Biləsuvar rayonunun ərazisi 1358 kvadrat kilometr, əhalisinin sıxlığı isə bir kvadrat kilometrə 79 nəfər təşkil edir.
2021-ci ilin yanvar-sentyabr aylarında rayon əhalisinin sayı 604 nəfər və ya 0,6 faiz artaraq 2021-ci il oktyabr ayının 1-i tarixinə əhalinin ilkin hesablanmış sayı 106,9 min nəfərə çatmışdır. Əhalinin ümumi sayından 22,1 faizini şəhər (23,6 min nəfər), 77,9 faizini isə kənd sak
inləri (83,3 min nəfər) təşkil edir. Əhalinin 50,4 faizi (53,9 min nəfər) kişilər, 49,6 faizi (53,0 min nəfər) qadınlardan ibarətdir. Əhalinin 27,0 faizi 0-14 yaşda (28,9 min nəfər), 67,6 faizi 15-64 yaşda (72,2 min nəfər), 5,4 faizi (5,8 min nəfər) 65 və yuxarı yaşda olanlardır. Əhalinin 23,9 faizini (25,5 min nəfər) 14-29 yaşda olan yeniyetmələr və gənc nəslin nümayəndələri təşkil edir.
2021-ci ilin yanvar-sentyabr aylarında 1028 körpə doğulmuş, əhalinin hər min nəfərinə hesabı ilə bu göstərici 2020-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 17,0-dan 12,9-a qədər azalmışdır.
2021-ci ilin yanvar-sentyabr aylarında 458 ölüm halı qeydə alınmışdır. Əhalinin hər min nəfərinə hesabı ilə ölümlərin sayı 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 4,9-dən 5,8-ə qədər artmışdır.
2021-ci il yanvar-sentyabr aylarında rəsmi orqanlar tərəfindən 346 nikah bağlanmış və 69 boşanma faktı qeydə alınmışdır. Əhalinin hər min nəfərinə hesabı ilə 2020-ci ilin müvafiq dövrünə nisbətən nikahların sayı 4,7-dən 4,4-ya qədər azalmış, boşanma faktlarının sayı isə 0,8-dən 0,9-a qədər artmışdır.
2021-ci ilin yanvar-sentyabr aylarında 53 nəfər rayon ərazisinə daimi yaşamaq üçün gəlmiş, 19 nəfər isə qeydiyyatdan çıxıb getmişdir. Yaşayış məntəqələrinin sayı – 26 (1 şəhər və 25 kənd). Rayonun ərazisində yerləşən kəndlər aşağıdakı kimidir:
Xırmandalı, Bəydili, Əliabad, Zəhmədabad, Bağbanlar, Çinarlı, Aranlı, İsmətli, Günəşli, Ağayri, Çaylı, Nəsimikənd, Nərimankənd, Səmədabad, Arazbarı, Aşağı Cürəli, Dəvrişli, Əsgərabad, Ovçubərə, Yuxarı Ağalı, Muğankənd, Amankənd, Təzəkənd, Ağalıkənd, Yuxarı Cürəli
Iqtisadi rayon - Aran (iqtisadi rayonu). Nəqliyyat vasitəsinin kodu - 12. Telefon kodu - 2529. Poçt kodu (Mərkəzi PŞ) - AZ 1300.