02/09/2026
ℹ️Qarabağ Regional Turizm İdarəsi tərəfindən Laçın şəhərində fəaliyyət göstərən yerləşmə vasitələrində xidmət keyfiyyətinin yüksəldilməsi və qonaqlama standartlarının təhlili məqsədilə növbəti monitorinqlər həyata keçirilmişdir.
Monitorinq çərçivəsində “Abdallar”, “Lachinn” və “Hekeri” hotellərində mövcud şəraitə baxış keçirilmişdir. Baxış zamanı qonaqların rahatlığı, təhlükəsizliyin təmin olunması, sanitariya-gigiyena normalarına riayət edilməsi, eləcə də təqdim olunan xidmətlərin mövcud standartlara uyğunluğu qiymətləndirilmişdir.
Şərqi Zəngəzurun sürətlə artan turizm potensialı nəzərə alınaraq, bölgədə qonaqlama infrastrukturunun inkişaf etdirilməsi, xidmət səviyyəsinin yüksəldilməsi və yerləşmə müəssisələrinin fəaliyyətinin mövcud standartlara uyğunluğunun təmin edilməsi istiqamətində monitorinq tədbirləri müntəzəm olaraq davam etdiriləcəkdir.
Dövlət Turizm Agentliyi Azerbaijan Tourism Board Azerbaijan Hotel Association Turizm Təlim və Sertifikasiya Mərkəzi Turizm və Səyahət / Travel and Tourism Azərbaycan Turizm ve Menecment Universiteti Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti