Riyaziyyat İnstitutu

Riyaziyyat İnstitutu Həmin il Hesablama mərkəzinin tərkibində keçmiş ittifaq miqyasında ikinci olaraq (Ukraynadan sonra) «Elektron hesablama maşınları» laboratoriyası yaradıldı.

İnstitutun yaranma tarixini Azərbaycan ЕА Neft ekspedisiyası nəzdində 1952-ci ilin mayında еlektromodelləşdirmə laboratoriyasının təşkil olunduğu vaxtdan hesablamaq olar. Neft ekspedisiyasının yenidən təşkili ilə əlaqədar olaraq laboratoriya 1956-cı ildə Elmlər Akademiyasının Fizika və Riyaziyyat, 1958-ci ildə isə Elmlər Akademiyasının Riyaziyyat və Mexanika institutunun tərkibinə daxil edilmiş və

Hesablama mərkəzi adlandırılmışdır.
50-ci illərin sonunda Respublikaya universal rəqəmli hesablama maşınlarının gətirilməsi hesablama üsulları və proqramlaşdırma sahələrində tədqiqatların aparılmasına təkan verdi, bu da öz növbəsində 1960-cı ildə Hesablama mərkəzinin Elmlər Akademiyasının tərkibində müstəqil təşkilata çevrilməsinə əsas yaratdı. Bu laboratoriya ölkəmizdə kibernetikanın və informatikanın inkişafına həlledici təsir göstərmişdir. 1965-ci ildə Hesablama mərkəzi əsasında Kibernetika İnstitutu yaradıldı. Xalq təsərrüfatında avtomatlaşdırılmış idarəetmə sistemlərinin yaradılması və tətbiqi məqsədilə 1971-ci ildə Kibernetika institutunun nəzdində təsərrüfat hesablı "Avtomatlaşdırılmış İdarəetmə sistemləri” şöbəsi yaradıldı (1982-ci ilin martında AİS şöbəsi müstəqil təşkilata, 2002-ci ildə isə İnformasiya Texnologiyaları İnstitutuna çevrildi). Kibernetika institutu "Respublika Avtomatlaşdırılmış İdarəetmə Sistemi”nin yaradılması (1977-1981) üzrə baş təşkilat təyin olunmuşdu.
1978-ci ilin yanvarında institutda işlənən cihaz və qurğuların təcrübi nümünələrinin yaradılması və tətbiqi üçün "Kibernetika” XKB-su təşkil edilmişdir. Təsərrüfat hesablı Büro indi də böyük uğurla fəaliyyət göstərir.
2014-cü ildə Nazirlər kabinetinin qərarı ilə institutun adı "İdarəetmə Sistemləri" institutu olaraq dəyişdirilmişdir.
İnstitut təşkil olunduğu vaxtdan 1965-ci ilə kimi texnika elmləri doktoru, professor Ələsgərov Səid Əmiraslan oğlu, 1965-1970-ci illərdə akademik Hüseynov Əşrəf İsgəndər oğlu, 1970-1988-ci illərdə akademik Allahverdiyev Cəlal Eyvaz oğlu rəhbərlik etmişlər. 1988-2020-ci illərdə institutun direktoru texnika elmləri doktoru, professor, "Şöhrət" ordenli əməkdar elm xadimi, akademik Əliyev Telman Abbas oğlu olmuşdur. 22.01.2021-ci il tarixdən etibarən institutun baş direktoru texnika elmləri doktoru, professor, akademik Abbasov Əli Məmməd oğlu, icraçı direktoru isə texnika elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Sadıqov Əminağa Bəhmən oğludur.

26/02/2026

🌐Şagirdlər üçün süni intellekt əsaslı köməkçi təqdim olunub.

📌Şagirdlərə dəstək üçün hazırlanmış süni intellekt əsaslı köməkçi təhsilalanın öyrənmə səviyyəsinə və tədris proqramına uyğunlaşdırılmış alətdir.

Ətraflı: https://muallim.edu.az/sagirdler-ucun-suni-intellekt-aleti-hazirlanib

23/02/2026

Türkiyədə doktorantura səviyyəsi və tədqiqat sahəsi üzrə təhsil imkanı

Türkiyənin ali təhsil müəssisələrində 2026-2027-ci tədris ili üçün doktorantura səviyyəsi və tədqiqat sahəsi üzrə təqaüd proqramına sənəd qəbulu başlayıb.

Təqaüd proqramı üzrə müraciətlər üçün son tarix 20 fevral 2026-cı il müəyyən edilib.

Qeyd edək ki, proqrama müraciət edəcək namizədlər hər iki ölkənin müvafiq elektron ərizə sisteminə müraciət etməlidirlər. Azərbaycan tərəfinə elektron müraciət üçün son tarix isə 2 mart 2026-cı il təyin edilib.

Proqram barədə əlavə məlumatla elan vasitəsilə tanış ola bilərsiniz.

https://htp.edu.az/uploads/fileuploads/2026/01/565a5b6667a54aa7955f53e0f6782240.pdf

22/02/2026
22/02/2026

21 fevral Beynəlxalq Ana Dili Günüdür.

18/02/2026

AZƏRTAC xəbər verir ki, imtahanlarda iştirak etmək üçün bütün abituriyentlərin qeydiyyatı (ərizə qəbulunun I mərhələsi) fevralın 18-dən martın 5-dək aparılacaq.

18/02/2026

🚀 Elm və Təhsil Nazirliyinin, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin, Təhsil İnstitutunun dəstəyi və STEAM Azərbaycanın təşkilatçılığı ilə STEAM'ool olimpiadası keçiriləcək.

🎯 Olimpiadada iştirakçıları nələr gözləyir?

– Maraq doğuran STEAM tapşırıqları
– İnnovativ yanaşmalar
– Rəqabətli mühit
– Sertifikat və mükafatlar

Ətraflı: https://muallim.edu.az/steamool-olimpiadasina-qeydiyyatbasladi

18/02/2026

📢 14–15 aprel 2026-cı il tarixlərində Naxçıvan Dövlət Universiteti-ndə “Elmi inkişaf: uğurlar və çağırışlar” Doktorant və Gənc Tədqiqatçıların III Respublika Elmi Konfransı keçiriləcək.

💻 Konfrans üz-üzə (ənənəvi) və onlayn formatda təşkil olunacaqdır. Tədbirin əsas məqsədi elmi fikir mübadiləsinin aparılması, müasir tədqiqat nəticələrinin müzakirəsi və gənc tədqiqatçılar arasında yeni elmi əməkdaşlıqların formalaşdırılmasına şərait yaratmaqdır.

📚 Konfrans çərçivəsində təqdim olunan
xülasə və məqalələr müvafiq yoxlamalardan keçiriləcək, rəyçilərin müsbət rəyindən sonra konfrans materialları şəklində nəşr olunacaqdır. 🎓 İştirakçılara iştirak vərəqəsi (sertifikat) təqdim ediləcəkdir.

❗ Qeyd: Konfransda magistrantların iştirakı nəzərdə tutulmamışdır.

🌐 Konfransla bağlı ətraflı məlumatı konfrans.ndu.edu.az internet saytından əldə edə bilərsiniz.

📝 Xülasə və məqalə göndərmək üçün qeydiyyat linki:
https://konfrans.ndu.edu.az/conferences/elmi-inkisaf-ugurlar-cagrslar-doktorant-ve-genc-tedqiqatclarn-iii-respublika-elmi-konfrans/qeydiyyat�

📞 Əlaqə:
(+994) 51 325 11 11 – Çapay Quliyev (məsul şəxs)
(+994) 60 205 11 00 – Zamin Babazadə

📖✨

17/02/2026
16/02/2026

“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində ölkənin sosial-iqtisadi inkişafının prioritet istiqamətlərinə uyğun 15 prioritet ixtisas sahəsi müəyyənləşdirilib.

🌐 muallim.edu.az/hansi-ixtisaslar-uzre-dovlet-proqramina-muraciet-etmek-olar

16/02/2026

🎓2026-2027-ci tədris ilindən etibarən təsnifata yeni əlavə edilmiş “Proqram təminatı mühəndisliyi” ixtisası üzrə kadr hazırlığı həyata keçiriləcəkdir.

💻2025-2026-cı tədris ilində IT ixtisasları üzrə ali təhsilin bakalavriat səviyyəsində ümumilikdə 5500-dən artıq, magistratura səviyyəsində isə 1700-ə yaxın qəbul yerinin ayrılması planlaşdırılmışdır.

Ətraflı: https://muallim.edu.az/azerbaycanda-proqram-teminati-uzre-muhendisler-hazirlanacaq

16/02/2026
16/02/2026

Address

Bəxtiyar Vahabzadə Küçəsi, 68
Baku
AZ1141

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+994125390151

Alerts

Be the first to know and let us send you an email when Riyaziyyat İnstitutu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Riyaziyyat İnstitutu:

Share