Şirvan-Salyan Regional Mədəniyyət İdarəsi

Şirvan-Salyan Regional Mədəniyyət İdarəsi Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin rəsmi səhifəsi

Şirvan-Salyan Regional Mədəniyyət İdarəsi Şirvan şəhəri, Biləsuvar, Hacıqabul, Neftçala və Salyan rayonlarının mədəniyyət müəssisələrini əhatə edir.

04/09/2026
Mədəniyyət naziri Adil Kərimli Naxçıvanda vətəndaşları qəbul edəcəkMərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə...
02/09/2026

Mədəniyyət naziri Adil Kərimli Naxçıvanda vətəndaşları qəbul edəcək

Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli tərəfindən 2026-cı il sentyabrın 24-də Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyində (ünvan: Naxçıvan şəhəri, Heydər Əliyev prospekti,1) Naxçıvan şəhəri, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz, Şərur rayonlarından olan vətəndaşların qəbulu keçiriləcəkdir.

Vətəndaşlar 2026-cı il sentyabrın 18-dək Nazirliyin [email protected] elektron poçt ünvanı, (012) 493-43-98 telefon nömrəsi vasitəsilə müraciət etməklə qəbula yazıla bilərlər.

27/08/2026
Yeni yaradıcı istiqamətlər üzrə tədris proqramları hazırlanıbAzərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət ...
27/08/2026

Yeni yaradıcı istiqamətlər üzrə tədris proqramları hazırlanıb

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi (MEMİM) tərəfindən incəsənət məktəblərində tədrisi nəzərdə tutulan 5 yeni yaradıcı istiqamət üzrə tədris proqramları hazırlanıb.

Tədris proqramları bədii keramika, geyim üzrə dizayn, rəqəmsal musiqi, 3D personaj animasiyası və fotoqrafiya ixtisaslarını əhatə edir. Proqramların əsas məqsədi müasir yaradıcı sənaye sahələrinə maraq göstərən və bu istiqamətlərdə potensiala malik yeniyetmələrin istedad və bacarıqlarının inkişafına şərait yaratmaq, onların yeni ixtisaslar üzrə təhsil imkanlarını genişləndirmək, gələcəyin yaradıcı peşələrinə hazırlığını dəstəkləməkdir.

Xatırladaq ki, MEMİM tərəfindən daha öncə məktəblərdə tədris olunan ixtisas və fənlər – fortepiano, violin, tar, kamança, qanun, qarmon, balaban, saksofon, xor, vokal, xor dirijorluğu sinifləri, eləcə də elementar musiqi nəzəriyyəsi fənni üzrə tədris proqramları hazırlanıb.

Sözügedən tədris proqramları ilə MEMİM-in rəsmi internet səhifəsinin (memim.az) “Nəşrlərimiz” bölməsindən tanış ola bilərsiniz.

26 Avqust — Beynəlxalq Azərbaycan Muğamı Günü mübarək! Ruhumuzun qədim sədası və milli kimliyimizin təcəssümü olan muğam...
26/08/2026

26 Avqust — Beynəlxalq Azərbaycan Muğamı Günü mübarək!

Ruhumuzun qədim sədası və milli kimliyimizin təcəssümü olan muğam irsimizi qürurla yaşadırıq.

Bu gün Laçın Şəhəri Günüdür
26/08/2026

Bu gün Laçın Şəhəri Günüdür

Yaradıcı ixtisaslar üzrə qəbul müsabiqəsinə müraciətlər başlayırMədəniyyət Nazirliyi tərəfindən ilk dəfə keçiriləcək yar...
25/08/2026

Yaradıcı ixtisaslar üzrə qəbul müsabiqəsinə müraciətlər başlayır

Mədəniyyət Nazirliyi tərəfindən ilk dəfə keçiriləcək yaradıcı ixtisaslar üzrə qəbul müsabiqəsinə müraciətlərin qəbuluna 25 avqust 2026-cı il saat 12:00-dan başlanılır.

Müsabiqənin keçirilməsində məqsəd müasir yaradıcı sahələrə marağı və potensialı olan yeniyetmələrin bacarıqlarının üzə çıxarılması, onların yeni istiqamətlər üzrə təhsil imkanlarının genişləndirilməsidir.

Qəbul aşağıdakı ixtisaslar üzrə aparılacaq:
* Bədii keramika — 12–16 yaş;
* Geyim üzrə dizayn — 12–16 yaş;
* Rəqəmsal musiqi — 14–16 yaş;
* 3D personaj animasiyası — 14–16 yaş;
* Fotoqrafiya — 14–16 yaş.

Namizədlər seçdikləri istiqamət üzrə yaradıcılıq qabiliyyəti, sahəyə uyğun bilik və bacarıqları əsasında qiymətləndiriləcəklər.

Bədii keramika və Geyim üzrə dizayn ixtisaslarına müraciət edən namizədlər üçün 4 illik təhsil sistemi üzrə rəssamlıq ixtisasını bitirmək əsas şərtlərdən biridir.

Rəqəmsal musiqi ixtisasına müraciət edən namizədlər üçün hər hansı musiqi ixtisası üzrə 5 və ya 7 illik musiqi məktəbini bitirmək əsas şərtlərdən biridir.

Müsabiqədə iştirak etmək istəyən namizədlər 25 avqust saat 12:00-dan 5 sentyabr 2026-cı il tarixinədək “MyCulture” vahid şəxsi kabineti vasitəsilə elektron formada müraciət edə biləcəklər.

Müraciət zamanı namizəd müvafiq yaradıcı ixtisası seçəcək, yaş uyğunluğu sistem vasitəsilə yoxlanılacaq. Namizədlərin qiymətləndirilməsi isə hər bir ixtisas üzrə müəyyən edilmiş meyarlar əsasında həyata keçiriləcək.

24/08/2026
Sənət  təhsilində sistemli islahatlar davam edir. “Son iki ildə 10 minə yaxın müəllimin bilik və bacarıqları qiymətləndi...
15/08/2026

Sənət təhsilində sistemli islahatlar davam edir. “Son iki ildə 10 minə yaxın müəllimin bilik və bacarıqları qiymətləndirilib. İncəsənət təhsili sistemində ölkə miqyasında ilk dəfə həyata keçirilən bu proses müəllim potensialı haqqında real mənzərəni görməyə imkan yaradıb.

Nəticələr göstərir ki, müəllimlərin böyük əksəriyyəti tələb olunan peşəkarlıq səviyyəsini nümayiş etdirir.

Daha ətraflı linkdə:https://qafqazinfo.az/.../eneneden-muasir-yaradici...

Xor dirijorluğu, saksofon ixtisasları və elementar musiqi nəzəriyyəsi fənni üzrə tədris proqramları yenilənibMədəniyyət ...
14/08/2026

Xor dirijorluğu, saksofon ixtisasları və elementar musiqi nəzəriyyəsi fənni üzrə tədris proqramları yenilənib

Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi (MEMİM) tərəfindən incəsənət məktəb və mərkəzlərində istifadə olunan tədris proqramlarının yenilənməsi istiqamətində işlər davam etdirilir.

Proqramların yenilənməsində əsas məqsəd müasir elmi-pedaqoji prinsiplərə, qabaqcıl ifaçılıq təcrübəsinə və milli musiqi təhsili ənənələrinə əsaslanmaqla tədrisin keyfiyyətini yüksəltmək, məzmununu zənginləşdirmək, təhsilalanların bilik və bacarıqlarının inkişafını təmin etməkdir.

Bu mərhələdə xor dirijorluğu, saksofon ixtisasları və elementar musiqi nəzəriyyəsi fənni ilə bağlı proqramlar yenidən hazırlanıb. Yenilənmiş proqramlar incəsənət məktəb və mərkəzlərində müvafiq sahələr üzrə tədris prosesinin səmərəliliyinin artırılmasına, təhsilalanların hazırlıq səviyyəsinin yüksəldilməsinə mühüm töhfə verəcək.

Xatırladaq ki, MEMİM tərəfindən daha öncə fortepiano, violin, tar, kamança, qanun, qarmon, xor, vokal və balaban sinifləri üçün tədris proqramları hazırlanıb.

Yenilənmiş tədris proqramlarını aşağıda qeyd olunan link vasitəsilə yükləyə bilərsiniz.

Link: https://memim.az/menu/tedris-proqramlari-1576832952?page=1

Address

Bilyasuvar

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+994252950037

Alerts

Be the first to know and let us send you an email when Şirvan-Salyan Regional Mədəniyyət İdarəsi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Şirvan-Salyan Regional Mədəniyyət İdarəsi:

Shortcuts

Share