Yeni Suraxanı Qəsəbəsi "Rəsmi səhifə"

Yeni Suraxanı Qəsəbəsi "Rəsmi səhifə" Yeni Suraxanı qəsəbəsi 1930-cu il.

7 sentyabr 2013-cü il Yeni Suraxanı qəsəbəsinin xeyirxah, mərhəmətli və hörmətli insanlarından biri, el-obanın yaddaşınd...
06/09/2026

7 sentyabr 2013-cü il Yeni Suraxanı qəsəbəsinin xeyirxah, mərhəmətli və hörmətli insanlarından biri, el-obanın yaddaşında daim xoş xatirələrlə yaşayan Hacı Xanların dünyadan köçdüyü gündür.

Aradan illər keçsə də, yaxşı insanların adı, gördüyü xeyirxah əməllər və qoyduğu gözəl izlər heç zaman unudulmur. Hacı Xanların da qəsəbəmiz üçün etdiyi xeyirxah əməllər hər zaman ehtiramla yad edilir.

Allah Hacı Xanlara qəni-qəni rəhmət eləsin, məkanını cənnət, ruhunu şad etsin. Yaxınlarına və onu sevən hər kəsə səbir diləyirik.

Ruhu şad, məkanı cənnət olsun. 🕊️🤲

📸 Tariximizin dəyərli bir yadigarı…Bu unudulmaz fotoşəkil 1957–1958-ci illərdə 101 nömrəli məktəbdə çəkilib. Şəkildə həm...
06/09/2026

📸 Tariximizin dəyərli bir yadigarı…

Bu unudulmaz fotoşəkil 1957–1958-ci illərdə 101 nömrəli məktəbdə çəkilib. Şəkildə həmin dövrün şagirdləri və müəllimləri əks olunublar. İllər keçir, zaman dəyişir, lakin belə şəkillər keçmişimizi yaşadaraq bizə əziz xatirələri yenidən qaytarır.

Allah dünyasını dəyişən bütün insanlara rəhmət eləsin, həyatda olanlara isə möhkəm can sağlığı və uzun ömür versin. 🤲

Keçmişimiz bizim ən dəyərli tariximizdir…

🇦🇿 6 sentyabr — Yeni Suraxanı qəsəbə sakini, Vətənimizin igid övladlarından olan qazi Məmmədov Bəxtiyar Əliağa oğlunun m...
05/09/2026

🇦🇿 6 sentyabr — Yeni Suraxanı qəsəbə sakini, Vətənimizin igid övladlarından olan qazi Məmmədov Bəxtiyar Əliağa oğlunun mövlud günüdür.

Bu əlamətdar gün münasibətilə Bəxtiyar bəyi səmimi-qəlbdən təbrik edir, ona möhkəm can sağlığı, uzun ömür, xoşbəxt və firavan həyat arzulayırıq.

Vətənimizin bütövlüyü və azadlığı uğrunda canından, sağlamlığından keçən bütün qəhrəman qazilərimiz bizim üçün daim dəyərlidir. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizi isə qorusun! 🇦🇿🤲

Mövlud gününüz mübarək, Bəxtiyar bəy! 🎂🎉

Yeni Suraxanı qəsəbə sakini, Həsənov Hatəm Veysəl oğlunun 40 mərasimi sabah, sentyabr ayının 6-da Yeni Suraxanı qəsəbəsi...
05/09/2026

Yeni Suraxanı qəsəbə sakini, Həsənov Hatəm Veysəl oğlunun 40 mərasimi sabah, sentyabr ayının 6-da Yeni Suraxanı qəsəbəsində yerləşən “Nur” Mərasim Evində keçiriləcək.

Mərasimə hər kəs dəvətlidir. 🙏🏻

🕘 Qadınlar üçün: saat 09:00-dan
🕐 Kişilər üçün: saat 13:00-dan

Allah bütün dünyasını dəyişənlərə rəhmət eləsin, məkanlarını cənnət etsin. 🤲🏻🙏🏻

Allah sizlərin də dünyadan köçən əzizlərinə rəhmət eləsin. Amin! 🤲🏻

Suraxanımız, ziyalı xanımlarından, uzun illər pedaqoji fəaliyyəti ilə şagirdlərin təhsilində və onların ali təhsil qazan...
05/09/2026

Suraxanımız, ziyalı xanımlarından, uzun illər pedaqoji fəaliyyəti ilə şagirdlərin təhsilində və onların ali təhsil qazanmasında böyük əməyi olan 87 nömrəli tam orta məktəbin dəyərli riyaziyyat müəllimi Fərəməzova (Xələfli) Mahirə Mənsur qızının bu gün doğum günüdür.

Bu xoş və əlamətdar gün münasibətilə Mahirə müəlliməni səmimi qəlbdən təbrik edir, ona möhkəm can sağlığı, uzun ömür, ailə səadəti və pedaqoji fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq.

Arzu edirik ki, yetişdirdiyi neçə-neçə savadlı gəncin uğurları Mahirə müəllimənin əməyinə verilən ən böyük dəyər olsun. Hər zaman hörmət və sevgi ilə əhatə olunasınız!

Ad gününüz mübarək, Mahirə müəllimə!

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə həmyerlimiz, suraxanlı Anar Keykavus oğlu Əcəmo...
04/09/2026

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə həmyerlimiz, suraxanlı Anar Keykavus oğlu Əcəmov Azərbaycan Respublikasının Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin olunub.

Bu əlamətdar və qürurverici hadisə münasibətilə Anar Əcəmovu səmimi-qəlbdən təbrik edir, ona yeni və məsuliyyətli diplomatik fəaliyyətində uğurlar arzulayırıq.

İnanırıq ki, Anar Əcəmov ölkəmizi layiqincə təmsil edəcək, Azərbaycan ilə Niderland Krallığı arasındakı əlaqələrin daha da inkişafına öz töhfəsini verəcək.

Yeni Suraxanı üçün qürurverici olan bu münasibətlə bir daha təbrik edir, fəaliyyətində uğurlar və yeni nailiyyətlər arzulayırıq! 🇦🇿

✅️ 44 günlük Vətən Müharibəsinin Şəhidi "XTQ" Elnur Şahbazovun atası Qədir dayımızın mövlüd günüdür. Qədir dayını ürəkdə...
01/09/2026

✅️ 44 günlük Vətən Müharibəsinin Şəhidi "XTQ" Elnur Şahbazovun atası Qədir dayımızın mövlüd günüdür. Qədir dayını ürəkdən təbrik edirəm.Mövlüdün mübarək ❤️🫂

Allah Qədir dayıya can sağlıqı versin.

Təəssüf ki, cəmiyyətimizdə hər zaman yaxşılıq edən, xalqın yanında olan və öz əməli ilə hörmət qazanan insanlara qarşı ə...
30/08/2026

Təəssüf ki, cəmiyyətimizdə hər zaman yaxşılıq edən, xalqın yanında olan və öz əməli ilə hörmət qazanan insanlara qarşı əsassız qarayaxma kampaniyaları aparmağa çalışanlar tapılır. Lakin həqiqət gec-tez öz yerini tapır və insanların əsl siması gördüyü işlərlə, əməlləri ilə tanınır.

Allah Adil müəllimə möhkəm can sağlığı, uzun ömür və fəaliyyətində daim uğurlar nəsib etsin. Qoy etdiyi xeyirxah işlər, insanlara göstərdiyi diqqət və qayğı hər zaman öz layiqli qiymətini alsın. Yaxşı insanlara atılan böhtan və qarayaxmalar isə heç vaxt onların gördüyü gözəl işlərin qarşısını ala bilməz. Allah bütün yaxşı insanları qorusun! 🤲

Adil Aliyev Mahir Huseynbeyli Suraxanı Rayon İcra Hakimiyyəti ❤️

29 avqust, qəsəbəmizin ictimai həyatında fəallığı, səmimiyyəti və insanlara olan xoş münasibəti ilə seçilən Babazadə Rəf...
28/08/2026

29 avqust, qəsəbəmizin ictimai həyatında fəallığı, səmimiyyəti və insanlara olan xoş münasibəti ilə seçilən Babazadə Rəfi Teyyub oğlunun doğum günüdür.

Bu əlamətdar gün münasibətilə Rəfi müəllimi ürəkdən təbrik edir, ona möhkəm can sağlığı, uzun ömür, ailə səadəti, firavan həyat və bütün işlərində uğurlar arzulayırıq. 🇦🇿

Arzu edirik ki, həyatının hər yeni ili ona daha böyük sevinc, gözəl günlər və xoş xatirələr bəxş etsin. Hər zaman doğmalarının, dostlarının və ətrafındakı insanların hörmət və sevgisi ilə əhatə olunsun.

Doğum gününüz mübarək olsun, Rəfi müəllim! Allah sizi qorusun, ömrünüzü uzun, yolunuzu daim açıq etsin! 🎂

29 avqust – Yeni Suraxanı qəsəbəsinin dəyərli ziyalısı, hörmətli həkim-laborant Sultanova Tamilla Şamil qızının yubiley ...
28/08/2026

29 avqust – Yeni Suraxanı qəsəbəsinin dəyərli ziyalısı, hörmətli həkim-laborant Sultanova Tamilla Şamil qızının yubiley günüdür.

Tamilla xanım 29 avqust 1951-ci ildə Yeni Suraxanı qəsəbəsində dünyaya göz açmışdır. Bu əlamətdar gün münasibətilə Tamilla xanımı səmimi qəlbdən təbrik edir, ona möhkəm can sağlığı, uzun ömür, xoşbəxt və firavan həyat arzulayırıq.

Allah ömrünü bərəkətli, qəlbini sevinc dolu etsin, doğmalarının və sevənlərinin əhatəsində neçə-neçə gözəl illərə çatdırsın. Yubileyiniz mübarək olsun! 🌹

Address

Yeni Suraxanı, Hacı Zeynalabdin Tağıyev
Baku

Alerts

Be the first to know and let us send you an email when Yeni Suraxanı Qəsəbəsi "Rəsmi səhifə" posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Yeni Suraxanı Qəsəbəsi "Rəsmi səhifə":

Shortcuts

Share

Category