Kəlbəcər rayon 41 nömrəli ümumi orta məktəb

Kəlbəcər rayon 41 nömrəli ümumi orta məktəb Kəlbəcər rayon 41 nömrəli tam orta məktəb - Azərbaycan Respublikasının Bərdə rayonunda ?

15/06/2026

15 İyun - Azərbaycan xalqının Milli Qurtuluş Günü

13/06/2026
13/06/2026

🏫 🔔 Bu gün 116 550 şagird üçün “Son zəng” çalınır.

Əziz məzunlar, sizi təbrik edirik!

Milli-mənəvi dəyərlərin, azərbaycançılıq ideologiyasının və vətənpərvərlik ruhunun təbliği məqsədilə bu gün məktəbimizin...
10/06/2026

Milli-mənəvi dəyərlərin, azərbaycançılıq ideologiyasının və vətənpərvərlik ruhunun təbliği məqsədilə bu gün məktəbimizin tarix-coğrafiya müəllimi Nuranə Şükürovanın iştirakı və informatika müəllimi Gülbəniz Şahbəndəyevanın təşkilatçılığı ilə VII və VIII sinif şagirdləri Şəhidlər Xiyabanını ziyarət ediblər.
Ziyarət zamanı şagirdlər Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edib, məzarları önünə gül dəstələri düzüblər. Belə tədbirlər gənc nəslin milli-mənəvi dəyərlərə bağlı, vətənpərvər ruhda formalaşmasında mühüm əhəmiyyət kəsb edir.
🇦🇿 Şəhidlər ölməz, Vətən bölünməz! 🇦🇿

📌 "Narkomaniyaya yox deyək!" mövzusunda məktəbimizin 8–9-cu sinif şagirdləri arasında maarifləndirici təlim keçirilib. T...
09/06/2026

📌 "Narkomaniyaya yox deyək!" mövzusunda məktəbimizin 8–9-cu sinif şagirdləri arasında maarifləndirici təlim keçirilib. Təlim zamanı şagirdlərə narkomaniyanın insan sağlamlığına, psixoloji vəziyyətinə və cəmiyyətə vurduğu zərərlər barədə ətraflı məlumat verilib. Sağlam həyat tərzinin təbliği, zərərli vərdişlərdən uzaq durmağın vacibliyi və düzgün həyat seçimlərinin əhəmiyyəti barədə maarifləndirici söhbətlər aparılıb.
Sağlam gələcəyimiz naminə narkomaniyaya yox deyək!

“Oxu dəqiqələri” layihəsi çərçivəsində dünya ədəbiyyatının görkəmli nümayəndəsi olan Viktor Hüqonun “Səfillər” əsəri mək...
08/06/2026

“Oxu dəqiqələri” layihəsi çərçivəsində dünya ədəbiyyatının görkəmli nümayəndəsi olan Viktor Hüqonun “Səfillər” əsəri məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Larisa Quluyeva tərəfindən təhlil olunmuşdur. Təhlil zamanı əsərdə əks olunan humanizm, mərhəmət, ədalət, vicdan və mənəvi dəyərlər mövzuları müzakirə edilmiş, qəhrəmanların xarakterləri və hadisələrin cəmiyyətə təsiri barədə fikir mübadiləsi aparılmışdır. Şagirdlər əsərin əsas ideyalarını araşdıraraq mütaliə bacarıqlarını inkişaf etdirmiş, oxuduqları əsərdən çıxardıqları nəticələri bölüşmüşlər. Layihə çərçivəsində keçirilən müzakirə şagirdlərdə mütaliəyə marağın artırılmasına və bədii ədəbiyyata sevginin formalaşdırılmasına xidmət etmişdir.

📚" İnsan hüquqları ayı çərçivəsində" məktəbin tarix -coğrafiya müəllimi Nuranə Şükürova "İnsan hüquqları" barədə məktəbi...
08/06/2026

📚" İnsan hüquqları ayı çərçivəsində" məktəbin tarix -coğrafiya müəllimi Nuranə Şükürova "İnsan hüquqları" barədə məktəbin VIII sinif şagirdləri ilə maarifləndirici tədbir keçirmişdir. 🌍 İnsan hüquqları cəmiyyətin inkişafının, bərabərliyin və ədalətin əsasını təşkil edir. ⚖️ Tədbirdə şagirdlərə hüquq və azadlıqlar, qarşılıqlı hörmət və vətəndaş məsuliyyəti barədə ətraflı məlumat verilmişdir. 👥



Məktəbimizdə “Məktəblilərarası Milli Kosmik Poçt Kartı Müsabiqəsi”nin məktəb mərhələsi təşkil olunub.Müsabiqənin keçiril...
04/06/2026

Məktəbimizdə “Məktəblilərarası Milli Kosmik Poçt Kartı Müsabiqəsi”nin məktəb mərhələsi təşkil olunub.
Müsabiqənin keçirilməsində əsas məqsəd şagirdlərin yaradıcılıq qabiliyyətlərinin, təxəyyül və innovativ düşüncə bacarıqlarının inkişaf etdirilməsi, onların kosmos və elm sahəsinə marağının artırılmasıdır.
Şagirdlər hazırladıqları poçt kartlarında öz maraqlı ideya və təsəvvürlərini əks etdirərək müsabiqədə fəal iştirak ediblər. Məktəb mərhələsində seçilən ən yaxşı işlər növbəti mərhələdə məktəbimizi təmsil edəcəkdir.
Bütün iştirakçılara uğurlar arzulayır, yaradıcı fəaliyyətlərində yeni nailiyyətlər diləyirik! 🚀✨

🎈 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə məktəbimizdə tədbir keçirilib.Tədbirdə şagirdlər müxtəlif şe...
01/06/2026

🎈 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə məktəbimizdə tədbir keçirilib.
Tədbirdə şagirdlər müxtəlif şeir, mahnı və rəqs nömrələri ilə çıxış edərək bayram əhval-ruhiyyəsi yaradıblar. Uşaqların sevinc dolu anları, maraqlı oyunlar və əyləncəli fəaliyyətlər tədbirə xüsusi rəng qatıb.
Balaca fidanlarımızı bu əlamətdar gün münasibətilə təbrik edir, onlara sağlam, xoşbəxt və uğurlu gələcək arzulayırıq! 💐

28 May – Respublika Günü münasibətilə məktəbimizdə tədbir keçirilib.Tədbirdə şagirdlər tərəfindən vətənpərvərlik mövzusu...
26/05/2026

28 May – Respublika Günü münasibətilə məktəbimizdə tədbir keçirilib.
Tədbirdə şagirdlər tərəfindən vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib, mahnılar ifa olunub və 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin tarixi əhəmiyyəti haqqında məktəbin tarix -coğrafiya müəllimi Nuranə Şükürova məlumat verib.
Şagirdlərimizin çıxışları böyük maraqla qarşılanıb. Tədbirin əsas məqsədi milli dəyərlərimizin, dövlətçilik tariximizin və müstəqillik ruhunun gənc nəsildə təbliği olub.
🇦🇿 Respublika Günümüz mübarək!

Address

Sənaye Küçəsi
Barda

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Website

Alerts

Be the first to know and let us send you an email when Kəlbəcər rayon 41 nömrəli ümumi orta məktəb posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share