ADİU fərqi

ADİU fərqi - Məqsədimiz əslində adımızda gizlidir.Bizim missiyamız isə universitetimizin ən maraqlı, daim aktiv
(304)

ADİU universitetində oxuyan,ADİU universitetini bəyənən və gələcəkdə ADİU universiteti tələbəsi olacaq hər bir kəs səhifəmizə dəvətlidir.Səhifədə artıq-əksik danışan userlər xəbərdarlıqsız ban olunacaq.Qeyd edim ki,bu rəsmi bir səhifə deyil,ADİU tələbələri tərəfindən yaradılıb.

Dəyərli izləyicilər, Elşən Şahverdiyevin "Maliyyə və Audit sahəsi üzrə müsahibələrdə ən çox verilən suallar" mövzusunda ...
04/02/2023

Dəyərli izləyicilər,
Elşən Şahverdiyevin "Maliyyə və Audit sahəsi üzrə müsahibələrdə ən çox verilən suallar" mövzusunda video təqdimatını sizlərə təqdim edirik.

📣 Fevral ayının 18-i SABAH Educational Academy tədris mərkəzində start götürəcək "ACCA F3 Financial Accounting" təlimlərinə qeydiyyat davam edir!

❗Təlimə həm online, həm də əyani qoşula bilərsiniz.

💌 Ətraflı məlumat üçün:

📍Mirəli Qaşqay, 36
📞+994 (70) 854 40 00 (zəng)
📱+994 (70) 854 40 00 (whatsapp)



Təqdimat faylını telegram kanal və qrupumuzdan yükləyə bilərsiniz:https://t.me/+CUCljn-y9V5jOTVi👩🏻‍🏫👨🏻‍🏫 Mərkəzdə həm xarici, həm də yerli şirkətlərdə ...

📣Tələbələr üçün  "I Sabah Cup" Maliyyə savadlılığı yarışması açıq elan edilir!❗Yarışmanın şərtləri: ▪️Eyni sektorda fəal...
04/02/2023

📣Tələbələr üçün "I Sabah Cup" Maliyyə savadlılığı yarışması açıq elan edilir!

❗Yarışmanın şərtləri:
▪️Eyni sektorda fəaliyyət göstərən istənilən 2 yerli və ya xarici şirkətin Maliyyə Hesabatları və SWOT analizi ediləcək.

▪️Analizin təqdimatı: Microsoft PowerPoint vasitəsilə hazırlanmış slayd və 5-10 dəqiqə olan Zoom/Bandicam ilə qeydə alınmış video izah

▪️Təqdimatların son təqdim edilmə tarixi: 18.03.2023

▪️Qalibin seçilməsi: Təqdimatlar peşəkar ekspertlər tərəfindən qiymətləndiriləcək.

🧑🏻‍💻Ekspertlər:
-Elşən Şahverdiyev, Avromed, Baş Daxili Auditor;
-Mirşahin Ağayev, Pashapay, Hesabatlıq Şöbəsinin Rəhbəri;
-Simnar Paşazadə, Avrora, Maliyyə Meneceri;
-Anar Həmzəyev, Big4, Baş Vergi Konsultanti;
-Nicat Məmmədzadə, Big4, Baş Auditor.

🎉Yarışmanın qalibləri üçün:

📑Yarışmada fərqlənən tələbələrə Sertifikat təqdim ediləcək.

📽️Seçilmiş videolar “Sabah Educational Academy” youtube kanalında paylaşılacaq.

📉Seçilmiş tələbələrin təqdimat və CV-ləri
yerli və xarici şirkətlərə tövsiyə ediləcək.

🎁Qaliblərə “Sabah Educational Academy” hədiyyə kartları mükafatı təqdim olunacaq:
I yer - 2000 AZN təlim paketi
II yer – 1500 AZN təlim paketi
III yer – 1000 AZN təlim paketi

Ətraflı məlumat üçün:

📱+994 (70) 864 40 00
📞+994 (70) 854 40 00
📩 [email protected]

27/05/2022

İqtisad Universitetinin Elektronika mühəndisliyində təhsil alan tələbə lazımdır. Tanıqlarınızdan kimsə varsa yönəltməyiniz xahiş edilir.
Öncədən təşəkkürlər.

23/11/2020

Yaponiyaya (Xirosima) atom bombası atıldığında 2 yaşında olan qız 12 yaşına gəldiyində məruz qaldığı radiasiya səbəbi ilə xərçəngə yaxalanmışdı. Amma vəziyyəti ümidsiz idi. Xəstəxanadakı bütün həkimlər onun ölümü üçün gün sayarkən kiçik yapon qızı həyat dolu idi. Dəhlizlərdə qaçır, oynayır və digər xəstələrə kömək edirdi. Xəstələr arasında ən sevdiyi adam 80 yaşlarında özü kimi xərçəng olan yaşlı bir qadın idi. Kiçik yapon qızı ölüm döşəyindəki bu yaşlı qadını tək buraxmamışdı.

Qadın ölməmişdən qabaq “Mənim üçün artıq gecdir, amma bizim inancımıza görə əgər bir adam kağızdan 1000 dənə durna quşu düzəldərsə, hər istəyi qəbul olunur. Mən edə bilmədim. Sən et və xilas ol.” deyərək son nəfəsini vermişdi.
Kiçik qız çox üzülsə də, həyatda qalmaq arzusu ilə ənənəvi yapon sənəti olan origami ilə durna quşlarını düzəltməyə başlamışdı. Sevinc içində çalışdığından ilk başlarda çox sürətlə düzəldirdi, amma sağlamlığı sürətlə pozulmağa başlamışdı.

Bu həzin əhvəlat yerli və beynəlxalq mətbuatda yer almışdı. Dünyanın dörd bir yanından insanlar qıza minlərlə durna quşu göndərməyə başlamışdılar. Amma kiçik yapon qızı xəbərlər mətbuata çıxdığında əlini tərpədə bilməyəcək durumda idi. Həyatdakı son saatlarını 644-cü quşu düzəldərək keçirmişdi. Quşu bitirmiş, gözləri qapanarkən tibb bacıları və xəstə baxıcıları poçtdan çıxan yüzlərlə origami quşu ilə otağa daxil olmuşdular. Amma kiçik yapon qızı bir təbəssümlə cansız yatırdı.

Poçtalyonlar aylarca xəstəxanaya kağızdan durna quşu daşımışdılar. Sayı milyonlara çatan durna quşları Yaponiyada bir muzeydə sərgilənir. Bu hekayə Yaponiyada 1943-1955-ci illər arasında yaşayan Sadako Sasakinin hekayəsidir. Dostları əskik qalan 356 durnanı qatlayıb onunla birgə dəfn edirlər. Ayrıca Xirosima və ABŞ-da xatirəsinə heykəl və abidə qoyulmuşdu.

Durna quşu o zamandan bəri sülhün və nüvənin tərk-silah edilməsinin rəmzidir. Kiçik qızın həyatı “Sadako və kağızdan min durna quşu” adı ilə 1977-ci ildə Eleanor Koerr tərəfindən qələmə alınmışdır.

12/11/2020
24/09/2020

İxtisası seçiminin nəticələrinin çıxması həyatın ən xoşbəxt günlərindən biridir. İllər ərzində çəkdiyin əziyyətin sonuna çatıb nəticə əldə edirsən.

Bütün abituriyentləri tələbə adı qazanmaq yolundakı ən böyük nəticəni əldə etdiyi münasibəti ilə təbrik edirik.

WomEng adlı layihəmizin məqsədi xanımları bir whatsapp qrupunda toplamaq və mütəmadi olaraq :Conversation 🗣️Game 🎮Discus...
01/09/2020

WomEng adlı layihəmizin məqsədi xanımları bir whatsapp qrupunda toplamaq və mütəmadi olaraq :

Conversation 🗣️
Game 🎮
Discussion 💬 keçirməkdir.

Nə vəd edirik?
✅İngilis dilində cümlə qurmaqda çətinliyi aradan qaldırmaq
✅Bir birimizi daha yaxşı tanımaq və maraqlı müzakirələr
✅Dünyagörüşünü artıracaq söhbətlər
✅Müzakirə qabiliyyətinizi artıracaq müzakirələr

Layihə üçün maksimum 100 nəfər xanımın qoşulması nəzərdə tutulub, ona görə say tamamlandıqda qrupa qəbul dayandırılacaq.

Qeydiyyat linki:
https://forms.gle/xYrh4bu5AjsLbsam8

28/08/2020

🔷️ NƏTİCƏLƏR ELAN EDİLDİ!

Dövlət İmtahan Mərkəzi tərəfindən II və III ixtisas qrupları üzrə 13-14 avqust 2020-ci il tarixlərində keçirilmiş qəbul imtahanlarının nəticələri elan edilib.

İmtahan nəticələri ilə https://eservices.dim.gov.az/2020/netbak/?frm=egov linkində tanış ola bilərsiniz.

22/08/2020

Maraqlı təcrübə proqramı axtaran hər kəsin nəzərinə, seçimlərdən keçə biləcəyinə güvənən hər kəs müraciət edə bilər.

Hansısa xüsusi bacarıq tələb edilmir, məsuliyyətli olmaq yetir.

Detallı postun rəy bölməsində:

Address

İstiqlaliyyət Küç. 6
Baku

Telephone

0507190186

Alerts

Be the first to know and let us send you an email when ADİU fərqi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share