Beyləqan rayon Ağsaqqallar Şurası

Beyləqan rayon Ağsaqqallar Şurası Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Beyləqan rayon Ağsaqqallar Şurası, Government Organization, Beyləqan rayonu, Beylagan.

Beyləqan Rayon Ağsaqqallar Şurasının sədri Qarabağda olubBeyləqan Rayon Ağsaqqallar Şurasının sədri Etibar İmanov işğald...
14/08/2026

Beyləqan Rayon Ağsaqqallar Şurasının sədri Qarabağda olub

Beyləqan Rayon Ağsaqqallar Şurasının sədri Etibar İmanov işğaldan azad olunmuş Qarabağda olub.

Etibar İmanov Qarabağın tarixi və səfalı məkanlarından olan İsa bulağına və Cıdır düzünə baş çəkib, daha sonra Yuxarı Gövhər Ağa məscidini ziyarət edib.

Daha sonra milli dilimizin və ədəbiyyatımızın inkişafında böyük xidmətləri olan görkəmli şair və dövlət xadimi Molla Pənah Vaqifin məqbərəsini ziyarət edən Etibar İmanov onun zəngin yaradıcılıq irsindən söz açıb.

O, Azərbaycan musiqisinin dahi nümayəndəsi Üzeyir Hacıbəylinin, Qarabağ xanlığının sonuncu xanı, görkəmli şairə Xurşidbanu Natəvanın və Şərqin böyük vokal sənətkarı Bülbülün büstlərini ziyarət edib, onların qarşısında ürək sözlərini bölüşüb.

Qarabağda olarkən xalqımızın uzun illər davam edən torpaq həsrətindən, bu torpaqlarda yaşanan qanlı-qadalı hadisələrdən danışan Etibar İmanov Böyük Qayıdış çərçivəsində həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işlərindən fəxarətlə söz açıb.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi Zəfər nəticəsində Qarabağın işğaldan azad edildiyini bildirən Etibar İmanov qeyd edib ki, bu Qələbənin əldə olunmasında xalqımızın birliyi və həmrəyliyi, şəhidlərimizin və qazilərimizin fədakarlığı, şanlı Ordumuzun qəhrəmanlığı mühüm rol oynayıb. O vurğulayıb ki, bu tarixi Zəfərin qazanılmasında Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi həlledici əhəmiyyət daşıyıb.

Etibar İmanov vurğulayıb ki, Qarabağın keçmişi, xalqımızın Zəfər yolu və bu gün burada aparılan genişmiqyaslı quruculuq işləri gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm mənbəyə çevrilməlidir.

03/08/2026

Azərbaycan–Qırğızıstan münasibətləri: Strateji müttəfiqliyin yeni mərhələsi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi müstəqil və çoxşaxəli xarici siyasətin əsas prioritetlərindən biri dost və qardaş dövlətlərlə əlaqələrin daha da möhkəmləndirilməsi, qarşılıqlı etimada əsaslanan strateji tərəfdaşlıq münasibətlərinin inkişaf etdirilməsidir. Bu baxımdan Azərbaycan ilə Qırğızıstan arasında münasibətlər son illərdə dinamik inkişaf edərək keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur.

Azərbaycan və Qırğızıstan arasında diplomatik münasibətlər 1993-cü ildə qurulmuş, Azərbaycanın Qırğız Respublikasındakı Səfirliyi isə 2007-ci ildən fəaliyyət göstərir. İllər ərzində formalaşan qarşılıqlı etimad siyasi dialoqun intensivləşməsinə, iqtisadi əlaqələrin genişlənməsinə, humanitar və mədəni əməkdaşlığın dərinləşməsinə əlverişli zəmin yaradıb. Bu gün iki ölkə arasında münasibətlər ortaq tarixə, türk dünyasının birliyinə və qarşılıqlı hörmətə söykənən möhkəm təməl üzərində inkişaf edir.

2026-cı il 30–31 iyul tarixlərində Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri bu münasibətlərin daha da möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdi. Səfər çərçivəsində dövlət başçısı Qırğızıstan Prezidenti Sadır Japarov ilə təkbətək görüş keçirdi, Azərbaycan–Qırğızıstan Dövlətlərarası Şurasının III iclasında iştirak etdi, həmçinin müxtəlif sahələri əhatə edən mühüm sənədlərin imzalanması mərasimində iştirak etdi.

Prezident İlham Əliyev həmçinin Qırğızıstan, Özbəkistan və Tacikistan prezidentləri ilə birlikdə Çolpon-Ata şəhərində Qolf Klubunun açılışında iştirak edərək region ölkələri arasında dostluğun, qarşılıqlı etimadın və əməkdaşlığın gücləndirilməsinə verilən önəmi bir daha nümayiş etdirdi.

Səfər zamanı Azərbaycan–Qırğız İnkişaf Fondunun fəaliyyətinin genişləndirilməsinə dair Əlavə Saziş, beynəlxalq avtomobil daşımaları, yükdaşımaları, gəmiçilik və gəmiqayırma sahələrində əməkdaşlığa dair sənədlər də daxil olmaqla bir sıra mühüm razılaşmalar imzalandı. Bu sənədlər iki ölkə arasında hüquqi bazanı daha da möhkəmləndirməklə yanaşı, iqtisadi əlaqələrin genişlənməsi üçün yeni imkanlar yaratdı.

Səfərin diqqətçəkən hadisələrindən biri də Azərbaycan və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının qeyri-rəsmi Məşvərət Görüşü oldu. Görüşün yekununda qəbul edilən Çolpon-Ata Bəyannaməsi regional əməkdaşlığın inkişafı, qarşılıqlı fəaliyyət prinsiplərinin müəyyənləşdirilməsi və ortaq siyasi iradənin nümayiş etdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycanın bu platformada fəal iştirakı ölkəmizin Mərkəzi Asiya ilə əlaqələrinin daha da möhkəmləndiyini, Orta Dəhliz, nəqliyyat-logistika, enerji təhlükəsizliyi və Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın yeni mərhələyə yüksəldiyini göstərir.

Səfər çərçivəsində Prezident İlham Əliyevin Qırğız Respublikasının ali dövlət mükafatı – I dərəcəli “Manas” ordeni ilə təltif edilməsi iki ölkə arasında mövcud olan yüksək etimadın və dostluğun növbəti təsdiqi oldu.

Dövlət başçıları mətbuata bəyanatlarla çıxış edərək əməkdaşlığın gələcək inkişaf istiqamətlərini açıqladılar. Prezident İlham Əliyev vurğuladı ki, Azərbaycan ilə Qırğızıstan arasında münasibətlər artıq strateji müttəfiqlik səviyyəsində inkişaf edir. Beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək, regional təhlükəsizlik məsələlərində koordinasiya, iqtisadi və ticari əməkdaşlığın genişləndirilməsi bundan sonra da əsas prioritetlərdən olacaq.

Səfərin ən mühüm iqtisadi nəticələrindən biri Azərbaycan–Qırğız İnvestisiya Fondunun nizamnamə kapitalının iki dəfə artırılaraq 200 milyon ABŞ dollarına çatdırılması oldu. Bu qərar yeni istehsal müəssisələrinin yaradılması, infrastruktur layihələrinin həyata keçirilməsi, məşğulluğun artırılması və özəl sektor əməkdaşlığının genişləndirilməsi üçün mühüm imkanlar açır. Eyni zamanda Azərbaycanın regionda etibarlı investor və inkişaf tərəfdaşı kimi mövqeyini daha da möhkəmləndirir.

İssık-Kul gölünün sahilində Azərbaycanın maliyyə dəstəyi ilə inşa edilən “Baku Resort & SPA” hotelinin istifadəyə verilməsi də iqtisadi əməkdaşlığın uğurlu nümunələrindən biridir. Bu layihə yalnız turizm sektorunun inkişafına deyil, həm də xalqlar arasında qarşılıqlı etimadın və iqtisadi əlaqələrin möhkəmlənməsinə xidmət edir.

Humanitar əməkdaşlıq da Azərbaycan–Qırğızıstan münasibətlərinin əsas istiqamətlərindən biri olaraq qalır. Ağdam rayonunda Qırğızıstanın dəstəyi ilə tikilmiş “Manas” məktəbi dostluğun və qardaşlığın rəmzinə çevrilib. Bu layihə Qarabağın bərpasına göstərilən dəstəyin bariz nümunəsi olmaqla yanaşı, Azərbaycan xalqına mənəvi həmrəyliyin də ifadəsidir.

Bakıda Çingiz Aytmatovun abidəsinin və adını daşıyan parkın yaradılması, Bişkekdə Azərbaycan–Qırğızıstan Dostluq Parkının salınması, qarşılıqlı Mədəniyyət Günlərinin keçirilməsi xalqlarımızın ortaq tarixi köklərini və mədəni dəyərlərini daha da yaxınlaşdırır. Bu təşəbbüslər göstərir ki, iki ölkə münasibətlərini yalnız siyasi və iqtisadi maraqlar üzərində deyil, həm də ortaq türk kimliyi və mədəni irs üzərində qurur.

Prezident İlham Əliyevin Azərbaycanın Mərkəzi Asiya dövlətlərinin Məşvərət Görüşlərinə tamhüquqlu üzv kimi qəbul edilməsinə görə təşəkkür etməsi ölkəmizin regionda artan nüfuzunun göstəricisidir. Xəzər hövzəsi, Orta Dəhliz, enerji təhlükəsizliyi və nəqliyyat-logistika layihələrində Azərbaycanın oynadığı rol onu Mərkəzi Asiyanın etibarlı tərəfdaşlarından birinə çevirib. Bu platformada iştirak regional inteqrasiyanın daha da güclənməsinə və yeni iqtisadi imkanların formalaşmasına xidmət edir.

Nəticə etibarilə, Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri Azərbaycan–Qırğızıstan münasibətlərinin strateji müttəfiqlik mərhələsinə yüksəldiyini bir daha nümayiş etdirdi. Səfər çərçivəsində qəbul edilən qərarlar, imzalanan sənədlər, investisiya layihələri və humanitar təşəbbüslər iki ölkə arasında əməkdaşlığın uzunmüddətli, sistemli və çoxşaxəli xarakter daşıdığını təsdiqləyir.

Bu gün Azərbaycan və Qırğızıstan yalnız dost və qardaş dövlətlər deyil, həm də ortaq maraqları, ortaq dəyərləri və ortaq gələcəyi bölüşən strateji müttəfiqlərdir. Bu əməkdaşlıq türk dünyasında inteqrasiyanın möhkəmlənməsinə, regional sabitliyin güclənməsinə və qarşılıqlı etimada əsaslanan yeni inkişaf modelinin formalaşmasına mühüm töhfə verir.

Beyləqan rayon Ağsaqllar Şurasının sədri Etibar İmanov 1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibəti...
31/07/2026

Beyləqan rayon Ağsaqllar Şurasının sədri Etibar İmanov 1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə keçirilən tədbirdə itşirak edərək çıxış edib

30/07/2026
23/07/2026

Azərbaycan Prezidentinin Almaniyaya rəsmi səfəri mühüm siyasi hadisə kimi qiymətləndirilir

İyulun 21-də Prezident İlham Əliyevin Almaniya Federativ Respublikasına həyata keçirdiyi rəsmi səfər Azərbaycan–Almaniya münasibətlərinin inkişafında mühüm siyasi hadisə kimi dəyərləndirilir. Səfər çərçivəsində keçirilən görüşlər və aparılan müzakirələr göstərdi ki, tərəflər qarşılıqlı hörmətə, etimada və ortaq maraqlara əsaslanan əməkdaşlığın daha da genişləndirilməsində maraqlıdırlar. Verilən bəyanatlar iki ölkə arasında siyasi dialoqun daha intensiv xarakter alacağını nümayiş etdirdi.

Azərbaycan və Almaniya uzun illərdir konstruktiv münasibətlərə malikdir. Almaniya Avropanın aparıcı dövlətlərindən biri kimi Cənubi Qafqaz regionunda sabitliyin, təhlükəsizliyin və əməkdaşlığın möhkəmlənməsinə xüsusi diqqət yetirir. Azərbaycan isə müstəqil və balanslaşdırılmış xarici siyasəti ilə beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınır. Bu amillər ikitərəfli əlaqələrin inkişafı üçün möhkəm siyasi zəmin yaradır.

Berlində keçirilən görüşlər zamanı regional və beynəlxalq gündəmdə duran məsələlər geniş müzakirə edildi. Prezident İlham Əliyev və Almaniya Federativ Respublikasının Federal Kansleri Fridrix Merts mətbuata bəyanatlarında münasibətlərin gələcək inkişaf perspektivlərinə toxundular. Dövlət başçısı vurğuladı ki, səfər zamanı əldə olunan razılaşmalar iki ölkə arasında əməkdaşlığın yeni mərhələyə yüksəlməsinə xidmət edəcək.

Səfər bir daha göstərdi ki, Azərbaycan və Almaniya siyasi dialoqun davamlı olmasında maraqlıdır. Yüksək səviyyəli qarşılıqlı təmasların intensivləşməsi, müxtəlif istiqamətlər üzrə məsləhətləşmələrin davam etdirilməsi və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın genişləndirilməsi münasibətlərin inkişafına müsbət təsir göstərir.

Təbii ki, iqtisadi əməkdaşlıq ikitərəfli münasibətlərin vacib istiqamətlərindən biri olaraq qalır. Bununla yanaşı, tərəflər elm, təhsil, innovasiya, mədəni-humanitar əlaqələr və digər sahələrdə də əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd edirlər. Bu yanaşma münasibətlərin daha çoxşaxəli xarakter almasına imkan yaradır.

Azərbaycanın Avropa ilə Asiya arasında mühüm geosiyasi mövqeyi, regionda sülh və əməkdaşlığın təşviqi istiqamətində həyata keçirdiyi siyasət Almaniya tərəfindən də diqqətlə izlənilir. Bu baxımdan Bakı ilə Berlin arasında qarşılıqlı etimada əsaslanan münasibətlər yalnız ikitərəfli format üçün deyil, həm də regional əməkdaşlıq baxımından əhəmiyyət daşıyır.

Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri təsdiqlədi ki, Azərbaycan xarici siyasətində Avropa dövlətləri ilə bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlıq xəttini ardıcıl şəkildə davam etdirir. Səfər zamanı aparılan müzakirələr və əldə olunan razılaşmalar Azərbaycan–Almaniya münasibətlərinin gələcək inkişafı üçün yeni siyasi imkanlar açır və tərəfdaşlığın daha da möhkəmlənəcəyinə inam yaradır.

23/07/2026

Azərbaycan–Almaniya iqtisadi əlaqələri yeni inkişaf mərhələsinə qədəm qoyur

Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri iki ölkə arasında münasibətlərin daha da genişlənməsi baxımından mühüm hadisə kimi qiymətləndirilir. Keçirilən görüşlərdə siyasi dialoqla yanaşı, iqtisadi əməkdaşlığın perspektivləri də geniş müzakirə olundu. Dövlət başçısının qeyd etdiyi kimi, Azərbaycanda fəaliyyət göstərən Almaniya şirkətlərinin uğurlu fəaliyyəti ölkədə formalaşmış əlverişli biznes və investisiya mühitinin göstəricisidir.

Azərbaycan son illərdə iqtisadiyyatın şaxələndirilməsi istiqamətində ardıcıl addımlar atır. Qeyri-neft sektorunun inkişafı, sənayeləşmə, rəqəmsallaşma, logistika və kənd təsərrüfatına yönəldilən investisiyalar xarici tərəfdaşlar üçün yeni imkanlar açır. Almaniyanın yüksək texnologiyalar, maşınqayırma, sənaye və peşə təhsili sahəsində topladığı zəngin təcrübə isə bu əməkdaşlığı daha da səmərəli edə bilər.

Enerji sektoru münasibətlərin əsas istiqamətlərindən biri olaraq qalır. Bununla yanaşı, bərpaolunan enerji, yaşıl texnologiyalar və enerji səmərəliliyi sahələrində əməkdaşlığın genişləndirilməsi üçün də əlverişli zəmin formalaşıb. Azərbaycanın həyata keçirdiyi yaşıl enerji layihələri Almaniyanın bu sahədəki təcrübəsi ilə qarşılıqlı faydalı əməkdaşlıq imkanları yaradır.

Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən yenidənqurma layihələri də Almaniya şirkətlərinin iştirak edə biləcəyi mühüm istiqamətlərdəndir. Müasir infrastrukturun qurulması, ağıllı şəhər və kənd layihələri, ekoloji təmiz texnologiyaların tətbiqi yeni investisiyalar üçün geniş perspektivlər açır.

Nəqliyyat və logistika sahəsində Azərbaycanın artan rolu da diqqət çəkir. Orta Dəhlizin inkişafı, beynəlxalq nəqliyyat marşrutları və müasir logistika infrastrukturu Avropa ilə Asiya arasında yükdaşımaların genişlənməsinə şərait yaradır. Bu istiqamət Almaniya biznes dairələri üçün də maraqlı əməkdaşlıq imkanları təqdim edir.

Ümumilikdə, Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri göstərdi ki, Azərbaycan–Almaniya iqtisadi münasibətləri mövcud layihələrlə məhdudlaşmır. İnnovasiya, sənaye, rəqəmsal texnologiyalar, enerji və investisiya sahələrində yeni təşəbbüslərin reallaşdırılması üçün geniş potensial mövcuddur. Bu əməkdaşlığın gələcəkdə daha da dərinləşməsi hər iki ölkənin iqtisadi maraqlarına və uzunmüddətli tərəfdaşlığın möhkəmlənməsinə xidmət edəcək.

22 İyul-Milli Mətbuat Günü ilə bağlı keçirilən tədbirdə Beyləqan Rayon Ağsaqallar Şurasının sədri Etibar İmanov da iştir...
22/07/2026

22 İyul-Milli Mətbuat Günü ilə bağlı keçirilən tədbirdə Beyləqan Rayon Ağsaqallar Şurasının sədri Etibar İmanov da iştirak edərək çıxış edib

Beyləqan Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın iclası keçirilibAzərbaycan Respublikası Prezidentinin 2022-ci il...
22/07/2026

Beyləqan Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın iclası keçirilib

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 aprel tarixli 3199 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022–2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın 5.2-ci bəndindən irəli gələn vəzifələrin icrası istiqamətində 16 iyul 2026-cı il tarixində Beyləqan Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın növbəti iclası keçirilmişdir.

İclasda Beyləqan Rayon İcra Hakimiyyəti başçısının müavini Yeganə Məmmədova, Rayon Ağsaqqallar Şurasının, o cümlədən İctimai Şuranın sədri Etibar İmanov və şura üzvləri iştirak etmişlər.

Tədbirdə çıxış edən İctimai Şuranın sədri Etibar İmanov dövlət orqanlarında ictimai iştirakçılığın tətbiqinin genişləndirilməsi, İctimai Şuranın fəaliyyətinin səmərəliliyinin artırılması və vətəndaş cəmiyyəti institutları ilə qarşılıqlı əməkdaşlığın gücləndirilməsi istiqamətində görülən işlər və qarşıda duran vəzifələr barədə geniş məruzə ilə çıxış etmişdir. Məruzədə cari ildə həyata keçiriləcək tədbirlər və növbəti dövr üçün prioritet istiqamətlər barədə ətraflı fikir mübadiləsi aparılmışdır.

Müzakirələr zamanı ictimai iştirakçılığın daha da genişləndirilməsi məqsədilə rayonun ayrı-ayrı dövlət orqanlarında, habelə Beyləqan RİH başçısının inzibati ərazi dairələri üzrə nümayəndəliklər və bələdiyyələrin iştirakı ilə kənd və qəsəbələrdə ictimai dinləmələrin keçirilməsi, əhali ilə birbaşa ünsiyyətin və qarşılıqlı əməkdaşlığın gücləndirilməsi təklif olunmuşdur. Qeyd edilmişdir ki, belə görüşlər və ictimai müzakirələr vətəndaşların rəy və təkliflərinin öyrənilməsinə, mövcud problemlərin operativ müəyyənləşdirilməsinə və onların həlli istiqamətində daha səmərəli fəaliyyətin təşkilinə mühüm töhfə verəcəkdir.

İclas zamanı İctimai Şuranın üzvlərinin təklif və tövsiyələri dinlənilmiş, onların ictimai iştirakçılığın genişləndirilməsi və dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması ilə bağlı fikir və təşəbbüsləri müzakirə edilmişdir.

Sonda müzakirə olunan məsələlər üzrə müvafiq qərarlar qəbul edilmiş, qarşıdakı dövrdə İctimai Şuranın fəaliyyətinin daha da gücləndirilməsi, ictimai nəzarət mexanizmlərinin geniş tətbiqi və vətəndaşlarla dövlət orqanları arasında səmərəli əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində tədbirlərin davam etdirilməsi qərara alınmışdır.

Address

Beyləqan Rayonu
Beylagan

Website

Alerts

Be the first to know and let us send you an email when Beyləqan rayon Ağsaqqallar Şurası posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Beyləqan rayon Ağsaqqallar Şurası:

Shortcuts

Share