Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi Devlet Kurumu

02/09/2026

Kustar üsulla hazırlanan “arıqlama çayları” aşkarlanıb − VİDEO

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sosial platformalar üzərindən həyata keçirdiyi nəzarət tədbirləri çərçivəsində qanunsuz satışa çıxarılan “Tea By Gunay” və “Metobix çayı” əmtəə nişanlı “arıqlama çayı” məhsulları aşkarlanıb.

Baxış zamanı məhsulların qanunvericiliyin tələblərinə uyğun etiketlənmədiyi müəyyən edilib. Belə ki, məhsulların üzərində yararlılıq müddəti, istehsalçının ünvanı, məhsulun tərkibi və digər zəruri məlumatlar qeyd olunmayıb. Həmçinin məhsulların üzərində xəstəliklərin müalicəsində istifadə olunduğu barədə məlumatların yerləşdirildiyi və müvafiq icazə sənədi olmadan satışının həyata keçirildiyi aşkarlanıb.

Həsənova Günay Abas qızı və Mehtizadə Çiçək Alı qızı izahatlarında qeyd olunan çayları müxtəlif apteklərdən əldə edərək təbii otlardan hazırladıqlarını və məhsulları ev şəraitində qablaşdırıb hər hansı icazə sənədi olmadan “Instagram” hesabları (“tea_by_gunay”, “healthby_mehtizadeh”) vasitəsilə onlayn satdıqlarını bildirib. Araşdırma zamanı sözügedən şəxslərin sosial media hesablarında özlərini “həkim-diyetoloq” kimi təqdim etdikləri də müəyyən edilib.

Faktlarla bağlı inzibati protokol tərtib edilib, məhsullardan nümunələr götürülərək keyfiyyət və təhlükəsizlik göstəricilərinin müəyyənləşdirilməsi məqsədilə laborator müayinələrə cəlb olunub. Eyni zamanda, qanunsuz sahibkarlıq fəaliyyəti və tibbi fəaliyyətlə bağlı aidiyyəti dövlət orqanlarına rəsmi müraciətlər göndərilib.

AQTA bir daha istehlakçılara sosial şəbəkələr və digər onlayn platformalar vasitəsilə satılan, xüsusilə arıqlama məqsədilə istifadə olunan məhsulları alarkən diqqətli olmağı tövsiyə edir. Belə məhsullar alınarkən onların etiket məlumatlarının tamlığına, istehsalçı və məhsulun tərkibi barədə məlumatların mövcudluğuna, eləcə də satışının qanunvericiliyin tələblərinə uyğun həyata keçirilib-keçirilmədiyinə diqqət yetirilməlidir.

Qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilirQəhvə...
02/09/2026

Qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir

Qəhvəyi mərmər bağacığı ilə bağlı payız dövründə görüləcək tədbirlərin və əsas fəaliyyət istiqamətlərinin müzakirəsi məqsədilə Göygöl rayonunda İşçi qrupun iclası keçirilib.

Tədbirdə Qida Təhlükəsizliyi Agentliyinin, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Gömrük Komitəsinin, Dövlət Sərhəd Xidmətinin, Gəncə və Naftalan şəhəri, Göygöl, Samux, Daşkəsən rayon icra hakimiyyəti orqanlarının səlahiyyətli nümayəndələri və mütəxəssisləri iştirak ediblər.

İclasda zərərvericinin ölkədə və regionda yayılma vəziyyəti və mübarizə istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verilib. Bildirilib ki, mübarizə tədbirləri mövsümi xüsusiyyətlər nəzərə alınmaqla mərhələli şəkildə davam etdirilir. Növbəti mərhələdə əsas fəaliyyət istiqamətlərindən biri əhali arasında zərərvericiyə qarşı mexaniki mübarizə üsullarının təbliği və bu üsulların tətbiqi ilə bağlı maarifləndirmə işlərinin genişləndirilməsidir. Bu məqsədlə nümayəndəliklər və kənd ərazi dairələri tərəfindən əhali arasında maarifləndirici işlərin aparılması, zərərvericinin aşkarlandığı ərazilər barədə məlumatların aidiyyəti qurumlara operativ şəkildə təqdim edilməsi vacibdir.

Daha ətraflı: https://afsa.gov.az/az/xeberler/qehveyi-mermer-bagaciginin-olke-erazisinde-yayilmasinin-qarsisinin-alinmasi-istiqametinde-tedbirler-davam-etdirilir-1

🚨 Qida istehsalçıları və sahibkarların nəzərinə! İstehlakçıların sağlamlığının qorunması məqsədilə qida məhsullarının et...
02/09/2026

🚨 Qida istehsalçıları və sahibkarların nəzərinə!

İstehlakçıların sağlamlığının qorunması məqsədilə qida məhsullarının etiketində göstərilməsi zəruri olan 14 allergenlə bağlı tələblərə diqqət yetirin.
📅 1 yanvar 2027-ci il tarixindən etibarən qayda qüvvəyə minir.

Əgər məhsulunuzun tərkibində allergenlərdən hər hansı biri varsa, bu barədə məlumat etiketdə aydın şəkildə göstərilməlidir.

Allergen riski yalnız istifadə olunan xammalla bağlı deyil. ⚠️ Eyni istehsal xəttində və ya ortaq avadanlıqlarda müxtəlif məhsulların hazırlanması da çarpaz çirklənmə riski yaradır.

Bu səbəbdən:
🔎 İstehsal xətlərinizdə allergen risklərini müəyyənləşdirin;
📋 Çarpaz çirklənmə ehtimalını qiymətləndirin;
🏷️ Etiket məlumatlarını vaxtında yeniləyin.

İstehlakçıya doğru və aydın məlumat vermək qida təhlükəsizliyinin mühüm şərtlərindən biridir.

Bitkiçilik məhsullarının ixracı ilə bağlı mövsümə hazırlıq işləri davam edirAzərbaycan məhsullarının xarici bazarlarda r...
02/09/2026

Bitkiçilik məhsullarının ixracı ilə bağlı mövsümə hazırlıq işləri davam edir

Azərbaycan məhsullarının xarici bazarlarda rəqabət qabiliyyətinin artırılması, ixrac zamanı yarana biləcək risklərin qarşısının alınması və beynəlxalq tələblərə uyğunluğunun təmin edilməsi məqsədilə Qida Təhlükəsizliyi Agentliyi müvafiq tədbirlər həyata keçirir.

Bildiririk ki, bitkiçilik məhsullarının istehsalı və ixracı ilə məşğul olan sahibkarların məhsulların qablaşdırılması və etiketlənməsi ilə bağlı beynəlxalq tələblərə ciddi riayət etməsi vacibdir. İxrac zamanı idxalçı ölkənin tələbləri nəzərə alınmalı, məhsulun xüsusiyyətlərinə uyğun qablaşdırma növlərindən istifadə edilməlidir. Etiketlər taranın üzərində dayanıqlı, oxunaqlı və möhkəm şəkildə yerləşdirilməli, tələb olunan məlumatlar tam əks olunmalıdır.

Eyni zamanda, məhsulların daşınması zamanı istifadə olunan taxta altlıqlar və digər taxta qablaşdırma materialları “Bitki mühafizəsi haqqında” Beynəlxalq Konvensiyaya uyğun olaraq təsdiq edilmiş 15 nömrəli Fitosanitar Tədbirlər üzrə Beynəlxalq Standartın tələblərinə uyğun işlənməlidir. Bu, beynəlxalq ticarət zamanı karantin zərərvericilərinin yayılmasının qarşısının alınması baxımından mühüm əhəmiyyət daşıyır.

Daha ətraflı: https://afsa.gov.az/az/xeberler/bitkicilik-mehsullarinin-ixraci-ile-bagli-movsume-hazirliq-isleri-davam-edir

Qazaxda Regional Əlaqələndirmə Mərkəzinin növbəti iclası keçirilibQəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasını...
01/09/2026

Qazaxda Regional Əlaqələndirmə Mərkəzinin növbəti iclası keçirilib

Qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasının qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində Qazaxda Regional Əlaqələndirmə Mərkəzinin növbəti iclası keçirilib.

Tədbirdə Qida Təhlükəsizliyi Agentliyinin, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Gömrük Komitəsinin, Dövlət Sərhəd Xidmətinin və Qazax, Tovuz, Gədəbəy, Şəmkir, Ağstafa rayon icra hakimiyyəti orqanlarının, eləcə də digər aidiyyəti qurumların məsul şəxsləri və mütəxəssisləri iştirak ediblər.

İclasda zərərvericinin ölkə ərazisində yayılmasının qarşısının alınması istiqamətində görülmüş işlər, mövcud vəziyyət və qarşıda duran vəzifələr müzakirə olunub. Bildirilib ki, zərərvericinin yayılma arealının genişlənməsinin qarşısının alınması məqsədilə respublikanın müxtəlif bölgələrində mütəmadi monitorinqlər aparılır, aşkar olunmuş ərazilərdə mübarizə və nəzarət tədbirləri görülür. Mübarizə tədbirlərinin kompleks və ardıcıl şəkildə həyata keçirilməsi məqsədilə aidiyyəti dövlət qurumlarının qarşılıqlı fəaliyyəti təmin edilir, məlumat mübadiləsinin operativ təşkili və görülən tədbirlərin nəticələri mütəmadi qiymətləndirilir.

Daha ətraflı: https://afsa.gov.az/az/xeberler/qazaxda-regional-elaqelendirme-merkezinin-novbeti-iclasi-kecirilib-1

01/09/2026

📍AQTA-da gənc baytarlar üçün təlimlər keçirilir

Qoşqar Təhməzli sahibkarları qəbul edəcəkQida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli sentyabrın 10-u saat 14:...
01/09/2026

Qoşqar Təhməzli sahibkarları qəbul edəcək

Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli sentyabrın 10-u saat 14:30-da Agentliyin inzibati binasında qida sahəsində fəaliyyət göstərən sahibkarları qəbul edəcək.

Qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlar, o cümlədən qida məhsullarının istehsalı, emalı, idxal-ixracı, daşınması, satışı və sair sahələrdə çalışan şəxslər onları narahat edən məsələlərlə bağlı Agentlik sədri ilə görüşə bilərlər.

Görüşdə iştirak etmək istəyən şəxslər ad, soyad, fəaliyyət sahəsi, müraciətin məzmunu və telefon nömrələrini göstərərək [email protected] elektron poçtu vasitəsilə müraciət etməklə və ya (+994 77) 100 32 56 nömrəsinə zəng vurmaqla, həmçinin vatsap üzərindən əlaqə saxlamaqla sentyabrın 8-i saat 18:00-dək qəbula yazıla bilərlər.

AQTA ilə İranın Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri arasında onlayn görüş keçirilibAzərbaycan Respublikasının Qi...
01/09/2026

AQTA ilə İranın Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri arasında onlayn görüş keçirilib

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə İran İslam Respublikasının Kənd Təsərrüfatı-Cihad Nazirliyinin nümayəndələri arasında onlayn formatda görüş keçirilib.

Görüş zamanı bitki və heyvan sağlamlığı, baytarlıq və fitosanitar nəzarətə aid olan məhsulların idxalı və ixracı ilə bağlı məsələlər müzakirə edilib.

Həmçinin transsərhəd heyvan xəstəliklərinin qarşısının alınması və birgə mübarizə tədbirlərinin həyata keçirilməsi, qarşılıqlı ticarət və tranzit zamanı fitosanitar nəzarətin gücləndirilməsi, eləcə də bu sahələrdə əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

📍Heyvanların identifikasiya ilə bağlı miflər və həqiqətlər
01/09/2026

📍Heyvanların identifikasiya ilə bağlı miflər və həqiqətlər

Saxta alkoqollu içkilərin dövriyyəyə buraxılmasının qarşısı alınıbAzərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentli...
31/08/2026

Saxta alkoqollu içkilərin dövriyyəyə buraxılmasının qarşısı alınıb

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi saxta spirtli içkilərin dövriyyəsinin qarşısının alınması istiqamətində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ilə birgə nəzarət tədbirlərini davam etdirir.
Cari ilin avqust ayı ərzində həyata keçirilən tədbirlər çərçivəsində aşkar edilmiş içkilərin etiket məlumatlarının tələblərə uyğun olmadığı, başlıq hissəsinin təkrar bərkidildiyi, bəzi içkilərin aksiz markasız olduğu və ya aksiz markasının saxta olmasına əsaslı şübhələr olduğu müəyyən edilib. Həmin içkilərin dövriyyəyə buraxılmasının qarşısı alınıb.
Belə ki, Bakı şəhərində, Abşeron və Lənkəran rayonlarında saxta alkoqollu içkilər aşkarlanaraq satışdan kənarlaşdırılıb və qanunvericilik çərçivəsində digər zəruri tədbirlər görülüb.
Əlavə olaraq Kürdəmir rayonunda qanuna zidd olaraq təsdiq olunmadan alkoqollu içki emalı həyata keçirilən müəssisədə başqa istehsalçıya məxsus etiketlər, həmçinin mənşəyi məlum olmayan, keyfiyyət və təhlükəsizliyinə dair sənədləri olmayan etil spirti aşkar edilərək qanunvericilik çərçivəsində zəruri tədbirlər görülüb.

Address

Heydər Əliyev Prospekti 185B
Baku
1002

Opening Hours

Monday 09:00 - 18:30
Tuesday 09:00 - 18:30
Wednesday 09:00 - 18:30
Thursday 09:00 - 18:30
Friday 09:00 - 18:30

Telephone

+994123770077

Alerts

Be the first to know and let us send you an email when Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi:

Shortcuts

Share