskalasiya faktoru kimi çıxış edir: “İkinci mühüm məsələ ABŞ-ın digər regionlardakı hərbi imkanlarına təsirdir. ABŞ eyni vaxtda üç əsas strateji istiqamətdə – Yaxın Şərq, Avropa və Hind-Sakit okean regionunda – hərbi resurslarını bölüşdürməli olur. Yaxın Şərqdə uzunmüddətli hərbi əməliyyat və ya yüksək səviyyəli hazırlıq ABŞ-ın aviasiya, hava hücumundan müdafiə sistemləri, hərbi gəmilər, kəşfiyyat vasitələri, yanacaq və yüksək dəqiqlikli sursat ehtiyatları üzərində əlavə təzyiq yarada bilər”.

Siyasətçinin fikrincə, xüsusilə Hind-Sakit okean istiqaməti Vaşinqton üçün strateji əhəmiyyət daşıyır. ABŞ-ın uzunmüddətli əsas rəqibi kimi Çinlə rəqabət Vaşinqtonun diqqət mərkəzində qalır. Əgər Yaxın Şərq böhranı uzun müddət davam edərsə, ABŞ-ın Asiya-Sakit okean regionunda qüvvə və resursların cəmləşdirilməsi imkanları müəyyən dərəcədə məhdudlaşa bilər.

“Avropa istiqamətində də oxşar vəziyyət mövcuddur. Rusiya-Ukrayna müharibəsi, NATO-nun şərq cinahının müdafiəsi və Avropanın təhlükəsizliyi ilə bağlı öhdəliklər ABŞ-dan əhəmiyyətli hərbi resurs tələb edir. Buna görə Yaxın Şərqdə uzunmüddətli gərginlik Vaşinqton üçün təkcə regional deyil, həm də qlobal resurs bölgüsü problemi yaradır”, – deyə o vurğulayıb.

Anar İsayevin fikrincə, ABŞ-ın hərbi imkanlarının zəifləməsi ifadəsini də ehtiyatla işlətmək lazımdır. ABŞ dünyanın ən böyük hərbi-logistika sistemlərindən birinə malikdir və müxtəlif regionlar arasında qüvvə və resursların yenidən bölüşdürülməsi imkanları kifayət qədər genişdir. Ona görə Yaxın Şərqdə əlavə hərbi yük avtomatik olaraq ABŞ-ın Çin və ya Rusiya qarşısında hərbi üstünlüyünü itirməsi demək deyil.

Anar İsayev hesab edir ki, əsas problem qarşıdurmanın müddətidir. Bir neçə həftəlik və ya bir neçə aylıq yüksək hərbi hazırlıq ABŞ üçün idarəolunan ola bilər. Lakin İranla qarşıdurma uzunmüddətli müharibəyə çevrilərsə, sursat ehtiyatlarının sürətli tükənməsi, hərbi texnikanın aşınması, şəxsi heyətin rotasiyası və maliyyə xərclərinin artması Vaşinqton üçün ciddi strateji yükə çevrilə bilər.

“ABŞ-nin Yaxın Şərqdə hərbi qüvvələrinin xidmət müddətini uzatması İranla qarşıdurmanın genişlənəcəyinə dair birbaşa sübut deyil, lakin Vaşinqtonun böhranın uzun çəkə biləcəyi ehtimalını ciddi qəbul etdiyini göstərir. Bu addım bir tərəfdən İranı çəkindirmək məqsədi daşıyır, digər tərəfdən isə bölgədə qarşılıqlı hərbi təmasların artması səbəbindən eskalasiya riskini yüksəldir”, – deyə o bildirib.

Anar İsayev deyib ki, ABŞ üçün ən böyük strateji problem isə Yaxın Şərqdə müharibəyə cəlb olunmaqdan daha çox, eyni vaxtda bir neçə cəbhədə resurslarını bölüşdürmək məcburiyyətində qalmaqdır. İranla qarşıdurmanın uzun müddət davam etməsi Vaşinqtonu Yaxın Şərq, Rusiya və Çin istiqamətləri arasında daha çətin seçimlər qarşısında qoya bilər: “Bu səbəbdən Vaşinqtonun əsas məqsədinin genişmiqyaslı İran müharibəsi deyil, hərbi üstünlük vasitəsilə İranı çəkindirmək, müttəfiqlərini qorumaq və mümkün qədər qarşıdurmanı idarəolunan çərçivədə saxlamaq olduğunu düşünmək daha əsaslıdır”.

İradə Cəlil, Bizimyol.info

Azərbaycan Ümid Partiyasının İdarə Heyətinin üzvü Tamilla Qulami Laf Tv-də Ləman Ələşrəfqızının təqdimatında efir qonağı...
04/09/2026

Azərbaycan Ümid Partiyasının İdarə Heyətinin üzvü Tamilla Qulami Laf Tv-də Ləman Ələşrəfqızının təqdimatında efir qonağıdır.
Link rəydə

Azərbaycan Ümid Partiyasının İdarə Heyətinin üzvü Elman Abbasov Reaksiya TV - də Arzu Qocayevin təqdimatında canlı efir ...
04/09/2026

Azərbaycan Ümid Partiyasının İdarə Heyətinin üzvü Elman Abbasov Reaksiya TV - də Arzu Qocayevin təqdimatında canlı efir qonağıdır.
Link rəydə

Azərbaycan Ümid Partiyasının İdarə Heyətinin üzvü Ənvər Ağazadə Ləman Ələşrəfqızının təqdimatında Laf Tv-də efir qonağıd...
03/09/2026

Azərbaycan Ümid Partiyasının İdarə Heyətinin üzvü Ənvər Ağazadə Ləman Ələşrəfqızının təqdimatında Laf Tv-də efir qonağıdır.
Link rəydə

Address

Azərbaycan, Bakı şəhəri, Nərimanov Rayonu, İsmayıl Hidayətzadə 62
Baku

Opening Hours

Monday 10:00 - 06:00
Tuesday 10:00 - 18:00
Wednesday 10:00 - 18:00
Thursday 10:00 - 18:00
Friday 10:00 - 06:00
Saturday 10:00 - 06:00
Sunday 09:00 - 17:00

Alerts

Be the first to know and let us send you an email when Azərbaycan Ümid Partiyası / Azerbaijan Umid Party posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Azərbaycan Ümid Partiyası / Azerbaijan Umid Party:

Shortcuts

Share