Biləsuvar Gənclər evi

Biləsuvar Gənclər evi Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Biləsuvar Gənclər evi, Public & Government Service, Bilyasuvar.

🇦🇿 Biləsuvar Gənclər evi və Biləsuvar rayon Uşaq-Gənclər-İdman-Şahmat məktəbinin birgə təşkilatçılığı ilə 28 May- Müstəq...
28/05/2026

🇦🇿 Biləsuvar Gənclər evi və Biləsuvar rayon Uşaq-Gənclər-İdman-Şahmat məktəbinin birgə təşkilatçılığı ilə 28 May- Müstəqillik Gününə həsr olunmuş məktəblilər arasında məktəbdaxili şahmat yarışı keçirildi.

Yarışdan öncə Biləsuvar Gənclər evinin direktoru çıxış edərək 28 May- Müstəqillik Gününün önəmi və tarixi barədə məlumat verdi və yarış iştirakçilarına uğurlar arzuladı

♟️21 şahmatçının iştirakı ilə baş tutan yarışın nəticələrinə əsasən aşağıda adları çəkilənlər təltif edildilər:

🥇Əsədli Mehdi Emin oğlu
🥈Məmmədli Humay Elnur qızı
🥉Mirzəzadə Zəka Zaur oğlu
🏅Əliyev Yusif Ruslan oğlu
🏅Ağazadə Roza Cavid qızı



28 May - Müstəqillik Gününüz mübarək! 🇦🇿
28/05/2026

28 May - Müstəqillik Gününüz mübarək! 🇦🇿

Qurban bayramınız mübarək!
27/05/2026

Qurban bayramınız mübarək!

22-25 may 2026-cı il tarixlərində Bakı şəhərində (Arena plazada) Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyini...
26/05/2026

22-25 may 2026-cı il tarixlərində Bakı şəhərində (Arena plazada) Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin təşkilatçılığı, Türkiyə Yeşilay Cəmiyyətinin tərəfdaşlığı ilə “Asılılıqlara qarşı mübarizə: tətbiqedici təlim proqramı”nın I mərhələsi keçirilib.

Təlim proqramında “Gənclər evi” sosial xidmət müəssisələrinin psixoloqları və gənclərlə iş sahəsində çalışan mütəxəssislər olmaqla ümumilikdə 30 nəfər iştirak edib. Biləsuvar Gənclər evinin psixoloqu Sevinc Mustafayeva da bu təlim proqramında iştirak edib.

Proqram müddətində Türkiyə Yeşilay Cəmiyyətinin mütəxəssisləri tərəfindən “A” və “B” qruplarına bölünən iştirakçılara 19 saat müddətində aşağıdakı mövzularda təlimlər təşkil edilib:

✅Sağlam həyat və önləyici tədbirlər üzrə yanaşmalar;
✅TBM (Türkiyə Asılılıqlarla Mübarizə) təhsil tətbiqi nümunəsi;
✅Asılılıqlara qarşı mübarizənin nəzəri və praktik aspektləri;
✅Tütün asılılığı;
✅Texnologiya asılılığı;
✅Maddə asılılığı;
✅Qumar asılılığı;
✅Təqdimat texnikaları və interaktiv təlim metodları.

Təlim proqramının sonunda iştirakçıların əldə etdikləri bilik və bacarıqları qiymətləndirmək məqsədi ilə imtahan təşkil edilib. İmtahanda bütün iştirakçılar yüksək nəticə göstərib və Bakı “Gənclər evi” sosial xidmət müəssisəsində təşkil olunan bağlanış mərasimində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, həmçinin Türkiyə Yeşilay Cəmiyyəti tərəfindən onlara sertifikatlar təqdim edilib.


✨ Biləsuvar Gənclər evində Günay Əliyevanın təqdimatında peşəkar və öyrədici master class keçirildi.Şam hazırlığı master...
25/05/2026

✨ Biləsuvar Gənclər evində Günay Əliyevanın təqdimatında peşəkar və öyrədici master class keçirildi.

Şam hazırlığı master classı iştirakçılar üçün həm yeni peşə bilikləri, həm də öz biznesini qurmaq istiqamətində motivasiya oldu.🕯️

Master class zamanı iştirakçılar:
✅ Şam hazırlanmasının əsas mərhələlərini öyrəndilər;
✅ Yaradıcılıq və əl bacarıqlarını inkişaf etdirdilər;
✅ Kiçik biznes qurmaq üçün ilkin məlumatlar əldə etdilər;
✅ Öz məhsullarını hazırlayaraq praktiki təcrübə qazandılar.



📌 Biləsuvar Gənclər evinin təşkilatçılığı ilə gənclər üçün “Gələcəyin əmək bazarı və sahibkarlıq fürsətləri” mövzusunda ...
23/05/2026

📌 Biləsuvar Gənclər evinin təşkilatçılığı ilə gənclər üçün “Gələcəyin əmək bazarı və sahibkarlıq fürsətləri” mövzusunda seminar keçirildi.

Seminar çərçivəsində iştirakçılar gələcəyin əmək bazarında tələb olunan bacarıqlar, müasir peşə istiqamətləri, məşğulluq imkanları, karyera planlaması və sahibkarlıq fəaliyyətinə başlama yolları barədə ətraflı məlumat əldə etdilər. 💼✨

Tədbirdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Biləsuvar KOB Dostu Elməddin Əliyev çıxış edərək gənclər üçün sahibkarlıq imkanları, dövlət dəstəyi mexanizmləri və biznes fəaliyyətinə başlama istiqamətində vacib məqamları iştirakçıların diqqətinə çatdırdı. 🤝📈

Tədbir zamanı gənclərlə interaktiv müzakirələr aparıldı, suallar cavablandırıldı və şəxsi inkişafla bağlı faydalı tövsiyələr verildi. 🌟



🇦🇿 Biləsuvar Gənclər evinin əməkdaşları və könüllüləri Şəhid Məmmədzadə Kamran Füzuli oğlunun ev muzeyini və məzarını zi...
21/05/2026

🇦🇿 Biləsuvar Gənclər evinin əməkdaşları və könüllüləri Şəhid Məmmədzadə Kamran Füzuli oğlunun ev muzeyini və məzarını ziyarət etdilər.

📜 Vətən Müharibəsi şəhidi Məmmədzadə Kamran Füzuli oğlu 24 mart 1996-ci ildə Biləsuvar rayonunun Çaylı kəndində anadan olmuşdur. Çaylı kənd tam orta məktəbində orta təhsilini almışdır.

Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu Kamran Məmmədzadə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan Vətən müharibəsində iştirak etmiş, Cəbrayıl və Füzuli rayonları istiqamətində gedən döyüşlərdə düşmən hücumunun qarşısını alarkən 29 sentyabr 2020-ci il tarixində qəhrəmancasına şəhid olmuşdur.

🏅Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Məmmədzadə Kamran ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

🏅Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Məmmədzadə Kamran ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilib.

🏅Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Məmmədzadə Kamran ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.

🏅Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Məmmədzadə Kamran ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi

🇦🇿 Allahdan bütün şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirik!



📽️ Biləsuvar Gənclər evinin sosial fəaliyyətlər klubunun təşkilatçılığı ilə film saatı təşkil olundu.Gənclər William Kam...
19/05/2026

📽️ Biləsuvar Gənclər evinin sosial fəaliyyətlər klubunun təşkilatçılığı ilə film saatı təşkil olundu.

Gənclər William Kamkwamba adlı Malavidən olan yeniyetmənin həyatından bəhs edən "The Boy Who Harnessed the Wind" filmini izlədilər. Elm, əzm və yaradıcılıq sayəsində kəndini xilas etmək istəyi ilə filmin qəhrəmanı yoxsulluq və quraqlıq dövründə köhnə hissələrdən külək dəyirmanı quraraq kəndə su və elektrik gətirməyə çalışır.


Biləsuvar Gənclər evinin təşkilatçılığı ilə "Cəmiyyət və sosial struktur" mövzusunda seminar keçirildi.Biləsuvar Gənclər...
14/05/2026

Biləsuvar Gənclər evinin təşkilatçılığı ilə "Cəmiyyət və sosial struktur" mövzusunda seminar keçirildi.

Biləsuvar Gənclər evinin əməkdaşı Mehtiyev Asimanın təqdimatında keçən seminar zamanı gənclərə sosial strukturun əhəmiyyəti və əsas elementləri:

✅Sosial qruplar — ailə, dost çevrəsi, iş kollektivi;
✅Sosial təbəqələr — varlı, orta təbəqə, kasıb təbəqə;
✅Sosial institutlar — ailə, təhsil, din, dövlət, iqtisadiyyat;
✅Sosial status — insanın cəmiyyətdə tutduğu mövqe;
✅Sosial rol — insanın statusuna uyğun davranışları barədə geniş məlumat verildi.


🇦🇿 Biləsuvar Gənclər evinin əməkdaşları və könüllüləri Şəhid Elnur Allahverdiyevin ev muzeyini və məzarını ziyarət etdil...
12/05/2026

🇦🇿 Biləsuvar Gənclər evinin əməkdaşları və könüllüləri Şəhid Elnur Allahverdiyevin ev muzeyini və məzarını ziyarət etdilər.

📜 Allahverdiyev Elnur Kamil oğlu 12 iyul 2001-ci ildə Biləsuvar rayonunun Çaylı kəndində anadan olmuşdur. 2008-2019-cu illərdə Çaylı kənd tam orta məktəbində təhsil alıb. 2019-cu ilin 4 oktyabr tarixdən Beyləqanda yerləşən N saylı hərbi hissədə həqiqi hərbi xidmətə başlamış, sonra Tərtər rayonunda yerləşən N saylı hərbi hissədə xidmətinə davam etmişdir.

2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzuli, Qubadlı və Şuşa şəhəri uğrunda gedən döyüşlərdə vuruşmuşdur.

🥀 Allahverdiyev Elnur Kamil oğlu 9 noyabr 2020-ci il tarixində Şuşa şəhəri istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. O 10 noyabr 2020-ci il tarixində Biləsuvar rayonu Çaylı kənd məzarıstanlığında dəfn olunmuşdur.

🏅Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Allahverdiyev Elnur ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

🏅Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Allahverdiyev Elnur ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edilib.

🏅Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Allahverdiyev Elnur ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.

🏅Azərbaycanın Şuşa şəhərinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Allahverdiyev Elnur ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.

🇦🇿 Allahdan bütün şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirik!



Address

Bilyasuvar
AZ1300

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Website

Alerts

Be the first to know and let us send you an email when Biləsuvar Gənclər evi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Biləsuvar Gənclər evi:

Share