AYNA - Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

AYNA - Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi AYNA - Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

“Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” publik hüquqi şəxs avtomobil nəqliyyatı sahəsində tənzimləməni, avtomobil nəqliyyatı ilə daşımalara və digər avtomobil nəqliyyatı xidmətlərinə ehtiyacın təmin edilməsini, beynəlxalq və ölkədaxili sərnişin və yükdaşımalarına dair qayda və tələblərə, habelə bu sahədə Azərbaycan Respublikasının normativ hüquqi aktlarının və tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına riayət edilməsinə nəzarəti həyata keçirir.

07/09/2026

🚌 Ekspres marşrutlardan istifadə edən sərnişinlərin təəssüratları.

🎥 Ətraflı videoda ⬇️

07/09/2026

🚸 Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir.

Yeni tədris ilinin başlaması ilə məktəblərin ətrafında nəqliyyat və piyada hərəkətinin intensivliyinin artacağı nəzərə alınaraq, DYP və AYNA əməkdaşları tərəfindən təhlükəsizlik tədbirləri gücləndirilir.

🔎 Məktəblərin ətrafındakı yol şəraiti araşdırılır,
🚦 yol nişanları və nişanlanma xətləri yoxlanılır,
🚸 piyada keçidlərinin və digər texniki vasitələrin vəziyyətinə diqqət yetirilir,
🛠️ aşkar olunan çatışmazlıqların aradan qaldırılması ilə bağlı müvafiq addımlar atılır.

🎯 Məqsəd şagirdlərin məktəbə gediş-gəlişi zamanı onların təhlükəsizliyinin yüksək səviyyədə təmin edilməsidir.

🚌 M2 nömrəli ekspres avtobuslara ikinci validator quraşdırılıb.Bununla da:• Sərnişinlər eyni anda ön və orta qapıdan sal...
07/09/2026

🚌 M2 nömrəli ekspres avtobuslara ikinci validator quraşdırılıb.

Bununla da:

• Sərnişinlər eyni anda ön və orta qapıdan salona daxil ola bilirlər;
• Avtobuslara minmə prosesi sürətlənib;
• Gözləmə müddəti azalıb.

ℹ️ Daha əvvəl M1 nömrəli ekspres marşrutda təcrübə uğurla sınaqdan keçirilmişdir.

🏊‍♀️🚴‍♂️🏃‍♂️ Sentyabrın 5-də Bakıda keçiriləcək İRONMAN70.3 yarışı ilə əlaqədar paytaxt yollarında nəqliyyat vasitələrin...
04/09/2026

🏊‍♀️🚴‍♂️🏃‍♂️ Sentyabrın 5-də Bakıda keçiriləcək İRONMAN70.3 yarışı ilə əlaqədar paytaxt yollarında nəqliyyat vasitələrinin hərəkətinə tətbiq ediləcək məhdudiyyətə əsasən, 13 müntəzəm marşrutun (5, 6, 53, 72, 88, 120A, 125, 149, 149E, 164, 195, 205 və E1 nömrəli) hərəkət sxemi müvəqqəti dəyişdiriləcək.

🚌 72, 120A, 125, 149, 149E, 205, E1 nömrəli marşrutların “Azneft dairəsi” istiqamətində hərəkəti Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolu – İpək yolu – Mikayıl Müşfiq küçəsi – Nəriman Nərimanov prospekti – Mehdi Hüseyn küçəsi – Şeyx Şamil küçəsi – İstiqlaliyyət küçəsi – Niyazi küçəsi ilə təşkil ediləcək.

🚍 Dənizkənarı küçəsində Su İdmanı Sarayı, Bakı Kristal Zalı və Dövlət Bayrağı Meydanı qarşısında yerləşən dayanacaq məntəqələri tədbirin keçiriləcəyi əraziyə daxil olduğundan 5, 6, 53 və 88 nömrəli müntəzəm marşrutlar bu dayanacaqlara daxil olmadan fəaliyyət göstərəcək.

🚍 32 müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilir📍 Paytaxtın Moskva prospekti (kənar yol), Rəşid İsmayılov (Biləcəri en...
04/09/2026

🚍 32 müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilir

📍 Paytaxtın Moskva prospekti (kənar yol), Rəşid İsmayılov (Biləcəri enişi) və Natəvan küçələrində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilir.

🔀 Məhdudiyyət səbəbindən bu gün saat 20:00-dan 2, 7A, 14, 29, 37, 67, 83, 83A, 91, 92, 96, 102, 114A, 114B, 119, 130, 135, 137, 142, 156, 156A, 158, 159, 170, 199, 500, 503, 508, 525A, 525B, 594 və E2 nömrəli marşrutların hərəkət sxemi dəyişdirilir.

🚌 Müntəzəm marşrutlar üzrə avtobusların hərəkəti Moskva prospektində yerləşən tuneldən təşkil ediləcək.

🔷 Bakı Beynəlxalq Avtovağzal Kompleksi və Biləcəri qəsəbəsinə fəaliyyət göstərən 2, 7A, 14, 29, 37, 67, 83, 83A, 92 və 96 nömrəli marşrutların hərəkəti Bakı-Sumqayıt şosesi, Sulutəpə yol ötürücüsü, Xocəsən dairəsi, Bakı Beynəlxalq Avtovağzal Kompleksi istiqamətində təşkil olunacaq.

🔷 156, 156A, 158, 170, 525A və 525B nömrəli müntəzəm marşrutların avtobusları “20 Yanvar” dairəsi və Moskva prospekti (tunel) ilə hərəkət edəcək.

🔷 91 nömrəli müntəzəm marşrutun fəaliyyəti Rəşid İsmayılov küçəsi, 1-ci döngə – Qabil Süleymanov küçəsi ilə təşkil ediləcək.

🚌 M7 nömrəli ekspres marşrutu fəaliyyətə başlayır!Sentyabrın 6-dan metronun “20 Yanvar” stansiyasından “Qara Qarayev”, “...
04/09/2026

🚌 M7 nömrəli ekspres marşrutu fəaliyyətə başlayır!

Sentyabrın 6-dan metronun “20 Yanvar” stansiyasından “Qara Qarayev”, “Neftçilər”, “Xalqlar Dostluğu”, “Əhmədli” və “Həzi Aslanov” stansiyaları istiqamətində M7 ekspres marşrutu sərnişinlərin xidmətində olacaq.

📍 “20 Yanvar” m/st-da dayanacaq: Rövşən Cəfərov küçəsi, “Velotrek” ərazisinin qarşısı.

📍”Həzi Aslanov” m/st-da dayanacaq: Məhəmməd Hadi küçəsi, metronun qarşısı.

Marşrut artan sərnişin tələbatının qarşılanması məqsədilə təşkil edilib.

04/09/2026

🛣️ Binəqədi şosesinin Mehdiabad yolu və Nicat Mustafayev küçəsi ilə kəsişmələrində yol hərəkətinin təşkilində dəyişiklik olunur.

ℹ️ Layihə Nəqliyyatı Əlaqələndirmə Şurasında baxılaraq qəbul olunub.

🎥 Nəqliyyat axınının daha səmərəli təşkilinə xidmət edəcək layihənin detalları videomuzda.

04/09/2026

🚲🛴 "Nizami" və "28 May" metrostansiyaları arasında əlaqə bağlıdır? Mikromobilliyi seç!

💡 İpucu: Aylıq/illik paketlər daha sərfəlidir.

🎟️  “Biletim.az” portalı üzərindən onlayn bilet satışı 1,7 dəfə artıb.🎫 2026-cı ilin yanvar-avqust ayları ərzində portal...
03/09/2026

🎟️ “Biletim.az” portalı üzərindən onlayn bilet satışı 1,7 dəfə artıb.

🎫 2026-cı ilin yanvar-avqust ayları ərzində portal vasitəsilə 837 337 bilet əldə edilib.

✅ Bu ilin 8 ayı ərzində onlayn bilet satışının həcmi 42,2%-ə yüksəlib. Ötən ilin müvafiq dövründə bu göstərici 28% olub.

☑️ 2025-ci ilin yanvar-avqust ayları ərzində qabaqcadan satış üzrə biletlərin xüsusi çəkisi 33,2% idisə, cari ilin müvafiq dövründə bu göstərici 44,6%-ə yüksəlib.

✔️ Bu artımlar sərnişinlərin avtovağzal xidmətlərinə etimadının artdığını və səfərlərini planlaşdırarkən onlayn bilet alışı imkanlarından daha fəal istifadə etdiklərini göstərir.

🚌 İctimai nəqliyyatda yeni dövr başlayır!🚏 130, 205, 211, 500 və 503 nömrəli marşrutlar artıq “brutto müqavilə” sistemin...
02/09/2026

🚌 İctimai nəqliyyatda yeni dövr başlayır!

🚏 130, 205, 211, 500 və 503 nömrəli marşrutlar artıq “brutto müqavilə” sisteminə qoşulub.

Bundan sonra daşıyıcı üçün əsas məsələ yalnız nə qədər sərnişin daşıdığı deyil, necə xidmət göstərdiyidir.

Bununla da:
🔹 Sərnişinin az olduğu saatlarda da avtobuslar xidmət göstərəcək.
🔹 Axşam saatlarında xidmətin davamlılığı təmin ediləcək.
🔹 Hərəkət qrafikinə daha ciddi riayət olunacaq.
🔹 Xüsusilə şəhərətrafı marşrutlarda xidmət səviyyəsi yüksələcək.
🔹 Daşıyıcıların fəaliyyətinə nəzarət daha sistemli olacaq.

Tələblərə uyğun digər marşrutların bu sistemə qoşulması davam edir.

Ətraflı məlumat üçün linkə keçid edin: https://ayna.gov.az/az/news/brutto-muqavileye-kecidle-ictimai-neqliyyat-sahesinde-yeni-dovr-baslayir-1207

Address

Haji Mammadov 5
Baku

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+994125665258

Alerts

Be the first to know and let us send you an email when AYNA - Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to AYNA - Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi:

Shortcuts

Share