Prof.Dr. Kamran Kazımoğlu Musayev

Prof.Dr. Kamran Kazımoğlu Musayev Head doctor of the Central Clinic Hospital / Honorary President of the Azerbaijan Society for Cardiovascular Surgery

11/08/2026

Əziz dostlar, tanışlar və izləyicilər!

Son günlərdə mənim adım və soyadım istifadə olunaraq müxtəlif naməlum nömrələrdən sizə zəng edən, WhatsApp və ya Telegram vasitəsilə mesaj yazan dələduzlar peyda olub.

Bildirmək istəyirəm ki, mənim telefon nömrəm dəyişməyib.

Bu kimi hallarla qarşılaşsanız, heç bir halda cavab verməyin və dərhal məni məlumatlandıraraq hüquq-mühafizə orqanlarına müraciət edin.

Beynəlxalq tibb ictimaiyyəti və ürək-damar cərrahiyyəsi sahəsi əvəzolunmaz bir simasını, mən isə çox dəyərli bir dostumu...
10/08/2026

Beynəlxalq tibb ictimaiyyəti və ürək-damar cərrahiyyəsi sahəsi əvəzolunmaz bir simasını, mən isə çox dəyərli bir dostumu itirdim. Dünyaca məşhur ürək-damar cərrahı, Oksford Universitetinin professoru David Taggartın vəfatı məni dərindən sarsıtdı.

Professor David Taggart dünyada ürək-damar cərrahiyyəsinin, xüsusilə koronar arteriya cərrahiyyəsinin mübaliğəsiz və mübahisəsiz ən böyük lideri idi.

İllər boyu müxtəlif beynəlxalq konfranslarda birgə iştirak etmiş, sıx əməkdaşlıq qurmuş və daim fikir mübadiləsi aparmışdıq. Onunla bağlı ən yaddaqalan xatirələrimizdən biri də Ümummilli lider Heydər Əliyevin xatirəsinə keçirdiyimiz "Bakı Ürək Günləri" beynəlxalq konqresinin fəxri qonağı olmasıdır.

Professor Taggart hər zaman ölkəmizdə ürək-damar cərrahiyyəsinin inkişafına yaxından dəstək göstərmiş, azərbaycanlı mütəxəssislərin qabaqcıl beynəlxalq təcrübədən yararlanması üçün səxavətlə öz köməyini əsirgəməmişdi.

O, yalnız böyük alim deyil, həm də Azərbaycan kardiocərrahiyyəsinin sadiq dostu idi.

Mərhum professor David Taggarta Allahdan rəhmət diləyirəm. Əziz ailəsinə, yaxınlarına və bütün dünya tibb ictimaiyyətinə başsağlığı verir, bu ağır itkini dərin hüznlə paylaşıram.

Ruhun şad olsun, əziz dost!

08/08/2026

Azərbaycan Ürək-Damar Cərrahiyyəsi Jurnalının (Azerbaijan Journal of Cardiovascular Surgery) növbəti sayı işıq üzü gördü. Ürək və damar xəstəliklərinin (böyüklərdə və uşaqlarda) bütün sahələrini əhatə edən jurnalımız beynəlxalq bazalara üzv olmaq yolunda inamla irəliləyir. Onu da qeyd edim ki, jurnalımız Ali Attestasiya Komissiyasının qəbul etdiyi dövri nəşrlər siyahısındadır.

Əməyi keçən hər kəsə təşəkkür edirəm! Xüsusilə, azərbaycanlı həmkarlarımızdan bu sahəyə həsr olunmuş məqalə və tezisləri gözləyirik!

www.azjcvs.org

30/07/2026

27 yaşlı gənc xəstəmiz dərin venaların trombozu keçirdikdən sonra inkişaf edən Xroniki Tromboembolik Pulmonar Hipertenziya (XTEPH) diaqnozu ilə müraciət etmişdi.

​Xəstəmizdə ən diqqətçəkən və çətin məqam sağ ağciyər arteriyasının total xroniki trombozunun müşahidə olunması idi.

​Komandamız tərəfindən uğurla icra olunan Pulmonar Tromboendarterektomiya (PTE) əməliyyatı sayəsində xəstənin sağlamlığına qovuşmasını təmin etdik.

​Bu mürəkkəb və uğurlu prosesdə əməyi keçən hər kəsə təşəkkür edirəm.

30/07/2026

27 yaşlı gənc xəstəmiz dərin venaların trombozu keçirdikdən sonra inkişaf edən Xroniki Tromboembolik Pulmonar Hipertenziya (XTEPH) diaqnozu ilə müraciət etmişdi.

​Xəstəmizdə ən diqqətçəkən və çətin məqam sağ ağciyər arteriyasının total xroniki trombozunun müşahidə olunması idi.

​Komandamız tərəfindən uğurla icra olunan Pulmonar Tromboendarterektomiya (PTE) əməliyyatı sayəsində xəstənin sağlamlığına qovuşmasını təmin etdik.
​Bu mürəkkəb və uğurlu prosesdə əməyi keçən hər kəsə təşəkkür edirəm.

29/07/2026

Səhiyyə naziri Teymur Musayev: “Azərbaycan transplantologiya üzrə regional liderdir...

…2025-ci il ərzində toplam 352 orqan transplantasiyası baş tutub. Onlardan 111-i gözün buynuz qişasının transplantasiyasıdır, onlardan 24-ü ölü donordandır, 104 böyrək transplantasiyası baş tutub, onlardan 17-si meyit donordandır, 58 qaraciyər transplantasiyası, onlardan 10-u ölü donordandır və bu günə artıq 3 ürək transplantasiyası baş tutub.”

22/07/2026
Türkiyədə nəşr olunan üç cildlik “Kalp ve Damar Cerrahisi” kitabının müəlliflərindən biri olmaq mənim üçün böyük şərəfdi...
21/07/2026

Türkiyədə nəşr olunan üç cildlik “Kalp ve Damar Cerrahisi” kitabının müəlliflərindən biri olmaq mənim üçün böyük şərəfdir.

Bu dəyərli akademik əsərdə “Abdominal və Torakoabdominal Aort Anevrizmalarında Cərrahi ve Endovasküler Girişim” bölümünün müəllifi olaraq iştirak etdim.

Torakoabdominal aorta cərrahiyyəsi ürək-damar cərrahiyyəsinin ən kompleks istiqamətlərindən biridir. Uzun illərin klinik təcrübəsini, müasir cərrahi yanaşmaları və elmi bilikləri belə bir platformada paylaşmaq xüsusi əhəmiyyət daşıyır.

Bu layihənin ərsəyə gəlməsində böyük zəhməti olan dəyərli redaktor heyətinə və bütün həmkarlarıma təşəkkür edirəm.

İnanıram ki, bilik və təcrübənin paylaşılması tibbin inkişafında ən vacib yollardan biridir.



Ə.Əliyev adına ADHTİ tərəfindən sertifikasiya üçün klinikamıza kursa göndərilən ürək-damar cərrahlarının növbəti qrupu i...
03/07/2026

Ə.Əliyev adına ADHTİ tərəfindən sertifikasiya üçün klinikamıza kursa göndərilən ürək-damar cərrahlarının növbəti qrupu ilə iki həftəlik kursumuz başa çatır. Düşünürəm ki, dəyərli kursant həmkarlarım və bizim üçün çox faydalı bir proqram oldu!



Həftəsonu idmanımızı uğurla başa vurduq. Fiziki aktivlik - sağlam həyatın ən vacib komponentidir!
28/06/2026

Həftəsonu idmanımızı uğurla başa vurduq. Fiziki aktivlik - sağlam həyatın ən vacib komponentidir!

Address

Parlament Prospekti 76
Baku
AZ1006

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 14:00

Telephone

+994502339398

Alerts

Be the first to know and let us send you an email when Prof.Dr. Kamran Kazımoğlu Musayev posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share