Dövlət Statistika Komitəsi

Dövlət Statistika Komitəsi Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Dövlət Statistika Komitəsi, Government Organization, Inshaatchilar Avenue 81, Baku.

Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi statistika sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən və ölkədə sosial, iqtisadi, demoqrafik və ekoloji vəziyyət ilə bağlı rəsmi statistik məlumatları vahid metodologiya əsasında formalaşdıran mərkəzi icra hakimiyyəti orqanıdır. The State Statistical Committee of the Republic of Azerbaijan (hereinafter
referred to as the SSC

of Azerbaijan) is the central executive authority running state policy
in the field of statistics and forming official statistics on the social, economic, demographic
and ecological situation of country on the base of unified methodology.

📚 6 sentyabr – Beynəlxalq Kitaboxuma Günü2025-ci il üzrə Azərbaycanda kütləvi kitabxanalara dair statistik göstəricilər:...
06/09/2026

📚 6 sentyabr – Beynəlxalq Kitaboxuma Günü

2025-ci il üzrə Azərbaycanda kütləvi kitabxanalara dair statistik göstəricilər:

📖 Kitabxanaların sayı: 2 907
👥 Oxucuların sayı: 2 693 min nəfər
📚 Kitabxana fondu: 27,9 milyon nüsxə

🔗Ətraflı məlumatları stat.gov.az saytındakı “Mədəniyyətin əsas göstəriciləri” bülletenindən əldə edə bilərsiniz.


🔎  Bugünkü cədvəldə kənd təsərrüfatı sahəsinə aid müxtəlif istiqamətlərdə sözlər gizlədilib.🧩 Tapdığınız sözləri şərhlər...
05/09/2026

🔎

Bugünkü cədvəldə kənd təsərrüfatı sahəsinə aid müxtəlif istiqamətlərdə sözlər gizlədilib.

🧩 Tapdığınız sözləri şərhlərdə yazın.

📌 Düzgün cavabları növbəti gün hekayədə paylaşacağıq.

🚗 Ölkədə markalar üzrə nəqliyyat vasitələrinin sayı açıqlanıb2025-ci ilin sonuna ölkədə istifadə olunan nəqliyyat vasitə...
04/09/2026

🚗 Ölkədə markalar üzrə nəqliyyat vasitələrinin sayı açıqlanıb

2025-ci ilin sonuna ölkədə istifadə olunan nəqliyyat vasitələrinin bəzi markalar üzrə bölgüsü:

* Mercedes-Benz – 222 050 ədəd
* Hyundai – 153 983 ədəd
* Toyota – 124 922 ədəd
* Kia – 106 962 ədəd
* BMW – 46 904 ədəd

🔗Ətraflı:https://stat.gov.az/menu/6/statistical_yearbooks/source/transport_2026.pdf

🎣 Balıq ovu mövsümü açıldı!1 sentyabrdan Azərbaycanda balıq ovu mövsümünün açılması ilə balıqçılıq həvəskarları üçün yen...
04/09/2026

🎣 Balıq ovu mövsümü açıldı!

1 sentyabrdan Azərbaycanda balıq ovu mövsümünün açılması ilə balıqçılıq həvəskarları üçün yeni mövsüm başlayıb.

📌 Balıqçılıq sahəsinin əsas göstəricilərini statistikanın dili ilə təqdim edirik.

🐟 2025-ci ildə – 67 441 ton balıq ovlanıb və tutulub

Bunun:
🔹 55 293 tonu – fiziki şəxslər tərəfindən ovlanıb;
🔹 11 594 tonu – kvota üzrə ovlanıb;
🔹 554 tonu – göl və nohur balıqçılığı ilə məşğul olan təsərrüfatlar tərəfindən tutulub.

Balıqçılıq sahəsi ilə bağlı digər məlumatlarlahttps://stat.gov.az/menu/6/statistical_yearbooks/source/environment_2026.pdf linkinə keçid etməklə tanış ola bilərsiniz.

03/09/2026

“Elmi məlumatlar muzey üçün toplanmır, onlar müəyyən fəaliyyətin həyata keçirilməsi üçün əsas kimi toplanır”

rubrikasını amerikalı statistik Uilyam Edvards Deminqin sitatıyla davam edirik.

🇦🇿🇰🇬 Azərbaycan və Qırğızıstan arasında statistika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu təsdiq edilib📄 Prez...
02/09/2026

🇦🇿🇰🇬 Azərbaycan və Qırğızıstan arasında statistika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu təsdiq edilib

📄 Prezident İlham Əliyev Dövlət Statistika Komitəsi ilə Qırğız Respublikasının Milli Statistika Komitəsi arasında statistika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə Fərman imzalayıb.

📍 Memorandum 2026-cı il iyulun 31-də Çolpon-Ata şəhərində imzalanıb.

📊 Fərmana əsasən, Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Dövlət Statistika Komitəsi onun müddəalarının həyata keçirilməsini təmin edəcək.

📨 Xarici İşlər Nazirliyi isə Memorandumun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Qırğız Respublikası Hökumətinə bildiriş göndərəcək.

Ətraflı: https://president.az/az/articles/view/73426

Dövlət Statistika Komitəsinin nümayəndələrindən ibarət komandanın hazırladığı layihə Koreya Beynəlxalq Əməkdaşlıq Agentl...
02/09/2026

Dövlət Statistika Komitəsinin nümayəndələrindən ibarət komandanın hazırladığı layihə Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) Azərbaycan Nümayəndəliyi tərəfindən dövlət qurumlarının əməkdaşları arasında keçirilən 2026-cı il üzrə “CIAT Fəaliyyət Planı Müsabiqəsi”nin qalibi olub.

Ətraflı: https://stat.gov.az/news/index.php?lang=az&id=6899

Sentyabr ayında yayımlanacaq statistik nəşrlərDövlət Statistika Komitəsi tərəfindən sentyabr ayında ölkənin sosial, iqti...
02/09/2026

Sentyabr ayında yayımlanacaq statistik nəşrlər

Dövlət Statistika Komitəsi tərəfindən sentyabr ayında ölkənin sosial, iqtisadi və demoqrafik vəziyyətini əks etdirən növbəti statistik nəşrlər ictimaiyyətə təqdim olunacaq.

Bu ay aşağıdakı nəşrlər yayımlanacaq:

▪️Azərbaycanın statistik göstəriciləri
▪️Azərbaycanda qadınlar və kişilər
▪️Azərbaycan gəncləri
▪️Azərbaycanın milli hesabları

Nəşrlərin elektron versiyaları Dövlət Statistika Komitəsinin rəsmi internet səhifəsində yerləşdiriləcək.

Dövlət Statistika Komitəsi Azərbaycan Respublikasının Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili - Ombuds...
02/09/2026

Dövlət Statistika Komitəsi Azərbaycan Respublikasının Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili - Ombudsmanın təşəbbüsü ilə 21 avqust – 21 sentyabr tarixlərini əhatə edən “Sülh Aylığı”na qoşularaq sülh, qarşılıqlı hörmət və anlaşma dəyərlərini dəstəkləyir.

BMT-nin 2026-cı il Beynəlxalq Sülh Günü ilə bağlı “Sülhə sərmayə qoyaq – hər kəs üçün, hər yerdə, hər gün” çağırışı sülh mədəniyyətinin təşviqinə, qarşılıqlı etimad və həmrəyliyin gücləndirilməsinə xidmət edir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bişkekdə keçirilən “ŞƏT plyus” formatında görüşdə çıxış edib.Dövlətim...
01/09/2026

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bişkekdə keçirilən “ŞƏT plyus” formatında görüşdə çıxış edib.

Dövlətimizin başçısı çıxışında Azərbaycan–Qırğızıstan münasibətlərinə, Cənubi Qafqazda sülh prosesinə, regional əməkdaşlıq perspektivlərinə və beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsiplərinin əhəmiyyətinə toxunub.


Address

Inshaatchilar Avenue 81
Baku
AZ1136

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Alerts

Be the first to know and let us send you an email when Dövlət Statistika Komitəsi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Dövlət Statistika Komitəsi:

Shortcuts

Share