YAP Biləsuvar Rayon Təşkilatı

YAP Biləsuvar Rayon Təşkilatı Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from YAP Biləsuvar Rayon Təşkilatı, Political Party, Mübariz İbrahimov, Bilyasuvar.

Bu gün YAP Biləsuvar rayon təşkilatı 28 saylı şəhər ərazi partiya təşkilatının sədri Qulamhüseyn Əliyevin doğum günüdür....
03/09/2026

Bu gün YAP Biləsuvar rayon təşkilatı 28 saylı şəhər ərazi partiya təşkilatının sədri Qulamhüseyn Əliyevin doğum günüdür.
Qulamhüseyn müəllimi təbrik edir, ona möhkəm can sağlığı, şəxsi işlərində və siyasi fəaliyyətində uğurlar arzulayırıq.

Bu gün YAP Biləsuvar rayon təşkilatı 47 saylı ("Yovşan" Klinika) şəhər ərazi partiya təşkilatının sədri Xoşbəxt Ağayevan...
01/09/2026

Bu gün YAP Biləsuvar rayon təşkilatı 47 saylı ("Yovşan" Klinika) şəhər ərazi partiya təşkilatının sədri Xoşbəxt Ağayevanın doğum günüdür.
Xoşbəxt xanımı təbrik edir, ona möhkəm can sağlığı, şəxsi və xidməti fəaliyyətində uğurlar arzulayırıq.

31/08/2026
Şəhidlərin doğum günündə xatirələri anılıb.        Avqust ayının 30-da Biləsuvar rayonunun Günəşli kəndində Vətən Mühari...
30/08/2026

Şəhidlərin doğum günündə xatirələri anılıb.

Avqust ayının 30-da Biləsuvar rayonunun Günəşli kəndində Vətən Müharibəsi Qəhrəmanı şəhid kapitan Babayev Nihad Akif oğlunun və Aşağı Cürəli kəndində şəhid gizir Məmmədov Natiq Sahib oğlunun doğum günləri qeyd olunub. Mərasimdə YAP Biləsuvar rayon təşkilatının sədr müavini Aqşin Qasımov, şəhid valideyinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Ziyarətçilər şəhidlərimizin şərəfli həyatı və döyüş yolu, torpağa, milli-mənəvi dəyərlərə bağlılığı, müqəddəs şəhidlik zirvəsinə ucalmalarından bəhs edərək valideyinlərinə baş sağlığı veriblər.
Məlumat üçün qeyd edək ki, Azərbaycan Ordusunun kapitanı olmuş Vətən Müharibəsi Qəhrəmanı, şəhid Babayev Nihad Akif oğlu 30 avqust 1991-ci ildə Biləsuvar rayonunun Günəşli kəndində anadan olmuşdur. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan II Qarabağ müharibəsində iştirak etmiş, döyüşlərdə şücaət göstərmiş və Füzuli rayonun Yuxarı Veysəlli kəndinə yaxın Uryandağ yüksəkliyi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. 2 noyabr 2020-ci il tarixində Günəşli kənd qəbiristanlığında torpağa tapşırılıb. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən şəhid kapitan Babayev Nihad Akif oğlu ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adı ilə, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib. Ölümündən sonra adı əbədiləşdirilərək Biləsuvar rayon Xırmandalı kənd Uşaq İncəsənət Məktəbinə verilmişdir.
Azərbaycan Ordusunun giziri olmuş Məmmədov Natiq Sahib oğlu 30 avqust 1997-ci ildə Biləsuvar rayonunun Aşağı Cürəli kəndində anadan olmuşdur. 27 sentyabr 2020-ci il tarixindən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda başlayan II Qarabağ müharibəsində iştirak etmiş, döyüşlərdə şücaət göstərmiş və Xocavənd rayonunun azad olunması uğrunda gedən döyüşlərdə ağır yaralanaraq qəhrəmancasına şəhid olmuşdur. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən şəhid gizir Məmmədov Natiq Sahib oğlu ölümündən sonra “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” və “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif edilib. Ölümündən sonra adı əbədiləşdirilərək Aşağı Cürəli kəndində yaşadığı küçəyə verilmişdir.
Allah şəhidlərimizə rəhmət eləsin!

Bu gün YAP Biləsuvar rayon təşkilatının əməkdaşı Atəş Məmmədlinin doğum günüdür.        Atəş müəllimi doğum günü münasib...
28/08/2026

Bu gün YAP Biləsuvar rayon təşkilatının əməkdaşı Atəş Məmmədlinin doğum günüdür.
Atəş müəllimi doğum günü münasibətilə təbrik edir, ona möhkəm can sağlığı, şəxsi həyatında və təşkilatımızın qarşımıza qoyduğu vəzifələrin icra olunması sahəsindəki işlərində yeni-yeni uğurlar arzulayırıq.

İki paytaxtdan daha geniş üfüqlərə: Azərbaycan–Özbəkistan tərəfdaşlığının yeni mənası.Daşkənddən Bakıya uzanan yolun məs...
27/08/2026

İki paytaxtdan daha geniş üfüqlərə: Azərbaycan–Özbəkistan tərəfdaşlığının yeni mənası.

Daşkənddən Bakıya uzanan yolun məsafəsini xəritə müəyyənləşdirir. Lakin Azərbaycanla Özbəkistanı bir-birinə yaxınlaşdıran əsas məsafə ölçüsü nə coğrafi, nə də yalnız siyasi anlayışlarla izah edilə bilər. Son illərdə formalaşan münasibətlər göstərir ki, Bakı ilə Daşkənd arasında qurulan əlaqələr artıq iki dövlətin münasibətlərindən daha böyük bir məna daşımağa başlayıb. Burada söhbət təkcə dostluqdan, qarşılıqlı səfərlərdən və siyasi dialoqdan getmir. Getdikcə daha aydın görünən yeni reallıq budur ki, iki ölkənin inkişaf istiqamətləri bir-birini tamamladıqca onların əməkdaşlığı bütöv bir regionun iqtisadi və siyasi mənzərəsinə təsir edən amilə çevrilir.
Prezident İlham Əliyevin avqustun 23-də Özbəkistana dövlət səfəri zamanı səsləndirdiyi fikirlər məhz bu mənzərəni anlamaq üçün mühüm ipucu verir. Dövlət başçısının Daşkəndi və bütövlükdə Özbəkistanı “yüksəliş dövrü” yaşayan ölkə kimi xarakterizə etməsi təsadüfi siyasi kompliment deyil. Bu ifadənin arxasında ölkənin son illərdə keçdiyi ciddi iqtisadi və institusional dəyişikliklərin müşahidəsi dayanır. Prezidentin sözlərindən də görünür ki, Özbəkistanın inkişafındakı dəyişiklik yalnız paytaxtın simasında deyil, sənayedən kənd təsərrüfatına, energetikadan nəqliyyat infrastrukturuna qədər müxtəlif istiqamətlərdə özünü göstərir.
Burada mühüm bir məqam var. Dövlətlərin bir-birinə yaxınlaşması üçün yalnız tarixi və mədəni bağlılıq kifayət etmir. Bu bağlılığı uzunmüddətli tərəfdaşlığa çevirən əsas şərt qarşılıqlı imkanların mövcudluğudur. Azərbaycan və Özbəkistan münasibətlərinin hazırkı mərhələsinin fərqi də məhz bundadır. Tarixi yaxınlıq bu münasibətlərin mənəvi təməlini yaradırsa, iqtisadi və siyasi maraqlar onun praktiki dayaqlarını möhkəmləndirir.
Bunu rəqəmlərdə və konkret layihələrdə də görmək mümkündür. Azərbaycan Prezidenti bir milyard dollarlıq ticarət dövriyyəsi hədəfindən artıq uzaq perspektiv kimi deyil, real nəticə kimi danışır. Bir neçə il əvvəl belə bir göstəricinin yalnız perspektiv kimi səslənməsi mümkün idisə, bu gün onu yaxın məqsədə çevirən əsas amil iki ölkə arasında yaranmış layihə və investisiya bazasıdır. Deməli, münasibətlərin inkişafında yeni mərhələ artıq niyyətlərdən çox, iqtisadi reallıqlar üzərində qurulur.
Bu iqtisadi reallığın daha bir mühüm tərəfi əməkdaşlığın bir sahə ilə məhdudlaşmamasıdır. Energetika, nəqliyyat, avtomobil sənayesi, kənd təsərrüfatı, turizm, bankçılıq, dağ-mədən sənayesi, investisiya və emal sektoru üzrə əlaqələrin genişlənməsi iki ölkənin iqtisadiyyatlarının bir-birinə getdikcə daha çox bağlandığını göstərir. Bu, münasibətlərin dayanıqlığı baxımından əhəmiyyətlidir. Çünki çoxşaxəli əməkdaşlıq siyasi münasibətlərdəki sabitliyi iqtisadi müstəvidə də möhkəmləndirir.
Əslində, Azərbaycan–Özbəkistan münasibətlərinin maraqlı xüsusiyyətlərindən biri də budur ki, tərəflər yalnız hazırkı imkanlardan istifadə etmirlər, gələcək imkanları da əvvəlcədən formalaşdırmağa çalışırlar. Birgə İnvestisiya Fondunun vəsaitlərinin layihələrə yönəldilməsi, yeni sənaye təşəbbüslərinin irəli sürülməsi, nəqliyyat əlaqələrinin genişləndirilməsi və biznes dairələri arasında birbaşa əməkdaşlığın artırılması bunun göstəricisidir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, fondun müəyyən edilmiş həcmi ilə real investisiya portfelinin miqyası arasında artıq fərq yaranır. Bu isə əməkdaşlığın özünün yeni maliyyə və layihə ehtiyacları yaratdığını göstərir.
Bakı ilə Daşkənd arasındakı münasibətləri yalnız iqtisadi göstəricilərlə ölçmək doğru olmazdı. Bu münasibətlərin ən diqqətçəkən cəhətlərindən biri siyasi etimadın iqtisadi əməkdaşlığı qabaqlamasıdır. Dövlətlər arasında etimad formalaşmadan böyük və uzunmüddətli investisiya layihələrinin meydana çıxması çətindir. Burada isə siyasi dialoq, qarşılıqlı dəstək və iqtisadi əməkdaşlıq eyni istiqamətdə hərəkət edir.
Özbəkistanın Qarabağın bərpasında oynadığı rol bu baxımdan ayrıca əhəmiyyət daşıyır. Füzulidə Mirzə Uluqbəy adına məktəbin inşası və Xankəndidə tikiş fabrikinin yaradılması sadəcə iki investisiya layihəsi deyil. Onların siyasi və mənəvi çəkisi iqtisadi dəyərindən daha böyükdür. Çünki bir dövlətin Azərbaycanın azad edilmiş ərazilərində quruculuq prosesinə ilk mərhələdən qoşulması dostluğun söz səviyyəsindən əməli fəaliyyət səviyyəsinə keçdiyini göstərdi. Azərbaycan Prezidentinin də vurğuladığı kimi, Özbəkistan Qarabağa praktiki yardım göstərən ilk ölkələrdən biri deyil, ilk ölkə olub və bu dəstək konkret obyektlərdə öz ifadəsini tapıb.
Münasibətlərin belə məzmun qazanması təsadüfi deyil. Prezident İlham Əliyevin fikirlərində Şavkat Mirziyoyevin Özbəkistanın inkişafında oynadığı rol xüsusi vurğulanır. Burada diqqət çəkən məqam ondan ibarətdir ki, Azərbaycanın dövlət başçısı Özbəkistanın bugünkü iqtisadi və siyasi imkanlarını ölkədə aparılan islahatların nəticəsi kimi qiymətləndirir. Yəni Azərbaycan tərəfi Daşkənddəki dəyişiklikləri yalnız kənardan müşahidə etmir; bu dəyişikliklərin yaratdığı yeni imkanları Azərbaycan–Özbəkistan əməkdaşlığının gələcəyi ilə əlaqələndirir.
Məhz bu nöqtədə ikitərəfli münasibətlər regional məna qazanır. Azərbaycanın Mərkəzi Asiya ölkələrinin Məşvərət Görüşü formatına tamhüquqlu üzv kimi qoşulmasında Özbəkistanın və Prezident Şavkat Mirziyoyevin xüsusi rolunun olması rəsmi Bakı ilə Daşkənd arasındakı münasibətlərin yalnız ikitərəfli çərçivədə qalmadığını göstərir. Bu qərar Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələrinin yeni siyasi müstəviyə çıxmasına imkan verdi. Azərbaycan artıq regionla kənardan əməkdaşlıq edən ölkə deyil, həmin əməkdaşlıq mexanizmlərində iştirak edən tərəf kimi çıxış edir.
Burada daha böyük mənzərə meydana çıxır. Belə ki, Azərbaycan və Mərkəzi Asiya arasında əlaqələrin genişlənməsi Xəzərin iki sahilində yerləşən ölkələri vahid iqtisadi məkanın müxtəlif hissələrinə çevirmək imkanını artırır. Enerji, nəqliyyat, logistika, investisiya və ticarət zəncirləri bir-birinə bağlandıqca regionun ayrı-ayrı ölkələri arasında əməkdaşlıq da yeni keyfiyyət qazanır. Azərbaycan–Özbəkistan münasibətləri bu prosesin ən mühüm dayaqlarından birinə çevrilməkdədir.
Nəqliyyat məsələsi burada xüsusi yer tutur. Özbəkistanın Azərbaycan ərazisindən keçən marşrutlara marağının artması, Xəzərdə birgə donanma və ayrıca Azərbaycan–Özbəkistan dəhlizi ideyasının müzakirə edilməsi iqtisadi əlaqələrin coğrafi məsafədən asılılığını azaltmağa yönəlmiş addımlardır. Orta Dəhlizin inkişafı ilə bağlı proseslər fonunda bu əməkdaşlıq daha geniş əhəmiyyət kəsb edir. Çünki nəqliyyat xətti sadəcə yükün bir nöqtədən digərinə çatdırılması deyil, həmçinin ölkələr arasında iqtisadi maraqları birləşdirən davamlı əlaqə yaradır.
Bu mənada Azərbaycanın Zəngəzur dəhlizi istiqamətində apardığı işlər də regional mənzərənin bir hissəsidir. Naxçıvanla bağlı nəqliyyat layihələrinin və beynəlxalq konsorsium ideyasının gündəmə gətirilməsi Azərbaycanın öz nəqliyyat potensialını yalnız milli ehtiyaclar çərçivəsində deyil, daha geniş regional bağlantılar sistemi daxilində nəzərdən keçirdiyini göstərir.
Daşkənddə keçirilən Ali Dövlətlərarası Şuranın üçüncü iclası isə bütün bu proseslərə siyasi çərçivə verir. İclasda ticarətin artırılması, sənaye kooperasiyası, investisiya, nəqliyyat və humanitar əlaqələr üzrə konkret istiqamətlərin müəyyənləşdirilməsi onu göstərir ki, Azərbaycan və Özbəkistan münasibətləri artıq ayrı-ayrı təşəbbüslərin məcmusu deyil. Burada bir-birini tamamlayan sistem formalaşır.
Bu sistemin mənəvi tərəfi də az əhəmiyyət daşımır. Nizami Gəncəvi ilə Əlişir Nəvainin irsinin birgə təbliği, universitetlərarası əməkdaşlıq, mədəniyyət günləri və gənclər layihələri iki xalq arasındakı yaxınlığın gələcək nəsillərə ötürülməsi baxımından mühüm vasitələrdir. Çünki iqtisadi müqavilələr dövlətlər arasında əlaqə yaradırsa, mədəni yaddaş həmin əlaqənin cəmiyyətlərdə yaşamasını təmin edir.
Bütün bunların fonunda Azərbaycan və Özbəkistan prezidentlərinin Daşkənddə dövlət təltiflərinə layiq görülməsi də münasibətlərin siyasi simvolikasını tamamlayan hadisə oldu. Prezident Şavkat Mirziyoyevin Azərbaycan Prezidentinə ali dərəcəli “Dostluq” ordenini, Prezident İlham Əliyevin isə Özbəkistan dövlət başçısına “Heydər Əliyev” ordenini təqdim etməsi iki liderin dövlətlərarası münasibətlərin inkişafındakı şəxsi roluna verilən yüksək qiymətin ifadəsi idi.
Ancaq bütün bu simvolların arxasında daha mühüm bir reallıq dayanır. Münasibətlər artıq liderlərin şəxsi dostluğu səviyyəsini keçərək dövlət institutlarının, biznes strukturlarının, regionların və cəmiyyətlərin iştirak etdiyi çoxsəviyyəli əməkdaşlıq modelinə çevrilir. Bu, uzunömürlü tərəfdaşlıq üçün mühüm şərtdir. Azərbaycan–Özbəkistan münasibətlərinin gələcəyi məhz burada görünür. Qarşıda ticarət dövriyyəsinin bir milyard dollara çatdırılması, investisiya layihələrinin genişləndirilməsi, sənaye kooperasiyasının dərinləşdirilməsi, nəqliyyat imkanlarının artırılması və humanitar əlaqələrin yeni istiqamətlər qazanması kimi konkret vəzifələr dayanır. Daşkənddə imzalanan sənədlər də bu əməkdaşlığın hüquqi və institusional bazasının genişləndirilməsinə xidmət edir.
Deməli, söhbət artıq “Azərbaycan və Özbəkistan dost ölkələrdir” kimi ümumi bir siyasi ifadədən getmir. Bu dostluğun arxasında fabriklər, investisiyalar, nəqliyyat marşrutları, məktəblər, universitetlər, yeni istehsal sahələri, qarşılıqlı biznes layihələri və regional təşəbbüslər dayanır. Münasibətlərin ən böyük üstünlüyü də elə budur: siyasi yaxınlıq real işlərlə müşayiət olunur.
Bəlkə də Daşkənd səfərinin ən mühüm nəticəsini bir cümlə ilə belə ifadə etmək olar: Azərbaycan və Özbəkistan bir-birinə sadəcə yaxınlaşmırlar, öz inkişaf yollarını müəyyən məqamlarda bir-biri ilə kəsişdirirlər. Bu kəsişmə nə qədər genişlənərsə, onun təsiri də Bakı və Daşkəndlə məhdudlaşmayacaq.
Çünki bu gün Azərbaycanla Özbəkistanın münasibətlərində söhbət iki ölkənin qazandığı nəticələrdən daha çox, birlikdə yarada biləcəkləri imkanlardan gedir. Prezident İlham Əliyevin Daşkənddə səsləndirdiyi fikirlərin əsas mahiyyəti də məhz bundan ibarətdir ki, artıq əldə olunan nəticələr başlanğıc nöqtəsinə çevrilir, qarşıdakı mərhələ isə daha böyük layihələrin və daha geniş regional əməkdaşlığın mərhələsi olacaq.
Beləliklə, Daşkənddə səslənən fikirlər yalnız keçilmiş yolun qiymətləndirilməsi deyil, qarşıdakı yolun konturlarının cızılmasıdır. Və həmin yolun istiqaməti aydındır, Bakı ilə Daşkənd arasındakı əməkdaşlıq dərinləşdikcə, Xəzərin iki sahilində formalaşan bu tərəfdaşlığın regional çəkisi də artacaq.

Qismət Həbibov
YAP Biləsuvar rayon təşkilatı Yuxarı Ağalı kənd ərazi partiya təşkilatının sədri

26 Avqust – Laçın Şəhəri Günü: Tarixi ədalətin zəfərlə bərpa olunduğu şəhər     Tariximizdə elə şəhərlər var ki, onların...
26/08/2026

26 Avqust – Laçın Şəhəri Günü: Tarixi ədalətin zəfərlə bərpa olunduğu şəhər

Tariximizdə elə şəhərlər var ki, onların adı təkcə bir coğrafi məkanı ifadə etmir. Onların taleyində bir xalqın yaddaşı, itkiləri, mübarizəsi və qayıdış iradəsi yaşayır. Laçın da Azərbaycan tarixində məhz belə şəhərlərdən biridir. Bu adın arxasında doğma yurddan ayrılığın ağrısı, işğalın ağır izləri və nəhayət, böyük Zəfərlə gerçəkləşən qayıdış dayanır.
Bir vaxtlar işğalın ağır izlərini daşıyan Laçın bu gün həmin izlərin üzərində yeni həyatın qurulduğu, keçmişin ağrısının gələcəyin quruculuğuna çevrildiyi məkandır. Həkəri boyunca şəhərin yeni siması formalaşır, illər boyu doğma yurd həsrəti çəkən laçınlılar öz küçələrinə, evlərinə, şəhərlərinə qayıdırlar. Bu gün Laçının mənzərəsində yalnız genişmiqyaslı quruculuğun deyil, uzun illər gözlənilən Böyük Qayıdışın da izləri görünür. 1923-cü ildə Abdallar kənd yaşayış məntəqəsinin Laçın adlandırılaraq şəhər statusu alması ilə bu yaşayış məntəqəsi yeni inzibati və ictimai mövqeyə sahib olub. 1930-cu il avqustun 8-də Laçın rayonunun yaradılması ilə şəhər rayonun inzibati mərkəzinə çevrilib.
1992-ci il mayın 18-də Laçın rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi Azərbaycanın ərazi bütövlüyünə vurulmuş ən ağır zərbələrdən biri oldu. Rayonun əhalisi doğma yurd-yuvasından didərgin salındı, 300-dən artıq hərbi və mülki şəxs həlak oldu və ya itkin düşdü. Şəhərin və rayonun sosial-iqtisadi infrastrukturu dağıdıldı, tarixi-mədəni irsə ciddi ziyan vuruldu. Hər bir kəndin, hər bir şəhərin işğalı böyük faciə idi. Lakin Laçının işğalı strateji baxımdan xüsusi əhəmiyyət daşıyırdı. Çünki bununla Ermənistanla keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti arasında coğrafi əlaqə yaradıldı. Laçının itirilməsi Azərbaycanın sonrakı itkilərinin başlanğıcını şərtləndirən amillərdən biri oldu.
İşğal illərində Laçının yalnız insanları deyil, onun tarixi və mədəni irsi də hədəfə alındı. Tarixi abidələrə qarşı törədilən vandalizm, yaşayış məntəqələrinin dağıdılması, coğrafi adların dəyişdirilməsi, təbii sərvətlərin talan edilməsi və ərazinin demoqrafik tərkibinin dəyişdirilməsinə yönəlmiş qanunsuz siyasət işğalın ağır nəticələrini daha da dərinləşdirdi. Lakin Laçının işğal altında keçən illəri onun tarixinin sonu olmadı.
2020-ci il dekabrın 1-də Laçın rayonu Azərbaycanın nəzarətinə qaytarıldı. Lakin Laçın şəhəri, Zabux və Sus kəndləri həmin vaxt hələ Ermənistanın nəzarətində idi. 2022-ci il avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri Azərbaycanın nəzarətinə keçdi. Bununla 31 ilə yaxın davam edən ayrılığa son qoyuldu və Laçının tarixində tamamilə yeni bir dövr başladı. 26 avqustun Laçın Şəhəri Günü kimi müəyyən edilməsi də məhz bu tarixi hadisə ilə bağlıdır. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə işğaldan azad edilmiş ərazilər üzrə şəhər günləri təsis edilib və 26 avqust Laçın Şəhəri Günü kimi müəyyənləşdirilib.
Bu tarix artıq yalnız Laçının azad edildiyi günü xatırlamır. 26 avqust həm də illərlə doğma yurd həsrəti çəkən insanların qayıdışının, şəhərin yenidən həyatla dolmasının və Laçının yeni inkişaf mərhələsinə qədəm qoymasının rəmzidir. Laçının azad olunması uğrunda döyüşlərdə Azərbaycan hərbçiləri böyük qəhrəmanlıq və şücaət göstəriblər. Prezident İlham Əliyevin sərəncamları ilə Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş 8418 hərbi qulluqçu “Laçının azad olunmasına görə” medalı ilə təltif olunub.
Laçın artıq keçmişin xatirəsi ilə yaşayan şəhər deyil. Burada yeni yaşayış məhəllələri salınır, məktəblər, sosial obyektlər, istehsal müəssisələri, turizm infrastrukturu yaradılır. Şəhərin 2040-cı ilədək inkişafını nəzərdə tutan Baş Planın təsdiqlənməsi isə Laçının gələcək simasının uzunmüddətli və sistemli şəkildə formalaşdırıldığını göstərir. Şəhərin inkişafında insan amili əsas yer tutur. Çünki Laçının dirçəlişinin ən böyük göstəricisi yeni binalar deyil, illər sonra öz doğma torpağında yaşayan insanlardır.
2023-cü il mayın 28-dən etibarən laçınlıların doğma yurda qayıdışı başlayıb. 2026-cı ilin iyulunadək Laçın şəhərinə, Zabux, Sus və Bəylik kəndlərinə yüzlərlə ailənin köçürülməsi təmin edilib. Beləliklə, uzun illər “qayıdış günü”nü gözləyən insanların arzusu artıq reallığa çevrilib. Rayonun dağlıq relyefi və zəngin su ehtiyatları burada hidroenergetikanın inkişafı üçün böyük imkanlar yaradır. Güləbird, Zabux, Qarıqışlaq, Mişni, Alxaslı, Aşağı Malıbəyli və Mirik kimi su elektrik stansiyalarının istifadəyə verilməsi Laçının enerji xəritəsində yeni mərhələ yaradıb. 2026-cı il iyulun 11-də isə Hoçaz çayı üzərində yerləşən 14,7 meqavatlıq “Ağbulaq-1”, 14,25 meqavatlıq “Ağbulaq-2” və 4 meqavatlıq “Şeylanlı” su elektrik stansiyalarının açılışı keçirilib. Bununla Laçının enerji potensialının reallaşdırılması istiqamətində daha bir mühüm addım atılıb. Bu layihələr Laçının yalnız öz enerji tələbatının ödənilməsinə deyil, artıq istehsal olunan yaşıl enerjinin ölkənin enerji sisteminə ötürülməsinə imkan yaradır.
2025-ci il mayın 28-də Laçın Beynəlxalq Hava Limanının istifadəyə verilməsi isə şəhərin regiondakı mövqeyini daha da gücləndirdi. Mürəkkəb dağlıq relyefdə inşa edilən hava limanı işğaldan azad olunmuş ərazilərdə yaradılan üçüncü beynəlxalq hava limanıdır. Laçın Beynəlxalq Hava Limanı yalnız nəqliyyat infrastrukturu deyil. O, Laçının Azərbaycanın digər şəhərləri və beynəlxalq məkanla əlaqəsini gücləndirən, turizm və biznes imkanlarını genişləndirən mühüm strateji layihədir.
Bərpa prosesi iqtisadi həyatın canlandırılması ilə paralel aparılır. Laçın sənaye zonasında mebel fabriki, tikiş və ayaqqabı istehsalı müəssisələri, prefabrik evlərin istehsalı sahəsi yaradılır. “Laçın Aqro-Sənaye Parkı”nın fəaliyyəti isə rayonun gələcək iqtisadi potensialının daha geniş miqyasda reallaşdırılmasına hesablanıb. Laçının 2025-ci ildə “MDB-nin mədəniyyət paytaxtı” elan olunması isə şəhərin mədəni potensialına verilən beynəlxalq qiymətin göstəricilərindən biri oldu. Bu status çərçivəsində keçirilən tədbirlər Laçının yalnız Azərbaycanın deyil, daha geniş coğrafiyanın mədəni məkanlarından birinə çevrilməsi baxımından əhəmiyyət daşıdı. Prezident İlham Əliyevin Laçının gələcəyi ilə bağlı vurğuladığı kimi, məqsəd Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirməkdir. Bu gün Laçında aparılan işlər həmin məqsədin real ifadəsinə çevrilir. Bu gün Laçında atılan hər addım bir şəhərin yenidən qurulmasından daha böyük məna daşıyır, burada itirilmiş illərin yerini yeni həyat tutur, Laçın isə Azərbaycanın Zəfərdən sonrakı quruculuq salnaməsində özünəməxsus yerini möhkəmləndirir.
Laçın şəhəri günümüz mübarək!🇦🇿

Ceyhun Ağazadə
YAP Biləsuvar rayon təşkilatının gənc fəalı

https://yeniazerbaycan.com/YAPxeber_e149575_az.html
https://sesqazeti.az/news/politics/1356664.html

Bu gün YAP Biləsuvar rayon təşkilatı Bəydili kənd ərazi partiya təşkilatının sədri Ramil Bayramovun doğum günüdür.      ...
25/08/2026

Bu gün YAP Biləsuvar rayon təşkilatı Bəydili kənd ərazi partiya təşkilatının sədri Ramil Bayramovun doğum günüdür.
Ramil müəllimi təbrik edir, ona möhkəm can sağlığı, şəxsi və xidməti fəaliyyətində uğurlar arzulayırıq.

24/08/2026

Address

Mübariz İbrahimov
Bilyasuvar
1300

Telephone

+994252953919

Alerts

Be the first to know and let us send you an email when YAP Biləsuvar Rayon Təşkilatı posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share