Dövlət İmtahan Mərkəzi Bərdə Regional Bölməsi

Dövlət İmtahan Mərkəzi Bərdə Regional Bölməsi Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Dövlət İmtahan Mərkəzi Bərdə Regional Bölməsi, Government Organization, Bərdə ş. , H. Əliyev prospekti, 100), Barda.

17/08/2026

Ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi davam edir. Abituriyentlər 19 avqust saat 23:59-dək qəbul olmaq istədikləri ixtisasları “Abituriyentin (subbakalavrın) elektron ixtisas seçimi ərizəsi”nə daxil edib təsdiq etməlidirlər.

17 avqust saat 10:10-a olan məlumata əsasən, 58692 abituriyent (subbakalavr) ərizəsini təsdiq edib. Müsabiqəyə yalnız ərizəsini təsdiq etmiş şəxslər buraxılırlar.

Müsabiqədə iştirak edənlər “Abituriyentin (subbakalavrın) elektron ixtisas seçimi ərizəsi”nin doldurulma və təsdiq edilmə qaydası, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan vacib məsələlər və s. haqqında ödənişsiz fəaliyyət göstərən “Abituriyent Məsləhət Mərkəzləri”nə müraciət edə bilərlər. Məsləhət mərkəzləri 10 ali təhsil müəssisəsində, Dövlət İmtahan Mərkəzinin regional bölmələrinin yerləşdiyi şəhərlərdə, həmçinin müəyyən olunmuş tarixlər üzrə 50-dən çox bölgədə rayon təhsil sektorlarında fəaliyyət göstərirlər.

Ünvanlar şərhdə yerləşdirilib.

15/08/2026
14/08/2026

Dövlət İmtahan Mərkəzi ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün keçirilmiş müsabiqənin nəticələrini elan edib. Abituriyentlər müsabiqə nəticələri ilə https://eservices.dim.gov.az/2026/nettex9mus1/ linkində tanış ola bilərlər.

Abituriyentlər müsabiqənin nəticələri haqqında məlumatı, mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Qəbul olunanlar orta ixtisas təhsili müəssisələri üzrə qeydiyyatlarını yalnız my.gov.az portalı üzərindən həyata keçirirlər. Bunun üçün Elm və Təhsil Nazirliyinin müvafiq xidməti “mygov” platformasında istifadəyə verilib. Qeydiyyat 19 avqust saat 15:00-dan 31 avqust saat 18:00-dək davam edəcək.

Qəbul olunan şəxslər qeydiyyat üçün əvvəlcə mygov ID (vahid giriş sistemi) vasitəsilə my.gov.az portalındakı şəxsi kabinetlərinə daxil olmalıdırlar. Daha sonra portalın “Xidmətlər” bölməsinin “Qurumlar” kateqoriyasından Elm və Təhsil Nazirliyini seçməli və burada təqdim olunan “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalanların qeydiyyatı” xidmətinə keçid etməlidirlər.

12/08/2026

Dövlət Sərhəd Xidmətinin Akademiyasının “Sərhəd təhlükəsizliyi və idarəetmə” ixtisası üzrə plan yerlərinin komplektləşdirilməsi məqsədilə əlavə sənəd qəbulu elan edilir.

Hazırkı sənəd qəbulunda cari ildə I, II, III və IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarının hər hansı birində iştirak edərək ümumi 170 və daha çox bal toplayan Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları iştirak edə bilərlər.

Abituriyentlər 13 – 14 avqust 2026-cı il tarixlərində Dövlət Sərhəd Xidmətinin Aparatına (Bakı şəhəri, Z.Əliyeva küçəsi, 76) müraciət edə bilərlər.

Əlaqə nömrəsi: 012-493-62-47

12/08/2026

İxtisas seçimi bütün ix­ti­sas qrupları üzrə 2026‑cı il avqustun 12-dən 19 avqust saat 23:59-dək in­ter­­net vasitəsilə aparılır.

İxtisas seçmək hüququ olan abituriyent müsabiqə şərtini ödədiyi ixtisas qrupuna (qruplarına), o cümlədən altqrupuna (altqruplarına) aid olan 15-dək ixtisasın kodunu qeyd edə bilər. İxtisas seçimi mərhələsində abituriyent qəbul olmaq istədiyi ixtisasların kodlarını “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə daxil edib təsdiq etməlidir. İmtahan verdiyi ixtisas qrupu (altqrupu) üzrə müsabiqə şərtini ödəyən abituriyent həmin qrup (altqrup) üzrə ixtisas seçmək hüququ əldə edir.

Abituriyent ixtisas seçərkən bu ixtisas üzrə dövlət sifarişi əsasında və ya ödənişli əsaslarla təhsil almaq istədiyini qeyd etməlidir. Hər hansı bir ixtisas üzrə həm dövlət sifarişi, həm də ödənişli əsaslarla olan yerlərin müsabiqəsində iştirak etmək istəyən abituriyent həmin ixtisasın kodunu ərizəyə iki dəfə daxil etməli və birinin qarşısında dövlət sifarişi əsasında, digərinin qarşısında isə ödənişli əsaslarla təhsil almaq istədiyini qeyd etməlidir. İxtisas kodlarını, onların sayını və ardıcıllığını abituriyent özü müəyyənləşdirir. İxtisasların siyahısı “Abituriyent” jurnalının 4 saylı buraxılışında verilib.

Ətraflı: https://shorturl.at/EWvRn

11/08/2026

Abituriyentlər ixtisas seçimi ilə bağlı Azərbaycan Universiteti, Qərbi Kaspi Universiteti, Bakı Biznes Universiteti, Odlar Yurdu Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Milli Konservatoriyası, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Sumqayıt Dövlət Universitetində və DİM-in regional bölmələrində ödənişsiz əsaslarla fəaliyyət göstərən “Abituriyent Məsləhət Mərkəzləri”nə müraciət edə bilərlər.

Bundan əlavə, https://shorturl.at/LYWaO linkində verilmiş tarixlərdə rayon təhsil sektorları və bəzi məktəblərdə DİM-in əməkdaşları tərəfindən abituriyentlərə tələbə qəbulu qaydaları, “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma və təsdiq edilməsi qaydası, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan vacib məsələlər və s. haqqında ödənişsiz kömək göstəriləcək.

Qeyd edək ki, ali təhsil müəssisələrinə ixtisas seçimi 12 – 19 avqust tarixlərində aparılacaq.

06/08/2026

Əziz abituriyentlər,

İxtisas seçimi ali təhsil yolunda verəcəyiniz ən məsuliyyətli qərarlardan biridir. Bu qərarı düzgün vermək üçün isə ilk növbədə etibarlı və rəsmi məlumat mənbələrinə istinad etmək çox vacibdir.

Məhz bu məqsədlə "Abituriyent" jurnalının 4-cü nömrəsi yaxın günlərdə nəşr olunacaq.

Hər birinizə tövsiyə edirəm ki, ixtisas seçiminə başlamazdan əvvəl jurnalla diqqətlə tanış olasınız.

Jurnalda ixtisas seçimi elanı, müsabiqə şərtləri, "Abituriyentin elektron ixtisas seçimi ərizəsi"nin doldurulma qaydası, ali təhsil müəssisələrinə dövlət sifarişi ilə tələbə qəbulunun proqnozu və seçim prosesində sizə lazım olacaq digər vacib məlumatlar yer alır. Bu məlumatlarla tanış olmaq daha düşünülmüş və düzgün qərar verməyinizə kömək edəcək.

Xüsusilə jurnalda dərc olunan psixoloq tövsiyələrini oxumağınızı məsləhət görürəm. Məqalədə peşə seçimi zamanı yaranan qərarsızlığın səbəbləri izah edilir, maraq, bacarıq, dəyərlər və real imkanlarınızı birlikdə qiymətləndirərək öz peşə xəritənizi necə formalaşdıra biləcəyiniz göstərilir. Eyni zamanda peşələri daha yaxından tanımaq və bacarıqlarınızı inkişaf etdirmək üçün praktik tövsiyələr də təqdim olunur.

Unutmayın ki, sizin üçün ən uyğun peşə təkcə yaxşı bacardığınız deyil, həm də maraq göstərdiyiniz, dəyərlərinizə uyğun gələn və gələcəkdə inkişaf etmək istədiyiniz sahədir.

Jurnal Azərbaycan və rus bölmələrinin abituriyentləri üçün vahid formada – Azərbaycan dilində hazırlanıb. Burada həm "Azərbaycan bölməsi", həm "rus bölməsi", həm də hər iki bölmə üzrə qəbul aparılan ixtisaslar təqdim olunur.
Hər birinizə uğurlu, düşünülmüş və gələcəyinizə doğru istiqamət verəcək ixtisas seçimi arzulayıram.

04/08/2026

4 nömrəli "Abituriyent" jurnalı və "İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?" adlı kitabçalar yaxın günlərdə nəşr olunacaq.

Address

Bərdə ş. , H. Əliyev Prospekti, 100)
Barda

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00

Telephone

+994202050186

Website

Alerts

Be the first to know and let us send you an email when Dövlət İmtahan Mərkəzi Bərdə Regional Bölməsi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Dövlət İmtahan Mərkəzi Bərdə Regional Bölməsi:

Shortcuts

Share