El Qayğısı

El Qayğısı "El Qayğısı" - Valideyn Himayəsindən Məhrum Uşaqlara Yardım İctimai Birliyi - Biz təhsil, sosial müdafiə və gələcək imkanlar üçün yanınızdayıq.

Hər uşağın sevgi və təhlükəsizlik haqqı var. Biz onlarla birlikdəyik!

01/01/2026

El Qayğısı” – Valideyn Himayəsindən Məhrum Uşaqlara Yardım İctimai Birliyinin fədakar insanları, əziz xalqımız!

Sizi 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibətilə səmimi-qəlbdən təbrik edirik.

Bu bayram günlərində ən böyük diləyimiz odur ki, hər bir uşağın qəlbi sevincə dolsun, gözlərində ümid işığı sönməsin.

Uşaqların gülüşü, rahatlığı və xoşbəxtliyi cəmiyyətimizin ən böyük dəyəridir.

Yeni il hər bir uşağa daha çox qayğı, isti münasibət, təhlükəsiz gələcək və gerçək ailə sevgisinə yaxınlaşmaq ümidi gətirsin.

Azərbaycan xalqının həmrəylik ruhu daim bu balaca ürəklərin yanında olsun!

Uşaqların sabahı aydın, yolu açıq olsun!

Mənim ən böyük arzum bir gün “evimizə gedirəm” deməkdir...
15/12/2025

Mənim ən böyük arzum bir gün “evimizə gedirəm” deməkdir...

Xeyirli olsun, Tamilla Qulami!
09/12/2025

Xeyirli olsun, Tamilla Qulami!

Tamilla Qulamiyə yeni vəzifə verildi Siyasət 9 Dekabr 2025, 17:19 855 “El Qayğısı” Valideyn Himayəsindən Məhrum Olmuş Uşaqlara Yardım İctimai Birliyində İcraçı direktorluq vəzifəsi təsis olunub. “Cebheinfo.az” xəbər verir ki, “El Qayğısı” Valideyn Himayəsindən...

Tamilla Qulami, uğurlar!
09/12/2025

Tamilla Qulami, uğurlar!

Todaypress.tv

“El Qayğısı” Valideyn Himayəsindən Məhrum Olmuş Uşaqlara Yardım İctimai Birliyində İcraçı Direktorluq vəzifəsi təsis olu...
09/12/2025

“El Qayğısı” Valideyn Himayəsindən Məhrum Olmuş Uşaqlara Yardım İctimai Birliyində İcraçı Direktorluq vəzifəsi təsis olunub

“El Qayğısı” Valideyn Himayəsindən Məhrum Olmuş Uşaqlara Yardım İctimai Birliyinin İdarə Heyətinin 9 dekabr 2025-ci il tarixində növbəti iclası keçirilib.

İclasın gündəliyinə təşkilati və cari məsələlər daxil edilib.
Təşkilati məsələlərin müzakirəsinin yekunu olaraq, İctimai Birliyin sədri Elnur Quliyevin təqdimatı ilə Birliyin fəaliyyətinin yenidən təşkili və aktivləşdirilməsi məqsədilə İcraçı Direktorluk təsisatının yaradılması məsələsi müzakirə edilərək qəbul edilib.

Toplantının gedişatında Elnur Quliyevin növbəti təqdimatı ilə İctimai Birliyə yeni üzv olmuş tanınmış ictimai xadim Tamilla Qulaminin təsis olunan İcraçı Direktorluğa namizədliyi irəli sürülüb. İrəli sürülən təklif yekdilliklə qəbul edilib.

Toplantı zamanı qarşıda duran cari məsələlər müzakirə edildikdən sonra iclas başa çatıb.

Tamilla xanıma uğurlar arzu edirik! Birliyimiz üçün xeyirli, uğurlu olsun!

Address

Azərbaycan, Bakı şəhəri, N.Nərimanov Rayonu
Baku

Website

Alerts

Be the first to know and let us send you an email when El Qayğısı posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share